Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
28-03-2024, 15:40
Qardaş ölkədə 39 küçəyə şəhidlərimizin adı verildi


Qardaş ölkədə 39 küçəyə şəhidlərimizin adı verildi

Qardaş Köməyi Platforması və Kahramanmaraşın Türkoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə Türkoğlu bölgəsində qurulmuş 453 ev tipli konteynerdən ibarət Qardaş Köməyi Məhəlləsində 39 küçəyə işğaldan azad olunmuş şəhərlərimizin və şəhidlərimizin adı verilib.
Bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli öz "X" hesabında yazıb.
"Əməyi keçən hər kəsdən Allah razı olsun! 6 Fevralda əsrin fəlakəti adlanan zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Rəbbim bir daha pis gün yaşatmasın",-R.Cabirli yazıb.
Qeyd edək ki, ötən il Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələnin baş verməsindən sonra Azərbaycana bölgəyə yardımlar edib. Eyni zamanda Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı Qardaşlıq (Yardım) Platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi yaradılıb.
Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilib və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanın ən çox itki verdiyi şəhərlərin və şəhidlərin adı verilib.
Küçələrdə Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adları yaşadılır.
28-03-2024, 15:22
Ərdoğan: “ Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”


Ərdoğan: “ Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”

Bəzi qərbmeyilli qüvvələr Türkiyənin və regionun sabitliyini pozmaq üçün illərdir hər bir təxribata əl atıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində keçirilən mitinqdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, son zamanlar Qəzzada baş verənlərin bundan heç bir fərqi yoxdur:
"Əmin olun ki, Qəzzada müsəlman qanının tökülməsinə kor və kar olanlar sabah belə bir bəla başımıza gəlsə, eyni şeyi edəcəklər. Əslində biz bunu yaşadıq. Rusiya ilə fikir ayrılığımız olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini geri aldılar. Biz o dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə həll edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”.
28-03-2024, 15:05
Ermənistanda Paşinyana yeni rəqib gəlir


Ermənistanda Paşinyana yeni rəqib gəlir

İrəvanın keçmiş meri Hayk Marutyan tezliklə partiya yaradacaq.
Marutyanın komandası “Azatutyan”la söhbətində bunu təsdiqləyib.
Onun partiyası "Yeni güc" adlanacaq.
Yeni yaradılan partiyanın qurultayı mayın 1-də keçiriləcək.
Hayk Marutyan bundan əvvəl partiya yaradıb növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı. O, Nikol Paşinyan iqtidarına müxalifətdə olacağını demişdi.
28-03-2024, 14:54
"Avtomobil yolları haqqında" qanuna dəyişiklik edildi


"Avtomobil yolları haqqında" qanuna dəyişiklik edildi

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Beləliklə, Nazirlər Kabinetinin müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin bu məqsədlə açılmış bank hesabına köçürüləcək. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Həmçinin, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Qanun ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb. Bu vəsaitin bölgüsü qaydası qanun qəbul edildikdən sonra müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.
Qeyd edək ki, artıq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən 129 kilometr uzunluqda olan hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə ödənişli yol kimi müəyyən edilmiş və Tarif Şurasının qərarı ilə gediş qiymətləri təsdiq edilib.
28-03-2024, 14:30
Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib


Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib.
Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb.
İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.
Aksiyada Yeni Kaledoniyanın birinci şəxsi – baş nazir Luis Mapu iştirak və etirazçılar qarşısında çıxış edib.
İştirakçılar Azərbaycan da daxil olmaqla 3 bayraq - BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.
Azərbaycana hər zaman onların yanında və neokolonializmlə mübarizəyə dəstək olduğuna görə minnətdarlığını ifadə etmək üçün aksiya iştirakçıları Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.
Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılır.
28-03-2024, 13:57
Terrorda zərər çəkənlərə dəstək üçün Müslüm Maqomayevin albomu buraxıldı


Terrorda zərər çəkənlərə dəstək üçün Müslüm Maqomayevin albomu buraxıldı

Rusiyada Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb. Bu albomdan əldə ediləcək bütün vəsait martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktından zərər çəkmiş insanlara dəstək üçün yönəldiləcək.
Bu məlumatı “VK muzıka” yayım xidməti yayıb.
Məlumatda bildirilir ki, “Qolos moy uslish” (“Səsimi eşit”) adlı alboma Emin Ağalarov, Hammali, Navai, Vladimir Presnyakov, Stas Mixaylov, “Lyube”, Valeriya, Polina Qaqarina, Vanya Dmitriyenko, Basta, “Tri dnya dojdya”, Macan və digər artistlərin ifasında Müslüm Maqomayevin 12 mahnısı daxil edilib.
Alboma “VK muzıka”, “Yandeks muzıka”, “MTS muzıka” vasitəsilə də qulaq asmaq olar.
28-03-2024, 13:20
Fransanın Paris hava limanında kütləvi dava düşdü


