Avropa çempionatında 2 qızıl, 2 bürünc .....                        Rusiyada nüvə silahı ilə təlimlər .....                        Ana özünü və üç uşağını zəhərlədi .....                        Kadırov böyük oğlunu nazir təyin etdi .....                        Azərbaycanda un bahalaşdı - VİDEO .....                        Zelenski İlham Əliyevə zəng etdi .....                        6-cı sinif şagirdinin ölümü ilə bağlı açıqlama .....                        Bayraktaroğlu Bakıda generallarla görüşdü - FOTO .....                        İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyənləşdi .....                       
29-03-2024, 16:27
Paytaxtda elektrik mühərrikli avtobus istifadəyə verildi


Paytaxtda elektrik mühərrikli avtobus istifadəyə verildi

"BakuBus" MMC xəttə daha bir elektrik mühərrikli avtobus buraxıb.
Yeni avtobus 5 nömrəli marşrut xəttində hərəkət edir.
Uzunluğu 24,4 km olan marşrut xətti 20-ci sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.
Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin "ZhongTong Bus" şirkətindən test məqsədilə alınan avtobus 12 metrlikdir, 34 nəfər sərnişin oturacağına, 80 nəfər ümumi sərnişin tutumuna malikdir.
Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq. Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək.
29-03-2024, 16:19
Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Hikmət Hacıyev


Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Hikmət Hacıyev

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.
Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu: “Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi, çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırmaqla yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Yenə də hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi”.
“Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub", - Prezidentin köməkçisi vurğulayıb.
“Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, - o bildirib.
H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir: “Ola bilsin ki, bu, uzun proses olacaq”.
O, həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir: “Biz hərbi işğalın hədəfi olmasına baxmayaraq, sülh sazişinin mətnini hazırladıq, sülh sazişinin 5 fundamental prinsipini də formalaşdırdıq. Görürük ki, biz irəliləyirik, amma təəssüf ki, regional əməkdaşlığa, sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var”.
29-03-2024, 16:05
Silahlı münaqişə zamanı sərvətləri hərbçilər müdafiə edəcək


Silahlı münaqişə zamanı sərvətləri hərbçilər müdafiə edəcək

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşir.
Bu barədə Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilən və plenar iclasa tövsiyə edilən “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.
Qanun layihəsinə görə, silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək. Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.
29-03-2024, 11:48
TƏBRİK EDİRİK !


TƏBRİK EDİRİK!

Bu gün Cahidin doğum günüdür. Onun 10 yaşı olur.
Cahidi ad günü münasibətilə atası Sərdar, anası Seyidə, qardaşı Can, Hidayət, bacıları Jalə, Aytəkin və babaları,nənələri təbrik edirlər, uğurlu xoşbəxt, sağlam həyat yaşamağı arzulayırlar!
29-03-2024, 00:32
“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı


“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı

“Crocus City Hall”da törədilən terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, şübhəli şəxs terrorun maliyyələşdirilməsi sxemində iştirak edib.
“İstintaq məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verəcək”, - məlumatda bildirilib.
28-03-2024, 23:03
Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular


Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular

"Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Azərbaycan Boks Federasiyasından bildirilib ki, 5 gün davam edən yarışda 11 ölkənin 121 idmançısı qüvvəsini sınayıb.
Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib.
Yığmamızın heyətində həlledici görüşdə Həsən Məlikov (48 kiloqram) qazaxıstanlı Temirtaş Jussupovla qarşılaşıb. Rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən boksçumuz qızıl medala sahib olub. 57 kiloqramda Şamil Əsgərov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk raunddan sonra Xudoynazar Fayzovun (Özbəkistan) döyüşdən imtina etməsi səbəbindən boksçumuz qalib adına yiyələnib.
Onların uğurunu Tayfur Əliyev (63,5 kiloqram) də təkrarlayıb. Avropa Oyunlarının mükafatçısı finalda Abdullah Madaminovdan (Özbəkistan) güclü olub – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Digər boksçularımızdan Əzrək Bəbirov (60 kiloqram), Murad Allahverdiyev (86 kq) və Alfonso Dominqes (92 kiloqram) ikinci yeri tutublar.
Beləliklə, Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla başa vurub. Komandamızın heyətində daha öncə Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) birinci, Mehparə Məmmədova (48 kiloqram), Günel Rəhimova (50 kiloqram), Lalə Namazlı (63 kiloqram) ikinci, Anaxanım İsmayılova (50 kiloqram), Nərgiz Zeynalova (54 kiloqram), Məhsəti Həmzəyeva, Aysu Dərvişova (hər ikisi 60 kiloqram), Malik Həsənov (63,5 kiloqram), İlqar Salahov (67 kiloqram), Kamran Şahsuvarlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kiloqram), Sərxan Budaqovla (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) üçüncü olub.
Millimiz 5 qızıl, 6 gümüş və 10 bürünc medalla komanda hesabında ikinci yeri tutub. Birinci yerdə Özbəkistan (5-7-6) qərarlaşıb, “üçlüy”ü isə Qazaxıstan (3-2-1) qapayıb.
Turnirdə Şamil Əsgərov (Azərbaycan) ən yaxşı boksçu, Nəsrəddin Məmmədov (Azərbaycan) ən yaxşı hakim seçilib.
28-03-2024, 22:43
Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı


Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı

Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündən danışıb.
O, parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edildiyini bildirib.
Simonyan deyib ki, ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq.
Xatırladaq ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.
Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib
Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
28-03-2024, 22:37
Bişkekdə fövqəladə vəziyyət elan olundu


Bişkekdə fövqəladə vəziyyət elan olundu

Qırğızıstanın paytaxtı Bişkek şəhərində fövqəladə vəziyyət elan olunub.
Bu barədə şəhər meri İsaak Cunuşəliyev məlumat verib.
Məlumata görə, bütün şəhər xidmətləri gücləndirilmiş rejimə keçib.
Qeyd edək ki, bu gün, martın 28-də yerli vaxtla saat 16:20-də Bişkek və Çu vadisində sürəti 18-26 m/s olan güclü külək əsib.
Respublika Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, paytaxtda yol polisi və Fövqəladə Hallar Nazirliyinin özünün də daxil olmaqla 3 inzibati binasının, həmçinin 25 yaşayış binasının dam örtüyü uçub.
Bişkek Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, külək nəticəsində iki nəfər xəsarət alıb.
28-03-2024, 20:49
Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir”


Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir”

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir.
Bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, indi Norveç, Kanada və ABŞ-dən hərbi qulluqçular hələ də oraya göndərilir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər.
Lavrov vurğulayıb ki, Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaratmır:
“Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir, qəsdən Rusiya Federasiyası ilə münasibətlər pozulur, 102-ci hərbi bazada xidmət edən hərbi qulluqçularımız şərlənir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı böhtan atılır”.
Rusiyanın xarici işlər naziri əlavə edib ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub.
O xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib.
28-03-2024, 20:10
AZƏRTAC-ın sabiq sədri təltif olundu


AZƏRTAC-ın sabiq sədri təltif olundu

Təcrübəli jurnalist, AZƏRTAC-ın sabiq sədri Aslan Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Aslan Aslanov 2002-2022 ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) sədri vəzifəsində işləyib.
1993-2022 ci illərdə Ulu Öndər Heydər Əliyevin demək olar ki, bütün xarici səfərlərində və keçirdiyi görüşlərdə AZƏRTAC-ın xüsusi müxbiri kimi müşayiət edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!