26-07-2025, 18:18
3 ölkə İranla bağlı danışıqlara başladıAlmaniya, Fransa və Böyük Britaniya (E3 ölkələri) İranla yeni nüvə danışıqlarına başlayıb.
Ötən ay İsrail ilə İran arasında baş vermiş 12 günlük müharibədən sonra keçirilən bu ilk görüş İranın İstanbuldakı konsulluğunda baş tutub.
E3 ölkələri sonuncu dəfə bəyan etmişdi ki, danışıqlarda irəliləyiş əldə olunmasa “snapback” mexanizmi (sanksiyaların avtomatik bərpası) vasitəsilə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilərlər. Bu mexanizmin müddəti oktyabrda başa çatır. Buna görə də avropalılar avqustun sonunadək razılaşma əldə etməyə çalışırlar. İranda uranın zənginləşdirilməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığın bərpası sahəsində aydın siqnallar verməsi tələb olunur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü görüş barədə açıqlamasında onu “avropalılar üçün reallıq yoxlaması” və “İranın nüvə məsələsi ilə bağlı mövqelərini düzəltmək üçün dəyərli fürsət” adlandırıb.
26-07-2025, 16:53
Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıyıq - PEZEŞKİAN
İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bu barədə o, ölkənin Xarici İşlər Nazirliyində çıxışı zamanı deyib.
O bildirib ki, münasibətlərin yaxşılaşdırılması böyük uğurlara səbəb olacaq.
Prezident diplomatları səylərində daha fəal olmağa çağırıb.
26-07-2025, 16:41
İranda məhkəmə binasına silahlı hücum - Beş nəfər öldüİranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirildiyini bildirib.
Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib. Döyüş bir neçə saat davam edib.
26-07-2025, 15:53
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
Ermənistana təbii qazın verilişi bu gün günorta saatlarında bərpa edilib.
Bu barədə "Qazprom Ermənistan" məlumat yayıb.
Qeyd edək ki, Ermənistana qazın verilməsi Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax - Saquramo" hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.
25-07-2025, 22:00
İŞİD lideri və iki oğlu öldürüldüABŞ qüvvələri Suriyanın şimalında keçirdiyi reyd zamanı İŞİD-in liderlərindən birini öldürüb.
Bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, əməliyyat Suriyanın şimalındakı Əl-Bab şəhəri ərazisində həyata keçirilib. Qeyd olunur ki, reyd zamanı “İŞİD-in yüksək rütbəli lideri”, həmçinin qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb.
Qeyd olunub ki, onların hər üçü ABŞ, koalisiya qüvvələri və Suriyanın yeni hökuməti üçün təhlükə yaradırdı.
CENTCOM-un komandiri Maykl Kurilla açıqlamasında deyib: “Biz harada fəaliyyət göstərmələrindən asılı olmayaraq, İŞİD terrorçularını amansızlıqla təqib etməyə davam edəcəyik".
25-07-2025, 20:10
Meşə yanğının Bülent Ersoyun villasına çatdıAntalyanın Aksu, Qazipaşa, Manavqat və Muratpaşa rayonlarında meşə yanğınları davam edir.
Bildirilib ki, alov sürətlə yayılaraq yaşayış məntəqələrinə çatır. Yanğın avqustun 9-da Antalyada konsert verməli olan tanınmış sənətçi Bülent Ersoyun Kundu rayonunun Güzeloba məhəlləsində yerləşən villasına da çatıb.
Hadisə yerinə Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri cəlb olunublar və yanğın söndürülüb.
Məlumata görə, villada olan Bülent Ersoy dərhal təxliyə edilib. Onun səhhətinin yaxşı olduğu bildirilir.
25-07-2025, 19:56
Makronun sözünün çəkisi yoxdurABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını tənqid edib.
“Onun dedikləri önəmli deyil. O, çox yaxşı oğlandır. Ondan xoşum gəlir, amma bu sözünün çəkisi yoxdur” - Tramp Ağ Evdə jurnalistlərə deyib.
Qeyd edək ki, Emmanuel Makron sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.
25-07-2025, 19:16
HƏMAS razılaşma istəmir - TrampHƏMAS İsraillə atəşkəs və girovların azad edilməsi barədə razılaşma əldə etmək istəmir.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, onlar ölmək istəyirlər və bu, çox pisdir”, - deyə o əlavə edib. Donald Tramp bildirib ki, çox az sayda girov qaldığından HƏMAS-ın əlində heç bir təsir vasitəsi yoxdur.
24-07-2025, 21:54
49 nəfərin öldüyü qəza yerindən yeni görüntüRusiya İstintaq Komitəsinin müstəntiqləri Amur vilayətində təyyarənin qəzaya uğradığı yerdə işləyir, həmçinin hava nəqliyyatı təşkilatlarında axtarışlar aparır.
Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Anqara aviaşirkətinin An-24 sərnişin təyyarəsi iyulun 24-də Amur vilayətinin Tynda hava limanına eniş edərkən ikinci dəfə eniş etdikdən sonra qəzaya uğrayıb.
Müxtəlif mənbələrə görə, təyyarədə ekipaj da daxil olmaqla 46-49 nəfər olub. Rusiya İstintaq Komitəsi təyyarədə olanların hamısının öldüyünü təsdiqləyib. Təyyarənin qalıqları Tındadan 16 km aralıda dağın yamacında tapılıb; qəza yerində xilasedicilər işləyir.
Təyyarə qəzası ilə əlaqədar Amur vilayətində fövqəladə vəziyyət və üç günlük matəm elan edilib. Faktla bağlı cinayət işi açılıb.
24-07-2025, 21:40
İdlibdə güclü parlaştış - 7 ölü, 100 yaralıSuriyanın şimal-qərbindəki İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb, 100-ə yaxın yaralının olduğu bildirilib.
Qeyd olunub ki, partlayış qaçqınların məskunlaşdığı çadır düşərgələrinə təsir göstərib, bu da xeyli sayda insanın xəsarət almasına gətirib çıxarıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.