TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
20-02-2026, 18:33
Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər


Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər

Yaxın Şərqdə gərginlik pik həddə çatıb.
ABŞ-ın hərbi qüvvələrinin bölgəyə sürətlə cəmləşdirilməsi, Vaşinqtonun Tehrana verdiyi vaxt limiti və İran rəsmilərinin sərt bəyanatları mümkün hərbi toqquşma ehtimalını artırır.
İranın keçmiş şah ailəsinin varisi Rza Pəhləvi hakimiyyətə qarşı çıxış edərək əhalini mövcud rejimə qarşı mübarizəyə çağırıb. O, Ali lider Əli Xameneini son illərdə etirazların yatırılmasına görə məsuliyyət daşımaqda ittiham edib və müxtəlif dini icmaları “qanunsuz rejimə” qarşı birliyə səsləyib.
Bu arada ABŞ Prezidenti Donald Tramp İrana nüvə sazişi ilə bağlı razılıq üçün 10–15 gün vaxt verib. Məsələ martın 2-də Vyanada keçiriləcək MAQATE Şurasının iclasında da müzakirə oluna bilər. Ağ Ev “maksimum təzyiq” siyasətinin davam edəcəyini bəyan edib və Tehranın nüvə proqramı, ballistik raketləri və regiondakı silahlı qruplara dəstəyi ilə bağlı tələblər irəli sürüb.
Hərbi baxımdan isə ABŞ bölgədə qüvvələrini sürətlə artırır. Son günlər ərzində Yaxın Şərqə onlarla hərbi-nəqliyyat təyyarəsi, yanacaqdaşıyan KC-135 və KC-46 təyyarələri, həmçinin F-22, F-15 və F-16 qırıcıları göndərilib. ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısı artıq bölgədədir, “USS Gerald R. Ford” isə Aralıq dənizinə daxil olaraq Yaxın Şərq istiqamətində irəliləyir. Ekspertlər bu miqyaslı cəmləşmənin uzunmüddətli hərbi kampaniya üçün zəruri infrastruktur yaratdığını bildirirlər.
İran tərəfi isə mümkün hücuma “sarsıdıcı cavab” veriləcəyini bəyan edib. Parlamentin milli təhlükəsizlik komissiyasının üzvləri ABŞ bazalarının və hərbi gəmilərinin hədəf ola biləcəyini açıqlayıblar. Rəsmi Tehran müharibə istəmədiyini bildirsə də, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək özünümüdafiə hüququndan istifadə edəcəyini vurğulayıb.
Beynəlxalq media ABŞ-ın məhdud zərbə variantını nəzərdən keçirdiyini yazır. CBS və digər mənbələrə görə, hərbi əməliyyat qərarı verilsə, bu, yaxın günlərdə başlaya bilər. Bununla belə, Ağ Ev hələ yekun qərarın qəbul edilmədiyini bildirir.
Regionda hərbi aktivliyin artması qlobal neft bazarlarında və dünya iqtisadiyyatında ciddi risklər yaradır. Diplomatik kanallar tam bağlanmasa da, tərəflərin ritorikası və qüvvələrin hərəkəti vəziyyətin hər an yeni mərhələyə keçə biləcəyini göstərir.

20-02-2026, 18:28
Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib


Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) açıqlama yayıb.
Bildirilib ki, hadisə Hinduquş dağ silsiləsində qeydə alınıb.
Yeraltı təkanların ocağı 87 kilometr dərinlikdə yerləşib. Episentr isə təxminən 108 min əhalisi olan Bağlan şəhərindən 111 kilometr cənub-şərq istiqamətində olub.
Hazırda xəsarət alanlar və dağıntılarla bağlı hər hansı məlumat verilməyib.
19-02-2026, 23:10
Sülh Netanyahunun dəstəyi ilə mümkün olub


Sülh Netanyahunun dəstəyi ilə mümkün olub

"Sülh Netanyahunun köməyi olmadan mümkün olmazdı".
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, İsrailin Baş naziri Beniyamin Netanyahunun dəstəyi olmasaydı, sülh prosesinin reallaşması mümkün olmazdı.
Onun sözlərinə görə, Netanyahunun mövqeyi və atdığı addımlar regionda dialoqun irəliləməsində mühüm rol oynayıb. Uitkoff qeyd edib ki, tərəflər arasında razılaşmaların əldə olunmasında İsrail rəhbərliyinin konstruktiv yanaşması həlledici amillərdən biri olub.
Məlumata görə, açıqlama Yaxın Şərqdə sülh təşəbbüsləri ətrafında aparılan müzakirələr fonunda səsləndirilib.
19-02-2026, 22:30
Tokayev Tramp adına sülh mükafatı təklif edib


