Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq" .....                        6 il əvvəl yanan "Diqlas"ın yerinə nə tikilir? .....                        "Əsirlikdən qayıdanların birinin başına "kislota" vurmuşdular" - MƏHKƏMƏ .....                        Rusiya-Ukrayna danışıqları sabah keçiriləcək .....                        Dənizdə boğulduğu ehtimal edilirdi - 7 ay sonra sağ tapıldı .....                        Zelenskidən danışıqlarla bağlı yeni format .....                        Marko Rubio Türkiyədə .....                        Zelenski Ərdoğanla bağlı paylaşım etdi .....                        İlham Əliyev Albaniyaya getdi - FOTO .....                       
6-09-2022, 20:37
Putin Kadırovu təbrik etdi


Putin Kadırovu təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu və bütün bölgə sakinlərini respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Bu haqda dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırova zəng edərək onu, eləcə də onun simasında bütün Çeçenistan sakinlərini Çeçenistan Respublikasının yaranmasının 100 illiyi münasibətilə təbrik edib”, - Peskov bildirib.
6-09-2022, 20:13
Rusiya Ukraynanın itkilərini açıqladı


Rusiya Ukraynanın itkilərini açıqladı

“Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya qoşunları Ukraynaya məxsus təxminən 1889 pilotsuz uçuş aparatını məhv edib”. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
290 təyyarə, 152 helikopter, 1889 pilotsuz uçuş aparatı, 373 zenit-raket kompleksi, 4845 tank və digər zirehli döyüş texnikası, 825 raket sistemləri, 3369 səhra artilleriya qurğusu və minaatan, həmçinin 5343 ədəd xüsusi təyinatlı hərbi texnika”, - nazirliyin açıqlamasında qeyd olunub. Rusiya Müdafiə Nazirliyi nin məlumatına görə, son sutkada Ukrayna ordusunun üç qərargahı, 52 artilleriya qurğusu və 1 “Buk-M1” buraxılış qurğusu məhv edilib. Bildirilib ki, Rusiya Aerokosmik Qüvvələri son sutkada Zaporojye vilayətində Ukraynanın 65-ci mexanikləşdirilmiş briqadasının 100-ə qədər hərbçisini zərərsizləşdirib. “Rusiya Aerokosmik Qüvvələrinin Veselyanka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının 1-ci batalyonunun müvəqqəti dislokasiya məntəqələrinə endirdiyi yüksək dəqiqlikli zərbələr nəticəsində 100-dək yaraqlı və 15 hərbi texnika məhv edilib”, - məlumatda deyilir.
6-09-2022, 20:07
Boris Conson iqamətgahını belə tərk etdi


Boris Conson iqamətgahını belə tərk etdi

İstefa verən Böyük Britaniyanın Baş naziri Boris Conson həyat yoldaşı Kerri Conson ilə Dauninq-stritdə yerləşən iqamətgahını rəsmi olaraq tərk edib. Bu barədə məlumatı “Sky News” yayıb. Sabiq Baş nazir iqamətgahdan alqışlarla yola salınıb. İqamətgahın qarşısında çıxış edən Boris Conson yeni hökumətə yolun hər mərhələsində dəstək verəcəyini bildirib. Məlumata görə, Boris Conson iqamətgahı tərk edərək Şotlandiyada yerləşən Balmoral qəsrinə yollanıb. O, burada rəsmi olaraq istefasını təqdim etmək üçün kraliça II Yelizaveta ilə görüşəcək. Bununla yanaşı, ölkənin yeni Baş naziri Liz Trass da kraliça tərəfindən qəbul ediləcək. Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin Baş naziri seçilib. Bununla da, Liz Trass bu gün Boris Consonu Baş nazir postunda əvəzləyəcək və hökumətin yeni tərkibini təyin edəcək.

6-09-2022, 19:40
Putin Ermənistana dövlət səfərinə hazırlaşır


Putin Ermənistana dövlət səfərinə hazırlaşır

Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyanla Sergey Lavrovun dünənki görüşündə Rusiya prezidenti Vladimir Putinin İrəvana dövlət səfərinə hazırlığı da müzakirə edilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd olunur ki, Moskvada keçirilən görüşdə nazirlər İrəvanda keçiriləcək KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkilinə də toxunublar. Bundan əlavə, XİN rəhbərləri Ermənistan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqliyin, o cümlədən ticarət-iqtisadi, elmi və mədəni sahələrdə gələcək inkişafını ətraflı müzakirə ediblər. Tərəflər həm ikitərəfli gündəm çərçivəsində, həm də KTMT, Avrasiya İttifaqı və MDB sahələrində sıx əməkdaşlıqdan, o cümlədən ən yüksək səviyyədən məmnunluq ifadə ediblər.
5-09-2022, 22:00
Avropa Ukraynaya 500 milyon yardım ayırır


