İsrail təsdiqlədi: Hizbullahın yeni lideri də öldürüldü .....                        Güləşçimiz Avropada medal qazandı .....                        Nikolas Şmitin əsassız və qərəzli bəyanatını rədd edirik .....                        Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar açıqlandı .....                        “Tezliklə sülh müqaviləsi bağlanacaq “- VİDEO .....                        Sülh sazişi Cənubi Qafqaza sabitlik gətirəcək - Bayden .....                        Azərbaycanın Manisada döyünən ürəkləri .....                        Məhdudiyyət tam aradan qaldırıldı .....                        Müsəlman ölkələrinin səfirləri ilə görüş .....                       
19-08-2022, 10:56
ŞAİRLİYƏ RÖYANDA BADƏ İÇİB GƏLİRSƏNSƏ,  ÇİLƏSİ AĞIR OLUR

ŞAİRLİYƏ RÖYANDA BADƏ İÇİB GƏLİRSƏNSƏ,
ÇİLƏSİ AĞIR OLUR


“Şeir şairin övladları kimidir. Kitab isə övladların ata-baba evində bayramda toplanmasıdır. Mən də hər kitabım çıxdıqca bayram sevinci yaşayıram”.
İhsan Nazik

Sadə, səmimi, istiqanlı bir insandı. Vəzifəsi şairlik, işi-gücü şeir yazmaqdır, yəni şeir-söz əhlidir. Sərhat Kabaklının təbirincə desək, illahdakı Eləzizdən (Elazığdan) olasan, şeirin, sözün ən uca məkanı Elazizdən. Elazığa bir dəfə ayaq basan adam o dəqiqə hiss edir ki, qədim ənənəsi olan mədəniyyət şəhərinə, ədəb-ərkanı olan, böyüyə-kiçiyə, qonağa-insanlığa dəyər verilən məkandasan. Haqqında bəhs edəcəyim şair İhsan Nazik bəyin dədə-baba yurdunu belə tanıdım.
Yay tətilində il boyu nəzərdə tutduğum, yəni ürəyimdən keçən, amma tədqiqat mövzumdan kənar bir neçə qeyd-məqalələr yazıram. Belə yazılardan biri də Türkiyənin Əziz-El yurdundan (Elazığ) şair İhsan Nazik bəy haqqındadır. 2013-cü ildən indiyə qədər ürəyimdə tutduğum bir qeyd-məqalə yazmağı heç fikrimdən çıxarmadım (tam 9 ildir!). Əslində növbəti görüşlərimizin birində onunla iri bir müsahibə götürüb şeirləri ilə birgə nəşr etmək fikrində idim. Nəhayət, məni tərk etməyən bir yazını başa çatdırmaq qərarına gəldim. Haqqında Gunerkan Aydoğmuşun şairin kitablarına yazdığı ön sözlər, internetdən xırda-para informasiyalar, Elazığdakı şeir şölənindən tanıdığım istedadlı gənc yazar, şair Muhəmməd Yalçın Azizoğlunun rastıma çıxan dolğun bir müsahibəsi və yadımdan qalan detallar. Beləliklə, kifayət qədər məlumatlandım. Ən sonda isə “Can Azərbaycan!” deyə Zəfərdən əvvəl Qarabağ dərdimizə hay verən yeddi bəndlik şeirini gördüm:
Dağlarında gəzərdi ceyran, cüyür,
Neftindən, qazından bərəkətin bol,
Şairin, aşığın hələ coşunca,
Bir başqa gözəlsən, Can Azərbaycan!


Bakının önündə Xəzər dənizi,
Oraya uzanır davamın izi,
Qısqanan qısqansın bu sevgimizi,
Bitsin bu sevdamız, Can Azərbaycan!

