Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
1-10-2022, 14:49
ABŞ Ermənistana sanksiya tətbiq etdi


ABŞ Ermənistana sanksiya tətbiq etdi

ABŞ Ermənistanın "Taco LLC" (Taco) şirkətinə sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Ermənistan şirkəti Rusiya ordusuna dəstək verməkdə ittiham olunur. Şirkət Rusiyanın "Radioavtomatika" kompaniyasının təchizatçısıdır. Məlumata görə, "Radioavtomatika" Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib. Sanksiya siyahısında kompaniyanın Çin və Belarus şirkətləri də var.
30-09-2022, 16:15
Putin “ilhaq təklifi”ni Dumaya göndərdi


Putin “ilhaq təklifi”ni Dumaya göndərdi

Prezident Vladimir Putin qondarma “Donetsk və Luqansk xalq respublikaları”nın, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil etmək üçün müvafiq təklifləri Dövlət Dumasına təqdim edib. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Sentyabrın 23-dən 27-dək qondarma “Donetsk və Luqansk xalq respublikaları”nda, həmçinin Xerson və Zaporojye vilayətlərində (Rkraynanın zəbt olunmuş torpaqları-red.) Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib. Guya bu bölgələrdə əhalinin 90%-dən çoxu Rusiyaya birləşmək üçün səs verib.
Rusiya prezidenti Vladimir Putin ötən həftə bəyan edib ki, Rusiya həmin vilayətlərin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.
30-09-2022, 16:13
Britaniyanın baş naziri Rusiyanı hədələdi


Britaniyanın baş naziri Rusiyanı hədələdi

Böyük Britaniyanın baş naziri Liz Trass bildirib ki, London Rusiya Federasiyasına birləşməklə bağlı qondarma “LPR”, “DXR”, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlar fonunda rəsmi Moskvaya qarşı yeni tədbirlər görəcək. Butov.az xəbər verir ki, xanım baş nazir bu barədə tvitter səhifəsində yazıb.“Biz tərəddüd etmədən növbəti tədbirləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinin hərbi maşınını iflic etmək üçün yeni sanksiyalar tətbiq edəcəyik”. Bundan əlavə, L.Trass qeyd edir ki, Böyük Britaniya heç vaxt “Donetsk və Luqansk xalq respublikaları”nı, eləcə də Xerson və Zaporojye vilayətlərini Rusiyanın bir hissəsi kimi tanımayacaq.
30-09-2022, 16:08
Gürcüstan sərhədini keçən rusların sayı açıqlanıb


Gürcüstan sərhədini keçən rusların sayı açıqlanıb

29 sentyabr saat 10:00-dan 30 sentyabr saat 10:00-a qədər 6109 nəfər Rusiya vətəndaşı Gürcüstana daxil olub, 5186 nəfər isə tərk edib. Bu barədə Gürcüstan DİN məlumat yayıb. Qeyd olunub ki, Daryal sərhəd-keçid məntəqəsindən sərnişinlərin axını nəzərəçarpacaq dərəcədə azalıb və o cümlədən Gürcüstanın digər keçid məntəqələrində də Rusiya vətəndaşlarının gediş-gəliş sayı azalıb. Bununla belə, 28 sentyabrdan 29 sentyabra kimi Gürcüstan ərazisinə 9642 nəfər Rusiya vətəndaşı keçib, 5448 nəfər isə ölkə ərazisini tərk edib.
30-09-2022, 16:05
Belaruslu nazir Nensi Pelosinin səfərinə etiraz etdi - Ermənistanı qəzəbləndirdi


Belaruslu nazir Nensi Pelosinin səfərinə etiraz etdi - Ermənistanı qəzəbləndirdi

Belarusun xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərinə etirazı Ermənstanda narazılıq doğurub. Butov.az xəbər verir ki, Belarusun İrəvandakı səfiri Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Daha əvvəl Vladimir Makey ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin mövcud münaqişələri daha da gərginləşdirdiyini bildirib.
Bununla əlaqədar Belarusun Ermənistanda səfiri Aleksandr Konyuku Xarici İşlər Nazirliyinə dəvət esən rəsmi İrəvan nazirin yuxarıda qeyd olunan bəyanatı ilə bağlı erməni tərəfinin narahatlığı və şərhlərini ona çatdırıb. Xatırladaq ki, Nensi Pelosi sentyabrın 17-dən 19-dək Ermənistanda olub.
30-09-2022, 16:00
Ukraynanın bu əraziləri Rusiyanın xəritəsinə daxil ediləcək - Peskov


