23-07-2022, 17:49
Zelenski separatçıları tanımadığına görə Tokayevə təşəkkür etdiQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb. Zelenskinin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər. Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib və Qazaxıstanın Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib. Ukrayna Prezidentinin özünün "Twitter" hesabında bildirib ki, DXR və LXR separatçılarını tanımdıqları üçün Tokayevə təşəkkür edib. Xatırladaq ki, iyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun müzakirəsi zamanı Qazaxıstan prezidenti LXR və DXR-in kvazi-dövlət olduğunu bildirib və Qazaxıstanın onları tanımayacağını qeyd edib.
23-07-2022, 17:45
Dağlara qar yağıbAzərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb. Bu barədə Butov.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə (Şahdağ) qar yağıb.
23-07-2022, 17:39
Quterreş Odessaya hücumu pislədi BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın Odessa limanına endirilən zərbələri pisləyib. Bu barədə təşkilatın sözçüsü Farhan Haq məlumat verib. O əlavə edib ki, Rusiya-Ukrayna müharibəsində bütün tərəflər Ukrayna limanlarından taxıl ixracı üçün razılığa gəliblər. Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və bütün dünyada ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün çox lazımdır. Müqavilənin Rusiya Federasiyası, Ukrayna və Türkiyə tərəfindən tam şəkildə həyata keçirilməsi zəruridir”, - deyə təşkilatın rəsmisi bildirib.
23-07-2022, 17:36
COVID-lə bağlı rəqəmlər düzgün deyil - Həkimdən qalmaqallı AÇIQLAMA“Koronavirusla bağlı gündəlik ölüm statistikası çıxır ki, filan qədər koronavirus xəstəsi ölüb. Bu yanlış statistikadır”. Bunu Butov.az-a açıqlamasında tanınmış həkim Aydın Əliyev bildirib. Həkim qeyd edib ki, dünyasını dəyişən şəxsin konkret olaraq hansı xəstəlikdən dünyasını dəyişdiyini sübut etmək üçün patoloji anatomik müayinə olunmalıdır:
23-07-2022, 17:29
Türkiyədə kütləvi zəhərlənməTürkiyənin Bolu vilayətinin Yuva kəndində əhali arasında kütləvi zəhərlənənlər arasında ilk ölüm halı qeydə alınıb. Butov.az xəbər verir ki, 49 yaşlı Əyüp Ərtəm müalicə olunduğu Ankara Şəhər Xəstəxanasında dünyasını dəyişib. Verilən məlumata görə, Boluda sudan zəhərlənənlərin ümumi sayı 123 nəfərə çatıb. Onlardan 17-si reanimasiyada olmaqla 54 nəfər xəstəxanalarda müalicə olunur. Zəhərlənmə hallarının son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində içməli suyun mikroblarla çirklənməsi səbəbindən olduğu ehtimal edilir. Bildirilir ki, mövcud infeksiya böyrək çatışmazlığına və qanın normadan artıq laxtalanmasına səbəb olur
23-07-2022, 17:23
Postmüharibə dövründə 94 min şəxsə sosial ödənişlər edilib Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazirin sözlərinə görə, bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib: "Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib. Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn əlilliyin təyinatı ilə bağlı vətəndaşlar müvafiq qurumlara dəvət olunublar". Nazir qeyd edib ki, paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvar ayında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb.
23-07-2022, 17:17
Rəfiqə Hüseynzadəyə "Şöhrət" ordeni verildiAzərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseynzadə “Şöhrət” ordeni ilə təltif edilib. Butov.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
23-07-2022, 17:11
Qərbi Balkanlarda anomal istilərQərbi Balkan regionu ölkələrində anomal istilər hökm sürür. Butov.az xəbər verir ki, anomal istilərin iyulun 27-dək davam edəcəyi, bəzi bölgələrdə havanın temperaturunun 44 dərəcəyə yüksələcəyi gözlənilir. Bosniya və Herseqovinada anomal istilər səbəbindən “narıncı” həyəcan siqnalı elan edilib. Bundan başqa, region ölkələrinin bir çoxu meşə yanğınları ilə də mübarizə aparır.
23-07-2022, 17:03
"Jurnalistika"ya qeydiyyat başlayıbIII ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 23-26 iyul 2022-ci il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər. Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı iyulun 31-də keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər. Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış ola bilərsiniz.
23-07-2022, 16:54
İlham Əliyev həmkarına məktub göndərdi Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib. Butov.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".