Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
9-06-2026, 13:01
Görkəmli rejissorun yubileyi keçirilib


Görkəmli rejissorun

yubileyi keçirilib


İyunun 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Nizami” Kino Mərkəzində rejissor Maarif Məhərrəmbəylinin 65 illik yubileyi qeyd olunub.

Yubiley tədbirində rejissorun həmkarları, dostları iştirak ediblər, təbrik və ürək sözlərini yubilyara çatdırıblar. Qeyd olunub ki, Maarif Məhərrəmbəyli 26 may 1961-ci ildə Bakıda dünyaya göz açıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb, əvvəlcə fəhlə, sonra rejissor assistenti olaraq çalışıb. “Azərbaycanfilm”in istehsalı olan bir çox filmlərdə – “Qəribə adam”, “Solmaz bir bahar kimi”, “Qocalar, qocalar”, “Qoca palıdın nağılı” filmlərində rejissor assistenti kimi çalışan Maarif Məhərrəmbəyli 2004-cü ildən rejissor və senari müəllifi kimi yaradıcılığını davam etdirib. “Dağlı məhəlləsi”, “Üzü gündoğana tikilən evlər”, “Bakı toyları” və s. bir çox bədii və sənəd filmlərin ərsəyə gəlməsində xidmət göstərib.

Tədbirdən sonra Maarif Məhərrəmbəylinin qısametrajl filmləri tədbir iştirakçılarına təqdim olunub.
9-06-2026, 12:57
Dünən səhər Təbrizdə hərbi obyekt vurulub.

Dünən səhər Təbrizdə

hərbi obyekt vurulub.


Yerli medianın yaydığı məlumata görə, İsrail Müdafiə Qüvvələri səhər saatlarında Təbriz şəhərində hərbi obyektə hava zərbələri endirib.
Şərqi Azərbaycan valiliyinin rəsmisi Məcid Fərşi hərbi obyektə hücum olduğu barədə xəbəri təsdiqləyib.
Məcid Fərşi hərbi hədəfin vurulması nəticəsində insan tələfatı olmadığını bildirib.
9-06-2026, 12:55
Təbriz etirazlarının dosyesi yenidən gündəmə gəlib.


Təbriz etirazlarının dosyesi

yenidən gündəmə gəlib.


Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı fəal Yusif Sələhşurun 2021-ci ilin avqust ayında Təbrizdə keçirilən etiraz aksiyaları ilə bağlı açılmış iş üzrə məhkumluq hökmünü dəyişdirmədən təsdiqləyib və qərarı qəti edib.
Bu hökmə əsasən, Yusif Sələhşur “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə bir il təzir həbs cəzasına məhkum edilib. Məhkəmə əlavə cəza olaraq onun iki il müddətinə ölkədən çıxışına və iki il müddətinə virtual məkanda fəaliyyət göstərməsinə qadağa qoyub.
Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub: “Təhlükəsizlik qurumlarının hesabatları, iş materialları və aparılmış araşdırmalar nəzərə alınaraq, bu azərbaycanlı fəalın virtual məkandakı fəaliyyəti rejimə qarşı təbliğat nümunəsi kimi qiymətləndirilmiş və ibtidai instansiya məhkəməsinin hökmünün ləğvi üçün təsirli əsas müəyyən edilməmişdir.”
Yusif Sələhşurun işi 2021-ci il avqustun 2-də Təbrizdə baş verən etiraz aksiyalarına aiddir. O, həmin ilin avqustun 3-ü axşam saatlarında, azərbaycanlı fəallara qarşı genişmiqyaslı həbslərlə eyni vaxtda, şəxsi evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təhlükəsizlik əməkdaşları həbs zamanı ona məxsus bəzi şəxsi əşyaları da müsadirə ediblər.
Sələhşur həmin il Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında və bu şəhərin Mərkəzi Həbsxanasında təxminən 20 gün saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