Avropa Ukraynaya 500 milyon yardım ayırır

Avropa Komissiyası və Ukrayna Kiyevə 500 milyon avro yardım göstərilməsi haqqında saziş imzalayıb. Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Samer Brüsseldə mətbuat konfransı zamanı bildirib. “Avropa Komissiyası və Ukrayna bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyenin elan etdiyi öhdəliklər çərçivəsində 500 milyon avro məbləğində yeni büdcə dəstəyi proqramı imzalayıb. Bu yardım apreldə “Ukraynaya dəstək” kampaniyası çərçivəsində, mayda isə Varşavada keçirilən yüksək səviyyəli beynəlxalq donor konfransının bir hissəsi kimi elan edilib”, - deyə Samer bildirib.
5-09-2022, 21:54
Podolyak Krım sakinlərinə müraciət etdi: Sığınacaq hazırlayın


Podolyak Krım sakinlərinə müraciət etdi: Sığınacaq hazırlayın

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Krım yarımadasının yaşayan insanlara müraciət edib. Bunu Mixaylo Podolyak "Twitter" səhifəsində yazıb. O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır. “İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.
5-09-2022, 21:52
Ukraynada qadınların hərbi qeydiyyatı başlayır


Ukraynada qadınların hərbi qeydiyyatı başlayır

Oktyabrın 1-dən Ukraynada qadınlar könüllülük əsasında hərbi qeydiyyata alınacaqlar. Bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib. O vurğulayıb ki, hakimiyyət ukraynalı qadınlar üçün səyahət məhdudiyyəti qoymağı planlaşdırmır. “İndi Ukraynanın silahlı qüvvələrində hələ də qadınlara ehtiyac var - tibb, radiotexnika və qida texnologiyaları üzrə mütəxəssislər lazımdır. Ancaq digər peşələrə gəlincə, söhbət könüllü qeydiyyatdan gedir. Arzusu olan, həvəsli olan qadınların qeydiyyatdan keçmək hüququ olmalıdır, biz onları bu hüquqdan məhrum etməməliyik”, - deyə xanım Malyar bildirib.
5-09-2022, 19:47
Zelenski Makronla danışıqlar apardı


Zelenski Makronla danışıqlar apardı

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün Twitter hesabında məlumat yayıb. Telefon danışığı 1 saat 50 dəqiqə davam edib. Danışıqların substantiv keçdiyini deyən Zelenski fransalı həmkarını cəbhədəki son vəziyyət barədə məlumatlandırıb. "Fransanın koordinasiya edilmiş əlavə müdafiə dəstəyi barədə danışdıq. Həmçinin, AEBA-nın Zaporojye AES-dəki missiyasının nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq", - Zelenski qeyd edib.
5-09-2022, 19:45
MAQATE-nin iki əməkdaşı Zaporojyedə daimi qalacaq


MAQATE-nin iki əməkdaşı Zaporojyedə daimi qalacaq

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) dörd nümayəndəsi sentyabrın 5-də Zaporojye atom elektrik stansiyasını tərk edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, təşkilatın iki mütəxəssisi obyektdə daimi yerləşəcək və orada işləyəcək. Qeyd edək ki, MAQATE-nin missiyası sentyabrın 1-dən Zaporojyeyə gəlib. Həmin gün missiyanın böyük hissəsi atom elektrik stansiyasının ərazisini tərk edib. Xatırladaq ki, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye martın 4-dən rus əsgərlərinin nəzarətindədir.
5-09-2022, 19:43
Consonun baş nazir kimi Zelenski ilə son söhbəti


Consonun baş nazir kimi Zelenski ilə son söhbəti

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. O qeyd edib ki, Consonla hazırkı vəzifəsində sonuncu dəfə söhbət edib. "Bütün Ukrayna xalqının adından ona şəxsi cəsarətinə, prinsiplərinə və Rusiyanın təcavüzünə qarşı mübarizədə böyük töhfəsinə görə təşəkkür etdim. Ukraynanın böyük dostu ilə yeni statusda əməkdaşlığı səbirsizliklə gözləyirəm", - deyə Zelenski yazıb. Qeyd edək ki, Böyük Britaniyanın yeni Baş naziri Liz Trass seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!