İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
28-10-2025, 22:23
Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq


Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq

Türkiyənin DEVA Partiyasının sədri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) qayıdacağı barədə iddiaları təkzib edib.
Babacan bu bu barədə jurnalistlərinə açıqlamasında danışıb.
Siyasətçi bildirib ki, Türkiyə “iki qütblü siyasi sistemə məhkum edilməməlidir” və DEVA Partiyası daxil olduğu “Yeni Yol Qrupu” ilə birlikdə üçüncü yol mümkündür.
Babacan oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğanla eyni kadrda yer almasının ardından yaranan “AK Partiyaya qayıdış” şayiələrinə də münasibət bildirib.
Onun sözlərinə görə, hakim partiyadan ayrıldıqdan sonra Ərdoğanla ilk dəfə həmin gün üz-üzə görüşüblər:
“Bundan əvvəl yalnız üç dəfə telefonla danışmışıq: 6 fevral zəlzələlərində mən zəng etdim, atam vəfat edəndə o, zəng etdi, anam vəfat edəndə də yenə o zəng etdi. 1 oktyabrda salamlaşmadan sonra isə heç bir təmasımız olmayıb.”
Babacan əlavə edib ki, bu mövzunun mediada gündəmdə saxlanmasını doğru hesab etmir.
O, həmçinin vurğulayıb ki, 1 oktyabrdan sonra nə Ərdoğan, nə də hakim partiyanın rəhbərliyi ilə iqtisadiyyat və ya başqa mövzularla bağlı görüşmək üçün heç bir təşəbbüs göstərilməyib:
“Hazırda buna ehtiyac da yoxdur. Çünki biz Türkiyə üçün təklif və proqramlarımızı artıq elan etmişik.”
28-10-2025, 17:54
İranın naziri xəstəxanaya yerləşdirildi


İranın naziri xəstəxanaya yerləşdirildi

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq xəstəxanaya yerləşdirilib.
Buna iş yükünün çoxluğu və gərgin işdən qaynaqlanan yorğunluq səbəb göstərilib.
Onu kimi əvəz edəcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, iranlı nazir Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədridir.
28-10-2025, 17:46
Təyyarə qəzaya uğradı - 11 nəfər həlak oldu


Təyyarə qəzaya uğradı - 11 nəfər həlak oldu[/color]

Keniya sahillərində təyyarə qəzası baş verib.
BBC News-un məlumatına görə, qəzada 10 avropalı turist və 1 yerli pilotun ölüb.
Keniya Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə məşhur çimərlik kurortu Dianidən dünyaca məşhur Maasai Mara oyun parkındakı uçuş-enmə zolağına doğru hərəkət edərkən qəzaya uğrayıb.
Mombasa Air Safari şirkətinin məlumatına görə, təyyarədə 8 macar, 2 alman turust və 1 keniyalı pilot olub və hamısı qəzada ölüblər
Qəzanın səbəbi ilə bağlı araşdırmanın davam etdiyi, lakin ona pis hava şəraitinin səbəb ola biləcəyi bildirilib.
28-10-2025, 17:15
Ermənistan Rusiyaya qarşı çıxdı


Ermənistan Rusiyaya qarşı çıxdı

Ermənistan Rusiyaya ölkənin təhlükəsizliyi ilə bağlı göstəriş verməyə imkan verməyəcək.
Bu barədə parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Sarkis Xandanyan İrəvanda keçirilən “Şərq Tərəfdaşlığı Parlament Assambleyası - Avronest”in plenar iclasında çıxışı zamanı bildirib.
Deputat vurğulayıb ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün “xarici xilasedicilərə” ehtiyac yoxdur: “Biz Rusiyaya icazə verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməyi öyrətsin. Bizim kifayət qədər xilaskarımız var. Ermənistan xalqı ölkə xaricindən gələn xilaskarlara ehtiyac duymur.”
Xandanyan qeyd edib ki, hazırda Ermənistanda Moldovada müşahidə edilən “hibrid hücumların” oxşar əlamətləri görünür.
Onun sözlərinə görə, regionda vəziyyət dəyişib, Ermənistan və Azərbaycan arasında sülh yaranıb və indi əsas məqsəd bu sabitliyi möhkəmləndirməkdir.
Deputat həmçinin bildirib ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması və TRIPP – “Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, Mərkəzi Asiyanı da Avropa İttifaqına daha da yaxınlaşdıra bilər.
28-10-2025, 17:08
Dron hücumu zamanı jurnalist yaralandı