Fransanın Paris hava limanında kütləvi dava düşdü

Fransanın Paris hava limanında kütləvi dava düşüb.
Hadisə kürd fəalın Türkiyəyə deportasiya edilməsi zamanı baş verib.
20-yə yaxın adam konvoya hücum edib. Hava limanının üç əməkdaşının yaralandığı bildirilir.
Hadisədən sonra həbs edilən olmayıb. Hücum edən şəxslərin PKK tərəfdarları olduğu qeyd olunur.
28-03-2024, 09:44
V.İ.Lenin və S.Şaumyanın qanlı planı -  31 Mart soyqırımı



Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan-Türk Xalqları Qardaşlığı ictimai birliyinin həmsədri

V.İ.Lenin və S.Şaumyanın qanlı planı - 31 Mart soyqırımı
1918-ci ilin mart soyqırımları haqqında çox yazılmış, onun masştabı və tükürpədici nəticələri barədə çox məlumatlar verilmişsə də, öz amansızlığına və miqyasına görə bəşər tarixinin ən qanlı faciələrdən olan soyqırımla bağlı tədqiqatlar hələ də tamamlanmamışdır. Soyqırım V.İ.Leninin ideyası, Stepan Şaumyanın icrası ilə həyata keçirilmiş, bütün silahlar İran və Rusiyadan gətirilərək, Bakıdakı erməni kilsəsinin anbarında saxlanmış, qətliamçı dəstələr arasında bölüşdürülmüşdü.
Əslində soyqırımın 3 paytaxt şəhərdə - Tiflis, Bakı və Təbrizdə baş verməsinin planlaşdırıldığı göstərilir. Lakin Şaumyan Tiflisdə planı icra edə bilmədiyindən Bakıya qayıtmış, Təbrizdə də qətliam törətmək mümükün olmadığından Urmiya əsas mərkəz kimi götürülmüşdü.
Beləliklə, mart ayının 31-dən aprelin 3-ə qədər ermənilər Bakıda və Azərbaycanın müxtəlif bölgələrində uşaq, qoca, qadın demədən on minlərlə insanı qılıncdan, süngüdən keçirmiş, diri-diri yandırmış, qocaların, qadınların gözlərini çıxarıb divarlara mıxlamış, qundaqdakı körpələri itlərə atıb parçalatmışdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Minlərlə tarixi sənədləri, qədim əlyazmaları, dəyərli maddi-mənəvi sərvətləri daşıyıb aparmışdılar.
Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirilmişdi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdi.
Bakıda bir həftə ərzində əksəriyyətini dinc sakinlər və müsəlmanlar təşkil edən minlərlə əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdilər. Cəsədlər yanan binalara atılır, quyulara, dənizə tökülürdü. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”.
Araşdırmalar göstərir ki, 1918-ci il 31 Mart soyqırımı qurbanlaının sayı barədə dəqiq fikir yoxdur. Belə ki, Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırıma məruz qaldığı göstərilir. Hətta minlərə azərbaycanlının meyitlərinin Xəzərə atıldığı, yüzlərlə insanın Xəzər adalarına aparılaraq güllələndiyi barədə məlumatlar vardır. Yəqin ki, bu da son rəqəmlər deyil. Çünki bu gün çoxsaylı arxiv sənədləri, soyqırı faktını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır, azərbaycanlılara qarşı törədilən qanlı cinayətlərin miqyası ilə bağlı dəhşətli rəqəmlər üzə çıxarılır. Həmin sənədlərdən aydın olur ki, təkcə Bakıda 45 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdü. Şamaxıda mart-aprel aylarında öldürülənlərin sayının bəzi məlumatlarda 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Daşnak-bolşevik qüvvələri 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, İrəvan Quberniyasında 211, Qarabağda 157 kəndi bütün məscidləri, məktəbləri, qədim memarlıq abidləri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar. Təkcə Qubanın özündə Hamazaspın dəstəsi 105 evi yandırmışdı. Bəzi ərazilərdə içməli su quyularına zəhərli məhlullar tökmüş, insanları kütləvi şəkildə zəhərləyib öldürmüşdülər.
Ermənilər daxildə münaqişə yaratmaq məqsədilə Qubanın yəhudi məhəllələrində evlərə girir, sakinləri öldürür, həmin evlərdən atəş yağdırırdılar ki, guya yəhudilər azərbaycanlıları güllələyirlər. Azərbaycanda yaşayan, etnik kimliyindən asılı olmayaraq, müsəlman olan hər bir kəs qətlə yetirilirdi. Evlərə daxil olan ermənilər “Quran” və ya hər hansı islam elementi görən kimi ailələri qanına qəltan edirdilər. Buna görə yüzlərlə ailə islama aid kitabları və əşyaları yaxınlıqdakı qəbristanlıqda basdırırdılar ki, sağ qala bilsinlər. Öldürülənlər arasında talış, kürd, tat, ləzgi, avar, padarlarla yanaşı, yəhudi, rus, polyak və almanlar da var idi. Hətta yüzdən çox erməni ailəsinin azərbaycanlıları evlərində gizlətdikləri üçün qətl edildiyi də məlumdur.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi komissiya yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da tarixdə ilk dəfə azərbaycanlılara qarşı yürüdülən soyqırıma və XIX əsrdən başlayaraq torpaqlarımızın işğalı proseslərinə siyasi qiymət verilməsinə cəhd göstərildi. Hətta Topçubaşov özü ilə çox əhəmiyyətli tarixi sənədləri Paris konfransına aparmışdı. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işləri yarımçıq qoydu.
Həmin dəhşətli günlərin şahidi olmuş alman əsilli A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, kəllə sümükləri deşilmiş, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər. Ən dəhşətlisi də bu idi ki, ermənilər keşişlərin xeyir-duası ilə xaç altında yüzlərlə azərbaycanlının başını qurbanlıq qoyun kimi kəsmişdilər.
