Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-03-2024, 17:32
İşğaldan azad edilmiş bu şəhərlərdə sənaye zonaları yaradılacaq


İşğaldan azad edilmiş bu şəhərlərdə sənaye zonaları yaradılacaq

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.
Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.
Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkıdır.
18-03-2024, 17:25
Paşinyan Qazaxla sərhəd olan Tavuş bölgəsinə səfər etdi


Paşinyan Qazaxla sərhəd olan Tavuş bölgəsinə səfər etdi

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 18-də Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.
Nikol Paşinyan işğal altındakı Əskipara kəndinin Mədəniyyət Evində bir neçə yaşayış məntəqəsinin sakinlərilə görüşüb.
Erməni jurnalist Voskan Sarkisyan özünün Facebook səhifəsində bu görüş haqda yazıb. Onun sözlərinə görə, görüşdə baş nazirin müavini Mher Qriqoryan, Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan, Noyemberyandan olan icma sədri Arsen Ağababyan, bir sıra kənd administrasiyalarının rəhbərləri iştirak ediblər.
Jurnalistin bildirdiyinə görə, əgər əvvəllər burada keçirlən toplantılarda Nikol Paşinyan isti qarşılanırdısa, bu dəfə Baş nazir çox soyu qarşılanıb.
“Paşinyan zala daxil olanda oradakıların yarısı ayağa qalxmadı”, - Voskan Sarkisyan bildirib.
“Nikol Paşinyan bəyan edib ki, Tavuş vilayətinin əvvəllər azərbaycanlıların yaşadığı dörd sərhəd kəndinin əraziləri Azərbaycana təslim edilməlidir, əks halda Azərbaycan müharibəyə başlayacaq”, - Sarkisyan yazıb.
Xatırladaq ki, rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyir.
Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.
Həmin kəndlərdən 3-ü eksklav kəndlərdir (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) .
18-03-2024, 17:03
Naxçıvanda yeni institut yaradılır


Naxçıvanda yeni institut yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov martın 18-də Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 22 iyun tarixli 325-06/S nömrəli Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təşkili məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılsın.

2. Müəyyən edilsin ki, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu (bundan sonra – İnstitut) qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyəti sahəsində elmi-praktiki araşdırmalar aparır, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirir, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayır və aidiyyəti üzrə təqdim edir, qida və yem məhsullarına dair digər beynəlxalq standartların onların istehsalçıları tərəfindən könüllü tətbiqi, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyəti göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

3. İnstitutda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:

3.1.1. İnstitutun yenidən təşkil və ləğv edilməsi.

3.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. nizamnamənin və strukturun təsdiqi;

3.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi.

3.3. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulanlar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 28 dekabr tarixli 223-VI FR nömrəli Fərmanının 1.10.2.1-ci yarımbəndində “Naxçıvan Qida təhlükəsizliyi laboratoriyası, elmi araşdırmalar və sahibkarlıq subyektlərinə xidmət mərkəzi publik hüquqi şəxs” sözləri “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 3 noyabr tarixli 210-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.0.22-ci yarımbəndə “qida məhsullarının” sözlərindən əvvəl “tabeliyindəki qurumun elmi əsaslandırılmış təklifləri əsasında” sözləri əlavə edilsin;

5.2. 3.0.23-cü yarımbəndə “qəbul etmək,” sözlərindən sonra “tabeliyindəki” sözü əlavə edilsin;

5.3. 3.0.64-cü yarımbəndə birinci halda “qida” sözündən əvvəl “tabeliyindəki qurum vasitəsilə” sözləri əlavə edilsin.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

6.1. İnstitutun nizamnaməsini və strukturunu təsdiq etsin, habelə nizamnamə fondunun formalaşdırılmasını təmin etsin və bu barədə bir ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

6.2. İnstitutun maddi-texniki təminatı ilə bağlı məsələləri iki ay müddətində həll etsin;

6.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;

6.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

6.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".
18-03-2024, 16:34
XİN başçısı Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik etdi


XİN başçısı Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala zəfərinin 109-cu ildönümü münasibətilə Türkiyəni təbrik edib.
Bu barədə nazir "X"də paylaşım edib.
"Bu gün Türkiyə xalqının vətənpərvərlik və qəhrəmanlıq salnaməsi sayılan Çanaqqala zəfərindən 109 il ötür. Bu tarixi zəfərin ildönümündə qardaş Türkiyəyə səmimi təbriklərimizi çatdırır, müstəqillik və inkişafının əbədi olmasını arzu edirik", - o bildirib.
18-03-2024, 16:23
Prezident: “…hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə..”


Prezident: “…hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə..”

Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq.
Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.
18-03-2024, 16:05
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verildi


Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verildi

Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib.
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. ...Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.
18-03-2024, 15:58
Azərbaycan nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir


Azərbaycan nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir

Biz iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq.
Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.
“Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”, - deyə dövlətimizin başçısı əlavə edib.
18-03-2024, 15:50
İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı - Prezident


İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı - Prezident

Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı.
Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istədiyini xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb ki, bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası, Azərbaycan xalqının iradəsinə ziddir.
18-03-2024, 15:41
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
“Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
18-03-2024, 15:39
Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram


Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram

Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır.
Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, böyük xoşbəxtlikdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!