Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
27-08-2024, 21:32
Ermənistanın silahlandırılması təhdid mənbəyidir


Ermənistanın silahlandırılması təhdid mənbəyidir

Azərbaycan ilə Türkiyənin mövqeyi vahiddir, birdir. Qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz davam edəcək. Ölkələrimizin bu siyasəti bölgəmizə sülh, əmin-amanlıq və sabitlik gətirəcək.
Bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Ermənistanla danışıqlar prosesinə nəzər salan Azərbaycanın XİN başçısı bildirib ki, sülh prosesinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarıdır.
Nazir son zamanlar regionda müşahidə olunan narahatedici tendensiyaya da nəzər salıb: “Ermənistan surətlə silahlanır və bu prosesə töhfə verən üçüncü ölkələr var. Bu çox yanlış siyasət bölgəmiz üçün əlavə təhdid mənbəyidir”.
Ceyhun Bayramov vurğulayıb ki, rəsmi Bakı bütün prosesləri diqqətlə izləyir və addımlarını Türkiyə ilə koordinasiya edir.
27-08-2024, 20:35
Hakan Fidan Azərbaycana dəvət edildi


Hakan Fidan Azərbaycana dəvət edildi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı Azərbaycana səfərə dəvət edib.
O, bu barədə həmkarı ilə Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
Ceyhun Bayramov Hakan Fidanla görüşünün faydalı olduğunu, müzakirələrin yaxın zamanda müsbət nəticə verəcəyinə inandığını qeyd edib.
27-08-2024, 20:17
XİN başçıları nələri müzakirə etdi


XİN başçıları nələri müzakirə etdi

Türkiyə və Azərbaycan XİN rəhbərləri Azərbaycan və Ermənistan arasındaki normallaşma prosesini müzakirə edib.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə bundan sonra da bölgədə sülhün bərqərar olması üçün birgə addımlar atacaq.
27-08-2024, 18:53
MSK-nın bugünkü iclasında nələr müzakirə edildi?


MSK-nın bugünkü iclasında nələr müzakirə edildi?

Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın avqustun 22-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd barədə məlumatın seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməsi məsələsinə baxılıb. Bildirilib ki, sözügedən seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Qara oğlu Yaqublu cari il avqustun 25-də yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Eyni zamanda, diqqətə çatdırılıb ki, seçki bülletenləri qanunvericilikdə nəzərdə tutulan müddətdə çap olunaraq seçki dairələrinin dairə seçki komissiyalarına çatdırılıb. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə əsasən, yuxarıda göstərilənlərə dair müvafiq məlumatın seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhəsində yerləşdirilməsinə qərar verib və qərarın icrası 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin dairə seçki komissiyasına həvalə olunub.
İclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə də baxılıb. Beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvlərinin geniş müzakirəsi nəticəsində, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müraciətlə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq qərar qəbul edilib.
İclasın sonunda, həmçinin cari məsələlərə baxılıb.
27-08-2024, 17:46
Quru Qoşunlarında döyüş atışlı məşğələlər keçirilir


Quru Qoşunlarında döyüş atışlı məşğələlər keçirilir

Quru Qoşunlarında minaatan və qumbaraatan heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
27-08-2024, 17:38
“Komandam oyuna pis hazırlaşmayıb" - Qurban Qurbanov


“Komandam oyuna pis hazırlaşmayıb" - Qurban Qurbanov

“Komandam oyuna pis hazırlaşmayıb. Demək olar ki, hər şey qaydasındadır”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis ilk matçdakı məğlubiyyətə baxmayaraq, mərhələni keçəcəklərinə inamın böyük olduğunu bildirib: “Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.
27-08-2024, 17:30
Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi


Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi[/size]

Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.
Bu məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiq ediblər.
F. Osmanov bu təyinata qədər 2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
F. Osmanov həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.
O, 2005-ci ildən AMB-nin İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.
2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

27-08-2024, 17:18
Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdi


Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdi

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 28-dən Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi”nədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, məhdudiyyətlə əlaqədar 29 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti alternativ olaraq Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə və Akim Abbasov küçələri ilə təşkil ediləcək.
27-08-2024, 16:51
MİQ-in II turuna kimlər buraxılacaq? - İnsan Resursları Mərkəzi açıqladı


MİQ-in II turuna kimlər buraxılacaq? - İnsan Resursları Mərkəzi açıqladı

Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzi dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrini açıqlayıb.
Bildirlib ki, 14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4658 nəfər uğur qazanıb.
Müsahibələrdə uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Qeyd edilib ki, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Bəs müsahibə mərhələsinə buraxılmayan imtahan iştirakçıları üçün müddətli müqavilə ilə vakansiya seçimi (II tur) nə vaxt aparılacaq?
İnsan Resursları Mərkəzinun bu suala cavabı belə olub:
“Yaxın günlərdə müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək”.
Mərkəzdən o da bildirilib ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər müddətli müqavilə ilə vakant yerlərin seçiminə buraxılacaqlar.
27-08-2024, 16:43
Putin Mehriban Əliyevanı təbrik etdi


Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu gəlib. Məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Siz haqlı olaraq həmvətənləriniz arasında və xaricdə yüksək nüfuza maliksiniz.
Rusiyada Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığa şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Bu yaxınlarda Bakıda keçirdiyimiz görüşü məmnunluqla xatırlayıram. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!