Bolşeviklərin həyata keçirdiyi təbliğat və repressiya nəticəsində bu qanlı hadisələrin “unudulmasına”, əksər sənədlərin, qəzet yazılarının yox edilməsinə baxmayaraq, zaman öz sözünü dedi, 70 il sonra əsl həqiqətlə üzə çıxarılmağa başlandı.
Alim Z.Əliyev haqlı olaraq yazır ki, 31 Mart soyqırımına gələn yol hələ XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiyanın Qara dənizə və Aralıq yiyələnmək üçün hazırladığı planlardan başlamışdı. Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrindən sonra ermənilərin Qafqaza böyük planlı köçürülmələri gələcəkdə bütün Zaqafqaziyanın qana boyanmasına şərait yaradırdı. Məhz həmin dövrdən ermənilərin sayı Azərbaycanda və Qarabağda kütləvi şəkildə artırılmağa başlanmışdı. Yerli əhali məcbiri şəkildə öz ev-eşiyindən çıxarılır, onların yerində ermənilər məskunlaşdırılırdı.
Bu proses XX əsrin əvvəllərində də davam etdirilirdi. Qafqaz cəbhəsində hərbi əməliyyatlar zonasından çox sayda erməni Cənubi Qafqaza gətirilmiş, onların çoxu azərbaycanlılara məxsus torpaqlara yerləşdirilmişdi. Z.Əliyev göstərir ki, erməni qaçqınlarına yardım üzrə Mərkəzi Komitəsinin fəxri sədri Yepiskop Mesrop Petroqrad şəhər başçısına 100 min Türkiyə ermənisini Qafqaz diyarında yerləşdirmək ümidində olduğunu yazırdı. Ermənilərin yerləşdirilməsi böyük şəhərlərdə münasibətləri kəskinləşdirdiyindən Bakı general-qubernatorunun təqdimatı ilə onların Bakı şəhərinə kütləvi yerləşdirilməsi qadağan edildi.
Alim fikrini davam etdirərək göstərir ki, “Baku” qəzeti “Kavkazskoe slovo” qəzetinə istinadən yazırdı ki, 1915-ci ilin əvvəllərində İranda rusların işğal etdikləri ərazilərdən köçürülən və sayı 100-120 min nəfər olan erməni, əsasən, Naxçıvan, Sürməli, Eçmiədzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdirilmişdi. 1915-ci ilin martında keçirilən Eçmiədzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı. Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Bundan sonra ermənilərin Azərbaycan əraizlərində silahlı hücumları daha geniş miqyas almağa başladı.
1905-1907-ci illər hadisələri göstərdi ki, XX əsrin əvvəllərinədək Azərbaycan torpaqlarını “dinc” üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirlər. Bununla belə, həmin vaxt milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala bilmişdilər. 1912-ci ildə Rusiya imperiyası Xarici İşlər Naziri S.D.Sazonov Nazirlər Kabinetindəki məruzəsində “Rusiyanın məqsədi, nəyin bahasına olursa-olsun, türklər, kürdlər və bizim tatarlar arasında səddi - Ermənistanı yaratmaqdır” söyləməklə ermənilərlə bağlı plan və məqsədlərini açıqlamışdı.
Tarixi sənəd və materiallar açıq-aydın göstərir ki, bu qanlı cinayətlərin məqsədi ermənilərin “Böyük Ermənistan” sərsəmləməsi olmuş, baş verənlər vahid mərkəzdən - Rusiyadan idarə olunmuşdu. Azərbaycanlıların 1905, 1906 və 1918-ci il soyqırımlarının ideya müəllifi V.İ.Lenin idi. Məhz Leninin tapşırığı ilə Osmanlı ərazilərində yaşayan beş min erməni silahlısı Bakıya dəvət edilmişdi. Beş min silah, iki zirehli qatar və bir hərbi gəmi ermənilərə Leninin əmri ilə verilmişdi. 1918-ci il mart soyqrımları zamanı ermənilərin etdikləri talanlardan sonra erməni-daşnak qatilləri ümumən 400 milyon qızıl pul ələ keçirmişdilər ki, bunun 100 milyonu Leninə, 80 milyon Şaumyana çatmış, qalan hissəsi bolşeviklər və ermənilər arasında bölünmüşdü. Ermənilər öldürülənlərin ağızlarındakı qızıl dişlərini sökmüş, təkcə Qarabağ və Naxçıvanda 10 mindən çox mal-qara ələ keçirmişdilər.
Rusiya hökumətinin “türklərin zülmü altında inləyən” ermənilərə “kömək etmək” məqsədi ilə verilmiş 29 dekabr 1917-ci il tarixli-dekreti də bu fikri sübut edir. V.İ.Leninin Şaumyana və onun ətrafında birləşmiş daşnaklar qrupuna belə bir tapşırığı var idi: "Azərbaycanlıları son nəfərinədək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq".
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Artıq uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə soyqırım aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı tarixi unutmamamq məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Müxtəlif ölkələrin, o cümlədən Rusiya, Ermənistanın Matandaran kilsəsinin, Gürcüstan, İran, Türkiyə, Amerika, Britaniya kimi ölkələrin, eləcə də AXC-nin Fövqəladə Təhqiqat Komissiyasının arxivində hələ də qalan çoxsaylı sənədlər, şahidlərin yaddaşlarda yaşayan ifadələri azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımın miqyası, qurbanlarının sayı və s. vacib məsələlər haqqında dəqiq məlumatların üzə çıxarılmasına imkan yaradır. Bu baxımdan hələ də çoxu öyrənilməmiş olan xarici arxiv sənədlərinin üzə çıxarılıb araşdırılması günümüzün ən vacib vəzifələrindəndir.
28-03-2024, 09:21
"UNUTSAQ, UNUDULARIQ!.."


