Anar Əsədli həbs edildi .....                        Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycan” sözü silindi .....                        Ağacların kəsilməsinə görə yaşıllıqlara 7 min manatdan çox ziyan dəyib .....                        Metronun bu stansiyalarında interval azaldılır .....                        Ermənistana səfərini təxirə saldı .....                        İmamoğluya bu işdə bəraət verildi .....                        Sərdar Səfərova “general-mayor” rütbəsi verildi - SƏRƏNCAM .....                        Messi ilə müqavilə uzadıldı .....                        İranda siyasi qalmaqal - Bakıdan qayıdan xanım nazirin çantasında nə olub? .....                       
6-09-2024, 20:11
GÖZLƏNİLMƏZ HAL


Nahidə ZEYNALOVA


GÖZLƏNİLMƏZ HAL
(Hekayə)

Günəşli bir yay günü idi. Altı yaşlı iki əkiz qardaş Vitya və Kirill valideynləri ilə birlikdə kəndlərinə gəliblər. Artıq saat on bir idi. Atam işə getdi, anam isə iş üçün harasa gedirdi. Uşaqları küçədən evə çağırdı.
- Vitya, Kiryuşa, mən işə getməliyəm. Hələlik evdə qalın, çölə çıxmayın. Mən qayıdacağam, sonra gəzməyə gedə bilərsən, tamammı?
“Yaxşı,” oğlanlar bir ağızdan cavab verdilər.
- Yaxşı uşaqlar, qapını bağlayın və heç kimə açmayın.
Ana getdi, oğlanlar oynamağa başladılar. Bir çanta köhnə oyuncaqlar çıxarıb hamısını bir anda yerə tökdülər. Qırmızı avtomobil hər ikisinin xoşuna gəlirdi. Vitya əvvəlcə onu götürdü, lakin Kirill dərhal reaksiya verdi:
- Geri ver, o, əslində mənim idi.
"Sənin idi, indi mənimdir",- Vitya gülümsəyərək cavab verdi və qaçmağa başladı.
Qardaşı onu qovanda o, küçəyə qaçmaq qərarına gəldi. Həyət çox gözəl idi! Tezliklə maşını unudub, qabaqlarında qanad çalan xallı kəpənəyi tutmağa başladılar.
- Birdən Kirill qardaşına xatırlatdı: “Anam bizə evdə çıxmamağı tapşırmışdı.
- Oh, gedək, - deyə qardaşı cavab verdi.
Uşaqlar tez qaçaraq evə girib qapını bağladılar. Kirill mətbəxə daxil olaraq yerə, divana və sınıq boşqaba tökülən şəkər gördü.
- Kirill, boşqab sındırmısan? – Vitya təəccüblə soruşdu.
-Hansı boşqab? – oğlan mətbəxə girdi və bütün mənzərəni gördü. - Yox, mən yox.
- Mən də yox..
-Vitya, biz bayırda olanda kimsə evə giribsə? Qorxuram... Gəl valideynlərimizin otağında gizlənək, ananın gəlişini gözləyək, ona hər şeyi danışarıq.
- Kirill qorxmuş səslə razılığını bildirdi.
Oğlanlar valideynlərin otağına girib nəfəsləri kəsilmiş halda oturub, boşqabı kimin sındırdığını anlamağa çalışır və indicə hansısa hadisələrin baş verəcəyini gözləyirdilər. Onlar yarım saat belə oturmuşdular ki Vitya yuxuya getdi. Birdən Kirill nəsə cingiltili bir səs eşitdi və təlaşla qışqırdı. Vitya qışqırtıya oyandı.
- Gəl qaçaq! – Kirill qışqırdı və orada kimin olduğunu görmək üçün otaqdan qaçdı. Vitya onun arxasınca qonaq otağına qaçdı. Orada oğlanlar qırıq bir vaza gördülər.
"Heç kim yoxdur" Vitya əllərini araladı.
- Bəlkə ruhdu ... ola bilər? – Kirill titrək səslə dedi.
"Bilmirəm, çox qorxuram" deyə,- qorxa-qorxa cavab verdi.
"Gəl bir yorğan götürək, altında gizlənək və gözləyək" dedi Kirill. Beləliklə uşaqlar böyük bir yorğan götürüb altında gizləndilər. Ancaq çox gözləməli olmadılar. Tezliklə divanın cırıltısını eşitdilər. Yorğanın altından sürünərək çıxdılar və bütün vəziyyətin günahkarını gördülər...
-Vay? – qardaşlar bir-birinə baxıb güldülər. Onların qarşısında qonşunun qırmızı tüklü pişiyi- Boriska var idi.
- Bəs ona görə belə qorxduq? – Vitya təəccüblə soruşdu.
Oğlanlar pişiyi tutub bayıra atdılarr və evi yığışdırdılar. Ana gələndən sonra qardaşlar ona sərgüzəştlərini danışdılar. Ana, əlbəttə ki, itaətsizliklərinə görə onları danladı, amma cəzalandırmadı: uşaqlar artıq kifayət qədər qorxmuşdular və yəqin ki, dərslərini almışdılar. Bu hadisədən sonra oğlanlar analarına tabe olub, baş verən hər şeyə daha diqqətli olmağa başlayıblar.
"Bütöv Azərbaycan" qəzeti
6 sentyabr 2024-cü il
5-09-2024, 10:20
BƏXTİYAR VAHABZADƏ - 99


BƏXTİYAR VAHABZADƏ - 99
(Yaddaşlarda əbədi yaşayan Şairin anım günü keçirildi)

