25-07-2022, 20:55
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı
ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığı aparıb.
Butov.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli və regional məsələləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə və təhlükəsizlik məsələləri, Ukraynadan taxıl daşınması, terrorla mübarizə, Türkiyə-Yunanıstan münasibətləri və F-16 təyyarələrinin tədarükünü müzakirə ediblər.
25-07-2022, 20:49
Erməni hərbçi Zəngəzurda yandıZəngəzur bölgəsində yerləşən Ermənistan ordusunun hərbi hissəsində hərbi qulluqçulardan biri ağır yanıq xəsarətləri alıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə iyulun 17-də baş verib. İnsidentin hansı şəraitdə baş verdiyi açıqlanmayıb. Qeyd olunub ki, Palyan Poğosyan adlı müddətli hərbi qulluqçu 2-ci dərəcəli yanıq xəsarəti ilə Zəngəzur hərbi hospitalına, daha sonra İrəvana aparılıb.
25-07-2022, 20:41
Zelenski xüsusi təyinatlı qüvvələrin komandanını dəyişdirdiUkrayna Prezidenti Volodimir Zelenski ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Qriqori Qalaqaqanı vəzifəsindən azad edib. Bu barədə Zelenski müvafiq fərman imzalayıb. Qriqori Qalaqan 2020-ci ilin avqustundan bu vəzifəni icra edirdi. Digər bir qərarla Viktor Xorenko Ukrayna xüsusi təyinatlı qüvvələrinin komandanı təyin edilib.
25-07-2022, 20:33
Prokuror Əvəz Hafizlini öldürən şəxsə 10 il həbs istədi[Prokuror Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Proses iyulun 29-da davam etdiriləcək. Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib. Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
25-07-2022, 20:24
Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışına qadağa qoyuldu Uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış dövlət xadimi Afiyəddin Cəlilovun oğlu Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulub. Dövlətə olan vergi borcunu ödəmədiyi üçün onun barəsində müvafiq qərar çıxarılıb. Belə ki, Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunub. Qeyd edək ki, Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Onun oğlu Nihad Cəlilov bizneslə məşğuldur və bir neçə şirkəti var.