Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
18-02-2026, 00:20
ABŞ-İran müharibəsinə hazırlıq gedir?


ABŞ-İran müharibəsinə hazırlıq gedir?

ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması İranla bağlı mümkün birbaşa əməliyyatlara hazırlıq kimi qiymətləndirilir.
"BBC Verify" nəşri Britaniyanın hərbi kəşfiyyat şirkətinin analitiklərinə istinadən bildirir ki, regiona əlavə qüvvələrin göndərilməsi geniş hədəf spektrinə qarşı hərəkət planını göstərə bilər.
Məlumata görə, "USS Gerald R. Ford" aviadaşıyıcısı Aralıq dənizinə doğru hərəkət edə bilər. Bundan başqa, döyüş əməliyyatlarının idarə olunmasını təmin edən iki ABŞ AWACS təyyarəsi Böyük Britaniyaya enib. Analitiklər bölgəyə yanacaqdaşıyan və nəqliyyat təyyarələrinin davamlı uçuşlarının uzunmüddətli əməliyyat hazırlığını göstərdiyini bildirirlər.
"Axios" nəşrinin yazdığına görə, son 24 saat ərzində ABŞ Yaxın Şərqə 50-dən çox F-35, F-22 və F-16 qırıcı təyyarəsi yerləşdirib.
Bununla paralel olaraq, fevralın 17-də Cenevrədə ABŞ-İran danışıqlarının növbəti raundu başa çatıb. Oman xarici işlər naziri Bədr əl-Busaidi görüşün “ümumi məqsədlərin və texniki məsələlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli irəliləyişlə” yekunlaşdığını bildirib. ABŞ rəsmisi tərəflərin irəliləyiş əldə etdiyini, lakin hələ çox detalın müzakirə edilməli olduğunu deyib.
İranın xarici işlər naziri Abbas Araqçi tərəflərin potensial saziş layihələri üzərində işləmək, təklifləri mübadilə etmək və növbəti görüşün tarixini müəyyənləşdirmək barədə razılığa gəldiyini açıqlayıb.
18-02-2026, 00:09
TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək


TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək

“Terrordan azad Türkiyə” hesabatı ilə bağlı tarixi məsuliyyət yerinə yetiriləcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “Terrordan azad Türkiyə” hesabatı ilə bağlı açıqlama verib.
TBMM sədri bildirib ki, sözügedən hesabatın hazırlanması ilə parlament üzərinə düşən tarixi məsuliyyət də yerinə yetirilmiş olacaq. Onun sözlərinə görə, bundan sonrakı mərhələdə zəruri addımlar Türkiyə Böyük Millət Məclisi çərçivəsində atılacaq.
Kurtulmuş vurğulayıb ki, prosesin davamı artıq qanunverici orqanın səlahiyyətləri daxilində həyata keçiriləcək.
17-02-2026, 23:17
Cenevrədə danışıqların birinci günü başa çatıb


Cenevrədə danışıqların birinci günü başa çatıb

Cenevrədə danışıqların birinci günü başa çatıb.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib ki, Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri Cenevrədə keçirilən danışıqların birinci gününü yekunlaşdırıblar.
Onun sözlərinə görə, birgə hissədən sonra tərəflər işlərini istiqamətlər üzrə qruplarda davam etdiriblər. Müzakirələr əsasən praktiki məsələlərə və mümkün həll mexanizmlərinə fokuslanıb. Bu gün üçün həm siyasi, həm də hərbi bloklar üzrə iş başa çatdırılıb.
Umerov qeyd edib ki, danışıqların ilk gününün nəticələri barədə Ukrayna prezidenti Vladimir Zelenski-yə məruzə edəcək.
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin üçtərəfli danışıqlarının çərşənbə günü davam etdirilməsi planlaşdırılır.
17-02-2026, 23:12
İranla ABŞ barışır


İranla ABŞ barışır

"İran və ABŞ Cenevrədə danışıqlarda irəliləyiş əldə etdi".
Bunu Omanın xarici işlər naziri Bədr əl-Busəidi bildirib.
O qeyd edib ki, İran və ABŞ Cenevrədə keçirilən dolayı danışıqlar zamanı "müsbət irəliləyiş" əldə ediblər.
Nazir müavini vurğulayıb ki, razılığa gəlmək üçün "hələ çox iş görülməlidir". "Tərəflər növbəti görüşdən əvvəl növbəti addımları dəqiq başa düşərək ayrıldılar”.
17-02-2026, 23:04
Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub


Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub

Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi keçmiş ədliyyə naziri Qerman Qaluşenkonu 60 sutka müddətinə həbs edib.
O, 200 milyon qrivna (təxminən 4,6 milyon dollar) girov qarşılığında azadlığa buraxıla bilər. Qaluşenko apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.
Keçmiş nazir “Enerqoatom” şirkətinin vəsaitlərinin yuyulmasında ittiham olunur və ona 7-12 il həbs cəzası verilə biləcəyi bildirilir. Fevralın 15-də o, Ukraynanı tərk etməyə çalışarkən saxlanmışdı.
17-02-2026, 22:30
ABŞ narkotik gəmilərini vurdu: 11 nəfər öldü


ABŞ narkotik gəmilərini vurdu: 11 nəfər öldü

ABŞ narkotik qaçaqmalçılarına məxsus gəmilərə zərbələr endirib.
ABŞ Silahlı Qüvvələri narkotik qaçaqmalçılığında istifadə edilən üç gəmiyə zərbələr endirib. Nəticədə 11 nəfər həlak olub.
ABŞ Silahlı Qüvvələrinin X platformasındakı açıqlamasına görə, kəşfiyyat məlumatları gəmilərin narkotik daşınmasında tanınmış marşrutlarla hərəkət etdiyini və qeyri-qanuni əməliyyatlarda iştirak etdiyini təsdiqləyib.
17-02-2026, 21:50
Kilsədə partlayış: Yaralananlar var


Kilsədə partlayış: Yaralananlar var

ABŞ-ın Nyu-York şəhəri yaxınlığında bir kilsədə güclü partlayış baş verib.
Partlayış nəticəsində ən azı beş nəfər xəsarət alıb, əlavə olaraq 13 nəfərin tibbi yardıma ehtiyacı olduğu bildirilir. Ciddi xəsarət almış yaralıların regional xəstəxanalara çatdırılması üçün iki tibbi helikopter çağırılıb.
Yerli sakinlər partlayışdan bir qədər əvvəl ərazidə kəskin qaz iyinin yayıldığını bildiriblər.
17-02-2026, 21:25
Rusiyadan iki min ukraynalı uşaq geri qaytarılıb


Rusiyadan iki min ukraynalı uşaq geri qaytarılıb

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb ki, "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində Rusiyadan 2 min ukraynalı uşaq geri qaytarılıb.
Zelenski bu barədə öz "Telegram" kanalında paylaşım edib.
O bildirib ki, uşaqların geri qaytarılması insanların, ictimai təşkilatların və beynəlxalq tərəfdaşların gündəlik səyləri sayəsində mümkün olub. "Biz uşaqlarımızın, ölkəmizin və dünyanın gələcəyi uğrunda çalışan hər kəsə minnətdarıq", - deyə Ukrayna lideri vurğulayıb.
17-02-2026, 19:11
Hatayda ailədən 1,2 milyonluq oğurluq


Hatayda ailədən 1,2 milyonluq oğurluq

Türkiyənin Hatay şəhərində ailə 1,2 milyonluq oğurluq edib.
Hatayda ana, ata və qızları 3 ay ərzində eyni markaya məxsus 3 fərqli kosmetika mağazasından ümumilikdə 1 milyon 200 min TL (46.650 manat) dəyərində makiyaj vasitələri və müxtəlif məhsullar oğurlayıb.
Şübhəlilərin oğurluq anları təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məhkəməyə çıxarılan ana və ata barəsində həbs qətimkan tədbiri seçilib, qızları isə sərbəst buraxılıb.
17-02-2026, 18:20
İran ABŞ ilə razılığa gəldi


İran ABŞ ilə razılığa gəldi

İran ABŞ ilə əsas prinsiplər üzrə razılığa gəlib.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ ilə nüvə danışıqlarının ikinci mərhələsindən sonra jurnalistlərə bildirib.
"Biz ABŞ ilə əsas prinsiplər üzrə razılığa gəlmişik", - o deyib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!