Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
13-08-2022, 22:03
Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya verəcək


Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya verəcək

Slovakiya Sovet istehsalı olan bir neçə MiQ-29 qırıcısını Ukraynaya təhvil verəcək. Bu barədə RTVS telekanalı Slovakiya müdafiə naziri Yaroslav Nada istinadən məlumat yayıb. Ukraynanı Sovet silahları ilə təmin etdiyinə görə Slovakiya NATO-nun müasir hərbi texnikasını almaq istəyir. Nazir Slovakiyanın Ukrayna Silahlı Qüvvələrinə qırıcı təyyarələri nə vaxt göndərməyi planlaşdırdığını açıqlamayıb. RBC-Ukrayna qeyd edir ki, Slovakiya Silahlı Qüvvələrinin arsenalında hazırda 11 və ya 12 MiQ-29 var.
13-08-2022, 22:00
İrəvanın məqsədi erməniləri qorxutmaqdır – Azay Quliyev


İrəvanın məqsədi erməniləri qorxutmaqdır – Azay Quliyev

Azərbaycan vətəndaşlığını almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə Ermənistan Baş prokururluğu tərəfindən İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı cinayət işinin açılması faktı Xankəndində və ətraf ərazilərdə Azərbaycanın vətəndaşlığını qəbul edib qanuni əsaslarla yaşamaq istəyən erməniləri qorxutmaq məqsədi daşıyır. Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib. Onun sözlərinə görə, rəsmi İrəvan açıq şəkildə deyir ki, Azərbaycanın vətəndaşlığını qəbul edən erməniləri Ermənistanda cinayət təqibi gözləyir: "Bu fakt Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinin siyasi riyakarlığının növbəti sübutudur". Qeyd edək ki, son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və sülh təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır. Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar. Həmin müraciətdən sonra hər iki şəxs barəsində Ermənistanda cinayət işi açılıb.
13-08-2022, 21:54
"Artilleriya atəşinin ustaları" müsabiqəsi başladı


"Artilleriya atəşinin ustaları" müsabiqəsi başladı

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib. Butov.az xəbər verir ki, mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak ediblər. Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov qonaqları salamlayaraq "Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar arzulayıb. General-polkovnik R.Jaksılıkov oyunların beynəlxalq əməkdaşlığın formalaşması və inkişafında xüsusi rola malik olduğunu vurğulayıb. Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər. Tədbirin rəsmi hissəsindən sonra yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün konsert proqramı təqdim olunub. Qeyd edək ki, avqustun 24-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ermənistan, Tacikistan, Zimbabve, Venesuella və Qırğızıstan komandaları iştirak edirlər.


13-08-2022, 21:51
Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət


Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1651 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 193 nəfərdir.

13-08-2022, 21:48
Koronavirusdan daha 5 nəfər öldü - Yoluxma sayı


Koronavirusdan daha 5 nəfər öldü - Yoluxma sayı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 420 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, son sutka ərzində analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

13-08-2022, 21:45
Hərbçilərimiz Türkiyədə təlimdə iştirak edib


Hərbçilərimiz Türkiyədə təlimdə iştirak edib[/color]

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq "Qardaş Briqada" layihəsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyədə keçirilən təlimdə iştirak edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim müddətinin başa çatması ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-leytenant Rasim Yaldız və digər yüksək rütbəli zabitlərin iştirakı ilə mərasim keçirilib. Mərasimdə çıxış edən general-leytenant R.Yaldız "Qardaş Briqada" layihəsi çərçivəsində hərbi qulluqçularımızın nümunəvi xidmət etdiyini vurğulayaraq təlim zamanı qazanılan bilik və təcrübələrin Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə inandığını bildirib. Sonda xatirə şəkli çəkdirilib.

