Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 8-10-2015, 14:18
BMT Prezident İlham Əliyevi mükafatlandırmaqla onun islahatçı lider olduğunu təsdiq etdi


Butov.az Azərbaycan qəzetinə istinadən xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qətiyyətlə reallaşdırdığı dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində gördüyü böyük işlərə görə sentyabrın 26-da Nyu-Yorkda “Cənub-Cənub” mükafatı ilə təltif olunub.

Mükafat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün “Cənub-Cənub” İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, “Cənub-Cənub” Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və BMT-yə üzv bir sıra dövlətlər, agentliklər və fondlar tərəfindən təsis edilmiş və əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.
Bu baxımdan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin son illər bütün istiqamətlərdə gördüyü işlər, əldə etdiyi nailiyyətlər BMT-nin diqqət mərkəzindən kənarda qala bilməzdi. Xalqla iqtidar arasındakı qırılmaz bağlılığın mövcudluğu, ölkədə ictimai-siyasi vəziyyətin sabitliyi, iqtisadiyyatımızın sürətli inkişafı və şaxələndirilməsi genişmiqyaslı uğurlara imza atmağa zəmin yaratdı. Yaxın Şərqdə siyasi və hərbi vəziyyətin kulminasiya nöqtəsinə çatması, Avropanı cənginə alan islamofobiya və mühacirlərə qarşı faşist əhval-ruhiyyəsinin qızışması, MDB ölkələri arasında davam edən uzunmüddətli lokal münaqişələr dünyada sülhə gedən yolun səngərlərdən və sonu görünməyən müharibələrdən keçdiyini göstərir. Lakin ölkəmiz bütün bu gərginliklərdən Prezident İlham Əliyevin müdrik siyasəti və uzaqgörənliyi nəticəsində yan keçə bilir. “Rəngli” inqilablardan iflic olan ölkələrdən fərqli olaraq, Azərbaycan uğurla inkişaf edir, nəhəng enerji və nəqliyyat layihələrini yerinə yetirir.
Dövlət başçısının bu yüksək mükafata layiq görülməsinin səbəblərindən biri də ölkədə yoxsulluğun minimuma endirilməsi, ərzaq təhlükəsizliyinin təminatında radikal tədbirləri həyata keçirməsidir. Yeri gəlmişkən qeyd edək ki, “Cənub-Cənub” layihəsi çərçivəsində inkişaf etməkdə olan və iqtisadiyyatı keçid dalğalarında ləngərləyən ölkələrlə inkişaf etmiş dövlətlər öz aralarında yoxsulluğun aradan qaldırılması sahəsində qazanılan təcrübə və nailiyyətləri bölüşür, bu və digər məsələlərlə bağlı konfranslar, seminarlar və sərgilər təşkil edirlər.
. Şübhəsiz ki, bu layihə planetar miqyasda mühüm əhəmiyyət kəsb edir və onun 1978-ci ildən üzü bəri “Cənub-Cənub” bayramı kimi qeyd edilməsi də təsadüfi deyil. Həmin il sentyabrın 18-də Buenos-Ayresdə BMT-nin Baş Assambleyası tərəfindən 138 dövlətin iştirakı ilə inkişaf etməkdə olan ölkələr arasında texniki əməkdaşlığın tətbiqi və inkişafı ilə bağlı fəaliyyət planı tərtib edilir. BMT bir neçə beynəlxalq qurumla birlikdə “Cənub-Cənub” adlı xüsusi mükafat təsis edir və o, yuxarıda sadalanan fəaliyyət çərçivəsində ciddi təşəbbüslər göstərən və qiymətli ideyalar təklif edən təşkilat və şəxsiyyətlərə təqdim olunur. Məlumat üçün bildirək ki, 2007-ci ildə həmin mükafat Azərbaycan Dövlət Neft Fonduna hasilat sənayesində şəffaflıq təşəbbüsünə görə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu mükafata layiq görülməsini təmin edən meyarların geniş spektrini dəqiqləşdirmək üçün ölkədə 2004-cü ildən üzü bəri reallaşdırılan 3 regional inkişaf dövlət proqramını xatırlatmaq yerinə düşər.
2004-cü ildə qəbul edilən birinci Dövlət Proqramı 5 il ərzində uğurla icra edildi. 2009-cu ildə qəbul edilən ikinci analoji proqram isə Azərbaycanda qlobal dəyişikliklərə təkan verdi. Bu gün də üçüncü Dövlət Proqramı icra olunur. Bütün bu illərin sosial-iqtisadi göstəriciləri belə deməyə əsas verir ki, Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkələrdəndir. Bu illər ərzində ÜDM-in 3,4, sənaye istehsalının 2,7 dəfə artması, ölkə iqtisadiyyatına 180 milyard dollar investisiyanın yatırılması həmin inkişafın ölçülərini təyin edir.
