Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-08-2025, 21:46
Bakıda tarixi görüş - Nələr müzakirə edildi...


Bakıda tarixi görüş - Nələr müzakirə edildi...

Bakıda Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında görüş keçirilib.
Bu barədə AFP öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Əsəd Həsən Əl-Şeybani iyulun 30-da Rusiyanın paytaxtı Moskvada səfərdə olub.
O, israilli nazirlə danışıqlar üçün Moskvadan Bakıya gəlib.
Diplomatik mənbə bildirib ki, görüşdə xüsusilə Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti ciddi müzakirə predmeti olub.
Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb.
3-08-2025, 21:37
"Qarabağ" yeni transferini açıqladı


"Qarabağ" yeni transferini açıqladı

"Qarabağ" yeni transferini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Joni Montieli heyətinə qatıb.
Qeyd edək ki, istpaniyalı futbolçu "Qarabağ"ın heyətində "9" nömrəli formanı geyinəcək.
3-08-2025, 19:56
4 nəfər kanalda batdı - Biri xilas edildi


4 nəfər kanalda batdı - Biri xilas edildi

Tərtərdə 4 Bərdə sakini kanala düşüb biri xilas edilib.
Hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, onlar Suqovuşandan çəkilən yeni beton kanala çimmək üçün atılıb daha sonra batıblar.
Kənd sakinləri bir nəfəri xilas edərək təcili yardım maşını ilə rayon xəstəxanasına göndərib. Onun Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlu olduğu qeyd edilir.
Digər bir nəfərin də meyiti kanalın rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsindən çıxarılıb.
Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.
3-08-2025, 19:30
Atası ilə birlikdə boğulan gənc kursant imiş


Atası ilə birlikdə boğulan gənc kursant imiş

Xəbər verdiyimiz kimi, Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində ata və oğul batıb.
Atası ilə birlikdə boğulan Mirmövsüm Ağayev kursant olub və birinci kursda təhsil alırmış.
Onların hər ikisinin meyiti dünən FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

3-08-2025, 19:17
Nabran-Xudat yolunda yanğın - Hərəkət çətinləşdi


Nabran-Xudat yolunda yanğın - Hərəkət çətinləşdi

Xaçmazda dənizsahili ərazidə kolluq və qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb.
Rayonun İstisu qəsəbəsi ərazisində başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Yanğın nəticəsində yaranan qatı tüstü Nabran-Xudat yolunda bir kilometrə yaxın məsafədə avtomobillərin hərəkətini çətinləşdirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının ərazidəki istirahət mərkəzlərinə və çimərlik ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.
3-08-2025, 18:57
İran və Pakistan 12 saziş imzaladı


İran və Pakistan 12 saziş imzaladı

İran və Pakistan iki ölkə liderlərinin iştirakı ilə elm və texnologiya, nəqliyyat və tranzit, iqtisadiyyat və ticarət, turizm və kənd təsərrüfatı daxil olmaqla müxtəlif sektorları əhatə edən 12 əməkdaşlıq sazişi imzalayıblar.
İran prezidenti Məsud Pezeşkianın bazar günü Pakistana rəsmi səfəri zamanı hər iki ölkənin yüksək vəzifəli şəxsləri ikitərəfli əməkdaşlığın asanlaşdırılması və inkişafına zəmin yaradılması məqsədi ilə birgə görüş keçirdikdən sonra sazişləri imzalayıblar.
Məlumata görə, imzalanmış sənədlər “bilik mübadiləsinin təşviqi, ticarət potensialının genişləndirilməsi, insanlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və iki ölkə arasında regional sinerjinin təşviqi” üçün çərçivə təmin edir”.
3-08-2025, 18:49
Suriya Azərbaycanın qaz tədarük etdiyi 14-cü ölkə oldu


Suriya Azərbaycanın qaz tədarük etdiyi 14-cü ölkə oldu

Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha böyük oyunçuya çevrilir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Avronyus Turkish”ə deyib.
M.Cabbarov həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın regional və qlobal enerji bazarlarında getdikcə daha çox nüfuz qazandığını qeyd edib.
M.Cabbarov bildirib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub.
Bildirilib ki, Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb.
Qeyd edək ki, avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb.
3-08-2025, 18:30
"Formula 1" Macarıstan Qran-prisinin qalibi müəyyənləşdi


"Formula 1" Macarıstan Qran-prisinin qalibi müəyyənləşdi

"Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi bəlli olub.
“Maklaren”in pilotu Lando Norris bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Oskar Piastri ikinci yeri tutub.
İlk "üçlüy"ü "Mersedes"dən Corc Rassel Şarl Lekler qapayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
3-08-2025, 17:56
Tərtərdə 3 nəfər su kanalında itkin düşdü


Tərtərdə 3 nəfər su kanalında itkin düşdü

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.
Hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.
Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.
3-08-2025, 17:30
İsrail ordusu Suriyanın cənubunda


İsrail ordusu Suriyanın cənubunda

İsrail hərbçiləri gecə saatlarında Suriyanın cənubunda reyd keçirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, reyd rayonun Hader qəsəbəsində keçirilib. Reyddə məqsədin silah qaçaqmalçılığının qarşısının alınması olduğu bildirilib. Hərbçilər silah alverində iştirakda şübhəli bilinən bir neçə nəfəri dindiriblər. Əməliyyat zamanı tapılan silahlar müsadirə edilib.
“210-cu diviziyanın qoşunları bölgədə yerləşdirilib və İsrail mülki əhalisini, xüsusən də Holan yüksəkliklərinin sakinlərini qorumaq üçün hər hansı terrorçu ünsürün Suriyada mövqe tutmasının qarşısını almaq üçün fəaliyyətini davam etdirir”, - məlumatda bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!