“Fənərbaxça” – “Qalatasaray” derbisi - Tarix məlum oldu .....                        ATƏT-dən Minsk Qrupu barədə AÇIQLAMA .....                        Nepalda yeni hökuməti o quracaq .....                        NATO “Şərqin mühafizəçisi” əməliyyatına başlayır .....                        30 terrorçu öldürüldü .....                        Mirzoyan Türkiyə diplomatla görüşdü .....                        Xalq artisti palataya köçürüldü .....                        Rusiyaya qarşı səbrim tükənir - Tramp .....                        BDU-da yeni tələbə təqaüdü təsis edildi .....                       
3-06-2025, 21:12
Atambayev barədə həbs qərarı verildi


Atambayev barədə həbs qərarı verildi

Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq onu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, habelə Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il 7-8 avqust tarixlərində Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.
Sabiq prezidentin həmçinin əmlakı müsadirə olunub və və bütün dövlət mükafatlarından məhrum edilib.
7 il 8 ay müddətinə azadlıqdan məhrum edilən prezident administrasiyasının sabiq rəhbəri Faril Niyazov və sabiq deputat İrina Karamuşkina (7,5 il) də daxil olmaqla, bir neçə keçmiş yüksək vəzifəli məmur da eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır.
3-06-2025, 20:27
Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi


Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi

Yeni Zellandiya parlamentinin deputatı Laura Mekklyur plenar iclasda özünün çılpaq fotosunu nümayiş etdirib.
O, fotonun süni intellektlə özünün hazırladığını bildirib.
Deputat bununla süni intellektin saxta fotolar hazırlayaraq insanların həyatını necə məhv etdiyini göstərməyə çalışıb.
O, süni intellektə qarşı sərt tədbirlərin alınmasını vurğulayıb.
3-06-2025, 15:40
Türkiyə yenidən silkələndi


Türkiyə yenidən silkələndi

Türkiyədə zəlzələ olub.
Zəlzələ Ege dənizinin Girit sahillərində baş verib.
5 maqnitudalı yeraltı təkan 5.39 km dərinlikdə baş verib.
Qeyd edək ki, bu gün səhər saatlarında da zəlzələ olub.
3-06-2025, 15:36
Ukrayna Krım körpüsünü partlatdı


Ukrayna Krım körpüsünü partlatdı

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsündə partlayış etdiklərini açıqlayıb.
Qurumun rəsmi açıqlamasında bildirilir ki, UTX-nin agentləri Krım körpüsündə qeyri-qanuni obyektin dayaqlarını minalayıblar.
"Bu gün, heç bir mülki itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb", - Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Açıqlamada bildirilir ki, dəstəklərin sualtı dayaqları aşağı səviyyədə ciddi zədələnib.
UTX-nin məlumatına görə, “trotil ekvivalentində 1100 kq partlayıcı” yerləşdirilib və “əməliyyat bir neçə ay davam edib”.
Rusiya ordusu hadisəyə münasibət bildirməyib. Krım körpüsünün rəsmi teleqram kanalı səhər saat 6:07-də ​​nəqliyyatın hərəkətinin müvəqqəti bağlandığını bildirib. Səhər saat 9:00-da nəqliyyatın hərəkəti bərpa edilib.
Əməliyyatın planlaşdırılması və icrası UTX rəhbəri Vasıl Malukun birbaşa nəzarəti altında həyata keçirilib.
Maluk bunu Krım körpüsünə qarşı həyata keçirilən üçüncü uğurlu əməliyyat adlandırıb:
"Atalar üçdən deyib, UTX isə başladığı işi sona çatdırır və heç vaxt təkrarlanmır. Biz 2022 və 2023-cü illərdə artıq iki dəfə Krım körpüsünə zərbə endirmişdik. Bu gün isə bunu sualtı üsulla davam etdirdik. Krım körpüsü, xüsusilə də düşmənin onu logistika dəhlizi kimi istifadə etdiyini nəzərə alsaq, tamamilə qanuni hədəfdir", - deyə qurum rəhbəri bildirib.
3-06-2025, 14:43
Putin-Tramp-Zelenski görüşü hələ mümkün deyil! - Peskov


Putin-Tramp-Zelenski görüşü hələ mümkün deyil! - Peskov

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında üçtərəfli görüş çətin ki, yaxın gələcəkdə baş tutsun.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, bu cür təmaslar texniki razılaşmaların nəticəsi olmalıdır.
Kremlin sözçüsü Ağ Evin Trampın belə üçtərəfli görüşə açıq olması barədə bəyanatını şərh edərkən deyib: “Açığını desəm, bu, yaxın gələcəkdə mümkün deyil”.
Peskov xatırladıb ki, Putin dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olması barədə danışıb, bu təmasların texniki səviyyədə, ekspertlər səviyyəsində artıq işlənib hazırlanacaq razılaşmaların nəticəsi olmasının vacibliyini vurğulayıb.
"Buna görə də prezident Putin təmas ideyasını dəstəkləyir, lakin o, hesab edir ki, onlar yaxşı hazırlanmalıdır", - Rusiya liderinin mətbuat katibi qeyd edib.
2-06-2025, 21:50
Zelenski onları "axmaq" adlandırdı