8-06-2026, 20:04
İstanbul bəyannaməsi imzalandı

İstanbul Bəyannaməsi imzalandı

İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşü keçirilib.
Xarici İşlər Nazirliyi xəbər verir ki, görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə baş tutub. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvilinin iştirakı ilə İstanbul bəyannaməsi imzalanıb.
Nazirlər üç ölkə arasında mövcud olan strateji tərəfdaşlığın, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər bir daha dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstəklərini ifadə ediblər. Bununla yanaşı, regional sülh, təhlükəsizlik və sabitliyin qorunmasının regionun inkişafı üçün əsas şərt olduğu bildirilib.
Görüşdə enerji və nəqliyyat layihələri xüsusi diqqət mərkəzində olub. Nazirlər Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin Avropa və regionun enerji təhlükəsizliyinə strateji töhfəsini qeyd ediblər.
Bəyanatda Orta Dəhliz çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb, Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında modernləşdirmə işlərinin tamamlanması alqışlanıb.
Tərəflər yaşıl enerji, aşağı karbonlu texnologiyalar, tranzit imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya və regional bağlantının gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə sadiq olduqlarını bildiriblər.
Nazirlər terrorizm, transmilli cinayətkarlıq, kibertəhdidlər, insan alveri və narkotik qaçaqmalçılığı ilə mübarizə sahəsində koordinasiyanın gücləndirilməsinin vacibliyini də qeyd ediblər.
Görüşün yekununda növbəti – On Birinci Üçtərəfli Görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi barədə razılıq əldə olunub.
8-06-2026, 14:44
Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi


Güneyli fəalın şərti azadlıq

tələbi qəbul edilmədi


Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması tələbi rədd edildi; azərbaycanlı fəal Evin həbsxanasında qalacaq.
Şəhid Müqəddəsi İcra Hökmləri Şöbəsinin 1-ci bölməsi Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti rədd edib. O, həbs cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, qərara əsasən cəzasını Evin həbsxanasında çəkməyə davam edəcək. Fatimə Atəşi Xiyavi 2025-ci il fevralın 23-də Evin Prokurorluğunun Hökm İcra Şöbəsinə müraciət etdikdən sonra həbs edilərək cəzasının icrası üçün Evin həbsxanasına köçürülüb. O, daha əvvəl İran məhkəmə sistemi tərəfindən “rejim əleyhinə təbliğat” və virtual məkanda fəaliyyəti ilə bağlı irəli sürülən ittihamlar əsasında həbs cəzasına məhkum edilmişdi.
Verilən hökmə əsasən, xanım Atəşi birinci instansiyada Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim "Əbülqasim Sələvati”nin sədrliyi ilə “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı üzrə beş il həbs cəzasına məhkum edilib. Bu hökmün üç ili beş il müddətinə şərti olaraq dayandırılıb.
O, həmçinin “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə bir il müddətinə təzir həbs cəzası alıb.

8-06-2026, 04:17
Sabiq prezident Paşinyanı təbrik etdi


Sabiq prezident Paşinyanı təbrik etdi

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Paşinyanı təbrik edib
O, Ermənistanda rəsmi nəticələr elan edilməzdən əvvəl Baş nazir Nikol Paşinyanı qələbə münasibətilə təbrik edib.
“Təbrik edirik Nikol Paşinyanı! Bu gün Ermənistan azad, müstəqil və Avropayönlü gələcəyin lehinə seçim etdi. Bu tarixi seçim demokratiyanı gücləndirir və regionumuzun Avropa dövlətləri ailəsində yerini möhkəmləndirir. Gürcü xalqı tam həmrəyliyini ifadə edir”, – paylaşımda bildirilib.
8-06-2026, 04:03
Zakir Şakirov və türkologiya dilçiliyinin inkişaf konsepsiyası

Pərvanə Məmmədova

Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Texniki Universiteti
Bakı, Azərbaycan