Böyük filosof şairimizin - Türk Dünyasının Bəxtiyarının dünyaya göz açdığı gündür bu gün. 99 il bundan öncə elə bu müqəddəs ocaqda dünyaya gəlib və öz gəlişiylə də doğulduğu torpağı, əhatəsində olan insanları, milləti, vətəni bəxtiyar etməyi bacarıb. Yaşadığı ömür ona, biz həmyerlilərinə və bütün həmvətənlərinə başucalığı gətirib. Ruhu şad olsun böyük şairimizin, qüdrətli söz sənətkarımızın!
Bu gün Bəxtiyar Vahabzadənin Ev Muzeyi hər gün və hər an olduğu kimi yenə əziz, dəyərli qonaqlarını - Bəxtiyar poeziyasının vurğunlarını hərarətlə və səmimiyyətlə ağırlamaqdadı. Var olsun bu ocağın fədakar qoruyucusu və Bəxtiyar sevdalısı Elşən Zəkəriyyəbəyli! Yenə o məşhur samovar tüstülənməkdə, o şirin nəğmələr pərdə-pərdə yüksəlməkdə, o bənzərsiz poetik nümunələr ruhları oxşamaqdadı...
Bəxtiyar Gününü gözəlləşdirənlər arasında AYB Şəki Bölməsinin sədri, şair Vaqif Aslanı, görkəmli həkim və ictimai xadim, professor Adil Qeybullanı, sevilən ziyalımız Firəngiz Əsgərzadəni, Şəkidə yazıb-yaradan şair və yazıçıları, elm, mədəniyyət və incəsənət xadimlərini görmək olduqca xoş idi.
Bütün söhbətlərin, çıxışların məğzini ünlü filosof-şair Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı təşkil edirdi. Musiqi ifaçılarının oxuduqları muğam və mahnı mətnlərinin də sözləri bu dahi şairin yaradıcılığından götürülmüşdü. “Həyat, sən nə şirinsən”, “Nədən oldu”, “Gecələr bulaq başı”, “Bəxtiyaram mən”, “Biri sənsən, biri mən”, “Azərbaycan”, “Bu torpağa borcluyam”, “Arzular”... insanları ən ülvi mənəvi duyğulara kökləyirdi.
Gənc və istedadlı rəssam Gül Nar xanımın şairin iki portretini muzeyə hədiyyə etməsi, Elşən müəllimin də qeyd etdiyi kimi, günün ən yaddaqalan hadisəsi olaraq tarixə yazıldı.

Gələn il böyük Bəxtiyarımızın 100 illik yubileyidir. Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli bu münasibətlə görülən və görülməsi nəzərdə tutulan işlər barədə məlumat verdi. Bəxtiyar şəxsiyyətinə və bənzərsiz yaradıcılığına qiymət verən bütün ziyalıları bu möhtəşəm yubileyin yüksək səviyyədə keçiriləməsinə öz töhfəsini verməyə dəvət etdi.
Qiymət MƏHƏRRƏMLİ


4-09-2024, 10:42
Qərbi Azərbaycan icması bəyanat yaydı


Qərbi Azərbaycan icması bəyanat yaydı

Qərbi Azərbaycan İcması Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyib.

Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazini bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: “Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.
Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir.
Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".
15-08-2024, 19:08
Azərbaycan Cümhuriyyətinin görkəmli şəxsiyyətlərindən Abbas bəy Vəkilov


Azərbaycan Cümhuriyyətinin görkəmli şəxsiyyətlərindən Abbas bəy Vəkilov

Azərbaycan Xalq Cümhiriyyətinin qurulması tariximizin ən ziddiyətli və gərgin dönəmlərinə təsadüf edir. Cümhuriyyətin işğalından sonra isə bir müddət Sovetlər İttifaqı xalqlar arasında özünə inam yaratmaq üçün öz əsl simasını gizlədirdi. Lakin Sovetlər Birliyi özünün möhkəmləndirdikdən sonra artıq 37-ci illərdə vaxtıilə AXC-də təmsil olunmuş şəxslərin ağır repressiyası başaldı.
Cümhuriyyət dönəmində ingilislərin diqqət mərkəzində olan Şərur-Dərləyəz qəzasında fəaliyyət göstərən yerli müsavatçıların liderlərindən olan Abbas bəy Vəkilovun da taleyi digərlərindən fərqlənmədi.

Abbas bəy Vəkilov kimdir?
Abbas bəy Baxşəli bəy oğlu Vəkilov 2 yanvar 1873-cü il tarixində Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. Onun mənsub olduğu Vəkilovlar nəsli Dərbənd-Qazax (Tiflis)-İrəvan-Şərur-Dərləyəz ərazilərində məskunlaşmış əsilzadə solyardandır.
Professor Fərrux Rustəmovun araşdırmalarına görə Abbas bəy Vəkilov 1884-1887-ci illərdə İrəvan kişi gimnaziyasında Hüseyin Ələkbərov, Məmməd Əlibəyov, Əli Ağabababəyov, Həsən Ağayev, Məmməd Bağırbəyov, İsmayıl bəy Vəkilov, Teymur bəy Vəkilov, İrza Hacıbəyli (hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur) Abbasəli Hacırzayev və Qadir Hacıbəylinski ilə birlikdə III sinifini bitirib. Onu da qeyd edək ki, Abbas bəy Vəkilovun təhsil aldığı bu illər Azərbaycanın xalqının milli iftixarı Firudin bəy Köçərlinin dərs deyi illəri əhatə edir.
Abbas bəy Vəkilov ali təhsilini Kiyev Dövlət Universitetinin hüquq fakultəsində tamamladıqdan sonra öz doğma kəndlərinə Şərur-Dərələyz qəzasının Çivə kəndinə qayıdıb. Musavatın yerli özəyini yaradıb və ona rəhbərlik edib. Qafqaz İslam Ordusu gələnə kimi Xalq Qəhrəmanı Balo bəy Vəkilovun rəhbərlik etdiyi Çivə taborunda ermənilərə qarşı vuruşub. Qafqaz İslam Ordusu Azərbaycana daxil olduqdan sonra isə ordunun tərkibində zabit kimi xidmət edib. Qərbi Azərbaycan və Naxçıvan əhalisi ilə birlikdə Çivə kəndinin bütün əhalisi ilə birlikdə Cənubi Azərbaycan ərazisinə keçib sonra isə kənd əhalisi ilə birlikdə geri qayıdıblar.
Azərbaycan Cümhuriyyəti rus imperalizmi tərəfindən işğal edildikdən sonra Abbas bəy Vəkilov ağır məhrumiyyətlərlə qarşılaşıb. Vəkilovlar nəslinin bütün üzvləri kimi onlarında şəxsi mülkləri alınaraq yerli bolşeviklərin vasitəsi ilə kolxozun mülkiyyətinə verilib.
Abbas bəy Vəkilov Dərləyəz mahalının Ardaraz kəndindən olan Qəndab İsmayıl qızı ilə ailə qurub. Bu nigahdan onların Bülbül, Ziba, Rüşdü, Sabir, Ziyadxan adında övladları olub Bülbül xanım kiçik yaşalrında vəfat etdiyi üçün sonradan onun xatirəsini yaşatmaq üçün sonra doğulan qızına Bülbül adını veriblər. Ziyadxan bəy Vəkilov gənc yaşlarında dünyasını dəyişib.

