5-09-2017, 12:43
Butov.az xəbər verir ki, sentyabrın 4-dən 10-dək Seul şəhərində (Koreya Respublikası) “Qeyri-müəyyənlik dövründə təhlükəsizlik sahəsində əməkdaşlığa baxış” mövzusunda Seul Müdafiə Dialoqu keçirilir.
5-09-2017, 12:39
Gürcüstan hakimiyyəti Qafqaz İnstitunun direktor müavini Sergey Minasyanı arzuolunmaz şəxs elan edərək, onun Ermənistanın bu ölkədəki səfiri təyin edilməsindən təkidlə imtina edib.
5-09-2017, 12:17
Sentyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
5-09-2017, 12:10
Ermənistan Dağlıq Qarabağ ərazisində silah istehsalı ilə məşğul olan müəssisələr yaradır.
5-09-2017, 11:18
Butov.az xəbər verir ki, Səyyar ASAN qatar 5 – 19 sentyabr Horadiz şəhərində, səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 6 – 20 sentyabr Hacıqabul şəhəri və Abşeron rayonunun Güzdək qəsəbəsində, 6 – 25 sentyabr Göyçay şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
5-09-2017, 11:15
Butov.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2017-ci il tarixədək 84.650.521,36 AZN, 212.873,88 ABŞ dolları, 8336,0 avro və 5000,0 rubl vəsait daxil olub.
5-09-2017, 11:09
Çinarlı kəndində böyükdən kiçiyə kimi hamı sevinirdi. Cəbhədən əsgər qayıtmışdı. Dörd ildən yuxarı olan müddətdə kəndə sağ və salamat qayıdıb gələn birinci əsgər idi. Bu qaranquş Ömər idi.
5-09-2017, 10:57
Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Güney Azərbaycanın Kəleybər şəhərində meşə zolağında ağaclar yandırılıb.
5-09-2017, 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 107 dəfə pozub.
4-09-2017, 19:07
Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatında iştirak edən milli komandamız dünən gecə vətənə qayıtdı. Mundialda komandamızın əldə etdiyi nəticəni ümumilikdə uğurlu hesab etmək olar. Belə ki, ilk dəfə kişilərdən ibarət millimiz bu idman yarışında ikidən artıq medal qazandı. Baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə tatami ustalarımız Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə etdilər. 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov isə komanda yoldaşı Elxan Məmmədova qalib gələrək çıxışını fəxri kürsünün üçüncü pilləsində başa vurdu. Bəli, rekordumuz təzələndi, yeni tarix yazıldı. Fərhad müəllim və onun yetirmələri bunu bacardılar.