Tokayev Tramp adına sülh mükafatı təklif edib

Tokayev Sülh Şurasına Prezident Tramp adına mükafat təsis etməyi təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sülh Şurasına ABŞ-ın prezidenti Donald Tramp adına mükafatın təsis olunmasını təklif edib.
Qazaxıstan lideri bu təşəbbüsü Trampın sülhyaratma sahəsində “müstəsna nailiyyətlərini” qeyd etmək məqsədi ilə irəli sürdüyünü bildirib.
Məlumata görə, Tokayevin fikrincə, sözügedən mükafat beynəlxalq sülh və dialoqun təşviqinə töhfə verən şəxslərin fəaliyyətinin tanınması baxımından mühüm rəmzi məna daşıya bilər.
19-02-2026, 21:48
"Türkiyə beynəlxalq sabitləşdirməyə hərbi dəstəyə hazırdır"


"Türkiyə beynəlxalq sabitləşdirməyə hərbi dəstəyə hazırdır"

Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Sabitləşdirmə Qüvvəsi çərçivəsində hərbi qüvvə təmin edilməsinə hazırlıq görüldüyünü bildirib.
O bunu Sülh Şurasının iclasında çıxışı zamanı Türkiyənin sülh təşəbbüslərinə dəstəyini ifadə edərək, “Türkiyə səylərinizi dəstəkləyir, cənab sədr”, — deyə vurğulayıb.
Nazir qeyd edib ki, Ankara regional və beynəlxalq sabitliyin qorunması istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirməyə hazırdır və bu prosesdə beynəlxalq mexanizmlərlə sıx əməkdaşlıq etməyi davam etdirəcək.
19-02-2026, 21:01
Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb


Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının prinsiplərini və maliyyə hesabatlılığını müəyyən edən qətnaməni imzalayıb.
Qətnamə Sülh Şurasının iclasının yekunları üzrə imzalanıb.
Qətnamə Şuranın fəaliyyətində rəhbər tutulacaq maliyyə şəffaflığı prinsiplərini müəyyən edir.
Qətnamə yekdilliklə qəbul edilib.
19-02-2026, 20:34
Tramp Putinlə münasibətlərindən danışıb


Tramp Putinlə münasibətlərindən danışıb

Tramp Putinlə münasibətlərindən danışıb.
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərinə toxunub.
“Prezident Putinlə çox yaxşı münasibətlərim var”- Amerika lideri bildirib.
Tramp eyni zamanda Çin Xalq Respublikasının sədri Si Cinpinlə də əlaqələrinin “çox yaxşı” olduğunu vurğulayıb. O, apreldə Çinə etdiyi səfəri xatırladıb.
19-02-2026, 20:20
Tramp: İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 günə öyrənəcəksiniz


Tramp: İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 günə öyrənəcəksiniz

"İranla razılaşma əldə edib-etməyəcəyimizi təxminən 10 gün ərzində öyrənəcəksiniz".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.
O, Cenevrə görüşünün yaxşı keçdiyini bildirib. “İran hazırda qaynar nöqtədir və İran nümayəndələri ilə yaxşı görüşlər keçirilir. Biz mənalı bir razılaşma əldə etməliyik. Əks halda, pis şeylər baş verə bilər", - deyə o əlavə edib.
19-02-2026, 19:53
Vens: Siz əla liderlik nümayiş etdirdiniz


Vens: Siz əla liderlik nümayiş etdirdiniz

“Tərəfdaşlığınıza görə, xüsusən də keçən həftə görüşdüyüm Azərbaycan Prezidentinə və Ermənistan Baş nazirinə minnətdarıq”.
Bu sözləri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.
“Sülhü mümkün etdiyiniz və əsl liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Silahları, ölümləri və dağıntıları kənara qoyub xalqınıza və rifaha sərmayə qoyduğunuz zaman bu, böyük işlərə yol açır. Buna görə, etdiyiniz işlərə görə hər ikinizə təşəkkürümü bildirirəm. Düşünürəm ki, siz əla liderlik nümayiş etdirdiniz”, - deyə Vens əlavə edib.
19-02-2026, 19:47
G20 sammitinin keçiriləcəyi tarix AÇIQLANIB


G20 sammitinin keçiriləcəyi tarix AÇIQLANIB

“Böyük İyirmilik”in 2026-cı il sammitinin tarixi açıqlanıb.
Tədbir dekabrın 14-15-də Florida ştatının Mayami şəhərində yerləşən Trump National Doral klubunda təşkil olunacaq.
Bildirilib ki, ABŞ-nin G20-yə sədrliyi ili Donald Trumpın rəhbərliyi ilə keçiriləcək liderlər sammiti ilə yekunlaşacaq.
ABŞ-nin maliyyə naziri Scott Bessent qeyd edib ki, Vaşinqton sədrliyi dövründə iqtisadi artımın təşviqi, maliyyə tənzimlənməsinin yenilənməsi, borc sahəsində şəffaflığın artırılması və restrukturizasiya prosesinə dəstək, rəqəmsal aktivlərin inkişafı, ödəniş sistemlərində fırıldaqçılıqla mübarizə və maliyyə savadlılığının gücləndirilməsini prioritet istiqamətlər kimi müəyyənləşdirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!