Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
29-12-2025, 16:43
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ


Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə dekabrın 30-31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
29-12-2025, 10:35
Qalib xalqın qalib idmançıları

Qalib xalqın qalib idmançıları

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, idmanın inkişafı Azərbaycanda ardıcıl və məqsədyönlü dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı çıxışında vurğuladı ki, 2025-ci il idman sahəsi üçün əlamətdar olub və bu il idmançılarımız beynəlxalq yarışlarda rekord nəticələrə imza atıblar. İl ərzində 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması idmana göstərilən diqqətin və aparılan siyasətin real nəticəsidir. Medalların sayının ötən illə müqayisədə artması isə bu sahədə görülən işlərin davamlılığını və sistemli xarakter daşıdığını təsdiqləyir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və bu siyasət çərçivəsində ölkə üzrə müasir idman infrastrukturu demək olar ki, sıfırdan qurulub. Bu gün həm paytaxtda, həm də bölgələrdə idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılıb. Cari ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatdırılıb. Bu fakt bir daha göstərir ki, regionlarda yaşayan gənclərin idmana cəlb olunması dövlət üçün prioritet məsələdir.
Dövlət başçısı çıxışında sağlam gənc nəslin formalaşdırılmasının ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Gənclərin uşaqlıqdan idmana marağının artırılması həm yüksək idman nailiyyətlərinə, həm də sağlam və fiziki cəhətdən güclü cəmiyyətin formalaşmasına zəmin yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər gəncləri idmanla daha fəal məşğul olmağa həvəsləndirir.
Prezident İlham Əliyev bildirdi ki, dövlət siyasətinin əsas məqsədlərindən biri gənclərin sağlam ruhda və vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməli, bu amillər bir-birini tamamlamalıdır. Xalqımızın nümayiş etdirdiyi həmrəylik və vətənpərvərlik, xüsusilə son illərin hadisələri fonunda, bu siyasətin nə qədər doğru olduğunu sübut edir. İdman isə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Son beş ildə bayrağımızın qalib ölkənin bayrağı kimi qaldırılması idmançılarımızın məsuliyyətini daha da artırır. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılır və bu amil onların çıxışlarına xüsusi ruh verir.
Bu il ölkəmizdə keçirilən əsas idman hadisələrindən biri kimi MDB ölkələrinin üçüncü Oyunlarınının yüksək səviyyədə təşkil olunması, Gəncə şəhərinin mərkəz seçilməsi, yarışların bir hissəsinin Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət daşıdı. Xarici qonaqlar ölkəmizin qonaqpərvərliyini, bölgələrimizin gözəlliyini və yaradılan şəraiti yüksək qiymətləndirdilər. İdmançılarımızın bu Oyunlarda komanda hesabında ikinci yerə layiq görülməsi də mühüm nailiyyət kimi dəyərləndirildi.
Dövlət başçısı çıxışında ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin keçirilməsini də xüsusi vurğuladı: “Dünyanın ən populyar idman yarışlarından birinin Bakıda təşkil olunması Azərbaycanın artan nüfuzunun və imkanlarının göstəricisidir. Turnirin dünya mediasında geniş işıqlandırılması ölkəmizin beynəlxalq arenada təqdimatına mühüm töhfə verdi.”
Prezident İlham Əliyev Formula 1 yarışlarının ölkəmizin tanıdılmasında xüsusi rol oynadığını qeyd edərək bildirdi ki, ilk Formula 1 yarışından sonra Azərbaycana gələn xarici turistlərin sayı 20 faiz artıb. Bu il keçirilən yarışa marağın böyük olması, bütün biletlərin əvvəlcədən satılması və yarışın yarım milyardlıq auditoriyaya malik olması Bakının dünya miqyasında tanınmasına xidmət edib. Şəhər yarışlarının unikallığı artıq digər ölkələrin də diqqətini cəlb edir.
Çıxışda gələcək planlardan da bəhs olunaraq bildirildi ki, ölkəmizdə yüzlərlə beynəlxalq idman yarışı keçirilib və bu ənənə davam etdiriləcək. İlk dəfə olaraq Qusarda, Şahdağ Xizək Kurortunda Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın qış idmanı xəritəsində də öz yerini tutduğunu göstərir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı bölgədə turizmin canlanmasına, minlərlə yeni iş yerinin yaradılmasına səbəb olub.
Prezident İlham Əliyev həmçinin Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini tarixi hadisə kimi qiymətləndirərək bunun ölkəmizdə idmana göstərilən diqqətin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi olduğunu bildirdi. Dövlət başçısı vurğuladı ki, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması artıq uzun illərdir davam edən gözəl ənənədir və Azərbaycanın idman şöhrətini ucaldan hər bir şəxs dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir.