İnanıram ki, şair artıq Qələbə soraqlı şeirini də yazmışdır.
Əslən Elazığlı, amma İstanbul – Üsküdar doğumlu şair İhsan Naziki ilk dəfə Elazığda ənənəvi olaraq düzənlənən “Xəzər Şeir Axşamları”nda tanımışdım. 2013-ci ildə keçirilən növbəti “Yunus Əmrə və eşq” mövzulu “20.Beynəl¬xalq Xəzər Şeir Axşamları”na panelçi olaraq dəvət edilmişdim. Şairin “Aşıq Şenlik eşqinə” adlı ikinci şeir kitabı yeni nəşr olunmuşdu, çox sevinirdi. Bir-iki kəlməlik söhbətindən sonra özünü bütünlüklə şeir – poeziya aləminə təslim etdiyini dərk etdim. “Görəsən Azərbaycan oxucusu şeirlərimi bəyənəcəkmi?” – sualı ilə sanki şeirlərinin Azərbaycan mətbuatında dərc olunmasını arzulayırdı. Amma fikrindəkini təvazökarlıq edərək dilinə gətirməmişdi.
“Əslində kitab nəşr etdirməyim təsadüfi bir iş oldu. “Xəzər Şeir Axşamları”nın iştirakçısı olmaq, şeir oxumaq istədiyimi bildirdim. Amma “sənin heç kitabın belə çap olunmayıb, mümkün deyil”. Doğrudur, Elazığ – Harput ətrafında yayımlanan mətbuatda qəzet, dərgi və almanaxlarda dərc olunurdum. Sən demə, kitab işi başqa bir məsələ imiş. Qaydalara əməl etmək amacı ilə qarşıma məqsəd qoydum: doğma şəhərimdə keçirilən bu şeir bayramının – şeir şöləninin iştirakçısı olmalıyam. “Çemrə düşüncə” (2011) adlı ilk kitabımı nəşr etdim, sizə təqdim etdiyim “Aşıq Şenlik eşqinə” (2013) ikinci kitabımdır”.

Belə bir qətiyyətlə yola çıxan şair İhsan bəy sonralar iki şeir şöləninə – 9-cu və 18-ci Xəzər Şeir Axşamlarına rəsmi olaraq qatılaraq şeir oxumuşdur. Kiçik Xəzər qıyısında tək bircə şeir oxumaq bir ayrı zövq, bir ayrı ovqat, bir ayrı bayramdır.
O vaxtdan sonra iki dəfə yenə Xəzər Şeir Axşamlarına – “Yəhya Kamal Bayatlı” və “Əlişir Nəvai” mövzulu şeir şöləninə panelçi olaraq dəvət edildim. Şair İhsan Naziklə yenə görüşdük. Bu dəfə “Sirtimi dayadım koca kayaya” adlı yeni kitabını hədiyyə etdi.
İhsan Nazikin yaradıcılığında ana xətt nədir? – sualının cavabını aramağa ehtiyac olmur. Şeirlərindən görünür ki, şair Türkiyənin dörd bir yanını səyahət edərək ədəbi aləmlə tanış olmaq üstünlüyünü seçmişdi. Getdiyi hər şəhərdən bir boxca şeirlə qayıdıb. Ölkəsinin axarlı-baxarlı mənzərələrini, barlı-bərəkətli dağlarını-bağlarını, tarixin sirr-sehrilə dolu yaddaşını, övliyya türbə və məqbərələrinin ziyarətini, hər bölgədə formalaşan elmin-ədəbiyyatın zənginliklərini misralarına naxış edib. Gördüklərini qələmə almaqla onları həm yaddaşlarda təzələyib, həm də könül eşqini ovsunlayan duyğularına cilov edib.
“Cemre düşüncə” kitabında 32 şeirini toplamışdır. Müxtəlif illərin nümunələridir. Xalq ədəbiyyatına söykənərək “Vətən türküləri”, “Anadolu yollarında şair günlərim” başlıqlı şeir çələnglərində əslində şair tərcümeyi-halını, iç dünyasını, yaşam mücadiləsini, həyatına cızılan-yazılan yolları anladır. Ağır bir tale ilə üzbəüzük. Bu taleyi yaşamaq da çətin, o taleyin yükündən də xəbərdar olmaq, onu dinləmək də çətin. Sonralar, bu kitabın nəşrindən 11 il sonra Muhəmməd Azizoğlu bəylə müsahibəsində o yükün incə məqamına, orta xəttinə şahid oluruq, elə öz söyləməsində: “Okul hayatımda pek olmadı. İlkokulu bitirdim. Öksüz yetim bir cocukdum, ortaokulu dışarıdan qırk bir yaşımda bitirdim. Lakin okuma – yazma aşkım bir professörden daha fazla olmuşdur hayatımda”. “Anne” şeirindən iki bəndi oxuyaq:
Ninnilər, nağıllar söylədin mənə,
Körpəcə canımla bağlıydım sənə,
Bir anda itirdim hər şeyi, niyə?!
Bu ürək hüzünsüz döyünmür, Anne!
Babam vərəm oldu, sən isə dəli,
Bu körpə oğlunun tutuldu dili,
Artıq cəhənnəmdi İstanbul eli
Qədərə ta gücümüz yetmir, Anne!

