Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 389 vaksin vurulub
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 092 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 257 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 991 242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 266 230 təşkil edir.
“Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyanın formalaşmasında Azərbaycan Mərkəzi Bankı (AMB) da aktiv iştirak edir”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu baxımdan maliyyə sektorunun qarşısına olduqca ciddi vəzifələr qoyulub:
“Maliyyə sektorunda çox ciddi islahatlar aparılacaq, çox ciddi proseslər gedəcək. Bank sektoru, hər bir maliyyə institutu qarşıdakı dövrdə korporativ inkişafı, korporativ idarəetmə standartlarının tətbiq edilməsi, insan kapitalının inkişafı, daxili bilik-bacarıqlar, ekspertiza imkanlarını, daxili texnoloji, tədqiqat və proqnozlaşdırma bazalarını ciddi şəkildə artırmaq üzərində düşünməlidir”.
Elman Rüstəmov bildirib ki, bu günlərdə hökumət və AMB yeni milli inkişaf strategiyası müəyyən edib:
“Bu strategiya 2030-cu ilə qədər hesablanıb. Onun birinci mərhələsi 2022-2026-cı illəri əhatə edəcək. Bu strategiyanın əsas elementləri iqtisadi artım, iqtisadi şəffaflıq, şaxələnmə, yaşıl iqtisadiyyat, ətraf mühit, inkluzivlik və digər dünyada baş verən ən müasir proseslərə cavab olaraq müəyyənləşdirilib. Strategiyada ən mühüm istiqamətlərdən biri bütövlükdə iqtisadiyyatın şaxələndirilməsidir, dövlət investisiyalarının özəl investisiyalarla əvəz edilməsidir. Burada bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var”.
“Həmişə həmkarlarıma hörmətlə yanaşmışam. “Kayrat”ın baş məşqçisi Kurban Berdıyevin uğurlu karyerası olub. Çempionlar Liqasında və Avropa Liqasında yaxşı nəticələr qazanıb. Onun hansısa oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm”.
Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcəkləri Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev haqqında danışarkən deyib.
49 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmanın Berdıyev üçün çox vacib olduğunu söyləyib:
“Qarşımızda çox təcrübəli və bacarıqlı baş məşqçi olacaq. Oyunun gedişatında müxtəlif rotasiyalar edə bilər. Biz də bütün bunlara qarşı diqqətli olmalı və öz oyunumuzu qurmalıyıq”.
Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu haqqında da danışıb:
“Meydançanın durumu pis deyil. Amma tam formalaşmayıb və ot tam olaraq torpağa bərkiməyib. Bəzi yerlərdə problemlər var idi. Buna baxmayaraq ümumi gedişat mənim üçün yaxşıdır. Ot örtüyünü bu səviyyəyə gətirib çıxartmaq yaxşıdır. Lakin meydança tam hazır deyil. Bu oyundan sonra meydanı bərpa etmək üçün xeyli vaxt lazım olacaq. Bu gün məşqimizi burada keçirsəydik, meydan daha çox yüklənəcəkdi”.
Təcrübəli baş məşqçi 15 oyun məğlub olmamaları ilə bağlı fikirlərini bölüşüb:
“Mənim narahat olduğum məqamlardan biri elə budur. Bir tərəfdən bu statistikaya sevinirəm. Komanda haqqında xoş sözlər deyilir. İstər-istəməz psixoloji zərbələr futbolçulara təsir edir. Bəzən belə seriya olanda düşünürlər ki, komanda nə vaxt məğlub olacaq? Mən heç istəmərəm ki, bu oyunlarda belə hal yaşansın. Çox istəyərəm ki, məğlubiyyətsizlik haqqında yazılar daha az olsun. Biz deyə bilərik ki, bu, bizə təsir etməyəcək. Belə nəticələr digər tərəfdən komandaya inam və ümid verir. Biz uğurlu nəticələr əldə etmək istəyiriksə, 15 oyunluq məğlubiyyətsizlik seriyasını unutmalı və qarşıdakı görüşə köklənməliyik”.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kayrat” oyunu saat 20:45-də başlanacaq.
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı ildən etibarən Dünya çempionatlarını hər iki ildən bir keçirməkdə qərarlıdır.
Artıq quruma üzv olan milli assosiasiyalara müvafiq xəbərdarlıq göndərilib.
Bu məqsədlə yığma komandaların oyun təqvimində islahatların aparılması planlaşdırılır.
Layihəyə əsasən, klubların öz futbolçularını yığma komandalara göndərdikləri günlərin sayı 50-dən 30-dək azalacaq. Təsnifat mərhələsində hər seçmə komanda ən çox yeddi oyun keçirəcək.
Həmçinin, islahatlar sayəsində futbolçuların üzərinə düşən yük 50%-dən çox azalacaq.