"UNUTSAQ, UNUDULARIQ!.."


Əziz və dəyərli dostlar...
Atam - Mədəd Çobanov haqqında "UNUTSAQ, UNUDULARIQ!.." adlı daha bir kitab işıqüzü gördü...
Kitabın araya-ərsəyə gəlməsində böyük əməyi və zəhməti olan hər kəsə, xüsusilə də kitabın tərtibçisi - dəyərli ziyalımız, tanınmış jurnalist, "Dostluq məşəli" qəzetinin baş redaktoru Fərman Borçaliya və kitabda çap olunmuş çoxsaylı və olduqca dəyərli elmi və elmi-publisistik məqalələrin, xatirələrin, esselərin, şeirlərin müəlliflərinə, dəyərli alimlərimizə, ustad müəllimlərimizə, təcrübəli diplomatlarımıza, istedadlı şair və yazıçılarımıza, tanınmış ictimai xadimlərimizə, bir sözlə, bütün qədirbilən və Mədədsevər insanlara, öz adımdan, ailəmiz adından, eləcə də bütün Mədədsevərlər adından öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirik.
Onu da nəzərinizə çatdırırıq ki, atam haqqında yazılanlardan ibarət daha iki kitab nəşr prosesindədir.
Odur ki, kimsə bu kitabda öz məqalə və ya şeirlərini görməsə, çox xahiş edirik ki, heç kəs narahat olmasın. Yazılanların bütün hamısı bizim üçün dəyərli və qiymətlidir.
Növbəti kitablarda həmin şeirlər və məqalələr də mütləq çap olunacaq.
Bir daha hamınıza təşəkkür edir, sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda, eləcə də, elmi-pedaqoji, ədəbi-bədii və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!..
Var olun!..
Hörmətlə: Müşfiq Borçalı
27-03-2024, 22:30
Latviya rus diplomatı ölkədən xaric edir


Latviya rus diplomatı ölkədən xaric edir

Rusiya Federasiyasının Latviyadakı müvəqqəti işlər vəkili Oleq Zıkov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdə diplomata kəskin etirazını bildirilib. Buna səbəb kimi “səfirliyin qəbuledilməz və təxribat xarakterli açıqlamaları” göstərilib.
Məlumata görə, rusiyalı diplomatlardan biri "persona non-qrata" elan edilib, o, aprelin 10-dək respublikanı tərk etməlidir.
Rusiya Xarici İşlər Nazirliyi diplomatın ölkədən çıxarılmasına cavab verəcəyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!