Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
23-02-2024, 22:14
“Bayer”lə oyunlar “Qarabağ” üçün böyük təcrübədir - Qurban Qurbanov


“Bayer”lə oyunlar “Qarabağ” üçün böyük təcrübədir - Qurban Qurbanov

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
52 yaşlı mütəxəssisin sözlərinə görə, “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir: "Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu".
Çalışdırıcı bildirib ki, “Bayer”lə oyunlar Ağdam təmsilçisi üçün böyük təcrübədir: "Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir".
Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq.
23-02-2024, 21:43
Çətir altından göz vurdu

Çətir altından göz vurdu

Mən siyasət adamı deyiləm, siyasətlə də məşğul olmuram. Amma Makronla Paşinyanın görüşündə bir məqam diqqətimi çəkdi. Makron Paşinyanın üzərinə çətir qaldırmaqla onu inandırmağa çalışır ki, Ermənistan və onun baş naziri Fransanın təhlükəsizlik çətiri altındadır. Məsələ orasındadır ki, çətir Paşinyanın başında gəldi. Paşinyanla çətirtutan Makrona çatan kimi Makron çətiri qamarladı, sonra da Paşiki biraz qabağa aparıb fırlatdı. Nikol çox həyəcanlı idi. Makron onun əlini ovcuna alıb poz verdi, Nikol poz verincə Makron da kiməsə göz basdı. Bax o gözbasma nə məsələ idi anlamadım. Ona görə də siyasətşünaslardan xahiş edirəm xırdalasınlar, Makron kimə göz vururdu və nə demək istəyirdi?
Hörmətlə: Tamxil ZİYƏDDİNOĞLU
23-02-2024, 21:05
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Ukraynada müharibənin başlamasının üçüncü ildönümü ərəfəsində Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Bu barədə Kanada hökuməti məlumat yayıb.
Bildirilir ki, Rusiyadan olan 153 müəssisə və 10 şəxsə qarşı sanksiya tətbiq edilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ və Avropa İttifaqı tərəfindən Rusiyaya sanksiyalar qoyulub.
23-02-2024, 19:44
Paşinyan gürcü həmkarını Ermənistana dəvət etdi


Paşinyan gürcü həmkarını Ermənistana dəvət etdi

Ermənistan Baş naziri Nikol Paşinyanla gürcü həmkarı İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Bu barədə "Sputnik" agentliyi məlumat yayıb.
Paşinyan həmkarını Ermənistana rəsmi səfərə dəvət edib.
Gürcüstan Baş naziri dəvəti qəbul edib.
23-02-2024, 19:29
Aybəniz Həşimovanın qardaşı həbs olundu


Aybəniz Həşimovanın qardaşı həbs olundu

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Həşimov şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20100 (iyirmi min yüz) manat ziyan vurub.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ş.Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.
23-02-2024, 18:53
Baş nazir yeni qərar imzaladı


Baş nazir yeni qərar imzaladı

Nazirlər Kabineti 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra uşaq evləri və ailə tipli kiçik qrup evləri uşaqlarla bağlı Ailə Məcəlləsinə uyğun olaraq fərdi inkişaf planının hazırlanmasında və icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) kömək göstərəcək.
23-02-2024, 17:59
Ombudsman Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış etdii


Ombudsman Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış etdi

Ombudsman Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış edib.
Bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatından bildirilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərində davamlı şəkildə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarır.
Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu.
Belə ki, bu ilin 21 fevral tarixində Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi dəfn yeri aşkarlanmışdır. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət və soyqırımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu cinayətləri sübut edir. Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır.
Bir daha xatırlatmaq istərdim ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bugünədək məlum deyildir. Təəssüf ki, Ermənistan tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə bağlı məlumatları, o cümlədən kütləvi məzarlıqların koordinatlarını ölkəmizə təqdim etməkdən yayınmış, yalnız azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilmişdir.
Qeyd olunanları nəzərə alaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları bu cür faktlara biganə yanaşmamağa, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət zəminində cinayət əməllərinin törədilməsində təqsirli olan şəxslərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində zəruri addımlar atmağa çağırıram.
Qeyd edək ki, bu gün Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.
Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.
23-02-2024, 17:50
Buraxılış imtahanında sual kitabçaları iştirakçılara təqdim olunacaq


Buraxılış imtahanında sual kitabçaları iştirakçılara təqdim olunacaq

Bu il ilk dəfə olaraq buraxılış imtahanında sual kitabçaları iştirakçılara təqdim olunacaq. İştirakçılara imtahanın sonunda sual kitabçalarını özləri ailə aparmağa icazə veriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.
Qeyd edək ki, 2024-cü il martın 3-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 3-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
23-02-2024, 17:08
Ermənistan Xocalı soyqırımına görə Azərbaycandan hələ də üzr istəməyib


Ermənistan Xocalı soyqırımına görə Azərbaycandan hələ də üzr istəməyib

Xocalıda daha bir kütləvi məzarlıq aşkar edilib. Bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapıldı.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.
H.Hacıyev qeyd edib ki, onların kimliyi DNT analizi ilə müəyyən ediləcək:
“Ermənistanın hərbi təcavüzü nəticəsində dörd minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumatı verməkdən imtina edir. Bir dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə əsas verir”.
Prezident köməkçisi vurğulayıb ki, Ermənistan Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət olaraq məsuliyyət daşıyır:
“Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib”.
23-02-2024, 16:42
Ukraynayla Danimarka arasında təhlükəsizlik sazişi imzalandı


Ukraynayla Danimarka arasında təhlükəsizlik sazişi imzalandı

Ukrayna və Danimarka arasında təhlükəsizlik sazişi bağlanıb.
Sənədi Ukrayna Prezidenti Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen imzalayıb.
Bildirilib ki, Kopenhagen Kiyevə qırıcı təyyarələrin, döyüş sursatlarının, təlimçilərin göndərilməsini dəstəkləyəcək. 2024-cü ildə Danimarkanın hərbi dəstəyi azı 1,8 milyard avro olacaq.
Danimarka “Böyük Yeddilik” qrupundan kənarda Ukrayna ilə bu sazişi bağlayan ilk ölkədir.
Qeyd edək ki, fevralın 22-də Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!