Dron hücumu zamanı jurnalist yaralandı

Ukraynanın şərqində çəkiliş aparan Almaniyanın “Die Welt” qəzetinin jurnalisti İbrahim Naber Rusiya ordusunun dron hücumu nəticəsində yaralanıb.
Bu barədə “Die Welt”in müxbiri özünün “Intagram” səhifəsində paylaşım edib.
Naberin verdiyi məlumata görə, hadisə onların hava hücumundan müdafiə bölməsi ilə birlikdə çəkiliş apardığı zaman baş verib. Onun sözlərinə görə, dron yaxınlıqda dayanan hərbi avtomobili hədəf alıb.
Hücum nəticəsində bir ukraynalı hərbçi həlak olub, digəri isə ağır yaralanaraq ayağının amputasiyası ilə nəticələnən xəsarətlər alıb.
Jurnalist İbrahim Naber, onun operatoru Viktor Zaxarenko və prodüseri İvan Lısenko da yaralanıblar.
27-10-2025, 21:24
Azərbaycanda sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxundu


Azərbaycanda sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxundu

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən yekun prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən Abdulla Əliyev son sözündə əməlindən peşman olduğunu söyləyib. Vəkilin vəsatəti təmin olunmayıb və hökm elan edilərək, Abdulla Əliyev 13 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.
Məlumata görə, o, yəhudi sinaqoquna "Molotov kokteyli" ilə hücum planladığı zaman DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb.
Azərbaycanın Sumqayıt şəhərində yaşayan və "İŞİD Xorasan" terror təşkilatına bağlılığı olması araşdırılan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən "Bakı Dağ Yəhudiləri Sinaqoqu"na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb.
Abdulla Əliyevin "Abu Radd" ləqəbli terror liderinə beyət edərək terrorçu fəaliyyətlərə başladığı bildirilib. Belə ki, 28 dekabr 2024-cü il tarixində Abdulla Əliyev KIA markalı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən yəhudi sinaqoquna yaxınlaşıb. O, avtomobilindən çıxardığı 3 ədəd "Molotov kokteyli" və digər silahlarla içəriyə daxil olmağa cəhd edib. Amma DTX əməkdaşları onu bu əməli gerçəkləşdirə bilmədən dayandırıblar.
Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən 1 ədəd balta, 2 bıçaq və yandırıcı-partlayıcı vasitələr aşkar edilərək götürülüb.
Onun mobil telefonunda "SimpleX" ani mesajlaşma tətbiqi vasitəsilə yaratdığı "KHALIFATUL MUSLİMUN" adlı qrup aşkarlanıb. Təqsirləndirilən şəxsin "İŞİD Xorasan"ın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da müəyyən edilib.
27-10-2025, 19:56
Tarixdə ən güclü qasırğa yaxınlaşır


Tarixdə ən güclü qasırğa yaxınlaşır

Yamayka adasına yaxınlaşan “Melissa” qasırğası 5-ci kateqoriyaya qədər güclənib.
Meteoroloqlar qasırğanın güclü daşqınlara, çoxsaylı sürüşmələrə və geniş infrastruktur ziyanına səbəb olacağını açıqlayıblar.
Bu, 1851-ci ildən qasırğaların qeydə alınmağa başlamasından bu yana adaya daxil olan ən güclü qasırğa olacaq. “Melissa” qasırğasının çərşənbə axşamı gündüz Yamaykaya, daha sonra isə günün sonlarında Kubaya çatacağı, oradan isə Baham adalarına doğru getməsi proqnozlaşdırılır. Təbiət hadisəsinin ABŞ-ın materik hissəsinə təsiri gözlənilmir.
5-ci kateqoriya qasırğa Saffir-Simpson şkalasına əsasən ən yüksək göstəricidir və davamlı küləyin sürəti saatda 250 kilometri keçir.
27-10-2025, 19:40
Monteneqroda nə baş verir? – Onlarla azərbaycanlı saxlanıldı


