Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                        Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO .....                        Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO .....                        Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan .....                        Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı .....                       
29-03-2024, 17:04
Hikmət Hacıyev: “Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik”


Hikmət Hacıyev: “Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik”

Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.
O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldığını xatırladıb.
"Biz ikili standartlarla üzləşirik. Biz xarici siyasətdə hərbi təcavüz və işğala haqq qazandırılması, eləcə də separatçılığın təşviq olunması ilə üzləşirik. Bu istənilən digər ölkə üçün olduğu kimi, Azərbaycan üçün də qəbuledilməzdir. Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik. Yəqin ki, bu çox çətindir, lakin bəzən yerlərdə sülh və təhlükəsizliyi təmin etmək üçün zəruri olur. Hazırda Ermənistan və Azərbaycan sülhə həmişə olduğundan daha yaxındır. Son altı ay Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixindəki ən dinc müddət olub. Biz ATƏT-in Minsk qrupunun sədrliyinin də şahidi olmuşuq. Son 30 il ərzində o danışıqlar aparırdı, lakin xüsusi nəticələr əldə etmədi. İşğal davam edirdi və biz sülhdən uzaq idik. İndi isə sülh yaxındadır. De-fakto sülh hökmranlıq sürür", - H.Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın yanaşması Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdən ibarətdir.
"Biz hərbi işğalın obyekti olmağımıza baxmayaraq, sülh sazişinin mətnini hazırlamışıq, həmçinin sülh sazişinin 5 təməl prinsipini Ermənistan Respublikasına təqdim etmişik. Sülh sazişi ilə bağlı yaxşı irəliləyirik, lakin Azərbaycanın yanaşması bundan ibarətdir ki, sülh Bakı ilə İrəvan arasında olmalıdır, çünki bu region bizə məxsusdur. Sülh nə Vaşinqtonda, nə Brüsseldə, nə də Parisdə deyil. Sülh burada - Cənubi Qafqaz regionunda, iki ölkə arasındadır. Biz irəlilədiyimizi görürük, lakin regional əməkdaşlığa və sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasi tədbirlər var", - deyə H.Hacıyev əlavə edib.
29-03-2024, 16:55
İranın dövlət agentliyi Azərbaycandakı səfiri istefaya çağırdı


İranın dövlət agentliyi Azərbaycandakı səfiri istefaya çağırdı

İranın dövlət xəbər agentliyi “Tasnim” ölkənin Azərbaycandakı səfiri Abbas Musəvini Baku TV-yə verdiyi müsahibədən sonra istefaya çağırıb.
Agentlik bu çağırışı edərkən, jurnalistin diplomatik nümayəndəlikdə “uyğun olmayan geyim”lə göründüyünü əsas gətirib.
“Tasnim” xanım jurnalistin hicabsız geyimini “İran İslam Respublikasının rəsmi mövqeyinə təhqir” adlandırıb və səfiri Abbas Musəvini istefa verməyə çağırıb.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvidən müsahibəni Baku TV-nin əməkdakı Sevinc Gülməmmədova alıb.
29-03-2024, 16:41
Cəlilabadda məktəb direktoruna cinayət işi açıldı


Cəlilabadda məktəb direktoruna cinayət işi açıldı

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.
Cəlilabad rayon Prokurorluğundan verilən xəbərə görə, Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Camal Bəşirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
29-03-2024, 16:33
102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN


102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi 102-ci Rusiya hərbi bazasını Ermənistanın suverenliyinin yeganə təminatı adlandırıb.
Nazirlik NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə İrəvanla Aİ arasında münasibətlərin dərinləşməsinə dair hesabatı belə şərh edib.
“Təhlükəsizliklə bağlı təkliflər sağlam düşüncəyə tamamilə ziddir. 102-ci bazası və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların çıxarılmasının respublikanın hərbi potensialını hansısa formada gücləndirməsi təhlükəli demaqoqiyadır. Bizi bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir”, - açıqlamada deyilir.
XİN bildirib ki, hesabatın məqsədi İrəvanı Moskvadan qoparmaqdır. Sənəddə Rusiyaya, Azərbaycana və Türkiyəyə qarşı uydurma fobiyalar oyadılır ki, onların məqsədi barış yox, xalqları məhz bir-birindən ayırmaqdır.
"Avropa İttifaqı və NATO-nu Ermənistan əhalisinin əsl ehtiyacları maraqlandırmır. İrəvana sadəcə Qərbin iradəsinin icraçısı rolu ayrılır", - Rusiya XİN qeyd edib.
29-03-2024, 16:27
Paytaxtda elektrik mühərrikli avtobus istifadəyə verildi


Paytaxtda elektrik mühərrikli avtobus istifadəyə verildi

"BakuBus" MMC xəttə daha bir elektrik mühərrikli avtobus buraxıb.
Yeni avtobus 5 nömrəli marşrut xəttində hərəkət edir.
Uzunluğu 24,4 km olan marşrut xətti 20-ci sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.
Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin "ZhongTong Bus" şirkətindən test məqsədilə alınan avtobus 12 metrlikdir, 34 nəfər sərnişin oturacağına, 80 nəfər ümumi sərnişin tutumuna malikdir.
Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq. Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək.
29-03-2024, 16:19
Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Hikmət Hacıyev


Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Hikmət Hacıyev

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.
Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu: “Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi, çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırmaqla yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Yenə də hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi”.
“Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub", - Prezidentin köməkçisi vurğulayıb.
“Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, - o bildirib.
H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir: “Ola bilsin ki, bu, uzun proses olacaq”.
O, həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir: “Biz hərbi işğalın hədəfi olmasına baxmayaraq, sülh sazişinin mətnini hazırladıq, sülh sazişinin 5 fundamental prinsipini də formalaşdırdıq. Görürük ki, biz irəliləyirik, amma təəssüf ki, regional əməkdaşlığa, sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var”.
29-03-2024, 16:05
Silahlı münaqişə zamanı sərvətləri hərbçilər müdafiə edəcək


Silahlı münaqişə zamanı sərvətləri hərbçilər müdafiə edəcək

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşir.
Bu barədə Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilən və plenar iclasa tövsiyə edilən “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.
Qanun layihəsinə görə, silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək. Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.
29-03-2024, 11:48
TƏBRİK EDİRİK !


TƏBRİK EDİRİK!

Bu gün Cahidin doğum günüdür. Onun 10 yaşı olur.
Cahidi ad günü münasibətilə atası Sərdar, anası Seyidə, qardaşı Can, Hidayət, bacıları Jalə, Aytəkin və babaları,nənələri təbrik edirlər, uğurlu xoşbəxt, sağlam həyat yaşamağı arzulayırlar!
29-03-2024, 00:32
“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı


“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı

“Crocus City Hall”da törədilən terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, şübhəli şəxs terrorun maliyyələşdirilməsi sxemində iştirak edib.
“İstintaq məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verəcək”, - məlumatda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!