Zakir Şakirov və türkologiya

dilçiliyinin inkişaf konsepsiyası


Məlum olduğu kimi, 1926-cı il 26 fevral-5 mart tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayı SSRİ-də yaşayan türk xalqlarının tarixi, etnogenezi, mədəniyyəti, dili və ədəbiyyatı sahələrinin inkişafında əvəzsiz rol oynamışdır. Qurultay latın əlifbasına (yanəlifə) keçid və terminologiyanın unifikasiyası ilə bağlı tarixi əhəmiyyətli qərarlar qəbul etmiş, bu da iştirakçıların sonradan repressiyalara məruz qalmasına baxmayaraq, mədəni-etnik inteqrasiyaya və konsolidasiyaya mühüm pozitiv təsir göstərmişdir.
Birinci Ümumittifaq Türkoloji Qurultayı SSRİ-də yaşayan türk xalqlarını (azərbaycanlılar, başqırdlar, qazaxlar, qaraçaylılar, qırğızlar, malkarlar, tatarlar, özbəklər, Krım tatarları, yakutlar və s.), həmçinin aparıcı rus akademiklərini və xarici ölkələrdən olan mütəxəssisləri təmsil edən və türkologiya sahəsində çalışan alimləri, ədəbiyyatçıları, dilçiləri, etnoqrafları və tarixçiləri bir araya gətirmişdir. Qurultayın bir çox nümayəndələri haqqında elm-ictimaiyyəti məlumatlı olsa da, Başqırdıstan MSSR-ni və digər regionları təmsil edən başqırd alimlərinin taleyi və fəaliyyəti ilə bağlı məlumatlar olduqca azdır. Bunu nəzərə alaraq, biz Azərbaycan ictimaiyyətini Birinci Türkoloji Qurultayın başqırd nümayəndələri ilə tanış etməyi məqsədəuyğun hesab edirik.
Stenoqrafik materiallardan məlum olur ki, qurultayda başqırd ziyalılarını təmsil edən səkkiz nəfər iştirak etmişdir: 1) Atnaqulov Salah Sədri oğlu – “Qajur” nəşriyyatının müdiri və baş redaktoru (Kazan); 2) Bilyalov Məcid Masaqutoviç – Başqırd Xalq Maarif Komissarlığı (Moskva); 3) Manatov Şərif Əhmədoviç – pedaqoq (Tiflis); 4) Qabitov Həbibulla A.-Kağıroviç – pedaqoq (Ufa); 5) Vildanov Qabduləhət Fazıloviç – 1925–1927-ci illərdə başqırd dili komissiyasının üzvü (Ufa); 6) İdelqujin Kərim Abdulloviç – Başqırd Xalq Maarif Komissarlığı (Ufa); 7) Şakirov Zakir Şakiroviç – Xalq Təhsili İnstitutu (Ufa); 8) Mryasov Sağit Qubaydulloviç – Başqırdıstanı Öyrənmə Cəmiyyəti (Ufa).
Materialların təhlili göstərir ki, faktiki olaraq Başqırdıstanı rəsmi şəkildə altı nəfər təmsil etmişdir. Bu yazıda biz onlardan biri – görkəmli başqırd maarifçisi, pedaqoq-tarixçi Zakir Şakiroviç Şakirovun (1881–1968) həyat və fəaliyyətindən bəhs etməyi zəruri hesab etmişik.
Zakir Şakirov Ufa quberniyasının Birsk qəzasının Karasay-Yelqa kəndində anadan olmuşdur. O, ömrü boyu təhsil və başqırd dili problemləri ilə məşğul olmuş, sovet dövründə Başqırd MSSR Xalq Maarif Komissarlığında çalışmışdır. 2007-ci ildə Ufada “Başqırdıstan pedaqoji jurnalı kitabxanası” seriyasından Y.V. Erginin “Z.Ş. Şakirov (1881–1968)” adlı kitabı nəşr edilmişdir . Bu əsərdə onun həyatı və fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır.
