İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Sabirabadda 18 yaşlı qız su arxına düşərək boğulub. Hadisə rayonun Balakən kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini 2006-cı il təvəllüdlü Hüseynova Mədinə Niyaməddin qızı evlərinin yaxınlığından keçən su arxına düşərək boğulub. Meyit su arxından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd olunub ki, M. Hüseynova epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır.
İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar - VİDEO
Bəzi işbazlar uzun müddət istifadə edilən avtomobili rahat satmaq üçün onun yürüşünü geri çəkirlər. Belə hallara ən çox da ABŞ və Koreya bazarından satış məqsədi ilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib onun kilometrajını azaltmaqla satışa çıxarırlar. Ustalar bildiriblər ki, yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar. Ustalar hesab edirlər ki, bu cür avtomobillərin yollarda hərəkəti çox təhlükəlidir. Kilometrajı bort kompüteri ilə məşğul olan elektriklər, kompüter ustaları çəkirlər. Bəzi ölkələrdə yürüşə müdaxiləyə görə vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquqşünas Kamandar Hüseynov qeyd edib ki, bu qanunsuz bir əməldir. Amma ölkəmizdəki mövcud qanunvericilikdə belə faktlar üçün xüsusi müddəalar nəzərdə tutulmayıb. K.Hüseynov mübarizə üsullarından biri kimi texniki müayinə mərkəzlərinin olmasını təklif edir. Ətraflı süjetdə:
NATO Cənubi Qafqaz regionunda sabitliyin və ABŞ və Avropa İttifaqının (Aİ) iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyin vacibliyini vurğulayıb. Bu barədə təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Amerikanın Səsi"nin erməni xidməti ilə söhbətində danışıb. O deyib ki, NATO Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına və uzunmüddətli sülh sazişinin bağlanmasına yönəlmiş münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir. "Qafqazda sabitliyə nail olmaq üçün münasibətlərin tənzimlənməsi həm regionun, həm də NATO-nun maraqlarına uyğundur. Qafqaz NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionuna birbaşa təsir edir Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş, Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müsbət irəliləyişlərlə bağlı nikbinlik var. NATO gələcəkdə İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməyə hazırdır", - Kolomina qeyd edib.
Görünən odur ki, rəsmi ermənistanın heç bir iradəsi yoxdur. Butov.az xəbər verir ki, bu sözləri siyasi şərhçi, professor Fikrət Sadıqov Ermənistanın KTMT-dən çıxmaq niyyətinə münasibət bildirərkən deyib. Professor bildirib ki, Əgər Ermənistan hakimiyyətinin iadəsi olsaydı, KTMT-dən çoxdan çıxardı. Çoxdan əməli addımlar ataraq sübut edərdi ki, o təşkilatdan çıxır. Amma çıxmır, gah bəynat verib fəaliyyətin dondurur, gah sammitlərdə iştirak etmir. Yenə də çıxmır ki, çıxmır. Onu da qeyd edim ki, hər hansı bir təşkilata üzvlük məsələsində maliyyə xərcləri mühümdür. Çünki hər bir dövlət üzv olduğu təşkilata müəyyən üzvlük haqqı ödəməlidir. Ermənistan onu da eləmir. Artıq Rusiya Ermənistanın son qərarını bilmək istəyir. Ona görə də Qaluzin bu tələbi açıq şəkildə dilə gətirib ki, Ermənistan KTMT-dən çıxmaq istəyirsə, açıq şəkildə -rəsmən fikrini bildirsin. Eyni zamanda atacağı addımın sonrakı acı nəticələrini də fikirləşsin. Fikrət Sadıqovun fikrincə, bu artıq Ermənistana açıq-aydın təhdiddir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bu barədə qərarı partiyanın Ali Məclisi verib. Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Qeydiyyatda olan siyasi partiyalar seçkidə iştirak barədə qərar qəbul ediblər.
Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub. Meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub. İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib. Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.
Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub. Meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub. İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib. Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.
Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin cəsədi tapıldı
Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. Digər şəxs, 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Cəlilabad rayonunda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb. Cəlilabad rayonu Günəşli qazpaylayıcı stansiyadan qidalananarq Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini təchiz edən diametri 200 millimetr olan yeraltı qaz kəməri "SityNet"ə məxsus internet xətlərini çəkən podratçı tərəfindən qazıntı aparılarkən zədələnib. Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılıb. Qəzanı aradan qaldırmaq istiqamətində işlər görülür.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!