İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 11-04-2014, 12:32

 

 

 

İnformasiya təhlükəsizliyi sahəsinin "ən yaxşı"ları elan olundu

 

Butov.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində keçirilən “Capture The Flag” müsabiqəsinin final mərasimi reallaşıb.

            RYTN nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi, Yüksək Texnologiyalar Parkı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, R.I.S.K və “Delta Telecom” şirkətlərinin də dəstək olduğu bu dəfəki müsabiqə informasiya təhlükəsizliyi mövzusunda olub.

             “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev bu dəfəki yarışma ilə bağlı ətraflı məlumatın əks olunduğu xüsusi təqdimatla çıxış edib. O bildirib ki, müsabiqə iştirakçıları qeyd olunan mövzularda təcrübələrini sınaqdan keçiriblər. Həmin mövzular aşağıdakılardır:

            5 komanda rəqiblərindən fərqlənərək qaliblər siyahısına düşməyə haqq qazanıb. R. Əliyev həmçinin, bu müsabiqənin “Hackathon Azerbaijan” çərçivəsində keçirilən sayca 7-ci müsabiqə olduğunu diqqətə çatdırıb.

 

            Daha sonra çıxış edən  Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potensialının artırılmasıdır.

           Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov bu sahənin aktuallığından və kadr potensialının artırılmasında bu kimi tədbirlərin böyük əhəmiyyət kəsb etməsindən söhbət açıb. F.Fərmanov bildirib ki, təmsil etdiyi qurum bu sahədə yüksək potensiala malik gənclərin üzə çıxarılmasında hər zaman maraqlıdır.

 

 

 

 

            Daha sonra çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqının nümayəndəsi Cəmil Hüseynov müsabiqənin əhəmiyyətini və gənclərin bu sahədəki aktivliyini yüksək qiymətləndirib.

            Müsabiqənin sponsoru olan "R.İ.S.K" şirkətinin nümayəndəsi Rövşən Əkbərov bu layihənin həm də gənc istedadların tanınmasında böyük rol oynadığını qeyd edib."Delta Telecom" rəsmisi Atəş Rzayev də daha öncəki çıxışlarla həmrəy olduğunu ifadə edərək, “Hackathon Azerbaijan” komandasına bundan sonra da uğurlar arzu edib. O bildirib ki, təmsil etdiyi qurum belə tədbirlərə hər zaman dəstək olmaq niyyətindədir.

      Daha sonra müsabiqə qalibləri təltif ediliblər.

Qalib komanda - Arif Şəmistanlı, Ramal Həcətalıyev, Emin Quliyev

II yer, Elxan Sadıqlı, Ozan Uçar, Üzeyir Hüseynov

III yer, Etibar Quluzadə, Ceyhun İsmayılzadə, Mehman Cahangirov

IV yer, Fərid Əhmədov, Kənan Əliyev

 

V yer, Tağı Əliyev, Elbəy Əliyev



Paylaş



Bölmə: Xəbər / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!