Kitabda onun uşaqlıq illəri, təhsili, “Mühəmmədiyyə” mədrəsəsində oxuması, A.L. Şanyavski adına Moskva Universitetində təhsil alması, Ufa quberniya idarələrində fəaliyyəti, muzeyə rəhbərliyi, elmi ekspedisiyalarda iştirakı, başqırd dili dərsliklərinin və terminologiyasının yaradılmasında rolu kimi mövzulara nəzər salınmışdır.
XX əsrin 20-ci illərində başqırd dilinin dövlət dili kimi hüquqi status alması ilə həm də bu dil üzrə dərsliklərin yaradılmasına başlarılmışdır. Lakin dilçilik kadrlarının çatışmazlığı və elmi tədqiqatların azlığı bu prosesi çətinləşdirirdi. Buna baxmayaraq bu sahədə həmin dövrlərdə Başqırdıstanda fəaliyyət göstətərən, N.K.Dmitriyev adlı böyük alimin mühüm rolun etməliyik.
Zakir Şakirov öz dövrünə görə yüksək səviyyəli təhsil almışdır. O, 1902-ci ildə “Mühəmmədiyyə” mədrəsəsini bitirmiş, 1912–1915-ci illərdə Moskvadakı A.L.Şanyavski adına universitetdə təhsilini davam etdirmişdir [1, s. 18]. Daha sonra müxtəlif təhsil müəssisələrində çalışmış, 1931–1951-ci illərdə Maarif İnstitutunda başqırd dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. O, həmçinin dərsliklər, lüğətlər, proqramlar müəllifi olmuş, başqırd ədəbi dilinin, terminologiyasının və orfoqrafiyasının formalaşmasında böyük işlər həyata keçirmişdir.
Zakir Şakirov dövrünün tanınmış türkoloq alimləri və ziyalıları ilə, o cümlədən Kayum Nasiri, Məcid Qafuri və professor N.F.Katanovla dostluq etmişdir. O, Şərq ədəbiyyatını dərindən öyrənmiş, İbn Sina, Ömər Xəyyam və başqa bu kimi klassikləri gərəyincə mütaliə etmişdir.
1907-ci ildə onun tatar şairi Qabdulla Tukay ilə görüşü olmuş və bu dostluq Tukayın ölümünə qədər davam etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Zakir Şakirov 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak etmiş və türk dillərinin latın qrafikasına keçirilməsi məsələlərinin müzakirəsində əsaslı təkliflərlə çıxış etmişdir .
O, bu misli görünməyən tədbirdən daha öncə yazıb nəsr etdirdiyi “Türkoloji qurultay haqqında” məqaləsində türkologiya ilə bağlı mühüm təkliflər irəli sürmüşdür. Bu təkliflərdə o, türk dillərinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi, ortaq terminologiyanın hazırlanması, dialektlərin öyrənilməsi, vahid yazı sisteminin qurulması və xüsusi ilə Elmi İnstitutunun yaradılması kimi ilə bağlı məsələlərin vacibliyindən bəhs etmişdi .
Şakirov Başqırdıstan Elmi-Tədqiqat İnstitutunda çeşidli sahə lüğətlərinin hazırlanmasında da fəal iştirak etmişdir. O, botanika, kimya və riyaziyyat üzrə terminoloji lüğətlərin ya ayrıca müəllifi, ya da müəlliflərindən biri olmuşdur.
Elmi ekspedisiyalar zamanı o, başqırd xalqının dili, folkloru və maarif tarixi ilə bağlı mühüm materiallar toplamış, Akmulla kimi milli klassiklərin yeni əsərlərinin aşkara çıxarılmasında aparıcı rol oynamışdır.
Araşdırmalar göstərir ki, Zakir Şakirov başqırd dilçiliyi tarixində mühüm yeri olmuş tanınmış şəxsiyyətlərdən öncülü olmaqla Əmək qəhrəmanı (1928), Əməkdar elm xadimi (1944) kimi yüksək mükafatlara layiq görülmüşdür.
7-06-2026, 20:18
Ermənistan seçicilərinin fəallığı


