Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Yandırılmış Kitablar üçün Mərsiyə .....                       
16-12-2023, 18:58
Prezident başsağlığı verdi


Prezident başsağlığı verdi

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha məktub ünvanlayıb. Məktubda deyilir:
"Əlahəzrət,
Qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
16-12-2023, 18:43
“TikTok” sosial platformasında məşhur olan Ləman saxlanıldı


“TikTok” sosial platformasında məşhur olan Ləman saxlanıldı

Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı
şikayətlər əsasında paytaxt sakini Ləman Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov məlumat verib.
O bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək.
16-12-2023, 17:06
Xankəndidə seçicilər bu seçki məntəqəsində səs verəcəklər


Xankəndidə seçicilər bu seçki məntəqəsində səs verəcəklər

Növbədənkənar prezident seçkiləri zamanı Xankəndidə seçicilərin hansı seçki məntəqəsində səs verəcəkləri məlum olub.
MSK sədri Məzahir Pənahov seçki məntəqəsinin keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcəyini bildirib.
Qeyd edək ki, seçkilər fevralın 7-də baş tutacaq.
16-12-2023, 16:51
Seçkidə beynəlxalq seçicilər də olacaq


Seçkidə beynəlxalq seçicilər də olacaq

Prezident seçkilərində ölkənin kənarında olan seçicilərə də biz şərait yaratmalıyıq.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
“150-200 min qeydiyyat sənədi artıqlaması ilə bəs edəcək. Bizə müraciət edən müşahidəçilərə də müvafiq şöbə baxır. Onların akkreditasiyadan keçməklə bağlı məsələsini komissiyanın iclasına çıxarmırıq. Rədd cavabı verəndə ancaq komissiyanın iclasına çıxarırıq. Seçki Məcəlləsinin tələbinə görə 3 orqan beynəlxalq müşahidəçiləri dəvət etmək hüququna malikdir. Yer kürəsinin bütün coğrafiyasını əhatə edən parlament nümayəndə heyətləri bizim seçkiləri müşahidə edir. Beynəlxalq müşahidəçilərə dəvət məktublarımızı yaxın günlərdə göndərəcəyik. Bu seçkidə də geniş çeşiddə beynəlxalq müşahidəçilər olacaq"- MSK sədri deyib.
16-12-2023, 16:40
MSK sədri: “Ermənilər özlərini ağıllı aparsalar, onları da siyahıya sala bilərik”


MSK sədri: “Ermənilər özlərini ağıllı aparsalar, onları da siyahıya sala bilərik”

Ermənilər can deyib, can eşitməyə hazır olsalar, onları da seçici siyahısına əlavə edə bilərik.
Bunu MSK sədri Məzahir Pənahov bildirib.
"Ermənilər özlərini ağıllı aparsalar, Azərbaycan vətəndaşı kimi özlərini aparsalar, onları da siyahıya sala bilərik", - o qeyd edib.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Xankəndidə seçki məntəqələrinin yaradılması planlaşdırılır.
16-12-2023, 16:22
Seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb


Seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb

Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.
Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələni MSK sədrinin müavini Rövzət Qasımov təqdim edib. O bildirib ki, artıq işğal altında olan ərazilər sözü bizə yaddır: “Həmin ərazilərdə məskunlaşma prosesi başlanılıb”.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Qərarla 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.
16-12-2023, 15:54
Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş müəllimlərin XVI qurultayı başa çatdı - FOTO


Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş müəllimlərin XVI qurultayı başa çatdı - FOTO

