TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
22-11-2025, 17:43
Erməni ekspertlər Hikmət Hacıyevlə görüşdülər - FOTO


Erməni ekspertlər Hikmət Hacıyevlə görüşdülər - FOTO

21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunmuş, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub.
Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.
Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər.
Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub.
Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.

22-11-2025, 17:28
4 nəfərin ölümünə görə “Lake Hotel”in rəhbəri HƏBS EDİLDİ


4 nəfərin ölümünə görə “Lake Hotel”in rəhbəri HƏBS EDİLDİ

Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake Hotel”in işçiləri — 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başladılan cinayət işi başa çatıb.
Bu barədə baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"Cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub.
Toplanmış sübutlarla “Lake Hotel”in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.
Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
22-11-2025, 17:17
Əhməd Oruc VƏFAT ETDİ


Əhməd Oruc VƏFAT ETDİ

Bir neçə ay əvvəl fəaliyyətinə son verilmiş Azadlıq Partiyasının sədri Əhməd Oruc vəfat edib.
Bu barədə Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl Əhməd Oruc insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.
22-11-2025, 16:57
İki ay komada qalan Vətən müharibəsi iştirakçısı vəfat etdi


İki ay komada qalan Vətən müharibəsi iştirakçısı vəfat etdi

Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində yaralanan Asim Qafarov vəfat edib.
Asim Qafarov iki aya yaxın müddət ərzində komada qaldıqdan sonra dünyasını dəyişib.
O, Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, sözügedən qəzada sürücü Ceyhun Yusifov hadisə yerində həyatını itirmişdi.
22-11-2025, 16:38
İranda Hirkan meşələri yanır - Tehran yardım istəyir


İranda Hirkan meşələri yanır - Tehran yardım istəyir

İranın şimalındakı Hirkan meşələrində bir neçə gündür davam edən genişmiqyaslı yanğın nəzarətdən çıxıb. Mazandaran vilayətinin dağlıq Elit bölgəsində daha da güclənən yanğın səbəbindən rəsmi Tehran beynəlxalq ictimaiyyətə təcili yardım müraciəti edib.
"Anadolu" agentliyinin məlumatına görə, yanğının söndürülməsinə yanğınsöndürənlər, ekologiya qurumunun əməkdaşları, “Bəsic” könüllüləri və dağ xilasediciləri cəlb edilib. Lakin ərazinin çətin relyefi, güclü külək və sıx ot örtüyü alovun sürətlə yayılmasına səbəb olur. Dağlıq bölgədə helikopterlərin məhdud istifadəsi də işləri çətinləşdirir.
İranın vitse-prezidenti Mühəmməd Cəfər Qaimpenah bildirib ki, ölkə alovu nəzarət altına ala bilmir və buna görə yaxın dost ölkələrdən sürətli yardım istəyib:
“Elit bölgəsinin dağlıq relyefi yanğını öz imkanlarımızla söndürməyə imkan vermir. Digər ölkələrdən təcili dəstəyə ehtiyacımız var”..
Onun sözlərinə görə, yardım müraciəti həm mövcud yanğının lokallaşdırılması, həm də onun ətraf meşə massivlərinə yayılmasının qarşısının alınması üçün göndərilib.
22-11-2025, 16:19
Yeni Konstitusiya qəbul edilməlidir - Paşinyan çağırış etdi


Yeni Konstitusiya qəbul edilməlidir - Paşinyan çağırış etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiya qəbul edilməsinin hakimiyyətin daxili legitimliyini gücləndirmək üçün vacib olduğunu bildirib.
O, bu fikri ictimaiyyət qarşısındakı çıxışı zamanı səsləndirib.
Paşinyan deyib ki, Ermənistan beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünün qorunmasını prioritet hesab edir və yenilənmiş Konstitusiya bu istiqamətdə əsas hüquqi mexanizm rolunu oynamalıdır.
“Daxili legitimliyimizin gücləndirilməsi fundamental məsələdir və bu, yeni Konstitusiyanın qəbulunda öz əksini tapmalıdır”, – deyə o qeyd edib.
Ermənistanda Konstitusiya islahatları son aylarda geniş müzakirə mövzusuna çevrilib. Yeni sənədin hazırlanması ilə bağlı prosesin gələn il sürətlənəcəyi gözlənilir.
22-11-2025, 16:14
198 sahibkar reklama görə cəzalandırılıb - RƏSMİ


]198 sahibkar reklama görə cəzalandırılıb - RƏSMİ

Cari ilin ilk üç rübündə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin vəzifəli şəxsləri tərəfindən “Reklam haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı 278 inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Azərbaycan Dövlət Reklam Agentliyindən bildirilib ki, məhkəmələrin qəbul etdiyi qərarlara əsasən açıq məkanda reklamı olan ümumilikdə 198 fiziki və hüquqi şəxs olan sahibkara cərimə tətbiq olunub.
Bildirilib ki, qanunvericiliyin pozulması hallarının əksəriyyətini müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi də əsas pozuntu hallarındandır.
22-11-2025, 15:50
G20 sammiti başladı


G20 sammiti başladı

Cənubi Afrika Respublikasında (CAR) G20 sammiti işinə başlayıb.
Sammiti ölkə Prezidenti Siril Ramafosa açıb.
O qeyd edib ki, CAR Qlobal Cənubun və Afrikanın inkişaf prioritetlərinin G20-nin gündəliyində əks olunmasını təmin etmək istəyir.
Ramafosanın sözlərinə görə, sammitdə iştirak edən ölkələr yekun bəyannaməni razılaşdırıblar.
22-11-2025, 15:35
Sabiq prezident həbs edildi


Sabiq prezident həbs edildi

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro həbs edilib.
Dövlət çevrilişinə görə 27 il həbs cəzasına məhkum edilmiş və ev dustaqlığında hökmdən apellyasiya şikayəti verən sabiq dövlət başçısı barədə qərar verilib.
Siyasətçinin vəkili onun saxlanmasının səbəbini açıqlamayıb. Lakin adının çəkilməsini istəməyən mənbə jurnalistlərə bildirib ki, bu, onun ev dustaqlığı şəraiti ilə bağlı qabaqlayıcı tədbirdir.
Sentyabrın 12-də Braziliyanın Ali Federal Məhkəməsi Bolsonaroya 27 il 3 ay həbs cəzası verib. O, dövlət çevrilişinə cəhddə ittiham olunur. Ali Məhkəmənin beş hakimindən üçü məhkəmənin hökmünü qüvvədə saxlayıb.
22-11-2025, 15:26
Pezeşkianın qadınlarla bağlı sözləri qalmaqala səbəb oldu


Pezeşkianın qadınlarla bağlı sözləri qalmaqala səbəb oldu

Bir neçə gün öncə İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışıb.
O bildirib ki, həmin dövrdə bir çox qız tələbələr hicab taxmırdı, buna baxmayaraq, yüksək şəxsiyyət və nümunəvi davranış sərgiləyirdilər.
“İnqilabdan əvvəl - universitetdə oxuduğumuz vaxt bir çox qız tələbə hicablı deyildi, amma çox şəxsiyyətli idi. Heç bir qız özünü başqa cür göstərə bilməzdi. O vaxt kimsə onlara söz deyə və ya hörmətsizlik edə bilməzdi”, - o vurğulayıb.
Prezidentin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!