Buradan o tərəfə olan taleyi yenə misralara səpələnib. Ağrı-acılı, dərəli-təpəli, uçurumlu-yarğanlı, bu qoca dünyada tək-tənha, ürkək baxışla çırpınan zəif ürək … bir insanın çəkə biləcəyindən də artıq hüzn, səksəkə.
Göznuru oğlu Umudu da görmüşdüm. Gözünün qabağında, yanı-başında olardı həmişə. Sanki öz uşaqlığının boş qalan yerlərini doldurmaq istəyirmiş kimi. Bütün valideynlər belə olur. Uşaqlıqda nəyə əli çatmayıbsa onu övladlarına doyunca verməyə cəhd edər.
Əslində çox gənc yaşlarından şeirə könül verən şair Elazığın ustad şairlərinin ədəbi mühitində formalaşaraq yaradıcılığında dönüş yarandığını özü də hiss edirdi. İhsan bəy özünə mənəvi dayaq bildiyi Günerkan Aydoğmuş bəyə, Hadi Önal bəyə və Manas çatısı altında olan bütün qələm əhlinə hər sözündə-söhbətində minnətdarlıq duyğusunu əsirgəmir. Şükürlü insandır. Kitablarının son səhifəsində ona dəstəkçi olan hər kəsə təşəkkür edir, o sırada ömrünü-gününü bəzəyən Gülpərisinə və həyatının Umuduna.

“Aşıq Şenlik eşqinə” – kitabına ön söz yazan Günerkan Aydoğmuş qeyd edir ki, “bu kitab məncə, sayın Nazikin ustalıq əsəridir. Oxuyunca bunları sizlər də anlayacaqsınız. Eyni zamanda bu şeir kitabı İhsan Nazikin oxucularına yurd havalarından süzülüb gələn bir dəstə çiçəkdir”. Aşıq Şenliyin vəfatının 100 illiyi günlərinə ithaf etdiyi bu kitabı ilə aşığın şəninə düzənlənən festivala qatılmış və festivalın mükafatını qazanmışdır. Bu kitabda Çıldırlı Aşıq Şenliklə (1850-1913) yanaşı, Pir Sultan Abdal (1480-1550), Qaracaoğlan (1606-1680), Aşıq Summani Baba (1862-1914), Posoflu Aşıq Zülali (1873-1956), Aşıq Veysəl (1894-1973), Mevlit İhsani (əsil adı Mevlit Şafak; 1928), Aşıq Yaşar Reyhani (1932-2006), Aşıq Səfil Səlimi (əsil adı: Əhməd Günbulud; 1933-2003), Aşıq Murad Çobanoğlu (1940-2005), Aşıq Ənvər Gürkani (1948), Ozan Erol Coşkunoğlu (1963), Ozan Hazani (1964) kimi xalq ədəbiyyatında tanınan, sevilən, ad-sanları dillərdən dillərə, ellərdən ellərə dolaşan ustadlara ithaf şeirləri, hətta “onlarla deyişmələri” uğurlu alınmışdır. Xalq ədəbiyyatına könül bağlaması İhsan bəyin yaradıcılığının ən böyük uğurudur. Şair bu ədəbiyyatın içində sanki özünüdərk mərhələsinə yetmişdi. Ihsan bəy ozan ədəbiyyatının adlarını qeyd etdiyim və etmədiyim klassik sənətkarları ilə “qarşılaşana qədər” onları dərindən öyrəndi, oxudu, əsərlərini incələdi, yaradıcılıq mayasına onlardan götürdüyü elm incilərini qatdı. Günerkan Aydoğmuş ustad gözəl yazmış: “onları oxuyarkən kopyalamadı, özünü tapdı, öz yazı tərzini tapdı”.
Yeri gəlmişkən, Türkiyənin Qars, Ərzurum bölgələrində Aşıq Şenlik və Aşıq Summani Babanın həyatı və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi simpoziumlara məruzəçi kimi dəvət olunmuşdum. Yanılmıramsa, 2013, 2014 –cü illər idi. Bəlkə də İhsan Nazik bəylə ilk dəfə o məclislərdə də qarşılaşmışam.
“Mənim sevdam” (2014) kitabı nəşrə hazırlarkən “düşüncələrim dərin, məsuliyyətim ondan da ağır oldu. Dualara sığındım. Dualar məqamında keçmişimizin ulularına – klsssik şəxsiyyətlər, övliyalar elminə üz söykədim. Ruhumu onların hikmətləri ilə yenilədim”.
“Kürəyimi söykədim qoca qayaya” (2015) kitabındakı şeirləri oxuduğunuz zaman bir şeyin fərqinə daha çox varacaqsınız: onun eyni zamanda Yunus Əmrə ürəkli bir şair olduğunu! Nə yaxşı ki, bu duyğularını şeirlərinə köçürə bilmiş (şairlik istedadı!). “Şeir onun hər zaman sükunətlərə bənd olmuş bir limandır” (Günerkan Aydoğmuş). 72 şeiri toplanmış “Kürəyimi söykədim qoca qayaya” kitabından:
Haqq dostu şairim bir badə içdim,
Sevdayla səsləndim sevincdən uçdum,
Pirim Aşıq Şenlik inancla seçdim,
Sirli aləm tapdım, kim tutar məni.
Şairin inanc yolu, şeir yolu, könül eşqi budur.