Dekabrın 16-da Bakı Konqres Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayının ikinci günü panel sessiyaları ilə davam edir.
Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimovanın moderatorluğu ilə keçirilən “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi” panelində bu təhsil pilləsi üzrə sözügedən məsələlər barədə müzakirələr aparılıb. Bununla yanaşı, tədris prosesi zamanı qarşıya çıxan çətinliklər səsləndirilib, onların həlli istiqamətində iştirakçıların təklifləri dinlənilib və bu istiqamətdə göstərilə biləcək dəstəklə bağlı söhbət edilib.
“Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar” panelində bu fənlərin tədrisi ilə bağlı məsələlər müzakirə olunub. Fənn müəllimləri Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmovanın moderatorluğu ilə tədris prosesində qarşıya çıxan problemlərdən danışılıb, onların həlli istiqamətində fikir və təkliflər səsləndirilib.
Növbəti panel “Müasir dövrdə təbiət fənlərinin tədrisi” mövzusunda olub. “Təbiət” və “Həyat bilgisi” dərsliklərinin həmmüəlllifi Yalçın İslamzadənin moderatorluğu ilə aparılan sessiyada fənnin tədrisi zamanı müəllimlərin qarşılaşdıqları problemlər, yeni dərsliklərin tərtibatı məsələləri vurğulanıb. Eyni zamanda təbiət fənlərinin tədrisi üzrə müəllimlərin rəy və təklifləri dinlənilib, bununla bağlı müzakirələr aparılıb.
Riyaziyyat fənninin məzmunu və tədris metodikasından bəhs olunan “Müasir dövrdə riyaziyyat fənninin tədrisi” panelinin moderatoru Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksinin riyaziyyat müəllimi Nigar Əliyeva olub. Panel müddətində şagirdlərdə riyazi düşüncənin əhəmiyyəti, onların riyaziyyat fənninin mənimsənilməsi zamanı qarşılaşdıqları çətinliklərdən danışılıb və məktəblilərə riyazi həllərə dair məsələlərin mahiyyətinin aydınlaşdırılmasının əsas məqam olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, müzakirələrdə riyaziyyat fənninin tədrisində diferensial təlimin təşkili, şagirdlərin riyazi-məntiqi təfəkkürünün inkişaf etdirilməsi və fənnin tədrisi ilə bağlı təkliflər dinlənilib.
“Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış” panelində “Tarix və coğrafiya fənlərinin müasir tədrisi necə olmalıdır?”, "Problemlər və onların həll yollarını necə görürsünüz?" sualları ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib. Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarovun moderatorluğu ilə təşkil olunan sessiyada qeyd edilib ki, adıçəkilən fənlərin tədrisində tənqidi və analitik düşüncəyə malik şəxslərin formalaşdırılmasına diqqət yetirmək vacibdir.
Daha sonra "Keçmiş əsasında indini anlamaq və gələcəyi öyrənmək üçün nə etməli?" sualı ətrafında müzakirələr aparılıb və müəllimlərin təklifləri dinlənilib.
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin baş mütəxəssisi Aygün İsgəndərovanın moderatorluğu ilə keçən “Xarici dillərin öyrənilməsi: yeni imkanlar” panelində ümumi təhsil müəssisələrində tədris olunan müxtəlif xarici dillər haqqında müzakirələr aparılıb və xarici dillərin tədrisində tətbiq olunan yeniliklər barədə məlumat verilib.
“İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu” panelində bu fənlərin tədrisində istifadə olunan metodlardan danışılıb. Bakı Avropa liseyinin təsviri incəsənət müəllimi Kəmalə Cəfərzadənin moderatorluğu ilə keçirilən sessiyada qeyd edilən fənlər üzrə standartlar, qarşıya çıxan problemlər dinlənilib, müəllimlərin rəy və təklifləri müzakirə olunub.
Digər panelin mövzuzu isə “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s.” olub. “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovon moderatorluğu ilə keçirilən paneldə yeni STEAM mərkəzlərinin yaradılması, layihənin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin bu təhsil yanaşmasına fəal surətdə cəlbi, eləcə də STEAM yanaşmasının tətbiqi üzrə statistik məlumatlar iştirakçılarla bölüşüb.
"Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova isə XXI əsr bacarıqlarının şagirdlərdə formalaşdırılması baxımından ölkəmizdə uğurla həyata keçirilən layihənin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, informatika fənninin tədrisi, eləcə də "Alqoritmika" şirkəti ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Panel sessiya fəal sual-cavab formatında davam etdirilib, müəllimlərin təklifləri dinlənilib.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin XVI qurultayı bu gün işini başa çatdıracaq.










16-12-2023, 15:11
Seçki məntəqələriylə bağlı qərar qəbul olundu


Seçki məntəqələriylə bağlı qərar qəbul olundu

07 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı cari ilin 15 dekabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) etibarlı və dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilmişdir. XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta Telecom” LTD, “Ultel” MMC və R.İ.S.K. şirkətinin nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirib.
Dövlət Xidmətindən verilən xəbərə görə, müzakirələrdə Mərkəzi Seçki Kommisiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.
İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb.
16-12-2023, 14:47
Qarabağı könüllü tərk edən ermənilər bu ölkələrə köçür