Ziyadxan bəy Vəkilov
Bülbül xanım Vəkilova hazırda Şərur rayonu Dizə kəndində yaşayır. Qeyd etmək yerinə düşər ki, farnsız əsilli rus səyyahı İ.İvanoviç Şopenin hazırladığı Kameral siyahıya əsasən Dizə kəndi Abbas bəy Vəkilovun babası Həsənalı Sultan Vəkilovun şəxsi mülkləri siyahısna daxil olmuşdur. 1931-ci ildə Şərur-Dərləyəz qəzasının Çivə kəndində görkəmli dövlət xadimi Abbas bəy Vəkilovun ailəsində doğulan Bülbül xanım Vəkilova 1949-cu ildə Dizə kəndinin saylı-seçilən kişilərindən olan İmanov Müzəffər Həmid oğlu ilə ailə qurub. Müzəffər İmanov bir müddət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
Abbas bəy Vəkilovun represiya olunması ilə bağlı tarixi həqiqətlərə Bülbül xanım Vəkilova işıq salır. B.Vəkilova: “Atam Qarakilsədə müəllim işləyirdi. 1937-ci ildə onu bir neçə milis nəfəri gəlib evdə həbs etdilər. Sonra isə Dərləyəzin Çivə kəndindəki evimizdə axtarış apardılar. Atamı İrəvan türməsində saxlayırdılar. Anamla qardaşım Ziyadxan üç dəfə İrəvanda türmədə atamla görüşdülər. Əlbəttdə biz atamın qayıdacağına inanırdıq. Ancaq dördüncü dəfə atamın dalınca gedəndə anama məlumat vermişdilər ki, onu müharibəyə göndəriblər. Lakin sonra biz heç bir məlumat ala bilmədik”.
Onu da qeyd edək ki, Abbas bəy Vəkilovla bərabər Çivə müsavatçılarının əksəriyyəti repressiya olunudu.
Şübhəsiz ki, ömrünü Azərbaycan xalqının istiqlalına həsr etmiş Abbas bəy Vəkilovun nisgilli həyat hekayəsinin kiçik bir parçasını əhatə edən bu yazı gələcək tədqiqatlar üçün ilkin mənbə rolu oynamaqla yeni araşdırmalara yol açacaqdır. Bu yazı Abbas bəy Vəkilovun parlaq ruhuna kiçik bir töhədir.

Tədqiqatçı-hüquqşünas, Səməd Vəkilov
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar
Mərkəzinin rəhbəri, tarix üzrə f.d. Leyla Calalova
14-08-2024, 10:00
İKİ ÖMÜR HAQQINDA BİR HEKAYƏ


