Lazizbek Raximov yazır: "Şairi kiçiltməyin!" .....                        BİR ŞEİR YAZSAM .....                        Cəbrayıla yola düşən köç karvanı doğma yurda çatdı .....                        Vətən müharibəsinin başlanmasının dördüncü ili .....                        Azərbaycanda Anım Günüdür .....                        Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək .....                        “Fənərbaxça” Avropa Liqasına qələbə ilə başladı .....                        Ermənistan Türkiyədən dəstək gözləyir - Ərdoğan .....                        Ceyhun Bayramov Baydenlə bir arada .....                       
23-09-2024, 12:09
Natiq Cəfərli REAL-ın sədri oldu


Natiq Cəfərli REAL-ın sədri oldu

Respublikaçı Alternativ (REAL) Partiyasına yeni sədr seçilib.
Partiyanın Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr olub.
Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.
Qeyd edək ki, parlament seçkilərindən sonra İlqar Məmmədov REAL sədrliyindən istefa verib.
23-09-2024, 11:53
Nazir Xankəndidə ilk dərs günündə iştirak etdi - FOTO


Nazir Xankəndidə ilk dərs günündə iştirak etdi - FOTO

Sentyabrın 23-də Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü münasibətilə tədbir keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.
Müəllim və şagirdləri təbrik edən Emin Əmrullayev bu gün Qarabağda dərsə başlayan şagird və tələbələrimizin Azərbaycanın daha güclü dövlət kimi formalaşması üçün əllərindən gələni edəcəklərinə əminliyini bildirib. İşğaldan azad edilmiş ərazilərimizdə təhsil müəssisələrinin inşasından danışan elm və təhsil naziri vurğulayıb ki, burada 50-dək təhsil müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Daha sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Əməkdar müəllim Asif Cahangirov çıxışlarında məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirdə həmçinin Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin qızı Aynur Mirzəyeva, sözügedən məktəbin məzunu və müəllimi olmuş Telli Həşimova, Emelya Əliyeva çıxış ediblər və təəssüratlarını dilə gətiriblər.
Qeyd edək ki, 624 şagird yerlik Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 14 nəfərlik pedaqoji heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 40 nəfəri I sinif, 450-dən çoxu II-XI siniflər üzrə təhsil alacaq, 45 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək.






23-09-2024, 11:30
Həlak olan leytenant bu rayondandır


Həlak olan leytenant bu rayondandır

Sentyabrın 22-də silahla ehtiyatsız davranması nəticəsində xəsarət alan Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.
Əslən Ağdam rayonundan olan hərbçimiz Mingəçevir şəhərində məskunlaşmışdı.
O, ötən il Daxili Qoşunların Ali Hərbi Məktəbini bitirib.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!

23-09-2024, 11:27
İlin sonuna qədər Xankəndidə daha bir məktəb açılacaq


İlin sonuna qədər Xankəndidə daha bir məktəb açılacaq

İlin sonuna qədər Xankəndidə növbəti məktəbin açılması gözlənilir.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu gün Xankəndidə 500-dən çox şagird məktəbə gedir: “Amma növbəti həftələrdə bu say daha da artacaq, çünki biz növbəyə yazılan şagirdləri görürük. Ehtimal edirik ki, ilin sonunadək ikinci məktəbin açılması istisna deyil”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!