13-08-2022, 21:42
Dövlət büdcəsinin xərcləri artıb


Dövlət büdcəsinin xərcləri artıb

Birinci yarım ildə dövlət büdcəsinin xərcləri 11,6 faiz artaraq 12 milyard 936,6 milyon manat olub ki, bu, dövr üçün müəyyənləşdirilmiş proqnozun 100,6 faizini, yenidən baxılmış göstəricinin 40 faizini təşkil edir. Butov.az xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb. Dövlət büdcəsinin son illər üzrə icra vəziyyəti (96 faiz), eləcə də yenidən baxılma zamanı edilmiş əlavə artımlar (2,4 milyard manat) diqqətə alınaraq il sonunda xərclərin icra faizinin əvvəlki illər üzrə qeydə alınmış icra səviyyəsinin ətrafında olacağı qənaətinə gəlinir. Hesabat dövründə xərclərin funksional sahələr üzrə strukturunda sosial sahəyə yönəldilmiş xərclər üstünlük təşkil etsə də, real sektora yönəldilmiş xərclər üzrə artım daha yüksək olub. Dövlət büdcəsi xərclərinin funksional sahələr üzrə strukturunun təhlili baxılan dövrdə də sosial sahənin üstünlük təşkil etdiyini, 2 sahə istisna olmaqla, digər sahələr üzrə artımın müşahidə edildiyini, mütləq və nisbi ifadədə ən böyük artımın real sektorun (41 faiz) payına düşdüyünü göstərir. Real sektor üzrə xərclərin artımı əsasən tikinti və şəhərsalma üzrə xərclərin artımı ilə əlaqədar olub.
13-08-2022, 21:29
Yeganə yol ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır - Metyu Brayza


Yeganə yol ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır - Metyu Brayza

Yeganə humanitar yol Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. "Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ermənilər Azərbaycan vətəndaşı kimi Qarabağda qala, öz yurd-yuvasına qayıdan azərbaycanlılarla sülh və təhlükəsizlik şəraitində yaşaya bilərlər. Prezident İlham Əliyev mütəmadi olaraq bəyan edib ki, onların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları kimi, hər hansısa imtiyaz olmadan qorunacaq. Mən Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını nəcib vəzifə hesab edirəm və fikrimcə, bu, yeganə humanitar yoldur”, - M.Brayza bildirib. Sabiq səfirin sözlərinə görə, digər bir məsələ Qarabağda yaşayan ermənilərin buna necə yanaşmasıdır. “Mən güman edirəm ki, bəziləri bu fürsəti müsbət qarşılayacaq, bəziləri isə yox. Lakin Ermənistanda yaşayan ermənilər etnik ermənilərin Azərbaycan vətəndaşı olmasının ciddi əleyhinədirlər. Ancaq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi Azərbaycanda qalmaq, yoxsa getmək istəməsi onların qərarından asılıdır. Başa düşürəm ki, hər hansı bir ailənin vətəndaşlığını dəyişmək və ya ölkədən çıxmaq barədə qərar qəbul etməsi çox çətindir. Amma ümid edirəm ki, hər şey sülh yolu ilə olacaq və ermənilərin Qarabağda azərbaycanlılarla çiyin-çiyinə dinc yaşaması ilə bağlı məqsəd reallaşacaq”, - keçmiş diplomat əlavə edib.
13-08-2022, 21:25
Tankçılarımız Moskvada ilk yarışa başladı


Tankçılarımız Moskvada ilk yarışa başladı

Rusiyanın Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar. Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.



13-08-2022, 21:22
İdmançımız Avropa rekordunu yenilədi


İdmançımız Avropa rekordunu yenilədi

Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Butov.az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Komandamızdan növbəti olaraq körpücük üzərinə Ravin Alməmmədov çıxıb. Qazax rayonunun “Göyəzən” Ağır Atletika Klubunu təmsil edən idmançı yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız birdən qaldırma hərəkətində 126 kq nəticə ilə bu hərəkətdə gümüş medala sahib çıxıb.
Atletimiz təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, bu hərəkətdə 158 kq-ı ram edərək gümüş medal ədə edib. Toplam 284 kq (126+158) nəticə göstərən Ravin Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb. Bu nəticə – 284 kq – həm də bu çəki dərəcəsində yeniyetmələr arasında yeni Avropa rekordudur!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!