KÖNÜL HƏSƏNOVA YAZIR: İKİ ÖMÜR HAQQINDA BİR HEKAYƏ

Babamı çox sevirdim və indi də onun məni qucaqlayıb öpəndə qəhərlənməyi, onun gözlərindəki nəmi ovcumla silərək göz yaşlarının axdığı yerdən öpməyim elə bil dünən olmuşdu. Əlimdən tutub həyəti gəzərdik, susardı, arabir elə dərindən “ah” çəkərdi ki, mən istər-istəməz dönüb onun üzünə baxar və “baba, qayıdaq, gedək evə”- deyərdim. Babamın bu pərişan halının səbəbləri barədə sonralar anam danışardı və deyilənləri diqqətlə dinləyərdim. Onda artıq babam yox idi və mən onun çəkdikləri ahın və bu dünyadan erkən getməyinin səbəbləri barədə təzə-təzə nələrisə bilir, itirdiyi Vətənin həsrətilə dünyasını tərk etdiyini öyrənirdim.
Bunları anam danışır, mənim isə düşmənə olan nifrətim son həddinə çatır, nə edəcəyimi bilmirəm. Axı babamın, babam kimi minlərlə insanın nə günahı vardı ki?! Anam aramla o günləri xatırlayır: 1988-ci ilin payızı, yox lap dəqiq desəm, 1988-ci il oktyabr ayının son günləri idi. Camaat arasında vahimə dolu çaxnaşma düşmüşdü. Hamı arasında bircə mövzu ətrafında söhbət dolaşırdı: Dərələyəz mahalında yaşayan bütün azərbaycanlıları uşaq-böyük demədən hamısını çıxarırlar. Niyə çıxarırlar? Kim çıxarır? İndi nə edək? İlahi, Sən özün kömək bizə! Qızım, atan, əmin yük maşını tutub Dilican tərəfdən qorxulu, hər dərədə, hər kolun dibində bir əlisilahlı “saqqallı”nın dayandığı yollarla Dərələyəzə – atasını, qardaş-bacısını gətirməyə getdilər. Mən qorxurdum, hər an hər şey ola bilərdi. Həmin vaxt eyni məqsədlə Dərələyəzə gedənlərin yolda saqqallı ermənilər tərəfindən öldürülməsi barədə xəbərləri çox eşidirdik. Beləcə, atan və əminin yola düşdüyü vaxtdan günlər keçir, onlardansa heç bir xəbər yox idi. Gecənin birində səhərə yaxın qapımızda bir maşın dayandı. Onda biz Mehdiabadda yaşayırdıq. Hay-küy və ağlaşma səsinə çölə çıxdıq. Maşının banında ev əşyaları, kabinəsində isə bütöv bir ailənin üst-üstə qalandığını görmək onların hansı vəziyyətdə gəlməsindən danışırdı. Payızın soyuq günləri, qışın ilk əlamətlərinin özünü göstərməsinə baxmayaraq onlar elə ev paltarındaca maşına doluşmuşdular. Hansı əzablarla deyə bilmirəm, onu o uşaqları görənlər bilər, onların ağlaya-ağlaya maşından düşüb evə girdikləri gözlərimin önündən getməyib. Atanla əmin, bir də sürücü maşını boşaldırdılar. Ev əşyalarından yığıb gətirə bildiklərini ehmallıca, zədələnmədən götürür, həyətimizdəki qarajın qabağına yığırdılar. Bu məqamda mənim nəzərimi bir-birinə bağlanmış dördayaq (duvax), oxlov cəlb etdi. Mən nə baş verdiyini anışdıra bilməyən adamlar kimi donuxub bir tərəfdə qalmışdım. Əslində, dağdan ağır qaynatamı əzizləməli, onun rahatlığı üçün çalışmalı idim, amma qəfildən gözümə sataşan və iki daşın arasında çəkib xatirələrin yanına aparan dördayaq və oxlovla danışırdım.
Mən təəccüblə anama baxdım. Anamsa gözlərini bir nöqtəyə zilləmişdi və eləcə də sözünə davam edirdi: “Bu oxlov-duvaq bir ailənin çörəyini bişirərdi. Təndirəsərlərdə çölün-bayırın çır-çırpısından gətirib təndiri qalayar, qız-gəlin yığışar, geniş süfrələr açar, obaşdan qırmızı buğdadan üyüdülmüş undan xəmir yoğurar, üstünü möhkəm-möhkəm basdırar və xəmirin acımasını gözləyərdilər. Aradakı vaxtı boş keçirməmək üçün iş axtarmaq lazım gəlmirdi, həmin vaxt ilkin olaraq təndirin üstündə məxsusi düzəldilmiş güncdəki çaydanda qaynayan sudan dəmlənən çay içilərdi. Bundan sonra yoğrulmuş xəmir süfrələrə gətirilər, dördayaqları qoyub üstündə kündə edərdilər. Kündələrin arasına un səpib qalaq-qalaq yığardılar, üstünü isə səliqəli ağappaq örtüklə örtərdilər, təndirin odu isə öləziməkdə olardı. Bu məqamı gözləyən çörəkbişirən qadın qollarına qolçaq geyinər, rəfətəni dizinin üstünə qoyar, təndirin qıpqırmızı qızarmış badını yaş əski ilə bir-iki dəfə silərdi. Qızlar da öz işində, duvaxların üstündə vərdənə yayılar, bir az sonrasa vərdənələr qulac-qulac lavaşlara çevriləcəkdi. Lavaşı təndirə vuran qadın köpəşimiş, bir qədər qızarmış lavaşları təndirdən çıxarar, qarşı tərəfə çin-çin yığardı. O, aradabir külfəni açıb təndiri nisbətən soyutmağı yaddan çıxarmazdı. Təndirarası isti dəstanalardan sapsarı inək yağında döyməncin döyülməsi isə adət halını almışdı. Lavaşlar biririlib yığılandan sonra qız-gəlin deyə-gülə döyməncdən yeyər, yenə işlərinə davam edərdilər. Beləcə gün başa çatardı və bütün bunlardan sonra xüsusən uşaqların hər dəfə təndir qalananda gözlədikləri məqam yetişərdi, məftilə düzülmüş şəkər çuğundurları təndirin öləzimiş közünə atılardı. Evin xanımı da öz işində idi. O, duvaxları, oxlovları təmiz əski ilə silib bir kənara yığar, qat-qat tığılanan lavaşlardan qız-gəlinlər üçün pay tutardı. Mənim üçün çoxdan doğmalaşan və hətta tez-tez onlar üçün darıxdığım oxlov-duvax bir evin yox, həmin evdə böyüyən hər kəsin azuqəsi kimi gəlir mənə. Onları görəndə gəlinliyimi, Dərələyəzdə keçən günlərimizi xatırladım, qızım. Bunlar mənə çoxdan doğmalaşan oxlov-duvax idi. İndi o da yetim qalmışdı. Gəl, qızım, kömək elə, onları əl dəyməyən bir yerə qoyaq”.
Mən anamın sözlərlə yaratdığı mənzərədən o qədər xoşhal olmuşdum ki, istəyirdim anam bu söhbəti davam etsin. İndi xətrinə dəymirəm, əziyyət vermirəm. Amma günün birində belə suallardan anama ünvanlayacağımı da bilirəm.
Anam kövrəlib susur, amma bu susqunluq elə də uzun çəkmir, babamın Ələyəzdəki evindən danışır, o həyətdəki təndirəsərdən danışır, o təndirdən ki, atam həmin təndirdə bişən çörəklə böyüyüb.