Ötən dövr ilk növbədə reallaşdırılan infrastruktur layihələri elektrik enerjisi təminatını, qazlaşdırmanı, magistral və daxili yollar, içməli su və meliorasiya tədbirlərini, aqrar sektorun yenidən qurulmasını əhatə etdi. Təkcə son 11 il ərzində 23 elektrik stansiyası istismara verildi, 64 min müəssisə yaradıldı, qazlaşdırma şəhərlərdə başa çatdırıldı. Həmin illərdə 10 min kilometrdən artıq yol çəkildi, 340 körpü salındı, bölgələrdə 6 aeroport inşa edildi və s.
“Cənub-Cənub” əməkdaşlığının diqqət mərkəzində saxladığı sahələrdən biri də su probleminin həlli ilə bağlıdır. Son illər bu sahəyə əsaslı kapital qoyuluşu ölkəmizdə dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir. Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin icrası da vaxtında başa çatdırılmışdır. Yalnız 2014-cü ildə Dünya Bankının krediti hesabına respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, 10 rayonda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri yekunlaşmışdır. 32 rayonun 223 yaşayış məntəqəsində əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250, ümumilikdə isə 305 subartezian quyuları da bu dövrdə qazılmışdır.
2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi bütünlükdə aqrar sektorda çalışan on minlərlə insanı səfərbərliyə almışdır. İndiyədək ölkənin aqrar sektorunun inkişafına təkan verən saysız-hesabsız tədbirlər həyata keçirilmişdir. Məhz həmin tədbirlər sayəsində bu gün bir çox ərzaq məhsullarına olan tələbatımız yerli istehsal hesabına ödənilir. Amma bu sahədə görüləcək işlər də çoxdur və artıq onların icrasına start verilmişdir. “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması hesabına Xızı və Siyəzən rayonlarında yeni istifadəyə veriləcək 9378 hektar sahədə iri kənd təsərrüfatı müəssisələri yaradılacaq. Şabran rayonunda 20 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün ümumi su tutumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının, Şəmkirçay su anbarı zonasında isə əkin sahələrini suvarma suyu ilə təmin edəcək magistral kanalların tikintisinin sona çatması da uzaqda deyil. Bunlardan savayı, 34 şəhər və rayonun 241 yaşayış məntəqəsinin əkin sahələrinin suvarılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 300 subartezian quyusu qazılacaq.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə də böyük layihələr həyata keçirilmişdir. Belə ki, ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunmuşdur.
2014-cü ildə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olmuşdur. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılmışdır. Kəmərlə ötürülən suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə hesablanmışdır.
Düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin də içməli su problemi həllini tapmışdır. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, eləcə də Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilmişdir. Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də ümumilikdə 35 min nəfərin su təminatı yaxşılaşmışdır. Həmçinin Şirvan şəhərinin yeni yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilmişdir.
Sadaladıqlarımız Azərbaycan Prezidenti İlham Əliyevin “Cənub-Cənub” əməkdaşlığının tələbləri çərçivəsində gördüyü işlərin kiçik bir hissəsidir. Geniş rakursdan yanaşanda bu işlərin miqyası heyrətamiz dərəcədə zəngindir və onlar, həqiqətən, ən yüksək beynəlxalq mükafata layiqdir.


Butov.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!