"Neftçi" klubu yeni formalarını təqdim edib. Bu barədə klub sosial şəbəkə hesabında video paylaşıb. Formalar istehsalçı firma tərəfindən xüsusi olaraq "Neftçi" üçün dizayn edilib. Qeyd edək ki, yeni formalar ənənəvi ağ-qara, sarı və sarı-qara rənglərdə olacaq.
İran Premyer Liqasında Güney Azərbaycanı təmsil edən “Traktor” futbol klubu Tehranın “İstiqlal” komandası ilə qarşılaşıb. Prinsipial qarşılaşma "Azadi" stadionunda baş tutub. Oyundan öncə Tehran rejimi təbrizli azerkeşlərin sayını azaltmaq üçün müəyyən maneələr yaratmaqla 100 min nəfərlik stadiona yalnız 1500 azərbaycanlı azerkeşin buraxılmasına icazə verib. Azərbaycanlı azerkeşlər stadiona gedən yolda "Dağların başı dumandı", "Tehran Azərbaycandır", "Hədəfimiz bir olsun, qartal qəhrəman olsun", “Azərbaycan var olsun, istəməyən kor olsun” və “Azadlıq, ədalət və milli hökumət şüarlarını səsləndiriblər. Digər maraqlı hadisə isə oyun zamanı yaşanıb. Belə ki, “Traktor” azerkeşləri bozqurd işarəsi göstərərək Azərbaycan bayrağını dalğalandırıblar.
Güləşçimiz erməni rəqibinə qalib gələrək finala yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşünə çıxıb. 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib. 51 kq-da yer alan Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totokla bacarmayıb - 0:5.
Növbəti dünya çempionatında oynayacağımı düşünmürəm - Messi
Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq fikrində olmadığını təsdiqləyib. Bu barədə Argentina mətbuatı məlumat yayıb. "Növbəti dünya çempionatında oynayacağımı düşünmürəm. Bu barədə fikrim dəyişməyib. Çempionata baxmaq istəyirəm, amma oynamağa hazırlaşmıram. Dünya çempionatında qalib gəldikdən sonra karyeramdan və onun gedişatından razıyam. Bu, mənim üçün çox vacibdir", - məşhur futbolçu bildirib. Qeyd edək ki, 2026-cı ildə futbol üzrə dünya çempionatına ABŞ, Kanada və Meksika birlikdə ev sahibliyi edəcək.
Azərbaycan veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıblar. Federasiyadan verilən məlumata görə, ikinci yarış günündə M3 və M4 yaş kateqoriyası üzrə 15 idmançı mübarizə aparıb. M3 yaş kateqoriyasında Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. M3 yaş kateqoriyası üzrə Ceyhun Hüseynov (81 kq) və Ramil Muradov (100 kq), M4 yaş kateqoriyası üzrə isə Mahir Ağamirzəyev (90 kq) və Emil Hüseynov (100 kq) 5-ci yeri tutublar
Lionel Messini heyətinə qata bilməyən “Barselona”nın yeni hədəfi bəlli olub. İspaniya nəhəngi Neymarı geri qaytarmağa qərar verib. PSJ-nin braziliyalı ulduzunun keçidində əsas problem onun maaşının yüksək olmasıdır. PSJ də transfer üçün böyük məbləğ tələb edə bilər. Qeyd edək ki, PSJ-dən ayrıldıqdan sonra azad agent olan Messi “İnter Mayami”yə keçəcəyini açıqlayıb.
Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaq
Azərbaycan idmanı tarixində ilk yaşanacaq. Erməni işğalçılardan azad edilən Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaq. Bu ilkə kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu imza atacaq. Cəmi 1 il öncə yaradılan və ilk mövsümündə Azərbaycan çempionatının, həmçinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin gümüş mükafatçısı 2023/24 mövsümündə avrokuboklarda debüt edəcək. “Xarı Bülbül Şuşa” “Çağırış kuboku”nda mübarizə aparacaq. Şuşalıların yarışda iştirakı ilə bağlı Avropa Voleybol Konfederasiyasına sifariş göndərilib. Bu, yeni mövsümdə ölkəmizi təmsil edəcək yeganə komanda olacaq.