Zelenski onları "axmaq" adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 2-3 günlük atəşkəs təklifini sərt şəkildə tənqid edib.
Təklif Rusiya nümayəndə heyəti tərəfindən İstanbulda keçirilən danışıqlarda təqdim olunan memoranduma daxil edilib. Bu barədə Rusiya tərəfdən danışıqlara rəhbərlik edən Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, Rusiya cəbhənin müəyyən sahələrində 2-3 gün müddətinə konkret atəşkəs elan olunmasını təklif edib. "Komandirlər həlak olmuş əsgərlərinin cəsədlərini toplaya bilsinlər deyə bunu təklif etdik. Hava isti keçir, 'boz zona'dakı sanitar vəziyyət kritikdir, epidemiya təhlükəsi var", – deyə Medinski bildirib.
Lakin Zelenski bu təşəbbüsə sərt reaksiya verərək onu "müharibəyə sadəcə qısa fasilə" kimi qiymətləndirib və təklifin müəlliflərini "axmaq" adlandırıb. Ukrayna lideri yalnız tam və şərtsiz atəşkəsin mümkün olduğunu bildirib və ABŞ hakimiyyətini Rusiyaya qarşı sanksiyaların daha sərt şəkildə tətbiqinə çağırıb. "Rusiyanı atəşkəsə məcbur etməyin yolu sərt sanksiyalardır", – deyə Zelenski vurğulayıb.
2-06-2025, 21:30
Rusiya Ukrayna ilə sülh üçün iki variant təklif etdi – Şərtlərin TAM SİYAHISI


Rusiya Ukrayna ilə sülh üçün iki variant təklif etdi – Şərtlərin TAM SİYAHISI

Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı memorandum yayımlayıb. Sənəddə atəşkəsə dair iki əsas variant təklif olunur: ya Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyaya birləşdirilmiş ərazilərdən çıxarılması, ya da alternativ olaraq, Ukrayna ordusunun hərbi hərəkətlərinin dondurulması, mobilizasiyanın dayandırılması və Qərbdən hərbi yardımın qarşısının alınması.
Memorandumun tam mətni TASS və RİA Novosti agentlikləri tərəfindən dərc olunub.
Ukrayna tərəfi bu təklifə bir həftə ərzində cavab verəcəyini bildirib.

Memorandumun əsas bölmələri

I bölmə – “Yekun nizamlanmanın əsas parametrləri”

Bu bölmədə Rusiya aşağıdakı şərtləri irəli sürür:

Ukraynanın neytral status alması və hərbi ittifaqlara qoşulmaqdan imtinası;

Ukrayna ərazisində xarici ölkələrin hərbi fəaliyyətinin qadağan olunması;

Ukraynanın qeyri-nüvə dövləti kimi tanınması və USQ-nin say həddinə məhdudiyyət qoyulması;

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi;

Krım, Luqansk (LNR), Donetsk (DNR), Zaporojye və Xerson vilayətlərinin Rusiya ərazisi kimi beynəlxalq-hüquqi tanınması;

Müharibə zamanı dəyən zərərə görə qarşılıqlı iddialardan imtina;

Rusdilli əhalinin hüquq və azadlıqlarının təminatı, Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və nasizmin qəhrəmanlaşdırılmasının qadağan edilməsi;

Ailələrin və köçürülmüş şəxslərin birləşdirilməsi ilə bağlı məsələlərin həlli;

Diplomatik və iqtisadi əlaqələrin mərhələli şəkildə bərpası, o cümlədən qaz tranzitinin davamı.

II bölmə – “Atəşkəs şərtləri”

Rusiya iki fərqli ssenari təklif edir:

1. Ukrayna ordusunun Rusiyaya birləşdirilmiş ərazilərdən çıxarılması;

2. “Paket razılaşma” çərçivəsində:

Ukraynada hərbi vəziyyətin və səfərbərliyin ləğvi;

Atəşkəs rejiminə nəzarət üçün Monitorinq Mərkəzinin yaradılması;

Ukraynanın Rusiyada diversiya fəaliyyətlərindən imtinasına dair zəmanətlər;

Ukrayna ərazisində üçüncü ölkə hərbi qüvvələrinin yerləşdirilməsinin istisna edilməsi.

III bölmə – “Addımların ardıcıllığı və icra müddətləri”

Bu hissədə isə konkret tədbirlər və onların icra vaxtı müəyyən edilib:

Sülh sazişinin mətni üzərində işlərin başlanması;

Müəyyən sahələrdə 2–3 günlük humanitar atəşkəs (həlak olmuşların cəsədlərinin toplanması üçün);

Konkrit tarixlərlə atəşkəs memorandumu imzalanması;

USQ-nin geri çəkilməsinin başlanmasından etibarən 30 günlük atəşkəs rejimi;

Ukraynada seçkilərin keçirilməsi;

Sülh müqaviləsinin imzalanması və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi.
2-06-2025, 20:57
Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA


Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA

Türkiyə bu gün yenidən Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi edib. 3 ildən sonra görüş mayın 16-da İstanbulda yerləşən Dolmabağça sarayında keçirilib. Danışıqların ikinci mərhələsi bu gün saat 13:00-da yenə Çırağan sarayında baş tutub.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Yıldırım Tuğrul bildirib ki, bugünkü görüşdən müsbət nəticə çıxacağına ümid etmir:
“Son bombarmanlardan, atılan addımlardan sonra hər iki tərəfin Türkiyədə bir masanın arxasında əyləşərək görüşməsi özü-özlüyündə bir uğurdur. Bunun kiçik görüləcək tərəfi yoxdur. Bu qədər hadisələrdən sonra hələ də iki tərəfin yüksək səviyyəli nümayəndələri - Putinin xüsusi təmsilçisi və Ukrayna müdafiə nazirinin danışıqlar masasına əyləşməsi böyük uğurdur. Bunu görmək lazımdır. Bugünkü görüşdən nəticə çıxacağına isə inanmıram. Çünki bu məsələ yalnız Ukrayna və Rusiyadan asılı deyil. Yəni ABŞ həddindən artıq işin içərisindədir. Avropa və digər dövlətlər də işin içərisindədir. Hər kəs olduqca maraqlı şəkildə məsələni izləyir. ABŞ dövlət katibi Mark Rubio hələ ilk açıqlamasında 2014 sərhədlərindən geriyə getmək mümkün deyil dedi. 2014 sərhədləri demək Rusiyanın Kırımı haqsız ilhaqının ABŞ tərəfindən qəbul edilməsi anlamına gələ bilər. ABŞ dövlət katibi Mark Rubio 2014-cü il sərhədlərindən geriyə gedilə bilməz dedikdə, həm Rusiyanın işğal etdiyi şərq oblastları, həm də Kırım nəzərdə tutur. Belə olan halda o masadan anlaşma çıxmaz.Əsas olan masada hər məsələnin danışıla, müzakirə edilə bilməsidir”.



Deputat görüşlərin davam edəcəyinə ümidli olduğunu deyib:
“Rusiyada hava limanına hücum edildi. Kim bunu etdi təbii ki, bilə bilmirik. Hər iki tərəf bunu bir-birinin üstünə atır. Ancaq belə bir mərhələdə Türkiyə iki tərəf bir araya gəldisə, mühüm və böyük addımdır. Ümid edirəm astəşkəs və müzakirələr davam edər”.
Y.Tuğrul hər hansı razılaşma olacaqsa, bunun İstanbulda baş tutacağını vurğulayıb:
“Bu məsələ harada bitəcək? Məsələ Kiyevdə də, Moskvada da bitməz. Burada hər iki tərəflə də yaxşı münasibətləri davam etdirən Türkiyə var. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan rolu inkar ediləcək, danılacaq biri deyil. Cənab Ərdoğan Avropadakı hər hansı sıradan liderlərdən biri deyil. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan şəxsən məsələyə yönələrək hər iki tərəfin də liderləri ilə də görüşərək məsələni izləyir. Hər iki ölkə baxımından da bu önəmli bir fürsətdir. Başqa ölkədə bu məsələni həll edə bilməzsən. Hər iki ölkənin Türkiyə ilə maraqları var. Ona görə də bu məsələdə hər hansı bir razılaşma olacaqsa, İstanbulda bu baş tutmalıdır”.
2-06-2025, 20:10
Makronun 40 min avroluq heykəli oğurlandı


Makronun 40 min avroluq heykəli oğurlandı

Fransa prezidenti Emmanuel Makronun mumdan
hazırlanmış heykəli Parisdəki Qrevin muzeyindən oğurlanıb.
Bildirilib ki, iki qadın və bir kişi muzey işçisi kimi geyinərək heykəli yanğın nərdivanından keçiriblər.
Daha sonra naməlum şəxs muzeylə əlaqə saxlayıb və fiquru götürdüklərini bildirib. Özünü “Greenpeace” beynəlxalq ətraf mühit təşkilatının üzvü kimi təqdim edən şəxs barədə dərhal polisə məlumat verilib.
Qeyd edək ki, mum fiqurun dəyəri 40 min avro təşkil edir.
2-06-2025, 19:13
28 Mayı 3 qardaşa layiq şəkildə qeyd etdik - Ərdoğan


28 Mayı 3 qardaşa layiq şəkildə qeyd etdik - Ərdoğan

Azərbaycanın müzəffər lideri İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı və çiçəklənməsi üçün səylərini səfərbər edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə bu yaxınlarda Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb. Səfər zamanı o, Laçın Beynəlxalq Hava Limanının açılışında və 28 may - Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmişdi.
“Qalib lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. Hörmətli Baş nazir və Prezident İlham Əliyevlə 28 May kimi önəmli günü 3 qardaşa yaraşan şəkildə, layiqincə qeyd etdik. Həmçinin Laçın hava limanının açılışını etdik. Yollar, körpülər, tunellər, yaşayış məntəqələri və kənd təsərrüfatı ilə Qarabağ işğal yaralarını sürətlə sağaldır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”, - Ərdoğan deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!