Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 7-12-2015, 10:36
"Sevginin dadı" romanı haqqında düşüncələr





"Damağımda bal sevginin turş dadı"(M.Araz)
….Misranı təftiş etməkdən çox uzağam. Amma hər dəfə bu misranın arxasında gizlənmiş müəllif qayəsi haqqında düşünəndə müxtəlif nəticələrə gəlmişəm. "Sevginin dadı"romanının adı məni bu anlayışdakı sirrə daha artıq bələd olmağa səslədi. Vaxtımın darlığına, imkanlarımın məhdudluğuna baxmadan romanı oxumaq qərarına gəldim…

Səmimi şəkildə bildirim ki, ilk səhifədəki "Pişik quyruğuyla oynayan kimi" bənzətməsi bir anlığa məni ruhdan saldı. Elə bildim ki, imzasını imzalar içində son illərdə gördüyüm, daha çox hekayələrini oxuculara təqdim edən təcrübəsiz bir həvəskarın yazdıqlarını oxumaqla vaxtımı itirirəm. Ancaq səhifələri çevirdikcə müəllifin hansı sirrin təsirilə məni 12-ci səhifəyədək- "Ön söz əvəzi" nin sonunadək necə apardığını bilmədim. İlk təəssüratın çox zaman aldadıcı olması haqqında fikirdəki həqiqəti etiraf etməli oldum.…İndi, romanı oxuyub qurtarandan sonra bu giriş haqqında düşüncələrimi belə ifadə edə bilərəm:

“Ön söz əvəzi” müəllifin oxucu ilə öz aralarında yaratdığı ünsiyyət körpüsüdür. Məharətlə düşünülmüş, təvazö ilə özünütəsdiq arasında mübarizəni əks etdirən giriş kimi ilk səhifələrdən oxucuya onunla ünsiyyətə girmək istəyən yazıçının səmimiyyəti sevən bir qələm sahibi olduğunu sübut edir. O, bu ifadə tərzi ilə daha dərin tanışlığa, kitabın səhifələrini çevirməyə, yazarın ardınca getməyə dəvət edir.

Təbii ki, mən romanı hərtərəfli təhlil etmək fikrində deyiləm. Bu əsərdə müəllifin nail ola bildiyi bəzi üstünlükləri haqqında bölüşmək istəyirəm.

Ən əvvəl, müəllif çoxşaxəli hadisələr içərisində itib-batmır, müxtəlif hadisələri və taleləri müvəffəqiyyətlə təsvir etməyi bacarır. Onun qəhrəmanları həyatın bütün mənzərəsini canlandırmağa nail olurlar. Bunlar haradansa təxəyyül hesabına bədii əsərə gətirilmiş obrazlar deyil. Bizim özümüzük, ətrafımızdakılardır, bəziləri real tarixi şəxsiyyətlərdir, bir çoxları isə elə təsvir olunub ki, sanki biz onları lap yaxından tanıyırmışıq. Durna nənənin müdrik siması kənddə almanlarla müharibənin ağır yükünü daşıyan nənələrimizin ümumiləşmiş obrazını yadımıza salır. Durna nənə müəyyən gerçək-xronometrik təsvirlə bədii-poetik təsvirin qovuşuğunda yaradılmış bir obrazdır. Adama elə gəlir ki, Durna nənə surətini müəllif özü ətəyindən tutub böyüdüyü, həyatının müəyyən dövrünü birgə yaşadığı doğma nənəsinin prototipi əsasında ərsəyə gətirib. Bütün roman boyu Durna nənə nağılvarı bir təsvir və sönsuz məhəbbətlə təsvir olunur. Qəhrəmanın sanki bütün fəaliyyəti və düşüncələrinin mərkəzində nənənin müdrik siması dayanır. Obraza müəllif sevgisi Fərhad-Durna nənə xəttində daha qabarıq əksini tapmışdır.

Əsərin əsas qəhrəmanı Fərhadın keşməkeşli taleyinin təsviri fonunda müəllif dövrümüzdə və dövrəmizdə baş verən hadisələrə münasibət bildirir. Kənddə böyüyən sadədil, saf uşaqdan iri biznes imkanlarına malik bir şəxsə doğru inkişaf edərək həyatın mürəkkəb eniş-yoxuşları ilə irəliləyən insanın keçdiyi acılı-şirinli ömür yolunu bər-bəzəksiz, olduğu kimi təsvir etməklə ətrafımızda olan

onlarla belələrini ümumiləşdirir. İndiki günlərimizdə onlar sayca daha çox görünürlər.Bu adamları hər gün görürük, onların fəaliyyətini günümüzdə izləyirik, hətta onlardan hansının taleyininsə Fərhadınkı ilə üst-üstə düşməsi barədə özümüzdən bənzəyişlər axtarırıq, uydururuq da. Fərhadın Afətlə ailəli olduğu halda, Dilbərlə ziddiyyətli eşq macəralarına dövrümüzdəki "məhəbbət çatları" kimi yanaşırıq, sevənləri ötən onilliklərdəki kimi əxlaqsız adlandırıb ittiham etmirik, bu münasibətlərə adi həyat yaşantıları və yenə də gerçəklik kimi baxırıq. Bununla müəllif yenicə müstəqilliyini qazanan Azərbaycanımızda hazırda yaşayan, fəaliyyət göstərən iş adamlarımızı, öz zəkasının qüvvəsi ilə iqtisadi imkanlarını yaxşılaşdırsa da, şəxsi hislərinin tənasübsüzlüyündən əziyyət çəkən dost-tanışlarımızı, müasirlərimizi təqdim edir. Dilbər-Fərhad-Afət sevgi xətləri milli ailəçilik ənənəmizlə hislərin əsiri olmağın acılarını olduğu kimi təsvir edir. Fərhadın taleyində iş adamının hamıya çox da məlum olmayan, amma bir inkaredilməz fakt olan məmur müdaxilələrini açarkən R.Bərgüşadlının müşahidələrində həyatiliyin gücünü və iş adamının əl-qolunun necə bağlanmasını müşahidə edirik. Ümumiyyətlə, süjetin digər şaxələrində olduğu kimi, bu xətdə də ümummili inkişafımızı əngəlləyənlərin yaddaqalan obrazı çox kiçik epizodla, amma silinməz izlərlə oxucunun yaddaşına hopur...

