Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
30-05-2025, 18:18
Meloni Mərkəzi Asiya liderlərini bir araya topladı


Meloni Mərkəzi Asiya liderlərini bir araya topladı

Astanada ilk “Mərkəzi Asiya-İtaliya” sammiti keçirilir.
Burada İtaliyanın Baş naziri Ciorcia Meloni, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edirlər.
Sammiti giriş sözü ilə açan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, sammitdə ticarət, investisiyalar, enerji, ekologiya, nəqliyyat, logistika, təhsil, elm kimi sahələrə aid mühüm məsələlər müzakirə olunacaq.
“Sevindirici haldır ki, xarici işlər nazirləri səviyyəsində başlanan siyasi dialoq bu gün yüksək səviyyəyə çıxır. Bu, Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətinin artmasından, region ölkələrinin və İtaliya Respublikasının hərtərəfli regionlararası tərəfdaşlığı gücləndirməklə bağlı səmimi istəyindən xəbər verir”, - deyə o bildirib.
Qazaxıstan Prezidenti qarşıdakı müzakirələrin konstruktiv xarakter daşıyacağına və konkret qərarların qəbuluna səbəb olacağına əminliyini ifadə edib. “Sammitin yekunlarına dair biz əməkdaşlığımızın geniş spektrini əhatə edən birgə bəyannamə qəbul edirik”, - deyə Kasım-Jomart Tokayev əlavə edib.
30-05-2025, 18:10
Azərbaycanda bu cərimə iki dəfə artdı


Azərbaycanda bu cərimə iki dəfə artdı

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə də cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Hazırda dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat məbləğində cərimə edilir. Yeni qanuna əsasən, müvafiq qaydada ödəniş etmədən gedən sərnişinlər də 30 manat cərimələnəcək.
Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə cərimələr də 2 dəfə artırılıb. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat məbləğində cərimə ediləcək.
30-05-2025, 18:02
Bakının bu küçəsində yenilik tətbiq olunur - AYNA


Bakının bu küçəsində yenilik tətbiq olunur - AYNA

Fətəli xan Xoyski küçəsi, “Gənclik Mall”un qarşısı sıxlıq hallarının müşahidə edildiyi ərazidir. Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzlənir.
Bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. Bundan əlavə, “Gənclik Mall”a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olur. Bu isə Fətəli xan Xoyski küçəsini, o cümlədən, avtobus zolağını bloklayır. Məsələnin həlli üçün yeni layihə icra olunacaq.
"“Gənclik Mall”un giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması, parklanma yerinin giriş hissəsində olan geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.
Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq.
Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub", - qurumdan əlavə olunub.
30-05-2025, 17:49
Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək


Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə də cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Hazırda dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat məbləğində cərimə edilir. Yeni qanuna əsasən, müvafiq qaydada ödəniş etmədən gedən sərnişinlər də 30 manat cərimələnəcək.
Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə cərimələr də 2 dəfə artırılıb. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat məbləğində cərimə ediləcək.
30-05-2025, 17:40
Bu lampalara görə 5 min cərimələnəcəksiz


Bu lampalara görə 5 min cərimələnəcəksiz

İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Qanun 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
29-05-2025, 21:23
Ağdərədə mina partladı


Ağdərədə mina partladı

Tərtər rayonunun Qızıloba kəndi ərazisində 2025-ci il 30 may tarixində mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış-dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

19:27

Ağdərə ərazisində mülki şəxs minaya düşüb.
Hadisə rayonun Qırmızı kənd ərazisində baş verib.
Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal - qara oturarkən minaya düşüb. Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.
29-05-2025, 20:56
Ceyhun Bayramov Stiv Deyns ilə görüşdü


Ceyhun Bayramov Stiv Deyns ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
29-05-2025, 20:37
Partlayışda yaralanan digər qardaş da öldü


Partlayışda yaralanan digər qardaş da öldü

Neftçalada baş verən partlayışda xəsarət alan daha bir ailə üzvü ölüb.
Ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda xəsarət alan qardaşlardan ikincisi - 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu xəstəxanada vəfat edib.
Qeyd edək ki, dünən fərdi yaşayış evində baş verən hadisə zamanı 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.
29-05-2025, 19:51
Nazir generalı işdən çıxardı


Nazir generalı işdən çıxardı

General-mayor Rəfail Mehdiyevin Fövqəladə Hallar Nazirliyindəki (FHN) fəaliyyətinə xitam verilib.
Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rəfail Mehdiyev nazirlikdəki vəzifələrindən azad edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında Xidmət rəisi əvəzedicisi təyin olunmuşdu.
29-05-2025, 19:25
Bağçada döyülən uşağın atası danışdı: “Pul təklif etdilər”


Bağçada döyülən uşağın atası danışdı: “Pul təklif etdilər”

“Hadisədən bir gün sonra evimə gəlib mənə 950 manat pul təklif ediblər”.
Bunu Lənkəranda bağçada fiziki zorakılığa məruz qalan uşağın atası Fuad Hüseynov deyib.
“Gördüm ki, başında açıq yara var. Müəlliməsi ilə əlaqə saxladıq. Dedi ki, başqa bir uşaq karandaşla vurub. Amma karandaş izi deyildi. Kamera görüntülərini açmağı tələb etdik. Əvvəlcə çəkindilər, təkidlərimizdən sonra görüntüləri açdılar. Kameraya baxanda müəlliməsi dedi ki, “mən vurmuşam, səhv etmişəm”. İddia edirlər ki, guya mən onlardan pul tələb etmişəm. Amma yalandır. Özləri hadisədən bir gün sonra gəlib mənə pul təklif ediblər. Dedilər ki, uşağın aylıq ödənişlərini geri qaytarırlar. Sonra məlumat yaydılar ki, guya uşağı 10 ay pulsuz oxutdurmuşam”.
Qeyd edək ki, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Görüntülər sosial şəbəkələrdə ictimailəşib. Hadisə ilə bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!