Monteneqroda nə baş verir? – Onlarla azərbaycanlı saxlanıldı

Monteneqro paytaxtı Podqoritsada baş verən kütləvi iğtişaşlardan sonra onlarla Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.
İnsident yerli sakinlə türkiyəli şəxslər arasında baş verən davadan sonra başlayıb. Qarşıdurma zamanı monteneqrolu kişi bıçaqlanıb, lakin onun həyatı üçün təhlükə olmayıb. Hadisə şəhərdə Türkiyə vətəndaşlarına qarşı aqressiyanı və vandalizm aktlarını alovlandırıb.
Məlumata görə, insident Podqoritsanın Zabjelo rayonunda baş verib. Yerli sakin bir qadını müdafiə etməyə çalışarkən bir qrup türkiyəli ilə mübahisə edib və dava zamanı bıçaqlanıb. Bundan sonra bölgədə gərginlik artıb, sakinlər gecə saatlarında “xalq patrulları” yaradaraq küçələrdə nəzarətə çıxıblar. Polis həm ilkin hücum, həm də sonrakı zorakılıq halları ilə bağlı istintaq aparır.
Bazar günü Podqoritsa sakinləri Türkiyə nömrəli avtomobillərə ziyan vurub, bir qrup şəxs isə türklərə məxsus kazinonu mühasirəyə alıb.
Şəhər mərkəzində yerləşən türkiyəli sahibkara məxsus kafe yandırılıb. Polis açıqlayıb ki, bıçaqlanma hadisəsi ilə bağlı iki nəfər - biri Türkiyə, digəri Azərbaycan vətəndaşı saxlanılıb. Bundan başqa, miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan yeddisi cərimələnib, səkkiz nəfərə deportasiya qərarı çıxarılıb, iki nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.
Hadisələr fonunda Monteneqro prezidenti Yakov Milatoviç əhalini sakitliyə çağırıb. Baş nazir Miloyko Spayiç isə Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılacağını açıqlayıb. O bildirib ki, bu qərar hökumətin Ankarayla apardığı “intensiv məsləhətləşmələr” dövründə sürətlə qüvvəyə minəcək. Hazırda türkiyəlilər Monteneqroda vizasız 90 günədək qala bilirlər.
Rəsmi Podqoritsa bu addımı Avropa İttifaqının təzyiqləri fonunda atır. Brüssel Qərbi Balkan ölkələrindən vizə siyasətlərini Avropa standartlarına uyğunlaşdırmağı tələb edir. Aİ ölkələrinə daxil olmaq üçün türkiyəlilər viza almalı olsalar da, Monteneqro hələ də Türkiyə, Rusiya, Çin və Azərbaycan da daxil olmaqla yeddi ölkə vətəndaşına vizasız giriş imkanı verir.
Monteneqroda son illər türkiyəlilərin iştirakı əhəmiyyətli dərəcədə artıb. Ölkənin Statistika İdarəsinin məlumatına görə, hazırda burada 13 mindən çox Türkiyə vətəndaşı yaşayır, türkiyəli iş adamlarına məxsus 6 800-dən çox şirkət qeydiyyatdan keçib. Bu, ölkədəki bütün xarici bizneslərin təxminən 28 faizinə bərabərdir.
Hadisəyə Ankara da dərhal reaksiya verib. Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqronun baş naziri Miloyko Spayiç və XİN rəhbəri Ervin İbrahimoviçlə telefon danışığı apararaq Türkiyə vətəndaşların təhlükəsizliyinin təmin olunmasını tələb edib. Daha sonra Türkiyə XİN “narahatedici hadisələrdən dərin təəssüf” ifadə edən bəyanat yayıb.
27-10-2025, 18:38
99 yaşınadək prezident olacaq


99 yaşınadək prezident olacaq

Kamerun lideri Pol Biya prezident seçkisində növbəti dəfə qələbə qazanıb.
O, seçicilərin səslərinin 53.66%-ni toplayıb və səkkizinci müddətə dövlət başçısı seçilib.
Bildirilir ki, 1982-ci ildən hakimiyyətdə olan Prezident Pol Biya 92 yaşında səkkizinci müddətə Kamerunun prezidenti seçilib. O, daha 7 il vəzifədə qalacaq.
Kamerun Milli Xilas Cəbhəsinin rəhbəri və prezidentin əsas rəqibi İssa Çiroma Bakari 35.19% səslə ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Kamerunda prezident seçkiləri oktyabrın 12-də keçirilib və kütləvi etirazlarla müşayiət olunub.
27-10-2025, 18:33
Mirzoyandan sülhlə bağlı vacib açıqlama


Mirzoyandan sülhlə bağlı vacib açıqlama

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması tarixi və yeri hələlik müəyyən edilməyib.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Nazir jurnalistlərin suallarını cavablandırarkən xatırladıb ki, "İrəvan bu parametrlər üzrə razılığa gəlmək üçün məsləhətləşmələrə başlamağa hazır olduğunu dəfələrlə bildirib".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!