Anam danışdıqca gözlərimin qarşısına babam Əyyub Müseyib oğlu Hüseynov gətirirəm. O, Dərələyəz mahalının sayılıb-seçilən ziyalılarından biri olub. Onu deyim ki, babam indi mənim çalışdığım ADPU-nun Filologiya fakültəsinin məzunu olub. Sonralar öz doğma kəndi Ələyəzdə orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib, yüzlərlə yetirmələri respublikamızın müxtəlif bölgələrində çalışaraq onun yolunu davam etdiriblər. Respublikamızın müxtəlif guşələrində deməkdə yanılmadım, çünki orta məktəbi bitirən, Bakıda və müxtəlif şəhərlərdə ali təhsil aldıqdan sonra vətənə qayıdan gənclər öz doğma yurdlarında müxtəlif bəhanələrlə sıxışdırılır, onların inkişafına yol verilmirdi. Bir sözlə, onlar sükutlu təzyiqlərin məngənəsinə düşür, özlərinindəki potensialı ortaya qoymaq üçün yollar axtarmaq məcburiyyətində qalır, müxtəlif bölgələrdə öz işlərini davam etdirirdilər. Deyim ki, onların əksəriyyəti özlərini təsdiq edə bildi. Həmin admların çoxu üçün 1927-ci il iyulun-də Dərələyəz mahalının Ələyəz kəndində anadan olan Əyyub babam bu gün də dəyərli müəllim kimi qalıb. Onun qaynatası Bayramqulu Dərələyəzin tanınmış ziyalılarından, sözü keçən ağsaqqallarından idi. Babamın fəaliyyətinin çox hissəsi sonralar Yeğeqnadzor adlandırılan Keşkənd rayon Təhsil Şöbəsinin inspektoru kimi keçib. İşini bilən, sayılıb-seçilən, ancaq rayonumuzda deyil, bütün mahalda hörmət-izzət yiyəsi olan Əyyub babam qaçqınlıq həyatını sinirə bilmədi. O, 63 yaşında üz çevirib bu dünyadan gedəndə- 1990-cı il yanvar ayının 18-də artıq mənim 3 yaşım var idi. Babamın söhbətlərindən bəziləri yadımdadır. Hələ o vaxtlar mənim çox da dərk etmədiyim məsələləri anam sonralar təfərrüatı ilə danışırdı.
Anam deyir ki, həyətimizdəki armud ağacının altında çay süfrəsi açmışdım. Baban süfrə arxasında oturub bizi gözləyirdi. Onu deyim ki, 2 əmin, 1 bibin olanda nənən Rəhilə dünyasını dəyişib. Sənin atan onda 6-7 yaşında olarmış. Təmkinli, vüqarlı Əyyub müəllim uzun zaman ailə qurmur, övladlarına öz bacıları baxır. Sonralar məsləhət görürlər ki, bu cür olmur, evlən. Ağbirçəklərin məsləhəti ilə babam Gülüş nənə ilə evlənir. 3 övladı Səidə, Ayna, Malik dünyaya gəlir. Yəni babanın həyatı da təlatümlü, əziyyətli olubdur. Hamı süfrədə əyləşəndən sonra baban aram-aram, özünəməxsus ləngərlə sözə başladı: deyirəm, yadınızdan çıxmasın, ölüm- itim dünyasıdır. Bu ermənilərə inanmaq olmaz, onlar öz işlədiyimiz halal əməkhaqqımızdan hər ay tutub Eçmiədzinə köçürürdülər. Guya kilsəyə kömək idi bu. Sən demə, öz pulumuzla silah alıb özümüzə tuşlayacaqmışlar. Süfrəmizdə əyləşib bizə düşmən kəsildilər, gəmiyə minib, gəmiçi ilə yola getmədilər, “özümə yer edim, gör sənə nələr edəcəyəm”- dedilər. Ev-eşiyimizə, var-dövlətimizə yiyə çıxdılar, bizi pərsəng saldılar, qəbirlərimizi girov qaldı, bala! Biz necə qayıdacağıq həmən yerlərə, bu beləcə nə vaxta qədər qala bilər? Onların havadarları- ilana zəhər verən kərtənkələlər çoxdur, gözümüzün içinə baxa-baxa silahlandırdılar, bu nankorlar isə etdiklərinin cəzasını görmədikcə həyasızlaşdılar. Onlar üçün uydurulan yalanlarlara inanıb ömrü boyu xəyallarında qurduqları “Böyük Ermənistan” sevdası ilə yol getdilər, həqiqəti deyən azsayda özününkülərini daşqalaq etdilər. Dünya malı üçün şeytana yoldaş olan alimləri, siyasətçiləri onları qəflət yuxusundan ayıltmaq əvəzinə, zəhər üstündən zəhər içizdirdilər, guya ki, dünyada hərşeydən üstün bildikləri xalqı qaynar qazanın içinə atdılar. Xalq bu yalanların içində çırpınır. İndi görərsiniz, bala, “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstündə qalar, ayranı ayranlıq olacaq”. Bu bədbəxt xalq nə zamansa ayılacaq, hesab-kitab soracaq, amma onda gec olacaq, çox gec. İlahi, sən özün bu işləri yoluna qoy!- dedi və susdu. Süzülən çaylar soyumuşdu. Gülüş nənə ağlayırdı. Bibilərim bikef idi. Mən əmim Malikə “Balik” deyirdim. Balikin də gözləri dolmuşdu. Babamgil ailəliklə 2 il bizim evdə qaldı. Sonra Bakıxanov qəsəbəsində ev aldılar. Babam Ələyəzdəki evi bir erməni ilə dəyişmək istədi. Ona görə bir neçə adamla guya ki, sülh yaratmaq üçün bölgədə peyda olan rus ordusunun bir qrup hərbçisinin müşayiəti ilə Ələyəzə gedən və bir həftədən sonra qayıdan babam heç nə əldə edə bilmədiyini söyləyir. Babamdan Ələyəz haqqında qalan son xatirə isə bunlardır və onları tez-tez xatırlayıram: “Biz rus tanklarının müşayiət etdiyi hərbi maşınlarla Dərələyəzə gedirdik. Bu vəziyyətdə getməyimizdən o qədər təsirlənmişdim ki, daha ev filan da gözümdə deyildi. Sadəcə son dəfə doğma yurdun havasını alım, doyunca bir də baxım deyə, özümə təsəlli verirdim. Beləcə gəlib Ələyəzə çatdıq. Əli avtomatlı rus əsgərləri bizi məktəbin qabağına apardı. Bacım Qəmzənin evi məktəbə yaxın idi. Boş olduğunu bilə-bilə onların həyətinə boylandım. Ağ pişik həyətdəki qoz ağacının dibindəcə oturub naməlum bir nöqtəyə baxırdı. Sanki diksindim və üzümü döndərdim. Növbə mənə çatdı, mən, bir rus əsgərinin müşaiyəti ilə həyətimizə tərəf getdim. Uzaqdan evin qapısının açıq olduğunu gördüm. Düşündüm ki, “xaraba qalsın”- deyə bir söz varmış ha, bax, o səhnə bu imiş. Sarı inək həyətin ortasında dayanıb, hərdən açıq qapıya tərəf boynunu uzadıb mələyirdi. İlahi, bu türkürpədən mənzərə məni niyə orada öldürmədi?! Necə oldu ki, sağ qaldım?! Mənim də ürəyim daşdanmış ha! Qayıtdım. Məktəbin həyətinə döndüm. Sonra məndən nə soruşdular bilmirəm, ağzımdan təkcə bir söz çıxdı: Nə satmıram, nə də dəyişmirəm.
O yadıma gəlir ki, kəndimizə etdiyi sonuncu səfərdən sonra babam evə qapandı. Yanına gələnlərə, qaçqın düşmüş elinə isə “mən gördüyümü gördüm”-deyirdi. Daha babamın həyətdəki armud ağacının altında oturub kitab oxuduğunu da görmədim. Bir müddət sonra o, dünyasını dəyişdi.
Onu Mehdiabad qəbiristanlığında dəfn etdilər. İllər keçəcək və cavan yaşında qəfil vəfat edən atam babama əbədi qonşu olmaq üçün onun yanına köçəcək.

