Menendezin həyat yoldaşına da cəza verildi .....                        Zelenski Trampın nümayəndəsi ilə görüşdü .....                        Aleksey də “Qarabağ”dan ayrıldı .....                        ABŞ Zəngəzur dəhlizi layihəsi çərçivəsində 145 milyon ayıracaq .....                        Kirkin öldürən şəxsin başına pul qoyuldu .....                        Qurban Qurbanovun oğlunun toyudur .....                        ABŞ Rusiyanın sərhədinə bomba atdı .....                        Bu universitetdə yataqxana bağlandı .....                        Azərbaycanla işləyirik - Mirzoyan .....                       
19-04-2025, 15:51
Çin orbitə 6 peyk buraxdı


Çin orbitə 6 peyk buraxdı

Çinin “Çanjen-6” raket daşıyıcısı günəşlə sinxron orbitə birdən-birə 6 “Şiyan-27” süni peykini qaldırıb.
Bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) məlumat yayıb.
Məlumata görə, raketlər Çinin şimalında yerləşən Şansi vilayətinin Tayuan kosmodromundan yerli vaxtla 06:51-də buraxılıb. Kosmik aparatlar uğurla orbitdə təyin olunmuş mövqeni tutublar.
CASC qeyd edib ki, peyklər Yerə yaxın kosmik mühiti araşdırmaq və müvafiq texnologiyaların sınaqlarını həyata keçirmək üçün nəzərdə tutulub.
19-04-2025, 14:44
Futbolçuları daşıyan avtobus aşdı, məşqçi öldü


Futbolçuları daşıyan avtobus aşdı, məşqçi öldü

Qazaxıstanda uşaq futbol komandasını daşıyan mikroavtobus qəzaya düşüb.
Komanda oyun üçün Pavlodardan Astanaya gedirmiş. Sürücü yük avtomobilini səhv ötüb və avtobus aşıb.
Mikroavtobusda 14-16 yaş arası 16 uşaq, həmçinin onları müşayiət edən məşqçi olub. İdmançılar yardım üçün tibb müəssisəsinə aparılıb və həkim nəzarətindədirlər. Məşqçi isə hadisə yerində dünyasını dəyişib.
Qəza ilə bağlı cinayət işi açılıb, bütün zəruri istintaq hərəkətləri başlanıb.
Həmçinin qeyd olunub ki, futbolçular özəl idman məktəbində məşq ediblər. Rəhbərliyin qarşıdakı səfərlə bağlı polis əməkdaşlarına əvvəlcədən məlumat vermədiyi və bu səbəbdən patrul dəstələrinin lazımi müşayiəti təmin olunmadığı bildirilib. Bu hadisə ilə bağlı da araşdırmalara başlanılıb.

19-04-2025, 14:28
Gürcüstanda elektrik enerjisi kəsildi


Gürcüstanda elektrik enerjisi kəsildi

Gürcüstanda paytaxt Tbilisi də daxil olmaqla bir sıra regionlarda elektrik enerjisi kəsilib.
Fasiləyə səbəbin Kavkasioni elektrik ötürücü xəttində qəza baş verməsi olduğu bildirilir.
Qəzanın səbəbinin hələki bilinmədiyi, lakin ölkə üzrə elektrik enerjisinin verilişinin tədricən bərpa olunacağı qeyd edilib.
19-04-2025, 14:13
Birinci kanalın aparıcısının saxta pasportları üzə çıxdı