Ermənistan seçicilərinin fəallığı

Ermənistanda keçirilən seçkilərdə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
Bu barədə “Güclü Ermənistan” blokunun səlahiyyətli nümayəndəsi Gohar Meloyanbildirib.
Qeyd olunub ki, səsvermədə 1 224 957 seçici iştirak edib ki, bu da 2021-ci il 20 iyun parlament seçkilərində eyni saata qədər iştirak edən seçicilərin sayından (989 972 nəfər) 234 985 nəfər çoxdur.
7-06-2026, 18:42
ELDAR İSMAYILIN   BİR İMZASININ VƏ   BİR ŞEİRİNİN TARİXİ

ELDAR İSMAYILIN

BİR İMZASININ VƏ

BİR ŞEİRİNİN TARİXİ


Bu gün kimi yadımdadır - onda da həftənin beşinci günü idi. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının fizioterapiya şöbəsində işləyirdim. Şöbənin müdiri 24 yaşından alimlik dərəcəsi almış, indi orta yaşa yaxın olan sarışın, buruq saçlı, qəddi-qamətli, şux yerişli, iri gözlü, şirin sözlü həkim, dosent, müəllim Nurlana xanım idi. O, şöbəyə beş dəqiqəlik toplantıdan döndükdən sonra məni və tibb bacısı Mənsurə xanımı yanına çağırıb həmişəki kimi tapşırığını verdi.
Onu da deyim ki, biz iki tibb bacısı yaşca Nurlana xanımdan böyük olsaq da, o bizə “mənim qızlarım” deyirdi. Biz də onu elə indi də həm həkim, həm müəllim, eyni zamanda ziyalı bir xanım kimi çox istəyirik.
Hə, mətləbdən uzaqlaşmayım.
Nurlana xanımın ilk göstərişi:
- Bilirsiniz, şöbəmizdə kim müalicə alacaq? “Təbib” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Eldar İsmayılı müayinə etmişik. Sağ aşağı ətrafında bir az şiş var. Şəkərin fəsadlarıdır. Damarları, bilirsiniz ki, çox zəiflədir. Təyinatı dəqiq yerinə yetirin. Eldar müəllim kimi Vətənsevərlər bu əziz və gənc dövlətimizə, Vətənə çox lazımdır. Ömrünü uzatmaq üçün əlimizdən gələni etməliyik. Kardioqrammasında da dəyişikliklər var.
- Hələlik bu qədər məlumat yetər, mən də yanınızda olacağam.
Nurlana xanım sözünü bitirdikdən sonra əlavə etdi:
- Düzdür, biz hamıya yüksək səviyyədə eyni xidməti göstəririk, fərq qoymuruq, qoymamalıyıq da. Bilirsiniz ki, sadəcə diqqətli və xoş rəftar olmağınız da, xəstə üçün təbəssüm də şəfadır. Bu qədər.
Sözünü bitirən həkim məni xoş baxışı ilə nazlayaraq, ciddi səslə dedi:
- Sara xanım, Eldar İsmayılı tanımamış olmazsan, o da yazardı, həm də siz tərəfdəndir, Göyçənin Ağbulaq kəndindəndir.
- Bəli, həkim, mənim ikinci şeir kitabımın redaktorudur. Xəstə olduğunu da bilirəm. Həm də ailəvi yaxınıq. Elə bu yaxınlarda polkovniklə (həyat yoldaşımla) evlərinə getmişdik. Çox sevindi, gözləmirdi. Orada olan söhbət, məncə, sizə də maraqlı olar. Vaxtınız varsa, danışım:
- Var,-dərsin başlamasına hələ var.
- Sağ olun, həkim.
Eldar müəllim yoldaşıma “Əli kişi” deyirdi.
Hə, elə lap əvvəlindən başlayım.
Onlara gedəndə salam-kəlamdan sonra çay süfrəsi açdılar. Süfrə arxasında şəkər xəstəliyi ilə bağlı söhbətləri bitəndən sonra - çünki hər ikisində də şəkər var id - Eldar müəllim keçdi yaradıcılığa:
- Hə, Əli kişi, ən sadiq oxucularımdan birisən. Bilirəm, bütün kitablarımı oxuyursan. Sağ ol. Qismətində evdə hədiyyə edəcəyim kitab varmış.
Ayağa durdu, çətinliklə yeriyərək yan otağa keçdi. Əlində kitabla geri dönərək kitabı masanın üzərinə qoydu.
- Hə, Əli kişi, “GÖYÇƏNİN QİSASI QALIR”. Bunu gərək sizin kimi vətənpərvər hər bir göyçəli oxusun. Göyçənin qisasını yerdə qoymasın. Bizə o günü görmək qismət ola-olmaya, deyə bilmərəm. Mənim yazdığım tarixdir - gərək oxunsun.
(O, öz qələmi ilə bu tarixi - 07.09.2016 - yazaraq müəllif imzasını atdı) və kitabı Əliyə verdi.
