Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
11-03-2024, 23:28
Zelenski Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifinə reaksiya bildirdi


Zelenski Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifinə reaksiya bildirdi

Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərini şərh edib.
Bu barədə o, Fransanın BFM TV telekanalına müsahibəsində danışıb.
Onun fikrincə, Makronun bəyanatı ilk növbədə Rusiya prezidenti Vladimir Putinin gələcək qərarları ilə bağlı olub.
“Onun heç nəyi istisna edə bilməyəcəyi deməsi, məncə, ilk növbədə Vladimir Putinlə bağlıdır. Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu Fransa ərazisində qala bilər. Lakin Putin başqa bir NATO ölkəsinə hücum etməyi bacararsa, vəziyyət tamamilə fərqli olacaq”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, fransalı hərbçilər Ukraynada ölməyəcək, çünki ölkə NATO üzvü deyil.
Zelenskinin sözlərinə görə, hazırda Ukrayna ərazisində xarici qoşunlara ehtiyac yoxdur, lakin o, Ukraynaya gəlib hərbi texnikanın təmirinə kömək edə biləcək texniki heyət haqqında düşünməyi təklif edib. Söhbət Avropaya təmir üçün göndərilən "Leopard" tanklarından və "Sezar" artilleriya qurğularından gedir.
NATO-nun baş katibi Yens Stoltenberq Emmanuel Makronun bəyanatından dərhal sonra alyansın qoşunların Ukrayna ərazisində yerləşdirilməsi planlarını rədd edib. O, həmçinin vurğulayıb ki, NATO ölkələri bu cür qərarları yalnız birgə məsləhətləşmələrdən sonra qəbul etməlidir. Ukraynaya qoşun yeritmək ideyası Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Slovakiya, Çexiya və İsveç tərəfindən dəstəklənməyib.
11-03-2024, 22:51
Ramazan ayının ikinci gününün duası


Ramazan ayının ikinci gününün duası

Sabah Ramazan ayının ikinci günündə imsak vaxtı 05:31, iftar isə 18:59-dadır.

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhimlisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
11-03-2024, 20:54
Tokayev Milli Məclisin sədriylə görüşdü


Tokayev Milli Məclisin sədriylə görüşdü

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Milli Məclisə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub.
Daha sonra keçirilmiş görüş zamanı Milli Məclisin sədri ali qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan səfərinin, Prezident İlham Əliyevlə keçirilən görüşlərin və aparılan danışıqların ölkəmizdə böyük diqqətlə izlənildiyini deyən spiker Sahibə Qafarova vurğulayıb ki, bu səfər xalqlarımız arasında dostluq və qardaşlığın növbəti təzahürüdür və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcək.
Görüşdə qeyd olunub ki, Azərbaycan və qazax xalqları ümumi mədəni, mənəvi bağlarla bir-birinə bağlıdır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra hər gün genişlənən, artıq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrimiz də məhz bu möhkəm təməl üzərində qurulub.
Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir.
Beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətinin əhəmiyyətinin də vurğulandığı görüşdə hazırda dünyada bir sıra neqativ proseslərin də müşahidə olunduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, ikili standartlar, islamofobiya kimi meyllər narahatlıq doğurur. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq əlaqələrimiz daha böyük əhəmiyyət kəsb edir.
Spiker xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Milli Məclisin sədri xatırladıb ki, Prezident İlham Əliyev parlamentdəki andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı prioritet kimi müəyyənləşdirib. Azərbaycanın dövlət başçısı xüsusilə qeyd edib ki, bizim ailəmiz türk dünyasıdır və biz birlikdə çalışmalıyıq ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilsin. Sahibə Qafarova vurğulayıb ki, parlamentarilər də TÜRKPA-nı daha da gücləndirmək üçün birgə səyləri davam etdirməlidir. TÜRKPA çərçivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsi üçün böyük imkanlar yaradır.
Azərbaycana səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Qazaxıstan Prezidenti, Senat sədri vəzifəsində Azərbaycanın Milli Məclisində 3 dəfə olduğunu xatırladıb. Prezident Kasım-Jomart Tokayev bunun da Azərbaycan parlamentinə və xalqına hörmətinin bir nümunəsi olduğunu qeyd edib.
O, prezident seçkilərində əldə etdiyi parlaq qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik etdiyini bildirib. Həmçinin, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.
Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu deyən Prezident Kasım-Jomart Tokayev vurğulayıb ki, bu da bizim üzərimizə xüsusi öhdəliklər qoyur.
Azərbaycanın regionda artan rolunu vurğulayan Prezident Tokayev ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, xatırladıb ki, Prezident İlham Əliyevlə danışıqlarının əsas mövzuları da neft-qaz, logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri olub.
Söhbət zamanı Prezident Tokayev Qazaxıstanın iqtisadiyyat, sənaye, rəqəmsallaşma, kənd təsərrüfatı və digər sahələrdə qazandığı uğurları və perspektiv planları barədə məlumat verib. Ölkələrimizin nəqliyyat-logistika, Orta Dəhliz və digər layihələr çərçivəsində əməkdaşlığından məmnunluqla danışan Qazaxıstanın dövlət başçısı humanitar sahədə də münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib. Bu baxımdan Prezident Tokayev Azərbaycanda keçirilmiş Qazax mədəniyyəti günlərinin xalqlarımızı daha da yaxınlaşdırdığına əminliyini ifadə edib. O, Bakıda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsinə göstərilən dəstəyə görə, Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və Qazaxıstanda da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məsələsinin gündəmdə olduğunu bildirib.
Dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Qazaxıstanın dövlət başçısı beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyətindən danışıb. Qazaxıstan Prezidenti ölkələrimiz arasında bu sahədə mövcud olan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, parlamentləarası əlaqələr ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil edir. Kasım-Jomart Tokayev bir sıra parlament təşkilatlarında qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb.
Parlament diplomatiyasına verdiyi yüksək dəyərə görə, ali qonağa təşəkkürünü bildirən Sahibə Qafarova deyib ki, parlament diplomatiyası əlaqələrimizin genişlənməsində mühüm rol oynayır.
O, məmnunluqla qeyd edib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Azərbaycan Milli Məclisi ilə həm Qazaxıstan Parlament Məclisi, həm də Senatı arasında yaxşı əlaqələr və sıx təmaslar mövcuddur. Bildirilib ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir.
Vurğulanıb ki, parlamentlərimiz arasında əlaqələri daha da dərinləşdirmək üçün çoxlu imkanlar var. Parlament komitələri arasında aktiv qarşılıqlı fəaliyyət mühüm istiqamətlərdən biri hesab olunur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
11-03-2024, 19:21
Tokayevin şərəfinə dövlət ziyafəti verildi