“Açılsın qapılar” (2017) kitabında Aşıq Mizani ilə dialoqlar üst qatda yer almışdır.

“Ey telli durnalar” (2018) adlı 6-cı kitabını oxucularına belə bir etirafla paylaşıb: “Mən şeirlərimi ilhamla deyil, elmlə yazıram”. Maraqlı və diqqətçəkən ifadə və ya təqdimat. Elmlə deyəndə yəqin ki, elmin, ədəbiyyatın dərin qatlarının incilərini misralara düzüb. Əslində bu fikrini sonrakı ifadələrində bir az da açıqlayıb: “Burada topluma, gənclərə örnək olaraq Türk ədəbiyyatı ənənəsi müstəvisində yazdığım şeirlərim var. Burada Divan da var, bənd (dördlük) də, qoşma da, səkkizlik də var”. Elazığ adı keçsin deyə bu kitabı yazıram. Elazığlı gənclər şeirlərimi bir yerdə paylaşdığı zaman mənim adımı yox, biz yazdıq desinlər. Mənim qayəm belədir. Mən Aşıq Şenlik məzarını ziyarət etmişəm, badəmi orada içmişəm. hər kəs şeiri başdan yazar, mən aşağıdan başlayıram, yəni tərsdən yazaram. Türkiyədə belə yazan bir tək mənəm, bir də şagirdim Vedat Yılmaz. Belə yazmağı yuxularımda mənə pirlər öyrətdi: “Elazığ mədəniyyətinə, türk mədəniyyətinə xeyirli olsun” – dedilər”. Şair o qədər şeir dünyasına vaqif olub ki, sanki fani dünyanı unudaraq, bütövlükdə şeirin dərinliklərinə, alt qatına keçib. Haqq dünyasının davasındadır. Müasir şeirimizdə belə düşüncələri könülə doldurub, sonra dilə – yazıya almaq cəsarət tələb edir. Çünki şairliyə röyanda badə içib gəlirsənsə, ağır çiləli olur,
“Gül üzlüm” (2018) adlı 7-ci kitabında 80 şeir var, “hamısını 45 gün ərzində yazdım”. İnsan elmli, bir az da şair təbin olunca, bildiklərin yağış kimi misralara tökülür. Burada eşq ünvanı da var, əxlaq elmi də, tərbiyə məktəbi də – yetər ki, dərkin aydın olsun. Hər şeirində poeziyanın dərinliklərinə enmək və onu dilə gətirmək – sözə düzmək cəsarət tələb edir. Özünəinam, özünəgüvən, özünüdərk mərtəbəsinin növbəti qatları bunlardır. Bu kitabında şairin mənəvi dəstəkçisi Enver Gurkaninin adını dilə gətirib.
Günerkan Aydoğmuş hocamız demişkən, o, artıq ustadlıq mərtəbəsini qazanıb. “Şagirdim Vədat Yılmazla dərs çalışmalarında özümü çox rahat hiss edirəm, belə ki, onu öyrədirkən özüm də sanki yenilənirəm”. Elazığ kimi şairlər diyarında bu haqqı qazanmaq elə də asan məsələ deyil: həm də hamının, yəni müasirdaşlarının gözü qabağında böyüyəsən, o mühitdə yazmağı-pozmağı öyrənib baxtını qələmə etibar edəsən, yaradıcılıq dəstxəttinin rəng uyumunu da Manasda formalaşdırasan. Bütün bu qeydlər İhsan Nazik bəyin şairlik ömrünə Azərbaycandan bir naxış olsun deyə yazdıq.