- Bəli, Eldar müəllim, təəssüf ki, oxuyan azdır. Biz Sara xanımla kitabı özümüz oxuduqdan sonra aparıram işdəkilərə də verirəm, oxuyanlar maariflənirlər. Hətta sonra müzakirə də edirik. İnşallah, hərbçilərlə də bir dəfə sizi görüşdürərik.
Xəstə ziyarəti qısa olar. Amma bizim bu tarixi ziyarət heç qısa olmadı.
O günkü gün hər ikisi də Göyçə ləhcəsi ilə tarixi hadisələrdən, adət-ənənəmizdən şirin və duyğusasl söhbət açdılar. (İndi mənim üçün o günlər unudulmazdır - nəmlənən gözlərimdə inci kimi sapa düzülən xoş bir xatirədir.)
Onu da deyim, həkim! Kitabı oxumaq üstündə Əli ilə hər zaman çəkişirik. Mən bir neçə səhifə oxuduqdan sonra Əli kitabı işə aparıb özü oxuyandan sonra ailə dostumuz - Şişqaya kəndindən olan polkovnik Rasim müəllimə vermişdi. Mən də on dörd gün sonra gəldim “Təbib”in redaksiyasına. Eldar müəllimdən xahiş etdim ki, mənim özümə ayrı kitab verin, yoxsa Əli kişi ilə savaşırıq.
Eldar müəllim gülümsəyərək “GÖYÇƏNİN QİSASI QALIR” kitabından birini rəfdən götürərək:
-Qabil, bir bura gəl. Ayə, indiki dövrdə belə şey görmüsən? Kitabların bəxtinin bağlanan vaxtında bunların evində kitab oxumaq üstündə dava gedir. Nə yaxşı hələ kitab oxuyan və kitab da var imiş, yoxsa Sara Göyçəli məndən qisas alardı- deyib, güldü. Mənə də bu tarixdə - 21.09.2016 - Əliyə bağışladığı tarixdən on dörd gün sonra hədiyyə etdi.
(Bu gün üzüntü ilə xoş xatirələrini yad etdiyim Eldar İsmayıla və ömür-gün yoldaşım Əli Dünyamalıyevə Allahdan rəhmət diləyirəm.)
Həkim dedi:
- Onda gələndə deyərik, qalıbsa, birini də mənə gətirərlər.
- Sağ olun, həkim. Siz də Göyçəni çox sevirsiniz.
- Əlbəttə, sevirəm. Tovuz dağlarının o üzü bizim tarixi torpaqlarımız olan Göyçəmizdir. Odur ki, bugünkü işimizə köklənin.
- Narahat olmayın, həkim. İnşallah, Eldar müəllimi buradan sizin nəzarətinizlə sağaldıb yola salacağıq.
Saat 12:00-da şöbənin qapısı döyüldü. Tibb bacısı - Qaxlı qızı Mənsurə xanım - “Buyurun” deyib özü qapını açdı. Əslində şöbənin qapısı çox vaxt açıq olardı, hansısa xəstə çıxan zaman örtülmüşdü.
Öndə Eldar İsmayıl, arxasınca Qabil Zimistanoğlu içəri daxil oldular.
- Buyurun, Eldar müəllim, - deyə Mənsurə xanım geri çəkilib yol verdi.
Eldar müəllim Mənsurəni diqqətlə süzərək:
- Səndəmi göyçəlisən? - dedi. Ayə, amma Qaxlıya, Şəkiliyə oxşatdım. Onlar da məni hardan tanıyacaq? – deyib, Qabil müəllimə baxdı.
Onu xoş qarşılayan Nurlana xanım salamlaşdıqdan sonra:
- Bəli, Eldar müəllim, qızımız Qaxdandır, - dedi.
Hamımız təbəəssümümüzü gizlədə bilmədik.
- Eldar müəllim, hardan bildiniz?
O, gülümsəyərək:
- Bu da mənim özəlliyimdir - dedi.
Nurlana xanım:
- Yaxşı, - deyib onlara əyləşmək üçün yer göstərdi.
Sonra mənə baxaraq:
- Sara xanımı tanış etməyə ehtiyac yoxdur. Səhərdən elə sizdən və yaradıcılığınızdan danışır. Elə mən də sizin oxucularınızdanam. İnşallah, şöbəmizdən razı gedərsiniz. Qızlarımın hər ikisi də canyandırandır. Sizi tapşırmışam. Təyinatınız da verilib. Şəfalar diləyirəm.
Hə, əziz dostlar, beləcə on gün Eldar müəllim özünün dediyi kimi yavəri Qabil müəllimlə şöbəmizdə hər gün qonağımız oldular. Artıq Mənsurəni də göyçəli eləmişdik.
Bir gün verilən vaxtdan bir saat gec gəldilər. Mənsurə xanım pərdə arxasında başqa xəstəyə xidmət göstərir və astadan, xoş avazla, gözəl səsi ilə oxuyurdu:
O bu boyda bir cahanı yaradıb, yaradıb,
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət…