Birinci kanalın aparıcısının saxta pasportları üzə çıxdı

Birinci Kanalın məşhur xəbər aparıcısı Yekaterina Andreyevanın Rusiya vətəndaşlığından əlavə Monteneqro və Honduras pasportlarına da malik olduğu üzə çıxıb.
Bu barədə Rusiya Korrupsiyaya Qarşı Mübarizə Fondunun yeni araşdırmasında deyilir
Fondun məlumatına görə, Andreyeva hər həftə telekanalda işləyir. Müstəntiqlər onun iş qrafiki və uçuşları müqayisə edərək müəyyən ediblər ki, o, növbəsini başa vurduqdan sonra dərhal Rusiyanı tərk edir.
Belə ki, o, 2023-cü ilin ilk altı ayında bütün boş həftələrini İstanbul, Dubay, Özbəkistan, Serbiya, Finlandiya və bir sıra digər Avropa ölkələrində keçirib.
Bundan əlavə, teleaparıcı boş vaxtını Monteneqronun Adriatik sahilindəki Sveti Stefan kurort şəhərində yerləşən evdə keçirir. Onu 2015-ci ildə əri, Serbiya və Monteneqro vətəndaşı Duşan (Duşko) Peroviç alıb.
Andreyevanın özü 2011-ci ildə Monteneqronun fəxri vətəndaşlığı alıb. Bu, peşəsi və statusu dövlət üçün xüsusi əhəmiyyət kəsb edən, elmi, iqtisadi, mədəni, idman və digər maraqlarının həyata keçirilməsinə töhfə verən insanlara verilir, Korrupsiyaya Qarşı Mübarizə Fondu qeyd edir.
İddialara görə, Yekaterina Andreyeva əri vasitəsilə 2005-ci ildə Honduras pasportu alıb. Dusan Peroviç 2004-cü ildən bu ölkənin vətəndaşıdır. Müstəntiqlər teleaparıcının Honduras vətəndaşlığını onun maraqlarını təmsil etmək üçün yerli vəkilə verdiyi etibarnamədən öyrəniblər.
Duşan Peroviç serb biznesmendir. 2010-cu ildən fondun məlumatına görə, o, Serb Respublikasının (Bosniya və Herseqovinanın tərkibində muxtar qurum) Rusiyadakı nümayəndəliyinə rəhbərlik edir. 2023-cü ildə ABŞ Serb Respublikasının rusiyayönlü rəhbəri Milorad Dodikin maraqları üçün lobbiçilik etdiyinə və Vladimir Putinlə görüşlərini təşkil etdiyinə görə ona qarşı sanksiyalar tətbiq edib.
Korrupsiyaya Qarşı Mübarizə Fondu bəyan edib ki, onlar Yekaterina Andreyevanın sanksiya siyahısına salınmasını tələb edəcəklər və Monteneqro hökumətindən onun fəxri vətəndaşlığından məhrum edilməsini xahiş edəcəklər. Buna qarşı sanksiyalar daha əvvəl Kanada və Ukrayna tərəfindən qoyulmuşdu.
“Müharibənin üç ildən artıqdır davam etməsi normal hal deyil və hərbi təbliğatın əsas fiqurlarından biri sakitcə dünyanı dolaşmaq və özünü qayğısız səyahət bloqçusu kimi aparmaqdır” – deyə, fond bildirib.
19-04-2025, 10:48
Gəmidəki yanğın 148 nəfərin ölümünə səbəb oldu


Gəmidəki yanğın 148 nəfərin ölümünə səbəb oldu

Konqo Demokratik Cümhuriyyətində ynan gəminin batması nəticəsində 148 nəfər ölüb.
Daha 100-dən çox adam itkin düşüb.
Qeyd olunub ki, göyərtəsində təxminən 500 nəfərin olduğu “HB Kongolo” gəmisi aprelin 16-da Matankum limanından çıxaraq Konqo çayı ilə Bolomba şəhərinə doğru üzüb.
Sərnişinlər üçün yemək hazırlanan mətbəxdə başlayan yanğın qısa müddətdə gəmini bürüyüb və məhz buna görə sağ qalanların çoxu ağır yanıq xəsarətləri alıb.
Konqo səlahiyyətliləri Qırmızı Xaçla birlikdə itkin düşənlərin axtarışını davam etdirir.
18-04-2025, 17:47
Zelenski Ukraynada hərbi vəziyyəti uzatdı