Könül Həsənova,
filologiya üzrə fəlsəfə doktoru, dosent
ADPU – Filologiya fakültəsinin dekanı
8-08-2024, 18:27
Yaxşıların önündəki  Məryəm Gəncəliyeva


Yaxşıların önündəki Məryəm Gəncəliyeva

Məryəm Gəncəliyevanın özündən duymuşam. Deyir ki, dünyanın bəzəyi insandır. İnsan oğlu dünyaya gəlişi ilə bəşəriyyətə bir düzən verir. Bu düzəndə xoşbəxtlik də var, firavanlıq da, sevinc də. Ən önəmlisi elinə, obasına, Vətəninə bağlı olmaq, onu sevərək yaşamaqdır.
Məryəm xanım, vətəni sevərək yaşamaq bir başqa, sevdirərək yaşamaq bambaşqa. Siz vətənimizi həm sevmisiniz, həm də sevdirmisiniz. O mübarək ömrünüzün yaşanmış illəri ərzində müəllim auditoriyanızdan keçən minlərlə şagirdinizin, 10 minlərlə övladlarımızın ruhuna vətən sevgisini, anamızın dilinin şirinliyini, şəhdi-şirəsini hopdurmusunuz.
“Bütöv Azərbaycan” qəzetinin səhifələrində çap etdirdiyiniz yazılarınızla, ayrı-ayrı insanlara olan sevgidolu münasibətinizlə təsdiqləyirsiniz ki, doğrudan da dünyanın əşrəfi insandır. Yaxşı ki yaxşıların önündəki Məryəm Gəncəliyevanı tanımışam. O Məryəm Gəncəliyevanı ki, hər kəsin xoş gününə sevinər, kədərilə kədərlənər.
Əziz Məryəm xanım, sizi- şərəfli müəllim peşəsinə ləyaqətlə xidmət edən bacımızı doğum gününüz münasibətilə təbrik edirəm. Arzularınızdan döğan bütün arzularınızın çin olmasını arzulayıram. Bir də arzu edirəm ki, 36 ildir həsrətini çəkdiyimiz Zəngəzurumuza qovuşmaq nəsibiniz olsun!

Sayğılarla: Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri
6-08-2024, 16:26
Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü


Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü

6 avqust 2024-cü il tarixdə Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində Qərbi Azərbaycandan deportasiya olunan bir qrup ziyalı ilə görüş keçirildi.
Görüşdə Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi “Əməkdar müəllim” Bilman Vəliyev çıxış edərək “Qaydış konsepsiyası” barədə ətraflı məlumat verdi.
Sonra görüşdə iştirak edənlər: Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev,Ziyalılar: Eldar Həziyev,Hikmət Ağayev,Fərhat Rzayev,Bəxtiyar Bəxtiyarov,İslam Mahmudov,Musa Kazımov,Ədilxan Mustafayev çıxış edərək Qərbi Azərbaycan İcmasının yaranma zəruriliyi və fəaliyyəti barədə öz fikirlərini bildirdilər.
Görüş geniş müzakirələr ətrafında keçirildi.


