20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
13-08-2022, 21:19
İslamiada: Dörd güləşçimiz finala yüksəldi


İslamiada: Dörd güləşçimiz finala yüksəldi

Azərbaycan güləşçisi Jalə Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib. Butov.az xəbər verir ki, xanım təmsilçimiz türkiyəli rəqibi üzərində qələbə qazanaraq finala vəsiqə qazanıb. Beləliklə, Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək final görüşlərində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleyamanov (77 kq) və Jalə Əliyeva (57 kq) final görüşlərinə çıxacaq. Məhəmməd Əhmədiyev (87 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal üçün mübarizə aparacaq. Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Yarışın doqquzuncu günündə - avqustun 13-də güləş (yunan-Roma və qadın güləşi) üzrə Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq) və Jalə Əliyeva (57 kq) uğur qazanmağa çalışıblar. İdmançılarımızdan üçü həlledici qarşılaşmada güləşmək hüququ qazanıb. Dünya və Avropa mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının medalçısı Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabı ilə qalib gələrək yarımfinala keçib. Bu mərhələdə növbəti rəqibini məğlub edən güləşçimiz Murad Məmmədov finala yüksəlib. Sonra dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov və Avropa mükafatçısı Həsrət Cəfərov da rəqiblərini üstələyərək finala adlayıblar. Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
13-08-2022, 21:14
“QİSAS” əməliyyatı Xankəndidə davam edəcək?


“QİSAS” əməliyyatı Xankəndidə davam edəcək?

Azərbaycan Ordusu “Qisas” əməliyyatı zamanı azad etdiyi Qırxqız, Sarıbaba və Buzdux dağı, eləcə də onların ətrafında yerləşən hakim yüksəkliklər Qarabağın digər ərazilərində təmizləmə və cəzalandırma əməliyyatları keçirmə üçün münbit şərait yaradır. Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, əgər Ermənistan tərəfi, həmçinin Qarabağda yerləşən separatçılar üçtərəfli bəyannamənin müddəalarından irəli gələn şərtləri yerinə yetirməsələr və ya bu şərtlərin yerinə yetirilməsini ləngitsələr, o zaman Azərbaycan müəyyən addımlar atmağa məcbur olacaq. Ekspert qeyd edib ki, düşmənin terror-təxribat əməlləri və təxribat xarakterli bəyanatları “Qisas” əməliyyatının ikinci fazasının başlamasına gətirib çıxaracaq: “Xatırlatmaq istəyərdim ki, Azərbaycan avqustun 3-də “Qisas” əməliyyatının başlandığını elan etsə də, əməliyyatın başa çatması ilə bağlı məlumat verilməyib. Ona görə də, Ermənistan tərəfi Vətən müharibəsinin nəticələrindən, imzalanmış birgə bəyannamələrin və sənədlərin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə ciddi yanaşmalıdır. Əks halda növbəti cəzalandırma əməliyyatlarının həyata keçirilməsi qaçılmaz olacaq. Bu isə Ermənistan üçün çox ağrılı və acılı nəticələr vəd edir". Ə.Verdiyev onu da vurğulayıb ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə, o cümlədən Xankəndi şəhərində cəzalandırma əməliyyatının həyata keçirilməsi daha çox əks tərəfin, yəni ermənilərin davranışlarından asılı olacaq: "Əgər hərbi təxribatlar, yaxud Azərbaycan əleyhinə təxribat xarakterli fikirlər səslənərsə və ümumilikdə birgə imzalanmış sənədlərin müddəalarına əməl olunmayacaqsa, Azərbaycan "Qisas" əməliyyatının növbəti mərhələsini həyata keçirmək hüququnu özündə saxlayır”. Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Azərbaycan Televiziyasına müsahibəsində "Qisas" əməliyyatında da söz açıb. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz".



13-08-2022, 21:09
Şuşada ermənilərə məxsus kvadrakopter endirildi


Şuşada ermənilərə məxsus kvadrakopter endirildi

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

13-08-2022, 21:06
Laçına qayıdış üçün tədbirlər görülür


Laçına qayıdış üçün tədbirlər görülür

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”. Müşavirədə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir. Ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib. Dövlət Komitəsində, həmçinin Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Onlar ölkə rəhbərinin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər.
13-08-2022, 20:56
Ərzaq məhsulları 18 faiz bahalaşıb


Ərzaq məhsulları 18 faiz bahalaşıb

Qlobal inflyasiya prosesləri ölkə daxilində də izlənib, qiymət artımının daha çox təklif kanallarından təsirləndiyini deməyə əsas verib. İnflyasiya həm daxili, həm də xarici faktorlarla əlaqəli olub, bahalaşma daha çox ərzaq məhsulları üzrə qeydə alınıb (18,4 faiz). Bu barədə Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da qeyd olunub. Baxılan dövrdə istehsalçı qiymət indekslərinin və idxal məhsullarının bahalaşması inflyasiyanın daha çox təklif kanallarından formalaşdığı qənaətinə gəlməyə əsas verib. Belə ki, əksər istehsalçı qiymət indekslərində artım izlənib, ötən ilin müvafiq dövrünə nisbətən yanvar-may aylarında idxal məhsulları 21 faiz artıb.
13-08-2022, 20:53
Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti ağırdır


Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti ağırdır

TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni doğulan beşəm yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər. 4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməməzlik əlamətləri qeyd olunub. Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb. İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir. Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir. Qeyd edilib ki, körpələr 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. Ana özəl tibb müəssisəsində müalicə alır. Onun vəziyyəti stabildir.
13-08-2022, 20:50
Avropadan nüvə təklifi - İran şərt qoydu


Avropadan nüvə təklifi - İran şərt qoydu

Rəsmi Tehran hesab edir ki, Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər. Bu barədə İRNA agentliyi iranlı diplomata istinadən məlumat yayıb. Bildirilib ki, MAQATE-nin fəaliyyəti ilə bağlı siyasi aspektlərdə və sanksiyalarla əlaqədar Tehrana zəmanətlər verilərsə, İran Avropa İttifaqının təkliflərini qəbul etməyə hazırdır. Xəbərdə qeyd olunub ki, hazırda İran təklifləri araşdırma mərhələsindədir.
13-08-2022, 20:48
Dənizdə yenə batan var


Dənizdə yenə batan var

Dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. Butov.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
13-08-2022, 20:44
Orduya Laçın dəhlizi haqda tapşırıqlar verildi


Orduya Laçın dəhlizi haqda tapşırıqlar verildi

Azərbaycan Ordusunun vəzifəli şəxsləri qarşısında Laçın şəhərindən yan keçən yeni yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar qoyulub. Butov.az xəbər verir ki, bu tapşırıqları müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirdə çatdırıb. Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
13-08-2022, 20:42
Bu il 39 minə yaxın şəxsə əlillik təyin edilib


Bu il 39 minə yaxın şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 12 min 200-ü ilkin, 26 min 700 nəfəri isə təkrar əlillik təyinatı aparılanlardır. Müvafiq dövr ərzində 23 min 900 şəxsə reabilitasiya xidməti göstərilib, 8 min 79 şəxsə 35 min 400 reabilitasiya vasitəsi verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!