TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
22-02-2026, 12:48
"Taliban"dan Pakistana XƏBƏRDARLIQ


"Taliban"dan Pakistana XƏBƏRDARLIQ

"Taliban" hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib.
Bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
"Taliban" administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib.
Kabildəki "Taliban" nümayəndələri İslamabadın zərbələrinin "Təhriki Taliban" (Pakistan Talibanı Hərəkatı) hərəkatının bazalarına yönəldilməsi barədə bəyanatlarını rədd ediblər. Məlumatlara görə, Paktika vilayətində son hava əməliyyatı zamanı dini məktəb vurulub.
Bu arada, Pakistanın informasiya naziri zərbələrin Əfqanıstan sərhədi yaxınlığında "Təhriki Taliban" və İŞİD-in sığınacaqlarına endirildiyini bəyan edib.
22-02-2026, 12:35
Rusiya Kiyevi atəşə tutub - evlər yanır


Rusiya Kiyevi atəşə tutub - evlər yanır

Fevralın 22-nə keçən gecə Rusiya qüvvələri dronlar və raketlərdən istifadə edərək Kiyevə kütləvi hücum həyata keçirib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Hücum nəticəsində Svyatoşın rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, binanın damında yanğın yaranıb.
Paytaxtda hava həyəcanı elan olunub. Kiyev Şəhər Hərbi Administrasiyası paytaxtın yaxınlığında Rusiyay məxsus dronların qeydə alındığını bildirib. Sonra Ukrayna Hərbi Hava Qüvvələri Kiyevə qarşı təkcə pilotsuz aparatların deyil, həm də qanadlı raketlərin hücumunun davam etdiyini açıqlayıb.
Hazırda mümkün itkilər və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə yerində təcili xidmət əməkdaşları işləyir.
22-02-2026, 11:33
İordaniya ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək


İordaniya ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək

İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək.
İordaniya Radio və Televiziya Korporasiyasına istinadən yayılan məlumata görə, anonim rəsmi "The New York Times"a müsahibəsində bildirib ki, İordaniya öz ərazisinin İrana qarşı hücumlar üçün plasdarm kimi istifadəsinə icazə verməyəcək.
Rəsmi nümayəndə əlavə edib ki, İordaniya ABŞ ilə İran arasında davam edən danışıqların regionda müharibənin qarşısını alacaq siyasi razılaşma ilə nəticələnəcəyinə ümid edir.
Həmçinin bildirilib ki, ABŞ-nin İordaniyadakı hərbi mövcudluğu iki ölkə arasındakı müdafiə sazişləri çərçivəsində həyata keçirilir.
22-02-2026, 10:51
Aralıq dənizində ölənlərin sayı artır


Aralıq dənizində ölənlərin sayı artır

Liviyada polis paytaxt Tripolin yaxınlığında sahilə çıxmış beş şəxsin cəsədini aşkarlayıb.
Bu barədə AlJazeera məlumat yayıb.
Qeyd edilir ki, bunlar sığınacaq axtaran şəxslərin cəsədləridir. Eyni zamanda Yunanıstan rəsmiləri Krit sahilləri yaxınlığında baş verən ayrı bir hadisədə üç nəfərin öldüyünü açıqlayıb.
Liviyada cəsədlər sahilyanı Qasr əl-Axyar şəhərinin sakinləri tərəfindən tapılıb. Bu barədə yerli polis əməkdaşı məlumat verib.
Məlumata görə, Polis bölməsindən bildirib ki, tapılan cəsədlərin hamısı qaradərili şəxslərə məxsusdur və onlardan ikisi qadın olub. Sakinlər bir uşağın cəsədinin də sahilə çıxdığını görüblər, lakin dalğaların onu yenidən dənizə apardığını bildiriblər.
Bu faciə Beynəlxalq Miqrasiya Təşkilatının bir neçə həftə əvvəl yaydığı məlumatdan sonra baş verib. Həmin məlumata görə, Liviyanın qərbində, Tripoli yaxınlığındakı Zuvəra şəhəri sahillərində 55 nəfəri daşıyan rezin qayıq çevrildikdən sonra 53 miqrant, o cümlədən iki körpə ölüb və ya itkin düşüb.
22-02-2026, 10:04
ABŞ-İran danışıqlarında "qırmızı xətt"


ABŞ-İran danışıqlarında "qırmızı xətt"

ABŞ İranın uranı zənginləşdirməsindən tamamilə imtinasında israr edir ki, bu da Vaşinqtonun danışıqlarda "qırmızı xətti"dir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bunu "Fox News"a müsahibəsində bildirib.
"Biz ora getməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp mənə və Cared Kuşnerə təlimatlar verdi, "qırmızı xət"ləri qeyd etdi - zənginləşdirmə yoxdur, bütün materialları çıxarmalıyıq", - o deyib.
Uitkoff həmçinin iddia edib ki, bir həftə ərzində Tehran nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər kifayət qədər zənginləşdirilmiş urana sahib ola bilər.
O əlavə edib ki, Tramp İranın ABŞ-nin hərbi qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsinə və "təzyiqə baxmayaraq təslim olmaq istəməməsindən" təəccüblənir.
21-02-2026, 17:51
Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı


Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı

Serbiya Xarici İşlər Nazirliyi hazırda İranda olan Serbiya vətəndaşlarına çağırış edib.
Serbiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:
"Artan gərginlik və təhlükəsizlik vəziyyətinin pisləşmə riski səbəbindən hazırda İran İslam Respublikasında olan bütün Serbiya vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etmələri tövsiyə olunur".
Qeyd edək ki, İran ətrafında gərginlik hər ötən gün artır. ABŞ təyyarələrinin tezliklə İranı vura biləcəyi barədə ehtimallar səsləndirilir.
21-02-2026, 15:48
Göldə boğulan 8 nəfərin cəsədi tapıldı


Göldə boğulan 8 nəfərin cəsədi tapıldı

Rusiyanın İrkutsk vilayətiində səhlənkarlıq üzündən faciə baş verib.
Baykal gölünün donmasından istifadə edən sürücü 8 nəfərin əyləşdiyi UAZ markalı maşını buzun üzərilə sürüb. Nəticədə buz qatının sındığı çoxora düşən maşındakılar boğulublar.
İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, buz üzərində UAZ sürərkən Baykal gölündə boğulan səkkiz nəfərin cəsədi artıq tapılıb.
İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək və səhlənkarlıq ittihamları ilə cinayət işi açıb.
20 fevral tarixində günortadan sonra Baykal gölündəki Xoboy burnu yaxınlığında UAZ markalı avtomobil buzun üzəri ilə hərəkət edərkən batıb. İstintaq Komitəsinin məlumatına görə, nəqliyyat vasitəsində sürücü və Çindən gələn səkkiz turist qrupu olub; yalnız bir turist sağ qalıb. Qəzanın bütün iştirakçıları müəyyən edilib. Nəqliyyat vasitəsi üç metr enində buz yarığına düşüb; qəza yerindəki dərinlik 18 metrdir.
20-02-2026, 22:30
Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək


Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Ermənistanla normallaşma prosesi iqtisadi münasibətlərə də müsbət təsir göstərə bilər.
Ermənistan Azərbaycan və Türkiyə arasında mövcud olan enerji əməkdaşlığının bir hissəsinə çevrilə bilər deyə nazir qeyd edib.
Onun sözlərinə görə, normallaşma mahiyyət etibarilə iqtisadi münasibətlərin də tənzimlənməsini nəzərdə tutur:
“Biz enerji sahəsində əməkdaşlığı inkişaf etdirə və bu istiqamətdə mövcud imkanlardan yararlana bilərik. Ümid edirəm ki, bu proses bütün tərəflərin xeyrinə davam edəcək”.
Nazir vurğulayıb ki, regional əməkdaşlıq formatlarının genişlənməsi həm enerji təhlükəsizliyi, həm də iqtisadi inkişaf baxımından əhəmiyyətlidir.
20-02-2026, 21:43
Təcili İranı tərk edin! - ÇAĞIRIŞ


Təcili İranı tərk edin! - ÇAĞIRIŞ

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) mümkün hərbi eskalasiya riski fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Nazirliyin nümayəndəsi bildirib ki, hazırda məhdud sayda da olsa kommersiya reysləri fəaliyyət göstərir, həmçinin İranla qonşu ölkələrə hava əlaqəsi mövcuddur və quru yolla da çıxış imkanı var.
Rəsmi Berlin vurğulayıb ki, vəziyyətin kəskinləşəcəyi təqdirdə konsulluq yardımının göstərilməsi faktiki olaraq mümkünsüz ola bilər.
Bundan əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ İranı Vaşinqton üçün daha sərfəli şərtlərlə nüvə sazişinə razı salmaq məqsədilə hərbi və hökumət obyektlərinə məhdud zərbə endirmə variantını nəzərdən keçirir. Məlumata görə, mümkün əməliyyat yaxın günlərdə həyata keçirilə bilər.
Eyni zamanda, CBS telekanalı əməliyyatın fevralın 21-də başlaya biləcəyini iddia edib. ABŞ tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi qərar açıqlamayıb.
20-02-2026, 19:03
Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir


Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı məhdud hərbi zərbələrin mümkünlüyünü dəyərləndirdiyini açıqlayıb.
Dövlət başçısı bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Bu məsələ üzərində düşünürəm”, – deyə Tramp “İrana məhdud zərbələr endirilə bilərmi?” sualına cavabında bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!