5-08-2024, 08:31
Arzu Əyyarqızının yeni kitabı işıq üzü gördü


Arzu Əyyarqızının yeni kitabı işıq üzü gördü

Arzu Əyyarqızının ''Ən müqəddəs pay kəlağay'' adlı yeni kitabı işıq üzü gördü. Kitab Mirvarid Dilbazi Poeziya Məclisinin mənəvi dəstəyi və xaricdə yaşayan Elvira Həmidlinin maddi dəstəyi ilə ''Elm və təhsil'' - nəşriyyayında nəşr olunub. Kitabın redaktoru- araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi- Güllü Eldar Tomarlı, məsləhətçi- Elvira Həmidli, rəyçi- Vüsal Sehranoğludu.
İnşallah, gənc şair Arzu Əyyarqızının kitabının təqdimatı Bakıda, sonra Cəlilabadda olacaq.
Arzu Əyyarqızının lirik dünyası onun milli ruhu, azadlıq, haqq-ədalət savaşı, sevgisi kimi saf və duyğuludur, şeirləri milli ruh nəğmələridir. Hər bənd, hər misranın çəkisi var. Gənc olsa da, müdrik düşüncələri oxucunu düşünməyə vadar edir. Çağdaş gənclərin əksəriyyətindən fərqli olaraq milli ruh, milli kimlik, milli əxlaq, milli dünyagörüş onun fkir dünyasının təməlidir. Başında, çiynində min illərdir Azərbaycan xanımlarının qürurla gəzdirdiyi, nənələrimizin mirası qədim milli baş örtüyümüz kəlağayını - abır, həya, ismət, namus, gözəllik, yaraşıq rəmzimizi bu gün ləyaqətlə gəzdirən, şeirlərində tərənnüm edən Arzu xanımın milli mənəvi dəyərlərə sayğısı sonsuzdur. Onun kəlağayı sevgisi özü, şeirləri qədər safdır.

Nə gözəl yaraşıq verirsən mənə,
Al rəngdə, butalı gözəl kəlağay.
Namusum, iffətim, başımın tacı,
Sən Odlar Yurduma özəl kəlağay.


Arzu xanım adını tariximizin şanlı səhifələrinə yazan, “Vətənin qoynuna köçən” şəhidlərin əziz və qədirbilən bacısıdır. Vətənin və onun şeirlərinin qəhrəmanları “sıldırım qayalara ayaq izləri ilə bərabər” cəsarətini, rəşadətini həkk edən ərənlərdi, dişiylə, yumruğuyla, düşmənə nifrətiylə silahlanan, keçilməzlikləri keçən igidlərdi.

Qalxıb zirvələrə sancdı bayrağı,
Əsdi qorxusundan, titrədi yağı.
Qurban hünərinə, Vətən dayağı -
Alqış bozqurduma, alqış əsgərə!

Arzu Əyyarqızı heç vaxt özündən razı deyil, özünü şair hesab etmir, ancaq onun şeirlərini oxuyan belə düşünmür, çünki onun yazdıqlarından poetik ətir var. Onun “dərdlinin dərdini bilən” və duyan lirik düşüncələri həmkarlarına “Haqqın dərgahından gələn şeirlər yazmağı” məsləhət görür. Nə olsun ki, Arzu xanım gəncdir, agıllı məsləhətin yaşı olmur. Sözün nahamar yolları gəncləri də kamilliyə doğru aparır:

Enişdi, yoxuşdu şairin yolu,
Cibləri boş olar, ürəyi dolu.
Onun var-dövləti - imzası, qolu,
Hər zaman tox olar gözü şairin.


O, “dünya vecinə olmayanları” sözünün qamçısı ilə tərbiyə etməyə çalışır. Ən yaxşı tərbiyə metodu söz olsa da, ilahi sözü anlamayanlara hərdən mənəvi qamçı da göstərmək lazımdır. Şair xanım “günahlar içində gərdiş edənlərə, nankora, nadana quyruq bulayan”lara xəbərdarlıq edir ki, “həyat bumeranqdır, çıxacaq qarşına etdiyin hər iş”.

Xor nəfsinə yenik düşmə,
Şeytanlara satar səni.

Arzu Əyyarqızı bu dünyadan, bəşər övladlarından, mənəvi dünyamızdan narahat, Türk qızıdır, xanımıdır, qələmlə silahlanıb eybəcərliklərlə, tamahının köləsinə çevrilənlərlə savaşan söz döyüşçüsüdür. Hər şeirində heç olmasa bir misra ilə incə-incə həssas məqamları vurgulayır:

Anlaqlılar susub, xəyala dalıb,
Qanmazlar məclisin başını seçir.

Varlı kimi görünürük,
Haqqımızı sata-sata.


Arzu Əyyarqızının lirik qəhrəmanının sevgi hissləri də özü kimi təvəzökardı. Həm də, çox şey istəmir, “gözü toxdu”. Yazır ki, “gözlərin gözümü, izlərin izimi, sözlərim sözümü sevsə bəsimdir”. Nəhayət istəyinin mənəvi zirvəsi lap ucadır:

Olsan da səbəbkar saçımda dənə,
Gəl, al ürəyimi verirəm sənə.
Nəfəsin, varlığın yetərdi mənə,
Ürəyin özümü sevsə bəsimdir.


Uğurlu söz adamını söz yaşadır və yaşadacaq. Arzu xanım da buna əmindi. Çünki sözün xidmətində vicdanla dayanıb. Nə olsun ki, zamanın ən ağır şələsi - söz və fikir yükü belindədi, yorulmur, usanmır, qələminə müraciəti qəlbinin hökmüdür: “haqsızlığın kəs bağrını, ədalətin hakimi ol, yaz, qələmim, yaz doğrunu, Vicdanıma salma ləkə, təriflərə etmə meyil, Haqqı qoru, Haqqa əyil!”.
Arzu Əyyarqızının söz, fikr, düşüncə dünyasının leytmotivi budur!
Mən hər şeirə poeziya demirəm. Arzu xanımın “Ruhum içir göz yaşımı” şeiri ilahi dərdin poeziyasıdır!

