24-08-2022, 21:26
Rusiyanın “Ka-52” helikopteri vurulduUkraynanın Hərbi Hava Qüvvələri Rusiyaya məxsus "Ka-52" helikopterini məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri rəsmi məlumat yayıb. "Avqustun 24-ü gecə saat bir radələrində Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölmələri ölkənin şərq istiqamətində rus işğalçılarının "Ka-52" helikopterini demilitarizasiya edib", - məlumatda qeyd olunub.
23-08-2022, 23:23
İtaliya rus məmurlara verilən mükafatları ləğv etdi
İtaliya 10 rusiyalı məmur və iş adamını dövlət mükafatından məhrum edib. Bu barədə ANSA agentliyi məlumat yayıb. Müvafiq sənədləri prezident Sercio Mattarella imzalayıb. Bildirilir ki, Rusiya xarici işlər nazirlərinin müavinləri Aleksandr Qruşko və Yevgeni İvanov, Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev, Sberbank İdarə Heyətinin sədri German Qref, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev, "Qazprom Neft"in İdarə Heyətinin sədri Aleksandr Dyukov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) prezidenti Aleksandr Şoxin və iş adamı Andrey Melniçenkonun mükafatları ləğv edilib. Mükafatlardan məhrum edilən digər iki nəfərin kim olduğu məlum deyil. Bu şəxslər müxtəlif dərəcəli "İtaliya Ulduzu" ordeni ilə təltif olunublar. Mükafat İtaliya ilə digər ölkələr arasında əməkdaşlığın inkişafına görə verilir. Artıq İtaliyada Rusiyanın Baş naziri Mixail Mişustin, Baş nazirin müavini və ticarət naziri Denis Manturov dövlət mükafatlarından məhrum ediliblər.
23-08-2022, 23:21
Yaponiya Ukraynanın yenidən qurulmasına dəstək verəcəkYaponiya Ukraynada infrastrukturun yenidən qurulması üçün əlindən gələni edəcək. Bunu İkinci Krım Platforması sammitində onlayn çıxışı zamanı Yaponiyanın Baş naziri Kişida Fumio deyib. O, Yaponiyanın Krım bölgəsi də daxil olmaqla Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Yaponiyanın Baş naziri status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlərə qəti şəkildə qarşı olduğunu deyib.
23-08-2022, 23:19
ABŞ-dan Kiyevə növbəti yardım - Bu dəfə 3 milyard...
ABŞ sabah Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyəcək. Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsminə istinadən məlumat yayıb. Paketin həcmi 3 milyard dollardır. Məlumata görə, hərbi yardım sabah elan ediləcək. 3 milyard dollarlıq silah paketi Rusiya qoşunlarının hücuma başlamasından sonra Vaşinqtonun Ukrayna üçün ayırdığı ən böyük yardım olacaq.
23-08-2022, 23:14
Rusiya və Fransa arasında Zaporojye müzakirəsi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və fransalı həmkarı Ketrin Kolonna arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) missiyasının Zaporojye Atom Elektrik Stansiyasına göndərilməsini müzakirə edib. Bundan əvvəl eyni mövzunu iki ölkənin prezidentləri müzakirə ediblər. “Nazir nüvə təhlükəsizliyi üçün obyektin Rusiya silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı riskləri vurğulayıb” , - Fransa tərəfi danışıqlardan sonra bildirib. Rusiya tərəfinin məlumatına əsasən, Lavrov bəyan edib ki, “Kiyev Avropanın ən böyük AES-i və ona bitişik əraziləri atəşə tutmaqda davam edir, xarici sponsorlarının aşkar razılığı ilə bütün Avropa əhalisini təhlükə altına alır”.
23-08-2022, 23:05
Almaniya Ukraynaya 500 milyon dollarlıq silah verəcək Almaniya Ukraynaya 500 milyon avro dəyərində yeni silahlar tədarük etməyi planlaşdırır. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Almaniya Ukraynaya əlavə 3 ədəd "İris-T" hava hücumundan müdafiə sistemi, onlarla zirehli xilasetmə maşını, 20 reaktiv yaylım atəşi sistemi, dəqiq idarə olunan döyüş sursatları və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri tədarük etməyi planlaşdırır. Silahların 2023-cü ildə, bəlkə də daha tez çatdırılacağı gözlənilir. Qərar Almaniya parlamenti tərəfindən təsdiq edilməlidir.
23-08-2022, 22:47
Slovakiya Ukraynaya hərbi texnika göndərirSlovakiya Ukraynaya 30 ədəd BVP-1 piyada döyüş maşını verəcək. Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib. Onun sözlərinə görə, Ukraynaya, həmçinin döyüş sursatı, ehtiyat hissələri göndəriləcək və kompleks təqdim olunacaq. Bunun müqabilində Slovakiya Almaniyadan 15 ədəd "Leopard" tankı alacaq. Qeyd edək ki, bundan əvvəl Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi, Mi seriyalı hərbi helikopterlər, özüyeriyən haubitsalar və “Qrad” reaktiv yaylım atəşi sistemləri hədiyyə edib.
23-08-2022, 22:46
Xersonda Rusiyanın 2 silah anbarı məhv edildiUkrayna ordusu Xerson vilayətində Rusiyanın 2 silah-sursat anbarını məhv edib. Bu barədə Cənub Əməliyyat Komandanlığı məlumat yayıb. Bildirilib ki, cavab atəşi nəticəsində Rusiyanın daha iki komanda məntəqəsi dağıdılıb. Əməliyyat zamanı Rusiyanın 23 hərbçisi və 1 T-72 tankı məhv edilib.
23-08-2022, 21:51
“Krımın azadlığı üçün hər şeyi edəcəyik” - Zelenski
Rusiyanın ukraynalılara və Ukrayna dövlətinə qarşı bütün hərəkətlərinə baxmayaraq, Ukrayna Krımı istənilən yolla işğaldan azad etmək üçün hər şeyi edəcək. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Krım platforması sammitində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Krım platforması Ukrayna ərazilərinin işğaldan azad edilməsi üçün əla siyasi vasitədir. O, həmçinin xatırladıb ki, platformanın hazırkı sammiti müxtəlif dövlətlərin 60 liderinin iştirakı ilə “genişlənmiş formatda” keçiriləcək.
23-08-2022, 21:49
Makrondan Rusiyaya qarşı sərt çıxışFransa prezidenti Emmanuel Makron Qərb dövlətlərini Rusiyaya qarşı zəiflik nümayiş etdirməməyə və ona güzəştə getməməyə çağırıb. Makron bunu avqustun 23-də “Krım platforması”nın ikinci sammitində onlayn çıxışı zamanı deyib. “Rusiya üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, öz seçimini etdi... Biz heç bir zəiflik, heç bir güzəşt ruhu nümayiş etdirməməliyik, çünki söhbət hamı üçün azadlıqdan, dünyanın hər yerində sülhdən gedir”, - deyə Makron bildirib. Fransa lideri həmçinin Kiyevi uzunmüddətli dəstəkləməyin vacibliyini qeyd edib.