TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
24-01-2026, 16:12
Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun!


Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun!

Qrenlandiyadakı Danimarka qoşunlarına döyüşə hazır olmaq əmri verilib.
Krallıq İsveçdən hərbi dəstək istəyib.
Danimarka bir neçə mərhələdə planlaşdırılan "Arktika Dözümlülüyü" əməliyyatı çərçivəsində əlavə qoşun və resursların yerləşdirilməsini həyata keçirəcək.
Qrenlandiyadakı qoşunlara dərhal döyüşə hazırlıq üçün döyüş sursatı verilib.
Danimarka hökuməti və siyasi partiyalar daxilində ABŞ-ın Qrenlandiyaya potensial təhdidi ilə bağlı narahatlıqlar səbəbindən ABŞ-ın hücumu halında cavab verməyin zəruriliyi ilə bağlı geniş siyasi fikir birliyi mövcuddur.
24-01-2026, 15:56
Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk


Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk

Ermənistana 1991-ci ildən sonra ilk dəfə gələnlərin sayı gedənlərdən çox olub.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan paylaşım edib.
"Sevincimi sizinlə bölüşməyə tələsirəm. 2025-ci ildə ölkəmizə gedənlərdən 8660 nəfər daha çox vətəndaş daxil olub. İlk dəfə olaraq ölkəyə gedənlərdən daha çox Ermənistan vətəndaşı daxil olub", - deyə o qeyd edib.
24-01-2026, 15:47
ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı


ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı

Hücuma məruz qalacağımız təqdirdə, İran ABŞ bazalarına "ölümcül" zərbə endirəcək.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı və parlament üzvü İsmayıl Kövsəri bildirib.
O qeyd edib ki, "ABŞ hər hansı bir səhv edərsə, Qərbi Asiyadakı bazaları hədəfə çevriləcək".
Deputat "Tehranın cavabı "ölümcül və çəkindirici" olacaq və regiondakı Amerika obyektləri əsas hədəflər arasındadır", - deyə bildirib.
24-01-2026, 14:30
Türkiyə dünyaya 308 milyardlıq məhsul satacaq


]Türkiyə dünyaya 308 milyardlıq məhsul satacaq

Türkiyənin dünya ixracındakı payını artıracağı gözlənilir və ixracın 2028-ci ilin sonuna qədər 308,5 milyard dollara çatacağı proqnozlaşdırılır.
Qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklərə baxmayaraq, ixrac yönümlü siyasətlərin davam etdirilməsi, bazarın şaxələndirilməsi strategiyaları və rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlar effekt verir.
Türkiyənin 2026-2028-ci illəri əhatə edən Avropa Birliyinə qəbuldan əvvəlki iqtisadi islahat proqramına görə, qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklər, xüsusən də son bir ildə hiss olunmağa başlayan tarif gərginliyi və proteksionist meyllər 2026-cı ildə qlobal ticarəti boğan amillər kimi diqqət çəkir.
24-01-2026, 00:36
Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı mesaj


Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı mesaj

Cənubi Qafqazda bir neçə alternativ nəqliyyat dəhlizinin mövcudluğu Orta Dəhlizə marağı artıracaq və bu da Gürcüstan üçün yeni iqtisadi imkanlar yaradacaq.
Bu sözləri Gürcüstan parlamentinin vitse-spikeri və “Xalqın Gücü” partiyasının sədri Sozar Subari Cənubi Qafqazda gedən proseslər, Zəngəzur dəhlizi və Gürcüstanın tranzit rolu ilə bağlı məsələləri şərh edərkən söyləyib.
Bu məsələlərdə Azərbaycanın roluna toxunan vitse-spiker deyib: "Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm və böyük hadisədir. Ermənistan cəmiyyətinin də bu reallığı qəbul etməsi regional sabitliyə töhfə verir".
Zəngəzur dəhlizindən danışan danışan Sozar Subari vurğulayıb ki, marşrutun başlıca məqsədi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdir və bu, coğrafi baxımdan tamamilə təbii və məntiqli addımdır.
Onun fikrincə, gələcəkdə Azərbaycanla Ermənistan arasında yüklərin birbaşa daşınması da normal proses olacaq və Gürcüstanın bundan itirəcəyi gəlir böyük həcmdə deyil.
Subari həmçinin qeyd edib ki, Naxçıvandan Türkiyəyə uzanan və Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanları bütün region üçün əhəmiyyətlidir. Bu cür layihələr Gürcüstanın tranzit rolunu gücləndirir, bütün dəhlizlər üzrə yük həcminin artmasına şərait yaradır.
Gürcü siyasətçi bildirib ki, Qafqaz vahid iqtisadi məkan kimi formalaşdıqca, Azərbaycanın iştirakı ilə yaradılan yeni nəqliyyat marşrutları Gürcüstan üçün də əlavə üstünlüklər yaradacaq və regionun beynəlxalq əhəmiyyətini daha da artıracaq.
24-01-2026, 00:23
Trampla Zelenski razılığa gəldi