İkincisi, roman müəyyən qədər xatirə-memuar üslubunda yazıldığı üçün, həm də Azərbaycanın ermənilərlə zorla müharibəyə cəlb edildiyini əks etdirən acı həqiqətləri təsvir etdiyi üçün daha çox gerçək həyat hadisələrindən bəhs edir.

Bəzi epizodlarda romanda süjetin ən dramatik hissəsini məhz həmin xətt üzərində təsvir olunan hadisələr təşkil edir. Yaxın 20-30 ildə baş verən hadisələr: məkrli düşmənlərimizin yüz illərdən bəri xalqımıza qarşı təşkil olunmuş xəyanətinin bizi çıxılmaz vəziyyətə salması, əliboş, silahsız kişilərin acizliyi, ermənilərlə sərhəddə yaşayan əhalinin Xocalıdan sonra üzə çıxmış vahiməsi və sarsıntısı, Əliyar kimi qorxubilməz, yurdsevər oğullarımızın göz görə-görə ən müasir silahlarla silahlanmış düşmənin üzərinə getməsi, daxili biganəlik və xaos, siyasi dartışmaların yaratdığı uçurumlar, hakimiyyət ehtiraslarının vətənçilik hissini üstələməsi... elə təbii və təsirli dillə yazılmışdır ki, həyəcansız oxumaq olmur. Qubadlının işğalı ürəkyandırıcı bir dillə təsvir olunmuşdur.Buradakı bütün təsvirlərə açıq elegik bir ruh hakimdir, daxili bir qəzəb və utanc hissi təhkiyəni dramatik həddə çatdırır. Yurdu ən son tərk edənlərin ayrılıq hisləri Ağəlinin dili ilə təhkiyənin hədəfinə çevrilir. Onun arvadını işğalın bir saatlığında tək-tənha dəfn edirkən vidalaşma səhnəsi, həyət-bacası ilə dərdləşib ayrılması, Bərgüşadla axaraq xilasolma cəhdi, ermənilərin əlinə keçməsi, yaralanması, ölüncəyə qədər döyülməsi və son anda erməni kirvəsinin əlilə xilas olması... işğala məruz qalmış torpaqlarımızda eyni taleyi yaşayan minlərlə əsir və girovlarımızın üzləşdikləri vəhşilikləri son dərəcə təbii əks etdirməsi baxımından olduğca təsirli və ibrətamizdir...

Romanda Fərhadın eşq macəralarının, uşaqlıqdan, ilk gənclik dövründən başlamış həyatının yetkinlik mərhələsinə qədər müxtəlif vaxtlarda müxtəlif "sevgi" səhifələrinin təsvirinə geniş yer verilmişdir. Buradakı həyatiliyi və təbiiliyi inkar etmədən müəllifin öz təbirincə desək, hərdən "şitliyə", erotik təsvirlərdəki açıq-saçıqlığa müxtəlif yaşlarda olan oxucular arasında ziddiyyətli yanaşma olacağını indidən demək olar. Qəhrəmanın Lena ilə, Səidə ilə olan macəralarının təsviri zamanı detalları açıqması və bu zaman ifadələrdəki vulqarizminə haqq qazandıra bilmirəm. Bəzi gizli qalmalı məqamlarda müəllifin geri çəkilməyərək bütün təfərrüatları təsvir etməsi müxtəlif

yaşlarda olan oxucular tərəfindən birmənalı qarşılana bilməz; təsvirlər cəlbedici olsa da, lüzumsuz görünür.

Məncə, əsərdəki təhkiyə dilinin zənginliyini, ifadə imkanlarının genişliyini də bu romanda müəllif uğuru kimi dəyərləndirmək olar. Doğrudur, burada çoxlu sayda məhəlli xarakterli söz və ifadələrə, dialektizmlərə də yol verilmişdir. Bunlardan bəzilərinin işlədilməsi bədii dilin səlisliyi üçün əhmiyyətlidir, ancaq bəzilərinin qarşılığından da istifadə oluna bilərdi.…

"Sevginin dadı" romanı haqqında daha geniş yazmaq və əsərin sənətkarlıq məziyyətlərindən geniş bəhs etmək səlahiyyətlərini peşəkar tənqidçilərə verərək yazımı burada yekunlaşdırıram.

Rəşid Bərgüşadlıya yeni-yeni əsərləri ilə müasir ədəbiyyatımızı zənginləşdirməkdə uğurlar, nailiyyətlər arzulayıram.



"Sevginin dadı" romanı haqqında düşüncələr

Hüseyn Şahbəndəyev
Əməkdar müəllim,
Avropa Azərbaycan Məktəbinin
Azərbaycan dili və ədəbiyyat
kafedrasının rəhbəri


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!