Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 24-05-2016, 19:06
Dostumun “Gül” kitabının təqdimatı


3 may 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc şairə Prezident təqaüdçüsü Gülnar Səmanın “Gül” şeirlər kitabının təqdimatı keçirildi. Mərasimi gənc şair Əkbər Qoşalı açdı və Gülnar Səmanın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.
Gülnar Vaqif qızı Qasımlı 1986-cı ildə axarlı-baxarlı, sazlı-sözlü Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub.
Dostumun “Gül” kitabının təqdimatı

Gülnar Səma 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, oranı bitirdikdən sonra 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur və 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid Şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur.
Dostumun “Gül” kitabının təqdimatı

Gülnar Səma 2009-2014-cü illərdə Tovuz rayonunun Muncuqlu kənd ümumi orta məktəbində müəllim işləmişdir. 2014-cü ildən isə “Hədəf” hazırlıq kursunda müəllim işləyir. 2009-2014-cü illərdə müəllim işlədiyi dövrdə Tovuz rayonunun Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. Şair Əkbər Qoşalı çıxışını bitirib, sözü gənc şair, “Gül” kitabının ərsəyə gəlməsində böyük zəhməti olan layihənin rəhbəri Xəyal Rzaya verdi. Xəyal Rzanın çıxışı çox yüksək səviyyədə sürətli alqışlarla qarşılandı.
Dostumun “Gül” kitabının təqdimatı

Daha sonra kitabın ön sözünü yazan filologiya üzrə elmlər doktoru Vaqif Yusifliyə söz verildi. Vaqif Yusifli çıxışında dedi: “Gülnar Qasımlı özünə Səma təxəllüsünü götürüb. Bu böyük riskdir. Səma bütün göy üzüdür. O səmada günəş yanır, dünyaya işıq saçır. Mən şair görmüşəm ki, özünə Dərya təxəllüsü götürüb, amma onun şeirləri dəryanın heç bircə damlası deyil. Gülnarın Səma təxəllüsünə hələlik heç bir etirazım yoxdur, çünki mən onun şeirlərində səma təmizliyi, saflığı gördüm. Buludunu, yağışını, günəş zərrələrini gördüm” deyərək çıxışını tamamladı. Sözü ADPU-nin filologiya üzrə elmlər doktoru şair, tənqidçi Oqtay Rzaya verdilər. Oqtay Rza da öz növbəsində şairə xanımın şeirlərindən nümunələr göstərdi və “Ki” şeirinin üzərində dayandı. Dedi ki, indiyə qədər mənim rastlaşmadığım bir əsərdi ki, gənc şairə “ki” bağlayıcısına gözəl bir şeir yazıb.

Ki

Məhəbbətim həsrət çəkir könlümə,
Bir yol buldu çox-çox şükür, könlümə.
Nə sirri var özü bükür könlümə,
Sevənləri sevənlər sevmiş ki.

Bitməzləri becərməyə gücüm yox,
Xam torpaqda cücərməyə gücüm yox.
Ağır gələn cəriməyə gücüm yox,
Axı mənim haqqımı kim yemiş ki?!

Nuxulular misdən gümüş yapmadı,
Çox “şeyxlər” yollarından sapmadı.
Qızıl sözlər qızıl qiymət tapmadı,
“Şahnamə”nin qiyməti də gümüş ki.

Dayanmadım elə çıxır səfərə,
Başımıza dolandıqca bu kürə.
Gözlərim böyüdü çox əbəs yerə,
Dünya elə özü boyda imiş ki.

Bar verdikcə baş aşağı əyərsən,
Vaxtlı-vaxtsız haqq qapısını döyərsən,
Gecikdinsə xurcunundan yeyərsən,
Bu sözləri atalar da demiş ki.

Olacaqdan geri qaça bilməkçün,
Olanlardan baş da aça bilməkçün.
Səmalarda rahat uca bilməkçün,
Tanrı bizə hər şeyi vermiş ki.

Oqtay Rzanın çıxışından bir neçə gənc şair və şairələr Gülnar Səmanın kitabı haqqında öz ürək sözlərini dedilər və şeirlərindən parçalar söylədilər.

Dondarın

Qozdudur, Maşqandır vüqarlı dağı,
“Söyüdlü bulağı” vardır Dondarın.
Bir yanı Azaflı, bir yanı Tovuzçay,
Şöhrəti hamıya cardır Dondarın.

Döşəmə yolları, gen küçələri,
Bu yollarla gedir gör neçələri.
Zamanla səsləşir illərdən bəri,
Görünən dağları qardır Dondarın.

Mavi səmalarda gəzir saf adı,
Doğma ovladıyla göyə ucaldı.
Böyütdüyü Səma kimi övladı,
Dünyaya verdiyi bardır, Dondarın.
Dostumun “Gül” kitabının təqdimatı

Və söz ağsaqqal şair Dəmir Gədəbəyliyə verildi. Şair Dəmir Gədəbəyli gənc şairlərə öz tövsiyəsini verdi və şairə Gülnar Səmaya yeni-yeni uğurlar arzuladı.
Və nəhayət, söz gənc şairə Gülnar Səmaya verildi. Şairə sözünü “Bəlkə, bu axşamda” şeiri ilə başladı:

Yaza-yaza yazılmışıq,
Bəlkə, bu axşam da yazaq.
Növbəyə də düzülmüşük,
Bəlkə, bu axşam da yazaq.

Nəyimiz var sözdən qeyri,
Söz darıxıb bizdən qeyri.
Bir də yazılacaq şeiri,
Bəlkə, bu axşam da yazaq.

Gəz çiçəyin komasını,
Yığ bənövşə qomasını.
Ən gözəl eşq naməsini,
Bəlkə, bu axşam da yazaq.

Şairənin bu şeirindən sonra “Gül” kitabının təqdimat mərasimi başa çatdı və yüzlərlə insan “Gül” kitabına imza üçün növbəyə dayandılar. Bu Gülnar Səmanın üçüncü kitabı idi. Birinci kitabı 2001-ci ildə “Mən sehirli Səmayam” və 2011-ci ildə “İçimdəki söhbətlər” kitabıdır.
Gülnar Səma 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2 fevral 2015-cü ildə Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülmüşdür, Prezident təqaüdçüsüdür.
Dostumun “Gül” kitabının təqdimatı

Mən də öz növbəmdə gənc şairə Gülnar Səmaya uğurlar arzulayıram.

Hüseyn Məmmədov,
müəllim


"Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!