Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
19-08-2022, 22:42
Prezident yeni səfirlər təyin etdi - Sərəncam


Prezident yeni səfirlər təyin etdi - Sərəncam

Azərbaycanın Argentinaya yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri də təyin edilib. Bu vəzifəyə Ramin Müzəffər oğlu Həsənov təyinat alıb. Bundan başqa, Prezident Rəşad İntiqam oğlu Novruzu Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Daha bir sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısı Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə də sərəncam verib. Ruslan Novruz oğlu Rzayev isə Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.
19-08-2022, 22:38
Kreml Putinlə Makronun söhbətinin detallarını yaydı


Kreml Putinlə Makronun söhbətinin detallarını yaydı

"Ukrayna Silahlı Qüvvələri tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisinin sistemli şəkildə atəşə tutulması genişmiqyaslı fəlakət riski yaradır". Bunu Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla telefon danışığında bildirib. "Ukrayna ətrafında vəziyyətin müxtəlif aspektləri müzakirə edilib. Xüsusilə Vladimir Putin Zaporojye AES-in ərazisinin Ukrayna hərbçiləri tərəfindən sistemli şəkildə atəşə tutulmasının radiasiya ilə çirklənməyə səbəb ola biləcək genişmiqyaslı fəlakət riski yaratdığını vurğulayıb”, - Kremlin mətbuat xidməti Rusiya və Fransa prezidentləri arasında baş tutan telefon danışığının yekunlarına dair mətbuata açıqıamasında bəyan edib. Məlumata əsasən, prezidentlər real vəziyyəti yerindəcə qiymətləndirə biləcək MAQATE missiyasının mümkün qədər tez bir zamanda Atom Elektrik Stansiyasına göndərilməsinin vacibliyini qeyd ediblər. "Rusiya tərəfi agentliyin müfəttişlərinə lazımi köməklik göstərməyə hazır olduğunu təsdiqləyib ", - deyə açıqlamda qeyd olunub.
19-08-2022, 22:33
İntim videolar çəkən FHN polkovnikinin həbsinə qərar verildi


İntim videolar çəkən FHN polkovnikinin həbsinə qərar verildi

Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb. Müəyyən olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparmış, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
19-08-2022, 22:29
Soçidə Putinlə görüşən Tokayev bu dəfə nələr söylədi...


Soçidə Putinlə görüşən Tokayev bu dəfə nələr söylədi...

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə görüşüblər. Butov.az-ın verdiyi xəbərə görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. “Həqiqətən də Qazaxıstanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələri var. Bu il biz diplomatik münasibətlərin qurulmasının böyük tarixini – 30 illiyini qeyd edirik. 30 il əvvəl dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında ilk müqavilə imzalandı. 2013-cü ildə bu müqavilə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış yeni sənədlə tamamlandı. Ona görə də, doğrudan da, təməl çox yaxşıdır”, - deyə Kasım-Jomart Tokayev görüş zamanı bildirib. “Ticarət-iqtisadi əməkdaşlığa gəlincə, o, uğurla inkişaf edir. İndi sənaye kooperasiyası bizi qane edən ciddi nəticələr əldə edir. Qeyd etdiyiniz kimi, ticarətin dinamikası müsbətdir”, - deyə dövlət başçısı əlavə edib. Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 24,5 milyard dollar təşkil edib. “Biz BMT və digər beynəlxalq qurumların əsas platformalarında fəal şəkildə qarşılıqlı fəaliyyət göstəririk. Bu il Qazaxıstan MDB-yə sədrlik edir. Oktyabrda Müstəqil Dövlətlər Birliyinin sammiti olacaq. Şəxsi iştirakınızı çox gözləyirik. Üstəlik, Rusiya Müstəqil Dövlətlər Birliyində mühüm rol oynayır. Bu, həqiqətən də, beynəlxalq formatda qarşılıqlı əməkdaşlığımızın prioritet istiqamətlərindən biridir”, - deyə Kasım-Jomart Tokayev Putinə bildirib. Kasım-Jomart Tokayev bəyan edib ki, Rusiya ilə gələcək əməkdaşlıqla bağlı bədbin proqnozlar vermək üçün heç bir əsas yoxdur. "Ümumiyyətlə, əməkdaşlığın necə inkişaf etməsindən razı qalmağa hər cür əsas var. Mən bu baxımdan sizinlə razıyam”, - Qazaxıstan prezidenti Putinlə ikitərəfli görüşdə deyib. Dövlət başçısı qeyd edib ki, iki ölkəni ümumi sərhəd - dünyanın ən uzun tam delimitasiya olunmuş quru sərhədi birləşdirir. “Ona görə də əməkdaşlığımızın gələcəyi ilə bağlı bədbin proqnozlar verməyə, şübhəsiz ki, heç bir əsas yoxdur. “Mən şəxsən Qazaxıstan Respublikasının prezidenti kimi bütün sahələrdə çoxtərəfli əməkdaşlığımıza əlavə dinamika vermək əzminindəyəm”, – Kasım-Jomart Tokayev əlavə edib.
19-08-2022, 22:25
İslamiadada iştirak edən idmançılarımız Vətənə qayıdıb


