Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
2-06-2026, 14:38
III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

III Kəlağayı Festivalı

Sumqayıtda keçirildi


"Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan III Kəlağayı Festivalı Sumqayıt şəhərinin Heydər Əliyev parkında keçirildi. Festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Kəlağayı Ev Muzeyi və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırıldı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, artıq ənənəyə çevrilən Kəlağayı Festivalı milli-mənəvi dəyərlərimizin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, kəlağayının Azərbaycan qadınının mənəvi dünyasını, zərifliyini və milli kimliyini özündə əks etdirən nadir irs nümunəsi olduğunu vurğuladı.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov çıxışında qeyd etdi ki, kəlağayı Azərbaycan xalqının qədim tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdən biridir. O bildirdi ki, bu sənət nümunəsinin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Fərman Kazımov həmçinin kəlağayı sənətinin təbliğinin milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğuladı.
Festivalda Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, “İstedadları Tanıyaq və Tanıdaq” İB-nin sədri Vüsalə Qələndərli, Prezident təqaüdçüsü, Əmək Qəhrəmanı Tərlan Musayeva, şairlər Cığatel İsaqızı, Lalə İsmayıl, Elmira Mahalqızı, Leyla Camal, eləcə də aşıqlar Anar Laçınlı, Rəvanə Lerikli və Avdı Musayev öz şeirləri, musiqi nömrələri və saz havaları ilə çıxış etdilər.
Şəhid anası Maisə Səbuhi çıxışında bildirib ki, belə tədbirlər milli ruhun, vətənpərvərlik hisslərinin və mədəni dəyərlərin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, kəlağayı Azərbaycan qadınının səbrini, ləyaqətini və mənəvi gücünü simvolizə edən müqəddəs bir dəyərdir. Şəhid anası vurğulayıb ki, Vətən uğrunda canından keçmiş övladların xatirəsi hər zaman uca tutulmalı, onların qəhrəmanlığı gənc nəslə nümunə kimi çatdırılmalıdır. Çıxışının sonunda o, festival iştirakçılarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, uşaqlara göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkürünü bildirib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən festivalda uşaqlar xüsusi diqqət mərkəzində oldular. Tədbir çərçivəsində onlara kitablar hədiyyə edildi, mütaliəyə marağın artırılması və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişmələri istiqamətində xoş arzular ifadə olundu.
Festival çərçivəsində kəlağayı sənətini əks etdirən nümunələr nümayiş olundu, qədim el sənətimizin zəngin ənənələrini yaşadan eksponatlar iştirakçıların böyük marağına səbəb oldu.

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü ilə həyata keçirilən və artıq ənənəyə çevrilən Kəlağayı Festivalı Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Festival bir daha göstərdi ki, milli dəyərlərimizin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən bu cür layihələr böyük ictimai əhəmiyyət daşıyır.
2-06-2026, 12:36
Təbrizdə tələbə hərəkatı fəalı həbs edilib

Təbrizdə tələbə hərəkatı

fəalı həbs edilib


İran İslam Respublikası Təhlükısizlik məmurları Təbrizdə yaşayan tələbə hərəkatı fəalı, Əllame Təbatəbai Universitetinin Həmkarlar İttifaqı Şurasının keçmiş katibi Əmir Hüseyn Səadəti həbs ediblər.
Bu bardə insan haqları təşkilatları məlumat yayıb.
İyunun 1-də həbs edilən fəalın evində axtarış aparılıb və ona məxsus şəxsi əşyalar müsadirə olunub. Əmir Hüseyn Səadətin ittihamı və hara aparıldığı barədə açıqlama verilməyib.
2-06-2026, 09:16
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir


Azərbaycan qlobal enerji

bazarında mövqeyini gücləndirir


İyunun 1-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edib.
Dövlət başçısı bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoyub və illər ərzində genişlənərək qlobal enerji gündəliyinin mühüm platformalarından birinə çevrilən Bakı Enerji Həftəsi formatını alıb. Prezident qeyd edib ki, 1996-cı ildə imzalanan Şahdəniz müqaviləsi Azərbaycanın müasir qaz tarixində yeni mərhələ açıb.
Prezident İlham Əliyev tədbirin qlobal enerji səhnəsində aparıcı mövqeyə malik olduğunu vurğulayaraq, tədbirlə bağlı məktub ünvanlayan ABŞ Prezidenti Donald Trampa, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Böyük Britaniyanın Baş naziri Kir Starmerə təşəkkürünü bildirib.
Dövlət başçısı çıxışında qeyd edib ki, dünya neft və qaz olmadan yaşaya bilməz və enerji təhlükəsizliyi ilə bərpaolunan enerji mənbələrinin inkişafı paralel şəkildə həyata keçirilməlidir. O vurğulayıb ki, Azərbaycan öz təbii sərvətlərindən düzgün istifadə etməklə iqtisadi və sosial inkişafını təmin edib.
Prezident xatırladıb ki, 1994-cü ildə Azərbaycan ağır iqtisadi və siyasi vəziyyətlə üz-üzə idi. Həmin dövrdə ölkədə yoxsulluq səviyyəsi yüksək, enerji asılılığı böyük idi və ərazilərin bir hissəsi işğal altında qalırdı. Lakin həyata keçirilən enerji strategiyası nəticəsində ölkə mühüm inkişaf yolu keçib.
Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycanda yoxsulluq 5 faizə enib, işsizlik minimum səviyyədədir, xarici borc aşağı həddədir və strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir.
Prezident İlham Əliyev bildirib ki, enerji gəlirləri ölkənin sosial-iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə və güclü ordunun qurulmasına imkan verib. O qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfənin əsas göstəriciləridir.
Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Yeni yataqların işlənməsi hesabına qaz ixracının daha da artırılması nəzərdə tutulur.
Prezident bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrə də toxunaraq bildirib ki, gələn ilin sonunadək günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji layihələrinin uğurla icra olunduğu qeyd edilib.
Çıxışında enerji və nəqliyyat bağlantılarının genişləndirilməsinə də diqqət çəkən Prezident İlham Əliyev Qara dəniz Enerji Kabeli layihəsinin, eləcə də digər regional enerji və nəqliyyat marşrutlarının Avropa ilə əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.
Sonda dövlət başçısı əminliyini ifadə edib ki, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr və əldə olunacaq razılaşmalar enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Sevil Əliyeva
Abşeron rayonu, Güzdək qəsəbə tam orta məktəbin direktoru
2-06-2026, 08:42
QHT layihəsi olan kitab Ukraynada yayılıb

