Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
15-08-2025, 18:43
Tramp Lukaşenko ilə danışıqlar apardı


Tramp Lukaşenko ilə danışıqlar apardı

ABŞ Prezidenti Donald Tramp ilə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
Tramp söhbətin təfərrüatlarını “Truth Social” sosial şəbəkəsində paylaşıb.
“Belarusun çox hörmətli Prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1 300 məhbusun azadlığa buraxılmasını da müzakirə edirik”, - o deyib.
Trampın sözlərinə görə, Lukaşenko ilə söhbət çox yaxşı keçib və Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri də müzakirə olunub.
“Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, - o əlavə edib.
15-08-2025, 18:26
Şərurlu İsfəndiyarın avtomobillərinə həbs qoyulub?


Şərurlu İsfəndiyarın avtomobillərinə həbs qoyulub?

"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub.
İş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub.
İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dollar borcun olmasıdır.
"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub.
Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, həmin avtomobillərin ümumi dəyəri borcun məbləğindən dəfələrlə artıqdır.
Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə "Lamborghini Plug-İn Hibrid" hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.

Aşağıdakı avtomobillərə də həbs qoyulub:

- "Lx 600" markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- "Lamborghini" markalı "YA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- "Toyota Hilux" markalı, "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- "Jiusheng Js-Hqcd25t056" markalı, "JN" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- "Kia Rio" markalı, "PF" və "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- "Kia Carnival" markalı, "AT" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir:
"Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması "Şərur" MTK-nın iş fəaliyyətinə mane olur".
İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir.
Məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib.
"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov isə avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: "Yalandır, əlimdə məhkəmə qərarı var".
15-08-2025, 18:00
Şəhid mayorun anası vəfat etdi


Şəhid mayorun anası vəfat etdi

19-20 sentyabr tarixli antiterror əməliyyatı zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.
Mərhumun Bakının Hövsan qəsəbəsində dəfn ediləcəyi bildirilir.
Qeyd edək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub.
Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəman mayor 20 sentyabr 2023-cü il tarixində antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Ali Baş Komandan tərəfindən bir çox medallarla təltif edilib.
Allah rəhmət eləsin!
15-08-2025, 17:12
Putinlə ərazi mübadiləsini müzakirə edəcəm! - Tramp təsdiqlədi


Putinlə ərazi mübadiləsini müzakirə edəcəm! - Tramp təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüş üçün Alyaska sammitinə uçmazdan əvvəl jurnalistlərə bəzi açıqlamalar verib.
Donald Tramp təyyarənin göyərtəsində bugecəki görüşlə bağlı gözləntilərini və danışıqlar üçün mümkün mövzuları jurnalistlərlə bölüşüb.

Trampın əsas açıqlamaları:

“Ümid edirəm ki, Alyaska sammitindən nəsə çıxacaq...
Mən Kiyev adından danışıqlar aparmaq fikrində deyiləm. Mən buradayam ki, hamı masa arxasında əyləşsin...
Mən ölkəmin problemlərinə diqqət yetirmək istərdim, amma insanların həyatını xilas etmək üçün Ukrayna nizamlanmasında iştirak edirəm...
Mən Putinlə Rusiya və Ukrayna arasında mümkün ərazi mübadiləsini müzakirə edəcəyəm, lakin qərarlar Moskva və Kiyevin ixtiyarındadır...
Tərəflər Ukrayna məsələsində razılığa gəlməsələr, Rusiya ciddi iqtisadi nəticələrlə üzləşəcək...
Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi Avropa və digər ölkələrin iştirakı ilə mümkündür...
NATO formatında Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi baş tutmayacaq...
Mən Rusiyanın ABŞ-ın iqtisadi potensialında maraqlı olduğunu görürəm...
Ukrayna istiqamətində irəliləyiş əldə olunarsa, Putinlə biznes məsələlərini müzakirə etməyə hazıram...
Mən Putinin bir çox iş adamını sammitə gətirməsini bəyənirəm...
Putinlə mən bir-birimizə hörmət edirik...”
15-08-2025, 16:24
Qərbi Azərbaycan İcması buraxılır? - Əziz Ələkbərli CAVAB VERDİ


Qərbi Azərbaycan İcması buraxılır? - Əziz Ələkbərli CAVAB VERDİ

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında görüş olub. Görüş zamanı tərəflər sülh sazişini paraflayıblar. Zəngəzur dəhlizinin açılması və dəhlizin Ermənistan ərazisinə düşən 42 kilometrlik ərazisinin 99 illiyinə ABŞ-nin nəzarətinə verilməsi razılaşdırılıb.
Görüşdən sonra sosial şəbəkələrdə Qərbi Azərbaycan İcmasının ləğv ediləcəyi ilə bağlı iddialar yayılıb.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, son günlər mətbuatda Qərbi Azərbaycanla bağlı qurumların, o cümlədən Qərbi Azərbaycan İcmasının buraxılacağı barədə yayılan məlumatlar və onun Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri olaraq guya bu barədə kimlərəsə müsahibə verməsi tamamilə qondarma xəbərdir:
"İcma rəhbəri olaraq rəsmən bildirirəm ki, Qərbi Azərbaycan İcmasının Qayıdış ideyası Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsinə yox, əksinə, bu münasibətlərin etibarlılığının möhkəmlənməsinə xidmət edir, çünki bu ideyanın təməlində həm də Azərbaycan və erməni xalqlarının birgəyaşayış prinsipi dayanır".