Xannənə Həsənova

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin
Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri
28-12-2025, 18:10
Şuşada mövsümün İLK QARI


Şuşada mövsümün İLK QARI

Şuşa şəhərinə mövsümün ilk qarı yağıb.
Yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb. Şuşa sakinləri “Güllü bağ”da qurulan Yeni il yolkası ətrafında şəkil çəkdirib, ilk qarın sevincini yaşayıblar. Qarın yağması, xüsusilə, uşaqların sevincinə səbəb olub.

28-12-2025, 17:45
Ukraynada gedən müharibədə Şəmkir sakini həlak oldu


Ukraynada gedən müharibədə Şəmkir sakini həlak oldu

Ukraynada davam edən müharibədə Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən Şəmkir rayon sakini Qarayev Elvin Fəxrəddin oğlu həlak olub.
Bu barədə məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.
Məlumata görə, Elvin Qarayev bir müddət idi itkin düşmüş hesab olunurdu. Sonradan onun nəşinin tapıldığı bildirilir. Nəşin sabah Bakıya göndəriləcəyi, daha sonra isə Şəmkir rayonunda dəfn olunacağı qeyd olunur.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.
28-12-2025, 17:22
Polis gücləndirilmiş rejimdə xidmət aparır - FOTO


Polis gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Ölkə ərazisində, əsasən dağlıq və dağətəyi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ölkəboyu şəhər və rayonlarda, həmçinin avtomobil yollarında gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Gecə saatlarından etibarən təşkil olunan fasiləsiz xidmət zamanı digər dövlət qurumları ilə birgə yollar və yol nişanları qardan və buzdan təmizlənir, sürüşmə ehtimalı olan ərazilərə qum və duz səpilir.
Görülən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə əlaqədar daxil olan çağırışlara çevik reaksiyalar verilir, vətəndaşlara zəruri köməkliklər göstərilir.
Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.



28-12-2025, 17:10
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
28-12-2025, 16:39
"Bayraktar Kızılelma"dan ilk


"Bayraktar Kızılelma"dan ilk

"Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarəsi sınaq uçuşunu uğurla tamamlayıb.
Çorluda aparılan sınaqda "Kızılelma"nın PT3 və PT5 nömrəli prototipləri müşayiəti ilə avtonom döyüş pilotu ilə qol uçuşu icra edib.
Beləliklə, dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz döyüş təyyarəsi yaxın uçuş həyata keçirib.
28-12-2025, 16:14
Şərurda qəza - 8 kəndin qazı kəsildi


Şərurda qəza - 8 kəndin qazı kəsildi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.
Hadisə zamanı D-159-luq qaz xətti qırılıb. Təhlükəsizliklə əlaqədar rayonun Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı, Vayxır və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşandan sonra ərazidə təbii qazın verilişi təmin ediləcək.
28-12-2025, 16:04
Milli Qəhrəmanın anası vəfat etdi


Milli Qəhrəmanın anası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anası Şərqiyə Həmidova 86 yaşında dünyasını dəyişib.
Mərhum uzun müddət şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkib. Şərqiyə Həmidova bu gün Sumqayıt şəhərində dəfn olunub.
Allah rəhmət eləsin.
28-12-2025, 15:54
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi


Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Tofaş" markalı 99-KG-772 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Asif Abbaszadə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü A.Abbaszadənin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 gün inzibati qaydada həbs edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!