Trampla Zelenski razılığa gəldi

ABŞ və Ukrayna prezidentləri “Patriot” sistemi üçün raketlərin Kiyevə verilməsi barədə razılığa gəliblər.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Prezident Trampla danışdım və “Patriot” üçün bizə veriləcək PAC-3 raketinin sayını aldım. Amma bu barədə məlumat verməyəcəm”, - Zelenski deyib.
Zelenski Davosa səfərin həm qlobal məsələlərə, həm də konkret vəzifələrin həllinə yönəldiyini bildirib.
23-01-2026, 23:50
Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı


Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı

"KLM”, “Air France”, və “British Airways” Yaxın Şərq ölkələrinə gecə uçuşlarını ləğv edib.
Bu barədə aviaşirkətlərin açıqlamalarında deyilir.
Belə ki, “Air France” Dubaya və Tel-Əvivə olan iki uçuşu, “British Airways” axşam Dubaya olan uçuşunu,“KLM” isə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə olan uçuşlarını ləğv edib.
23-01-2026, 23:23
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ


İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ

İran hakimiyyəti hökumət əleyhinə etirazların iştirakçısını edam edib.
Məlumata görə, Məşhəddən olan idman məşqçisi Əli Rəhbər dünən səhər edam edilib. O, on gün əvvəl saxlanılıb.
Daha əvvəl İranın Baş prokuroru Məhəmməd Movahedi Azad ABŞ prezidenti Donald Trampın Ağ Evin müdaxiləsinin İranda 800 nəfərin edamının ləğvinə səbəb olması ilə bağlı iddialarını təkzib edib. Prokurorun sözlərinə görə, bu cür iddialar həqiqətə uyğun deyil.
Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə düşməsi nəticəsində küçə etirazları başlamış və əksər böyük şəhərlərə yayılmışdı.
23-01-2026, 23:00
BƏƏ-də nələr müzakirə edilir?


BƏƏ-də nələr müzakirə edilir?

Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun Əbu-Dabidə keçirilən görüşü zamanı bufer zonalar və müxtəlif nəzarət mexanizmləri ilə bağlı mövzular müzakirə olunur.
Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
"Bəli, heç şübhəsiz ki, bufer zonalar, müxtəlif nəzarət mexanizmləri kimi aspektlər də digər vacib mövzular arasındadır", - mənbə bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, görüşdə münaqişənin sona çatması üçün parametrləri müzakirə edib, lakin nəticə çıxarmaq üçün hələ tezdir.
"Artıq müzakirə aparılıb. Qeyd etmək vacibdir ki, bu cür üçtərəfli formatlar uzun müddətdir ki, keçirilməyib. Onlar müharibənin sona çatması üçün parametrlərdən danışırlar. Bu gün danışıqların məzmunu ilə bağlı nəticə çıxarmaq üçün hələ tezdir. Görək sabah söhbət necə gedəcək və nəticələr necə olacaq", - o bildirib.

23-01-2026, 22:15
İlon Mask siyasətə qayıdır


İlon Mask siyasətə qayıdır

Milyarder İlon Musk Donald Trampla fikir ayrılıqlarını həll edib və aralıq konqres seçkilərində respublikaçıları dəstəkləməyə hazırdır.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Qəzet sahibkarın hakim partiyanın seçki kampaniyasında fəal iştirak etmək niyyətində olduğunu yazıb.
Aralıq konqres seçkiləri payızda keçiriləcək. Respublikaçılar üçün bu seçkilər çox vacibdir; məğlubiyyət hazırkı prezidenti əhəmiyyətli dərəcədə zəiflədə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!