İslamiadada iştirak edən idmançılarımız Vətənə qayıdıb

Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə qayıdıblar. Butov.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları idman ictimaiyyəti, media nümayəndələri və digər şəxslər qarşılayıb. Qeyd edək ki, Azərbaycan yarışda 99 medalla 54 iştirakçı ölkə arasında dördüncü yeri tutub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.
19-08-2022, 22:15
Baytarlar ƏDV-dən azad olundu - Ayda cəmi 20 manat...


Baytarlar ƏDV-dən azad olundu - Ayda cəmi 20 manat...

Azərbaycanda özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
19-08-2022, 22:10
“Lal-kar, kor” və “şikəst” sözləri qanundan çıxarıldı


“Lal-kar, kor” və “şikəst” sözləri qanundan çıxarıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının məcəllələrinə bir sıra dəyişikliklər edilməsi ilə bağlı qanunu imzalayıb. Butov.az xəbər verir ki, dəyişikliyə əsasən, məcələllərdə mövcud olan bir sıra sözlər digər söz və ifadələrlə əvəz olunub. “Bədən qüsuruna” sözləri “fiziki çatışmazlıq”, “Lal-kar və kor” sözləri “Nitq-eşitmə və görmə qabiliyyəti tam məhdud olan”, “Kor” sözü “Görmə qabiliyyəti tam məhdud”, “qüsurları” sözü “pozuntuları”, “kəmağıllıq” sözü “əqli gerilik”, “şikəstlik” sözü “xəsarət”, “şikəst olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.
19-08-2022, 22:04
Hərbçilərin sosial sığortası ilə bağlı yeni qayda


Hərbçilərin sosial sığortası ilə bağlı yeni qayda

Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşib. Butov.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Dəyişikliklə qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.
19-08-2022, 22:00
Ərdoğan Putinin devrilməsini istəyir – Sabiq nazirdən şok açıqlama


Ərdoğan Putinin devrilməsini istəyir – Sabiq nazirdən şok açıqlama

"Qərbin Ukrayna müharibəsində taktikası bəllidir. Onlar istəyirlər ki, Ukraynada hərbi əməliyyatlar davam etsin və bu da imkan daxilində Rusiyanı zəiflətsin. Amma yaxşı başa düşürlər ki, Rusiyanın tam hərbi məğlubiyyəti mümkün deyil. Çünki Rusiyanı hərbi məğlubiyyətdən qoruyan taktiki nüvə silahı var". Bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Lvova səfərinin nəticələrindən danışarkən bildirib. Eks-nazir hesab edir ki, hərbi baxımdan Ukrayna öz ərazisini müdafiə etsə də, müharibə Rusiyanın hərbi məğlubiyyəti ilə nəticələnməyəcək: "Artıq məlumdur ki, siyasi baxımdan Rusiya uduzub. Strategiya siyasi məğlubiyyətin Rusiya daxilində problem yaratmasına hesablanıb. Müxtəlif mütəxəssislər deyirlər ki, müharibə Rusiyanın dağılmasına, yaxud hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq”.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!