Eldar müəllim qapıdan başı ilə salam verərək əli ilə “susun” işarəsi verdi. Gəlib sakitcə oturub sona kimi dinlədi. Və sabahısı bu şeirlə gəldi…

SƏN DEYİLSƏN MƏNSURƏDİ
(İlahi bir səsə malik Mənsurə xanıma)
Sarı bülbül bu oxuyan
Sən deyilsən Mənsurədi.
Tər nəfəsi gül qoxuyan
Sən deyilsən Mənsurədi.

Məni üzüb atıb təklik,
Sənətçim ol bircə günlük…
Pünhan-pünhan ötən kəklik,
Sən deyilsən Mənsurədi.

Gəzdim, dinşədim meşəni,
Dilə tutdum bənövşəni…
Mənə verən bu nəşəni,
Sən deyilsən Mənsurədi.

Dağdan aşan çınqıllı çay,
Nədən ötrü bu hay-haray?
Gəlib çatan nəğməli pay,
Sən deyilsən Mənsurədi.

Şəlaləmi nur çiləyən,
Üstümə nəğmə ələyən,
Bulaq zümzümə eyləyən,
Sən deyilsən Mənsurədi.

Şıltaq qəniz, bir az dayan,
Haqdan gələn səsə oyan…
Ay ağ dalğa, pıçıldayan,
Sən deyilsən Mənsurədi.

Şirinlikdə ozan səsi,
Ozan çəkmə azan səsi…
Saf ruhuma yazan səsi,
Sən deyilsən Mənsurədi!

ELDAR İSMAYIL
Ruhun şad olsun, ustad. Bu gün sayğı ilə sizi anan

Sara Göyçəli
19.02.2026
7-06-2026, 18:22
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!