Bişkekdə keçirilən yarışda güləşçilərimiz 4 medal qazandı
Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsi başa çatıb. Yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb. Onlardan dördü mükafatçılar sırasında yer alıb. Turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Cəbrayıl Qadjiyev təsnifat mərhələsində misirli Amr Hussen (3:2), səkkizdəbir finalda isə Bəhreyni təmsil edən Maqomedrasul Asluevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub. Yığmamızın üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb. Tacikistanlı Maqomet Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən, (3:3) qələbə qazanan güləşçimiz finala adlayıb. Bu çəki dərəcəsində mübarizə aparan digər güləşçilərimiz mübarizəyə səkkizdəbir finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Xadjimurad Qadjiyev isə qazaxıstanlı Darxan Yessengali (10:0) üzərində böyük hesablı qələbə əldə ediblər. T.Bayramov dörddəbir finalda türk Olimpiya və ikiqat dünya üçüncüsü, üçqat Avropa çempionu Soner Demirtaşı 10:5 hesabıyla, X.Qadjiyev isə monqolustanlı Suldxuu Olonbayarı tam üstünlüklə məğlub edərək yarımfinala yüksəliblər. Finalın bir addımlığında yığmamızın üzvləri üz-üzə gəliblər. Komanda yoldaşına 7:4 hesabı ilə qalib gələn T.Bayramov finalda iştirak hüququ qazanıb. Xadjimurad Qadjiyev bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabı ilə məğub edərək üçüncü yeri tutub. Finalda isə Turan Bayramov və Cəbrayıl Qadjiyev güləşiblər. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan T.Bayramov qızıl, C.Qadjiyev isə gümüş medal qazanıblar. Millimizin üzvü Abubakr Abakarov (86 kq) ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. A.Abakarov dörddəbir finalda qırğızıstanlı Nurtilek Karipbayevi 5:0 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Güləşçimiz qazaxıstanlı Azamat Dauletboku da (3:2) məyus edərək finala yüksəlib. Ancaq A.Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Maqomed Şaripovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib. Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.
“Real Madrid” klubu daha bir futbolçu ilə yollarını ayırdı
İspaniyanın "Real Madrid" klubu daha bir futbolçusu ilə vidalaşıb. Eden Hazarla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Belçikalı oyunçunun "Real Madrid" ilə müqaviləsi 2024-cü ilin iyununa qədər qüvvədə idi. Hazard klubun müqaviləni ləğv etmək təşəbbüsünü dəstəkləyib. "The Athletic"in məlumatına görə, 32 yaşlı futbolçu karyerasını başa vurmağı düşünür. Hazard, Madrid təmsilçisi ilə 4 mövsümdə heç vaxt "El Klassiko"a iştirak etmədən 7 qol vurub. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 10 oyun keçirib, 2 qol ötürməsi verib. Futbolçu Madrid təmsilçisində oynadığı müddətdə tez-tez zədələnib. Qeyd edək ki, "Real Madrid" dünən Marko Asensio və Mariano Diasla da yollarını ayırdığını açıqlayıb.
PSJ Messiylə yollarını ayırdığını rəsmi olaraq açıqladı
Fransanın PSJ futbol klubu argentinalı hücumçu Lionel Messi ilə yollarını ayıracağını rəsmən açıqlayıb. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. O, bu mövsümün sonunda komandanı tərk edəcək. Messinin karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil. “Fransa paytaxtında keçirdiyi iki mövsümdən sonra Lionel Messinin PSJ-dəki macərası başa çatacaq. Klub Leoya gələcək karyerasında daha böyük uğurlar arzulayır. Klub PSJ ilə iki liqa titulunu da qazanan Qızıl topun yeddiqat qalibinə səmimi təşəkkürünü bildirir", - açıqlamada deyilir. Argentinalı futboçu PSJ ilə iki mövsümdə 57 liqa oyununda iştirak edib, 22 qol vurub və 30 məhsuldar ötürmə edib.