Qarabağı könüllü tərk edən ermənilər bu ölkələrə köçür

Qarabağı könüllü şəkildə tərk edərək Ermənistana gedən ermənilər Fransa, Rusiya və digər ölkələrə köçür.
Bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Bildirilir ki, bir çox Qarabağ ermənisi bu ölkələrin Ermənistandakı səfirliklərinə müraciət ediblər.
Ermənistan baş naziri Nikol Paşinyan özü bir ay əvvəl hökumətin iclasında Qarabağdan gedən bir çox erməninin ölkəni tərk etdiyini açıqlamışdı.
Onun sözlərinə görə, Qarabağı könüllü tərk edən 3 min erməni Ermənistandan gedib.
16-12-2023, 14:40
Həkimlik anddır, vicdandır, müqəddəsdir


Həkimlik anddır, vicdandır, müqəddəsdir

Həyatını insanların, millətinin sağlamlığına həsr etməyi, bu yolda gecə-gündüz vicdanla çalışmağı, həkimlik andına sadiq qalmağı həyat amalı seçən insanlar həm də daha fədakar, daha cəsarətli olurlar desək, yəqin ki, yanılmarıq. Yüksək ixtisaslı, qayğıkeş həkimlərimizin bacarığı və çalışqanlığı sayəsində səhhətindəki problemlərlə bağlı onlara üz tutan hər bir vətəndaş öz sağlamlığına qovuşub normal həyatına davam edir, həkimlərə isə duaçı olurlar.
Həkimlik peşəsi harada sevilirsə, orada insanlıq sevgisi də var. Təcrübələr göstərir ki, hansı peşənin arxasınca gedirsən get, peşənə ürək qızdırmalısan. Xidmət etdiyin xalqa, onun hər bir üzvünə bu ürəkdə böyük eşq yuva salmalııdr. Belə keyfiyyət sahibi olan hər kəs öz peşəsinin ustadı olur, sevilir – Solmaz Orucova kimi.
Orucova Solmaz Balasaday qızı 2 aprel 1980-ci ildə Şamaxı rayonunun Sündü kəndində anadan olub. 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsil alıb. Həmin ildən əmək fəaliyyətinə başlamış, 5 saylı Şəhər Poliklinikasında, “Bioloji Təbabət” klinikasında çalışmışdır. 2005-ci ildə dəri-zöhrəvi üzrə internatura proqramı keçmiş və öz sahəsi üzrə ixtisaslaşaraq fəaliyyətini davam etdirmişdir. 2016-cı ildən Binəqədi rayonu 15 saylı Şəhər Poliklinikasında dermatoveneroloq kimi insanların sağlamlığının keşiyində durur. Ona üz tutan hər bir vətəndaşa fərdi yanaşır, onların problemlərini səbirlə, təmkinlə dinləyir və yalnız müalicə vasitələriylə kifayətlənməyərək, lazımi tövsiyələr verir, doğru istiqamət göstərməklə, onlara həm də mənəvi dayaq durur.
Solmaz Orucova məhz o həkimlərdəndir ki, istər iş kollektivi, istər xəstə yaxınları həmişə ondan razılıq edirlər. O, öz biliyi, savadı, peşəkarlığı ilə hər bir şəxsə fərdi yanaşmaqla əlindən gələnin ən yaxşısını etməyə çalışır.
Bütün peşələr kimi, həkimlik sənəti də daim öyrənməyi, təkmilləşməyi, müasir üsullara yiyələnməyi tələb edən bir sahədir. Buna görə daim öz üzərində işləməyə çalışan, tibbin yeniliklərini araşdıran Solmaz həkim ona üz tutan hər bir şəxsə daha faydalı, daha effektiv müalicə üsulları tətbiq edərək müsbət nəticələr görməyə çalışır ki, bu nəticələr də insanların onun müalicəsinə, fəaliyyətinə olan inamı, sevgi və hörmətidir. Bunu Solmaz həkim öz fəaliyyəti, vicdanla, dürüst çalışmağı ilə qazanıb.
Çalışdığı bütün kollektivlərdə sevilən, hörmət sahibi olan Solmaz həkim həm də qayğıkeş ana, mehriban, gülərüz həyat yoldaşı, ailə dəyərlərinə xüsusi bağlı olan nümunəvi xanımdır. Həyat yoldaşı - 7 saylı Şəhər Poliklinikasında çalışan Şövqi Zeynalov xalqımıza sədaqətlə xidmət edən, ona ümidlə üz tutan insanlara yaşama sevinci bəxş edən peşəkar həkimlərimizdəndir. Nümunəvi həkim ailəsində böyüyən övladların da valideynlərindən örnək götürərək vətənimizin gələcəyi üçün savadlı kadr olacağına inanır, Solmaz həkimə çətin və məsuliyyətli fəaliyyətində, eləcə də şəxsi həyatında uğurlar arzulayırıq.
G.SÜLEYMANLI
“Bütöv Azərbaycan”

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!