Hacı Nərimanoğlu

QHT layihəsi olan

kitab Ukraynada yayılıb


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında iki dildə nəşr edilmiş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” (“Олег Бабак, Азербайджан тебе не забуде!” kitabının Ukraynanın Dnepr şəhərində təqdimatı olub.
Kitab 1991-ci il aprelin 7-də Qubadlı rayonunun Yuxarı Cibikli kənd sakinlərini separatçı erməni silahlı dəstəsinin hücumundan qoruyarkən hərbi vəzifə borcunu yerinə yetirərək həlak olan ukraynalı gənc leytenant Oleq Yakovleviç Babakın ömür yoluna həsr edilib. Leytenant Oleq Babak hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə ölümündən sonra SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İki ay sonraa SSRİ əbədi olaraq tarixin arxivinə göndərildiyindən Oleq Babak bu adı alan axırıncı şəxs olub.
Nəşrdə Oleq Babakın uşaqlıq, təhsil illəri, Orta Asiya, Baltik, Qafqaz respublikalarında sülhməramlı hərbi qüvvələrin tərkibində fəaliyyəti, son döyüşdə göstərdiyi qəhrəmanlıq, Qubadlıda onu görüb tanıyanların, döyüşçü dostlarının, müəllimlərinin xatirələri yer alıb.
Azərbaycan-Ukrayna münasibətləri, xüsusi olaraq bu kitab üçün yazılmış, Ukrayna mediasında Azərbaycan həqiqətlərinə həsr olunmuş məqalələr, diplomatik və diaspor nümayəndələrimizin Babak ailəsinə göstərdikləri ardıcıl diqqət və qayğınə əks etdirən yazılar, fotolar da kitaba daxil edilib. Kitabın ukrain dilinə tərçüməçisi Ukraynanın tanınmış yazıçı-publisisti, “Вогні Азербайджану” qəzetinin baş redaktoru Andrey Çurkanovdur.
Dnepr şəhərindəki Azərbaycan diaspor mərkəzində keçirilən tədbirdə çıxış edənlər bu kitabın Ukrayna-Azərbaycan dostluğuna layiqli töhfə olduğunu, nüsxələrinin birinci olaraq Oleq Babakın Poltava vilayətinin Viktoriya kəndində yaşayan ata, anasına, adını daşıyan kənd məktəbinə, Poltavadakı muzeyinə də hədiyyə edildiyini, Kiyevdəki kitab sərgisində nümayiş olunduğunu, rəsmilərə, QHT və KİV-ə də paylandığını bildiriblər.


2-06-2026, 08:13
Abşeronda  Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib


Abşeronda Uşaqların Beynəlxalq

Müdafiəsi Günü şəhid övladları

ilə birgə qeyd edilib



Abşeron rayonunda şəhidlərimizin bizə əmanət qalan övladları üçün “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram şənliyi keçirilib. Dövlət Turizm Agentliyinin və Abşeron RİH-nin birgə təşkilatçılığı ilə Qobustan Palçıq Vulkanları Turizm Kompleksində baş tutan tədbirdə Agentliyin sədri Fuad Nağıyev, RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri və onların övladları iştirak ediblər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzərək xatirəsi ehtiramla yad edilib.

Sonra Palçıq Vulkanları Turizm Kompleksindəki muzeylə tanışlıq gəzintisi olub, ərazidəki palçıq vulkanlarına baxış keçirilib. O cümlədən uşaqlar üçün rəssamlıq, heykəltaraşlıq və dulusçuluq üzrə master-klaslar təşkil edilib.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşəbbüsü ilə çoxsaylı tədbirlər görülmüş, layihələr həyata keçirilmişdir.

RİH başçısı bildirib ki, ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif və genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.
Daha sonra RİH başçısı şəhid Fərid Seyfullayevin övladı Səmanın doğum günü münasibəti ilə təbrik edib.
Tədbirin sonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.
Qeyd edək ki, bu gün Abşeron RİH yanında İctimai Şura tərəfindən rayonun Şəfəq qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə də “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram tədbiri keçirilib. Bayram şənliyində şəhid ailələri, şəhid və qazi övladları, o cümlədən məktəbin kollektivi iştirak edib.

Tədbirdə YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik edib, ölkəmizdə uşaqlara yaradılan şəraitdən, onların azad və təhlükəsiz yaşamaları, təhsil almaları, inkişaf etmələri və mütəxəssis kimi formalaşmaları istiqamətində həyata keçirilən dövlət layihələrindən danışıblar.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!