Ukraynanın bu əraziləri Rusiyanın xəritəsinə daxil ediləcək - Peskov

“Donets və Luqansk xalq respublikaları”, Xerson və Zaporojye vilayətləri Rusiya Federasiyasının suveren ərazisinə çevriləcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib."Əlbəttə, onlar Rusiya Federasiyasının ayrılmaz hissəsi və suveren ərazisinə çevriləcəklər", - Peskov jurnalistlərin sualına cavab olaraq deyib."Müraciət olacaq, Rusiya Federasiyası Prezidentinin çıxışı - bir daha deyirəm, həcmli çıxış - sonra sənədlərin imzalanması mərasimi olacaq. İmzalanma mərasimində “DXR” rəhbəri Denis Puşilin, “LPR” rəhbəri Leonid Paseçnik, Zaporojye vilayətinin başçısı Yevgeni Balitski, Xerson vilayətinin başçısı Vladimir Saldo iştirak edəcək. Yeni subyektlərin Rusiya Federasiyasına qəbulu ilə bağlı dörd saziş imzalanacaq”, - deyə Peskov bildirib. Onun sözlərinə görə, iki prezidentin bu yaxınlarda Soçidə baş tutan danışıqlarının gündəmində referendumlar mövzusu olub. Bazar ertəsi Rusiya Federasiyası və Belarus liderləri Soçidə danışıqlar aparıb, Qərbin sanksiyaları və onlara qarşı müqavimət mövzusuna toxunublar.
30-09-2022, 15:58
Mədəsindən 63 qaşıq çıxdı


Mədəsindən 63 qaşıq çıxdı

Hindistanın Şimalında yerləşən Müzəffərnəqar bölgəsində qeyri-adi hadisə baş verib. Butov.az-ın verdiyi məlumata görə, şiddətli mədə ağrısı ilə xəstəxanaya üz tutan şəxs tibb işçiləri tərəfindən dərhal tibbi müayinə olunub. Nə yemək yeyə, nədə ki su içə bilən 32 yaşlı xəstənin mədə ağrısının səbəbini müəyyən etmək üçün rentgen və tomoqrafiya edilib. İlkin olaraq həkimlər şişdən şübhələniblər. Lakin müayinə zamanı aydın olub ki, kişinin mədəsində yad maddə mövcuddur. İki saatdan çox keçən əməliyyatdan sonra həkim baş verənin 35 illik peşə həyatının ən nadir tibbi hadisələrindən biri olduğunu qeyd edərək bunları əlavə edib: “Əməliyyat zamanı xəstənin mədəsində materialı poladdan olan 63 ədəd qaşıq olduğunu aşkar etdik. O, qaşıqların baş hissələrini qıraraq, tutacaqlarını udub.”
30-09-2022, 15:31
Putin Ərdoğana şikayətləndi: “Bu, beynəlxalq terror aktıdır” - Rusiya təcili BMT TŞ-nin iclasını çağıracaq


Putin Ərdoğana şikayətləndi: “Bu, beynəlxalq terror aktıdır” - Rusiya təcili BMT TŞ-nin iclasını çağıracaq

Xəbər verildiyi kimi, ötən axşam Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Prezidentlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Butov.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya prezidenti “Şimal axını” qaz kəmərində baş verən təxribata da fundamental qiymət verib. Kremlin mesajında ​​qeyd olunur ki, Putin bunu mahiyyət etibarilə “beynəlxalq terror aktı” adlandırıb."Rusiya bu məsələni BMT Təhlükəsizlik Şurasında təcili müzakirəyə çıxarır", - Kremlin bəyanatında deyilir.
30-09-2022, 15:29
Əfqanıstanda partlayış - Ölənlər var


Əfqanıstanda partlayış - Ölənlər var

Əfqanıstanın paytaxtı Kabilin qərbindəki tədris mərkəzində imtahan vaxtı partlayış baş verib. Butov.az xəbər verir ki, baş verən partlayışda 32 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Taliban hərəkatının nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.
30-09-2022, 15:27
ABŞ yeni hərbi komandanlıq yaradır


ABŞ yeni hərbi komandanlıq yaradır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya kömək üçün yeni komandanlıq yaradacaq. Bunu “The New York Times” nəşri yazıb. Bildirilib ki, ABŞ Müdafiə Departamenti müttəfiqlərinin Ukrayna ordusunu necə hazırladığını və təchiz etdiyini yenidən nəzərdən keçirmək qərarına gəlib. Qəzetin məlumatına görə, ABŞ admiralları və generalları yeni komandanlığın yaradılması ideyası ilə razılaşıblar. Onlar hesab edirlər ki, bu, çox aktual və vacibdir. Çünki yeni sistem müttəfiqlərin və tərəfdaşların öz avadanlıqlarını təhvil vermək və Ukrayna hərbçilərinə təlim keçmək baxımından riayət edə biləcəkləri formal təhlükəsizlik strukturu yaradacaq. Xatırladaq ki, sentyabrın 28-də ABŞ Senatı Ukraynaya təxminən 1,1 milyard dollar məbləğində yeni yardım paketini təsdiqləyib.
Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək ABŞ Kiyevə 25 milyard dollar yardım edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!