15-08-2025, 16:22
Tramp Putinlə görüşə yollandı - Bu heyəti apardı


Tramp Putinlə görüşə yollandı - Bu heyəti apardı

ABŞ Prezidenti Donald Tramp bu axşam rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün bir qədər öncə Alyaskaya yola düşüb.
Bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Alyaska ştatının Ankoric şəhərinə hansı heyəti aparacağı məlum olub.
Ağ Evin məlumatına görə, Tramp özü ilə dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və xüsusi elçi Stiven Vitkoffu aparacaq.
Trampın nümayəndə heyətinə həmçinin ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bleyr, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor, ABŞ prezidentinin katibi və köməkçisi Stiven Çun, Karolin Levitt və Nik Luna daxildir. Trampın spikeri Ross Vorthington və köməkçisi, Ağ Ev aparatının icraçı katibi Vill Scharf da onunla birlikdə Ankoricə uçur.
Xatırladaq ki, Tramp-Putin görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov daxildir. Rusiyanın müdafiə naziri Andrey Belousov və maliyyə naziri Anton Siluanov da sammitdə iştirak edəcək.
Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriev də sammitə qoşulacaq. Rusiyanın RDIF suveren sərvət fonduna rəhbərlik edən Dmitriev əvvəllər Trampın xüsusi nümayəndəsi Steve Vitkoff ilə danışıqlar aparıb.
15-08-2025, 15:54
Gəncədə ağaclar niyə nömrələnir? - Səbəb açıqlandı


Gəncədə ağaclar niyə nömrələnir? - Səbəb açıqlandı

Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir göstərən ağacların müəyyən edilərək nişanlanması işlərinə başlanılıb. Bu tədbirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə yaşıllıq sahələrinin sağlamlaşdırılması, şəhərin estetik görünüşünün yaxşılaşdırılması və bioloji müxtəlifliyin qorunması məqsədilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədri Amin Məmmədov bildirib ki, Gəncə şəhərində abadlaşdırma işləri çərçivəsində 500-ə yaxın ağacın yerinin dəyişdirilməsi, eyni zamanda şəhərin yaşıllıq fondunun yenidən inventarizasiyası həyata keçirilir.
Onun sözlərinə görə, bu prosesin əsas məqsədi yaşıllıq fondunun vəziyyətini qiymətləndirmək və şəhərin ekoloji balansını qorumaqdır:
“Ağacların nömrələnməsi məhz inventarizasiya məqsədilə aparılır. Minlərlə ağac arasında mütəxəssislər tərəfindən qiymətləndirmə aparılır, qurumuş və bioloji ömrünü başa vurmuş ağaclar müəyyənləşdirilir. Qurumuş ağaclar aktlaşdırılır, yəni müvafiq sənədləşmə aparılaraq hər birinə fərdi nömrə verilir. Sonrakı mərhələdə həmin nömrələr əsasında ağacın köçürülməsi və ya kəsilməsi barədə qərar qəbul olunur”.
O həmçinin bildirib ki, şəhərin estetik görünüşünün yaxşılaşdırılması və yaşıllıq fondunun səmərəli idarə olunması məqsədilə mövcud ağacların hərtərəfli qiymətləndirilməsinə ehtiyac yaranıb:
“Qiymətləndirmə zamanı köküstə bitən ağaclar, onların arasında qurumuş və ya xəstəliklərə yoluxmuş, ətrafdakı digər ağaclara təhlükə yarada biləcək nümunələr də aşkarlanır. Belə ağacların ya yeri dəyişdirilir, ya da bioloji inkişafı tam dayanmışsa, kəsilərək yerində yeni ağacların əkilməsi təmin olunur”.
Amin Məmmədov əlavə edib ki, bütün bu tədbirlər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq aidiyyəti dövlət qurumları və yerli icra hakimiyyəti orqanlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir:
“Görülən işlər şəhərin ümumi inkişafına, ekoloji tarazlığın qorunmasına və yerli sakinlərin təbii sərvətlərdən daha geniş faydalanmasına xidmət edir”.
15-08-2025, 15:30
Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin sayı


Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin sayı

Ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.08.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 17204 nəfərdən ibarət 4325 ailənin qayıdışı təmin edilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 35385 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53739 nəfər təşkil edib.
15-08-2025, 14:56
Azərbaycan əhalisi ilin əvvəlindən bu qədər artıb


Azərbaycan əhalisi ilin əvvəlindən bu qədər artıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 16 833 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
15-08-2025, 14:37
MİQ-in müsahibə mərhələsinə keçən namizədlərə müraciət edildi


MİQ-in müsahibə mərhələsinə keçən namizədlərə müraciət edildi

Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək namizədlərə müraciət edib. Müraciətdə deyilir:

"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirmək mütləqdir:

– şəxsiyyəti təsdiq edən sənəd;

– ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;

– xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.

Nəzərinizə çatdırırıq ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər əlavə olaraq faktiki yaşayış yeri ilə bağlı arayış təqdim etməlidirlər.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!