Tokayevin şərəfinə dövlət ziyafəti verildi

Martın 11-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Ziyafətdə Azərbaycanın və Qazaxıstanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
11-03-2024, 18:10
Dəm qazından ölən ana və uşaqlarıyla bağlı AÇIQLAMA


Dəm qazından ölən ana və uşaqlarıyla bağlı AÇIQLAMA

Masallı rayonunda ana və iki azyaşlı oğlunun meyitləri tapılıb. Rayonda yerləşən evlərin birində yaşayan 24 yaşlı Aytac Əzimova və onun iki azyaşlı övladının dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Masallının bələdiyyə sədri Azər Baxışov açıqlamasında bildirib ki, dəm qazından zəhərlənənlər Masallı rayon sakinləri deyil.
"Ana və azyaşlı uşaqları Masallı rayon qeydiyyatında olmayıblar. Onlar Şirvan rayon qeydiyyatındadırlar", - o bildirib.
Bələdiyyə sədrinin sözlərinə görə, ana və övladları rayonda kirayədə yaşayırmışlar.
11-03-2024, 18:03
İsrailin şimalındq hava həyəcanı siqnalı səsləndirildi


İsrailin şimalında hava həyəcanı siqnalı səsləndirildi

İsrailin şimalında raket atəşi təhdidindən xəbər verən hava həyəcanı siqnalı səsləndirilib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həyəcan siqnalları İsrailin şimalında Livanla həmsərhəd Ştula yaşayış məntəqəsində səsləndirilib.
Qeyd edək ki, bir qədər əvvəl də İsrailin şimalında həyəcan siqnalı səsləndirilib.
11-03-2024, 17:47
İstanbulda fabrikdə yanğın baş verdi


İstanbulda fabrikdə yanğın baş verdi

İstanbulun Tuzla rayonun fabrikdə yanğın baş verib.
Bu barədə Türkiyə DİN məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə ətraf rayonlardan çox sayda yanğınsöndürmə briqadaları göndərilib, yanğına müdaxilə davam edir.
11-03-2024, 17:12
Rusiyanın baş naziri Azərbaycanla bağlı tapşırıq verdi


Rusiyanın baş naziri Azərbaycanla bağlı tapşırıq verdi

Rusiyanın baş naziri Mixail Mişustin müavinlərinə Rusiya-Azərbaycan danışıqlarında əldə olunmuş razılaşmaların icrasının gedişatına nəzarət etməyi tapşırıb.
Baş nazirin müavinləri ilə görüşündə Mişustin martın 5-6-da Azərbaycana işgüzar səfərinin yekunlarından danışıb. Bildirib ki, tərəflər müştərək layihələr üzərində işin intensivləşdirilməsi və qarşılıqlı investisiyaların cəlb edilməsi üçün ən əlverişli şəraitin yaradılması barədə razılığa gəliblər. Danışıqlar zamanı Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirilib.
“Nəzarət etdiyiniz ərazilərdə azərbaycanlı həmkarlarımızla əldə olunmuş razılaşmaların necə icra olunduğunu diqqətlə izləyin”, - deyə hökumət başçısı baş nazirin müavinlərinə tapşırıq verib.
11-03-2024, 17:04
Hakan Fidan milli müdafiə naziri və MİT rəhbəriylə görüşdü


Hakan Fidan milli müdafiə naziri və MİT rəhbəriylə görüşdü

Türkiyənin xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri arasında görüş olub.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
"Nazirimiz Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və MİT rəhbəri İbrahim Kalın bu gün Milli Müdafiə Nazirliyində bir araya gəliblər", - deyə qeyd olunub.
Görüş və müzakirələrlə bağlı detallar açıqlanmayıb.

11-03-2024, 16:59
"Azəriqaz"a yeni təyin olunmuş direktor müavini şəhid oğludur


"Azəriqaz"a yeni təyin olunmuş direktor müavini şəhid oğludur

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib.
2023-cü ilin mart ayındın "Azəriqaz"a direktor müavini postuna gətirilən Azər Məmmədov Qarakənd səmasında vurulan vertolyotda şəhid olmuş dövlət xadimi Vəli Məmmədovun oğludur.
Mərhum Vəli Məmmədov uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb.
O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan Mi-8 helikopterində şəhid olmuş 22 nəfərdən biridir.
İctimai-siyasi xadim, ədəbiyyatşünüs, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Məmmədov Bakının indiki Səbail rayonunda 1-ci katib vəzifəsində işləyib. Onun sonuncu vəzifəsu Azərbaycan KP MK-da Nəzarət Komitəsinin sədr müavini olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!