Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
4-08-2025, 22:30
Buradan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq - Qurbanov


Buradan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq - Qurbanov

Çox vacib oyuna çıxırıq. Rəqib iki yaxşı qalibiyyətdən sonra doğma meydanda bizi qəbul edəcək. Bu baxımdan üstünlük onlardadır.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis olduqca istəkli komandaya qarşı oynayacaqlarını bildirib: “Matça tam hazırıq. Sona kimi xarakterimizi meydanda göstərməliyik. İddialı komandadır. Buradan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Rəqibi analiz etmişik. Onlara öz oyunlarını göstərməyə imkan verməməliyik”.
Avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.
4-08-2025, 22:15
Ötən ay vəfat edən gənc şairin oğlu dünyaya gəldi


Ötən ay vəfat edən gənc şairin oğlu dünyaya gəldi

Ötən ay dünyasını dəyişən gənc şair Həsən Kürün oğlu olub.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
1996-cı il təvəllüdlü Həsən Zeynallı Vətən müharibəsi iştirakçısı olub. O, bu ilin fevralında intihara cəhd etmişdi.
Ötən ay isə halı pisləşdiyi üçün Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, orada beyin qanaması nəticəsində dünyasını dəyişmişdi.
4-08-2025, 21:25
Səs yazısı yayılan direktor işdən çıxarıldı


Səs yazısı yayılan direktor işdən çıxarıldı

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.
"Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir", - deyə qurumdan bildirilib.

4-08-2025, 21:00
Ağ Evdə tarixi zirvə görüşü: İlham Əliyev, Paşinyan və Tramp


Ağ Evdə tarixi zirvə görüşü: İlham Əliyev, Paşinyan və Tramp

Azərbaycan və Ermənistan liderləri bu cümə günü Vaşinqtonda sülhə dair niyyət məktubu imzalamağa hazırlaşırlar.
Bu barədə nüfuzlu “Middle East Eye” nəşri regional mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə görüşəcək.
İmzalanacaq sənəd iki ölkənin sülhə doğru öhdəlik götürdüyünü təsdiqləyəcək.
Mənbələr bildiriblər ki, bu mərhələ tam sülh sazişi deyil, lakin razılaşdırılmış əsas prinsiplərin yaxın aylarda yekunlaşdırılması üçün mühüm addımdır.
Xatırladaq ki, Azərbaycan və Ermənistan 2024-cü ilin mart ayında sülh sazişi üzrə ilkin razılıq əldə ediblər. Lakin Azərbaycan sülh sazişinin imzalanması üçün iki məsələsinin həll edilməsini istəyir. Bunlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi, digəri Minsk Qrupunun ləğv edilməsidir.
Xatırladaq ki, liderlər arasında sonuncu görüş iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilib.
Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Vaşinqtondakı görüş barədə hələlik heç bir tərəf rəsmi məlumat verməyib.
4-08-2025, 20:44
Əli Əsədov Türkmənistanda


Əli Əsədov Türkmənistanda

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov və digər rəsmi şəxslər qarşılayıblar.
4-08-2025, 20:16
Qubadakı yanğını törədənlər - ADLAR


Qubadakı yanğını törədənlər - ADLAR

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.
Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.
Saxlanılan şəxslərdən B.Mehrəliyev barəsində həbs, digər iki şəxs isə inzibati qaydada cərimələnib.
4-08-2025, 19:50
Putin Netanyahu ilə danışıqlar apardı


Putin Netanyahu ilə danışıqlar apardı

Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
İki ölkə rəhbərinin müzakirə etdiyi mövzulara dair hələlik məlumat verilmir.
4-08-2025, 19:39
Şahin Şıxlinski həbs edildi


Şahin Şıxlinski həbs edildi

Moskvanın Basmannı Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib.
Bu barədə E1.ru portalı məlumat yayıb.
Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski avqustun 2-də Moskvada saxlanılıb və Yekaterinburqa aparılıb.
Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib.
4-08-2025, 19:32
İdmançımız qızıl medal qazandı


İdmançımız qızıl medal qazandı

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan azərbaycanlı sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) Polşada keçirilən turnirdə qızıl medal qazanıb.
O, Varşavada Polşanın məşhur güləşçilərinin xatirəsinə təşkil edilən ənənəvi yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, G.Meşvildişvili ötən ay zədələndiyi üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyib.
4-08-2025, 18:56
Sahibə Qafarova həmkarı ilə görüşdü


Sahibə Qafarova həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, D.Qulmanova Milli Məclisin sədrini salamlayaraq BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştiraka görə təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, konfransda müzakirə olunan məsələlər mühüm əhəmiyyətə malikdir və xalqlarımızın maraqlarına xidmət edir.
Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirən D.Qulmanova ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən razılığını bildirib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri konfransın iştirakçı ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib. S.Qafarova bu Konfransın yüksək səviyyədə təşkilinə görə Türkmənistan tərəfinə minnətdarlığını bildirib.
S.Qafarova dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. O, ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini xatırlayaraq, ali qonağın həmin səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşünün və aparılmış müzakirələrin əhəmiyyətindən danışıb. Spiker bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını formalaşdırıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin əhəmiyyətini vurğulayan Sahibə Qafarova bu sahədə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini təqdir edib.
Görüşdə xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!