Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər .....                        Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı .....                        Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov .....                        Robert Fitso Azərbaycana səfəri barədə nələr dedi? - VİDEO .....                        Ermənistan-Azərbaycan sərhədində zəlzələ .....                        Əli Əsədov Türkiyə mətbuatına müsahibə verdi .....                        Küveyt əmiri Türkiyədə rəsmi səfərdədir .....                        Şəhidimizin nəşi 30 ildən sonra doğma kəndində dəfn edildi - FOTO .....                        Kapital Bank-ın Laçın filialı açıldı .....                       
23-03-2024, 16:06
Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verdi


Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verdi

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Türkmənistan vətəndaşı, rayonun Qonaqkənd qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla yaşayan 1963-cü il təvəllüdlü Akummedov Dövrangəldi Həzrətquliyeviç dünən Quba şəhərində dəm qazından boğulub.
Belə ki, 61 yaşlı kişi saat 16 radələrində qızı Şimşad Axmedoyava məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən evin hamamında çimərkən dəm qazının hamam otağına sızması nəticəsində zəhərlənib. O, hadisə yerində ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
23-03-2024, 15:57
Şübhəli şəxs terrora görə ona 500 min rubl veriləcəyini etiraf etdi


Şübhəli şəxs terrora görə ona 500 min rubl veriləcəyini etiraf etdi

“Crocus City Hall”a terror hücumunda şübhəli bilinən şəxs ona 500 min rubl vəd edildiyini etiraf edib.
Saxlanılan şəxs pulun yarısının onun bank kartına köçürüldüyünü, ikinci yarısının isə daha sonra köçürüləcəyini bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçarkən kartını meşədə itirib. Həmin şəxsin sözlərinə görə, kuratorlar onunla “Telegram” vasitəsilə əlaqə saxlayıblar.
Medianın məlumatına görə, saxlanılan şəxslər Rusiya vətəndaşları olan taciklərdir.
23-03-2024, 15:50
Terrorda ölən Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil - XİN


Terrorda ölən Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.
Bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.
Bundan əvvəl hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.
Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 nəfər ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
23-03-2024, 15:36
NATO Moskvada baş vermiş terror aktını pislədi


NATO Moskvada baş vermiş terror aktını pislədi

NATO Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktını pisləyib.
Bu barədə Alyansdan bildirilib.
Həmçinin Avropa İttifaqı da hadisə ilə bağlı Rusiyaya başsağlığı verib.
Avropa Şurasının rəhbəri Şarl Mişel özünün “X” hesabında yazıb: “Mən Moskvadakı dəhşətli terror aktını pisləyirəm. Hər yerdə günahsız insanların itkisi insan faciəsidir. Qurbanlara və onların ailələrinə başsağlığı verirəm”.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borel beynəlxalq ictimaiyyəti terrora qarşı həmrəy olmağa çağırıb: “Dünən gecə Moskvada törədilən iyrənc hücumu qəti şəkildə pisləyirəm. Terror yenidən müdafiəsiz insanları hədəf alıb”.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də terror aktını pislədiyini qeyd edib: “Mən Moskvada dinc sakinlərə qarşı törədilən və İslam qruplaşmasının üzərinə götürdüyü terror aktını pisləyirəm”.
Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 110-dan çox adam ölüb, 11 nəfər saxlanılıb.
23-03-2024, 15:15
Subasmaya məruz qalan ərazilərə FHN qüvvələri cəlb olundu - VİDEO


Subasmaya məruz qalan ərazilərə FHN qüvvələri cəlb olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağan yağışlar nəticəsində Samux rayonunun Köbər kəndində bir sıra ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.

23-03-2024, 00:22
İlham Əliyev Putinə başsağlığı verdi


İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.
Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!