Zelenski Ukraynada hərbi vəziyyəti uzatdı

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin, eləcə də ümumi səfərbərlik müddətinin 90 gün - avqustun 6-dək uzadılması barədə qanunları imzalayıb.
Bu barədə “Ukrainska pravda” məlumat yayıb.
Bundan əvvəl Ali Rada Ukraynada hərbi vəziyyətin müddətini üç ay, avqustun 6-dək uzadıb, həmçinin səfərbərlik elan edib.
Ukrayna prezidentinin tələbi ilə Ali Rada 2022-ci ilin fevralından ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik rejiminin tətbiqini davam etdirir. Beləliklə, Ukraynada 3 ildən artıqdır ki, hərbi vəziyyət və səfərbərlik davam edir.
17-04-2025, 18:07
NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək


NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək

Mayın 14-15-də Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi iclası keçiriləcək.
Bu barədə NATO-nun saytında məlumat dərc edilib.
İclasa NATO Baş katibi Mark Rutte sədrlik edəcək.
17-04-2025, 17:30
Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan


Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan

“Bu gün dövlətçilik qurmaq bizim mütləq prioritetimizdir”.
Bunu aprelin 17-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Təxminən 30 ildir ki, biz ilk növbədə Qarabağ probleminin həllinə, Qarabağ hərəkatına və bunun üçün hər şeyi qurban vermək məntiqinə sadiq olan bir dövlət modeli qururuq, bunu tənqid kimi deyil, reallıq kimi deyirəm, çünki hamımız, ən azı, çoxumuz bu modelə razıyıq.
Mən Ermənistan Respublikasının Baş naziri kimi tədricən, addım-addım, əvvəlcə qeyri-müəyyən, sonra konkret olaraq başa düşdüm ki, əgər bizim üçün müstəqillik və dövlətçilik təsəvvür etdiyimiz Qarabağ probleminin həlli vasitəsidirsə, bir sıra xarici aktorlar üçün Qarabağ məsələsi dövlətimizin müstəqilliyi və inkişafının qarşısının alınması, dövlətçiliyimizə son qoyulması vasitəsidir”, - Paşinyan bildirib.
Baş nazir bu hədəfin həyata keçirilməsinin 2020-ci ilin sentyabrında yekun mərhələsinə qədəm qoyduğunu, 2021-ci ilin mayında isə pik həddinə çatdığını, bu son məqsədin Ermənistanda da tərəfdarlarının olduğunu, müstəqillik və dövlətçilik deyil, Qarabağ məsələsinin vacib olduğuna inandıqlarını vurğulayıb.
Paşinyan deyib ki, “Daşnaksütyun”un funksionerlərinin, Ermənistanın keçmiş rəhbərlərinin bu çərçivəyə, bu məntiqə uyğun olduğunu vurğulayıb:
“Bu gün bu epoxal ideoloji toqquşmanın ikinci aktı baş verir. Hakim çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır, çünki bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısının alınması üçün alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec başa düşdük.
Müxalifət isə mahiyyət etibarı ilə deyir ki, Ermənistan dövlətçiliyinin bir məqsədi və mənası var – Qarabağ hərəkatı, Qarabağ məsələsi. Müxalifət deyir ki, Qarabağ hərəkatı onun hansı nəticələrindən asılı olmayaraq davam etməlidir”.
Paşinyanın sözlərinə görə, 2018-ci ilin “məxməri inqilabı” nəticəsində Ermənistanda hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr altında intuisiya və cəsarət nümayiş etdirərək, Qarabağ hərəkatının çoxdan sona çatdığı faktına doğru addım-addım və hissə-hissə irəliləyib.
17-04-2025, 17:08
Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova


Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova

“Biz dəfələrlə demişik ki, Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri ilə rusiyalı həmsədr arasında əlaqənin kəsilməsi və bunun 2022-ci ilin fevralında baş verməsi, eləcə də Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitindən sonra Ermənistanın Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıması vəziyyətin münaqişə ilə bağlı köklü dəyişməsi Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk konfransının həmsədrlərinin ATƏT tərəfindən təsdiqlənmiş mandatı öz aktuallığını itirdi.
Bunu aprelin 17-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, jurnalistin sualını belə cavablandırıb: “Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı parlamentdə çıxış edərkən Azərbaycan tərəfinin tələblərinə uyğun olaraq ATƏT-in Minsk Qrupunun buraxılmasına razı olduqlarını bildirib.
Biz bu mövzunu dəfələrlə müzakirə etmişik.
Nəticədə Minsk konfransının bütün strukturları: Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in Dağlıq Qarabağ nizamlanması üzrə hazırkı nümayəndəsinin şəxsi nümayəndəsi vəzifəsi – bunların hamısı ləğv edilməlidir”.
“Hesab edirik ki, müvafiq qərarın qəbulu üçün optimal yol Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə bəyanatıdır.
Biz öz tərəfimizdən tərəfdaşlarımıza sülh müqaviləsinin imzalanması yolunda qalan maneələrin aradan qaldırılmasında, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası, humanitar məsələlərin həllində - 2020-ci ildən 2022-ci ilə qədər bağlanmış ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında kömək etmək niyyətindəyik.
Və təbii ki, biz hər zaman Azərbaycan və Ermənistan nümayəndələri arasında ikitərəfli məsələlərin bütün spektri, o cümlədən sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Rusiya platformasını təqdim etməyə hazır olduğumuzu təsdiqləyirik”, - Zaxarova əlavə edib.
17-04-2025, 16:48
Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı


Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı

“Taliban” hərəkatı Rusiyada terrorçular siyahısından çıxarılan ilk təşkilat olub. Onun fəaliyyəti 20 il əvvəl Rusiyada qadağan edilmişdi.
Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun "Taliban"ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib və hərəkatın terror təşkilatları siyahısından çıxarılması barədə qərar verib.
Hakim Oleq Nefedov bildirib ki, qərar dərhal icra olunmalıdır.
"Taliban" 2003-cü ildən Rusiyada terror təşkilatları siyahısına salınıb. Ali Məhkəmənin onun fəaliyyətini qadağan edən qərarında hərəkatın Çeçenistandakı qeyri-qanuni silahlı qruplarla əlaqə saxladığı və terror üsullarından istifadə etdiyi bildirilir. “O, Usamə bin Ladenin dəstəyi ilə Özbəkistan, Tacikistan və Qırğızıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlətlərində islami hərəkatların hakimiyyəti ələ keçirməsi üçün imkanlar axtarırdı”, - deyə məhkəmə qərarında qeyd edilib.
2021-ci ilin avqustunda Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda “Taliban” ölkədə hakimiyyətə gəlib. Əfqanıstan İslam Respublikasının əvəzinə hərəkat üzvləri tarixdə ikinci dəfə “Əfqanıstan İslam Əmirliyi”nin yaradıldığını elan etdilər. “Taliban” qadınların hüquq və azadlıqlarını şəriət qanunları çərçivəsində təmin edəcəklərinə söz verib. Rusiya da bir sıra başqa ölkələr kimi hərəkata siyasi tələblər irəli sürüb, ilk növbədə hakimiyyətin inklüzivliyi və elementar insan hüquqlarına riayət olunmasını tələb edir. Rusiya rəsmiləri ilə “Taliban” arasında siyasi təmaslar davam edir. Ötən ilin yanvarında xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Taliban”la təmasda olduğunu, lakin siyasi öhdəliklərini yerinə yetirməyənə qədər hərəkatın yaratdığı hökuməti tanımayacağını bəyan etmişdi.
2024-cü ilin mayında Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat verib. Agentliklər “Taliban”ın Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini və orada real güc olduğunu qeyd ediblər. Prezident bu təşəbbüsü şərh edərkən deyib ki, Kabillə münasibətlər necəsə qurulmalıdır.
2023-cü ildə “Taliban” Qazaxıstandada terror təşkilatları siyahısından çıxarılıb, 2024-cü ilin sentyabrında isə Qırğızıstanın Baş Prokurorluğu respublikada qadağan olunmuş təşkilatların reyestrini yeniləyərək “Taliban”ı oradan çıxarıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!