GÜLLÜ ELDAR TOMARLI
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
şəxsi “KəlağayıMuzeyi”nin direktoru,
AYB və AAB-nin üzvü
30-07-2024, 17:46
Şair Elman Tovuz vəfat etdi


[b]Şair Elman Tovuz vəfat etdi[/b]

Şair Elman Tovuz dünyasını dəyişib.
Bu barədə məlumatı mərhumun dostu Ehtiram İlham social şəbəkədə paylaşıb.
Xatırladaq ki, 1997-ci ildən yatağa düşən mərhum şair uzun müddətdir əlil arabasına məhkim idi və ağır xəstəlikdən əziyyət çəkirdi.
Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət kəndində doğulub. 1984-cü idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) bitirib. 1998-ci ilədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan əlil arabasına məhkum idi.
Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir.
Allah rəhmət eləsin.
28-07-2024, 14:49
Misir müəllimi təbrik edirik!

Misir müəllimi təbrik edirik!

Zəngəzur Mahalının dəyərli övladlarından birinin- Misir Aslanovun doğum günüdür. Misir müəllim həmkəndlimiz və qohumumuz olsa da, 1988-ci ildən el-obamızdan ayrı düşdüyümüzə görə çox da yaxınlığımız olmamışdı. İnsan övladı da bir-birinə yaxınlaşmadıqca, yol yoldaşı olub, ünsiyyətə girmədikcə bir- birini yaxşı tanımaz, təsəvvvürü ağızdan qulağa olar. Eşitdiyindən, duyduğundan formalaşar. Biz də Misir müəllimlə yalnız xeyirdə, şərdə görüşər, ötəri hal-əhval tutardıq. Sözün düzü bir oxşar xasiyyətimiz var ki, heç birimiz insanların vəzifəsi, ictimai mövqeyi, nə işlə məşğul olması ilə maraqlanmarıq. Adamdısa, adamdı, adam deyilsə, hansı vəzifədə olursa olsun, fərq etməz.

Sözü uzatmadan demək istəyirəm ki, Misir Aslanovu keçən il “ZƏKA PRİNT” MMC-nin təşkilatçılığı ilə Caspian Plaza Biznes mərkəzində keçirilən “Dəyərli müəlliflərlə görüş”də daha yaxından, daha yaxşı tanıdım. Tanımaqla bərabər belə bir eloğlum olduğuna qürurlandım. Həmin görüşdə media rəhbərləri, ali təhsil ocaqlarının nümayəndələri, ziyalılar və onun nəşriyyatı ilə əməkdaşlıq edən müəlliflər iştirak edirdilər. Şəhid, qazi və aztəminatlı ailələrin övladları da tədbirə dəvət olunanlar sırasında idilər. “ZƏKA PRİNT” nəşriyyatının direktoru Misir Aslanov qonaqları salamladıqdan sonra qeyd etdi ki, biz bu gün təkcə dəyərli müəlliflərimizlə görüşmürük. Bu fürsətdən istifadə edib, həm də Qarabağımızı düşmən işğalından azad edən qazilərimizlə, Şəhid ailələri ilə və o zümrədən olan övladlarla görüşürük. Bu tədbir əslində Şəhidlərimizə ehtiramımızı bildirmək üçün bir vəsilədir.
Misir müəllim “ZƏKA PRİNT” MMC-nin xüsusi qonaqları olan gül balalara-Şəhid övladlarına, imkansız ailələrin məktəblilərinə hədiyyələr verərək onlara elm yolunda, təhsildə uğurlar arzulayaraq dedi:

Qarı düşmənə qalib gəlmək üçün həm qol gücünə, həm də zəkaya ehtiyac var. Bu yolda onların ən böyük yardımçıları “ZƏKA PRİNT” MMC-nin nəşr etdiyi kitablar olacaq. Dünyamıza sülh, insanlara əmin-amanlıq, uşaqlara isə həyatda daim ağıl güclərinin qalib gəlməsini arzu edirəm. Əmin olun ki, hər zaman yanınızda olacaq, imkanımız daxilində lazım olan ehtiyaclarınızı qarşılayacağıq.
Sonra məktəblilərə içi kitabla dolu çantalar hədiyyə edildi, uşaqların şərəfinə hazırlanmış tort kəsildi. Aslan Bayramov, Nahid Canbaxışlı, Məzahir Məmmədov, Tural Turan, Emil Rasimoğlu Misir Aslanova uşaqları sevindirdiyi üçün, bu gözəl addıma görə təşəkkürlərini bildirdilər.
Bir sözlə, bu balaca auditoriyada böyük ürək döyüntüləri, bu tədbirdəki mənzərə, kontingentin rəngarəngliyi, arzuların böyüklüyü məni həm duyğulandırdı, həm də qürurlandırdı. Əmin oldum ki, Qarabağ uğrunda qan töküb torpaqlarımızı düşmən tapdağından azad edənlərin övladları, varislərilə Bütöv Azərbaycan yolçuluğumuz uğurla başa çatacaq.

Misir Aslanov isə “ZƏKA PRİNT”in zəkası ilə əqidədaşımız, yol yoldaşımız olacaq. Odur ki, Misir müəllimi “Bütöv Azərbaycan” qəzetinin yaradıcı kollektivi və Hərbi Jurnalistlər Birliyinin İdarə Heyəti adından təbrik edir, ona sağlam ömür, ailəsinə səadət, övladlarına xoş gələcək və bu nəcib işlərində uğurlar arzulayıram. Hörmətlə: Tamxil Ziyəddinoğlu
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!