P.S. son bir informasiya rastıma çıxdı, oxudum üzüldüm: şairin ömür-gün yoldaşı – Gülpərisi fani dünyadan haqq dünyasına köçüb. Mərhumun toprağı yumşaq olsun. Şairə allahdan səbr diləyirik.

Almaz Ülvi Binnətova
filologiya elmləri doktoru
Bakı, avqust



19-08-2022, 10:42
Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında


Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında -
Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şabranın yanğın baş verən kəndləri - Dağ Bilici, Zöhramlı, Sumaqova, Qorğan, Xəlfələr, Qalaaltıda oldu.

Avrasiya.net xəbər verir ki, millət vəkili hadisə yerində yerli sakinlərlə görüşdü, FHN əməkdaşları ilə söhbətlər apardı, yanğının söndürülməsi prosesində iştirak etdi.

S.Qurbanov əvvəlcə Dağ Bilici kəndində əkin və meşə massivində yanan sahələrdə oldu. Yanğın baş verən sahələrin böyük bir hissəsi söndürülsə də, təhlükə tam sovuşmayıb. Bəzi yerlərdə tüstülənmə halları müşahidə olunur.

Millət vəkili hadisə yerində iş başında olan FHN-nin əməkdaşları ilə də görüşdü, görülən işlərlə maraqlandı. Yanğınsöndürənlər millət vəkilinə bildirdilər ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Helikopterlərin prosesə qoşulması da müsbət nəticə verməyib. Bildirildi ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur. Amma yanğının tam söndürülmıdi istiqamətində bütün güc səfərbər olunub.

S.Qurbanovun ayaq saxladığı növbəti yer tanınmış mədəniyyət işçisi Bayram Ağasıyevin tamamilə yanmış evi oldu. Həmin vaxt FHN əməkdaşları hələ də iş başında idilər, yanğın tam söndürülməmişdi. Millət vəkili hətta yanğınsöndürənlərə qoşularaq, yanğının tamamilə söndürülməsi prosesində iştirak etdi.

Daha sonra evin sahibi, hadisə yerində olan kənd sakinləri ilə görüşdü, söhbətləşdi, onlara mənəvi dəstəyini nümayiş etdirdi. Bildirdi ki, evin yenidən bərpası ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcək.

B.Ağasiyev bu hadisədən, eyni zamanda bütün mədəni, tarixi xəzinəsinin yandlğından kədərləndiyini və təəssüf hissi keçirdiyini bildirdi. S.Qurbanov ona təsəlli verdi, səbr arzuladı. Qeyd etdi ki, tez bir zamanda ona dəyən maddi və mənəvi ziyan dövlətimiz tərəfindən aradan qaldırılacaq. Sitat: "Sizin kədərinizə, acınıza şərikəm. Amna şükür Allaha ki, canlı itki olmayıb. Eviniz əvvəlki görkəmdə tikiləcək, təmir olunacaq. Siz yenə də öz fəaliyyətinizi davam etdirəcəksiz, mədəni sahədə töhfələrinizi verəcəksiz".

Kənd sakinləri və hətta yanğınsöndürənlər hadisə yerinə gələn, zərərçəkən bir ailəyə mənəvi dəstək olduğuna, görə millət vəkilinə minnətdarlığını bildirdilər.
S.Qurbanov oradan ayrıldıqdan sonra piyada yanıb külə dönən ətraf sahələrə baş çəkdi. Kənd camaatından məlumatlar aldı, bəzi suallarını verdi.
Millət vəkili daha sonra Zöhramlı kəndinə üz tutdu. Yolboyu ətraf meşə massivinin, üstünə meyvə dolu yabanı ağacların, meşə təsərrüfatının yanıb külə dönməsi, havanın yanıq qoxusu insanı təsirləndirə bilməzdi. Millət vəkili hər belə mənzərəni görəndə maşını saxlayıb ürəkağrısı ilə seyr edirdi.
Yolda millət vəkilinin gözünə FHN-nin daha bir yanğınsöndürən maşını və əməkdaşları dəydi. Maşını o tərəfə istiqamətləndirdiyi. Qurum əməkdaşları meşənin çox da dərinlikdə olmayan hissələrində tüstülənməkdə olan yerləri söndürməyə gəlmişdilər. Su şlanklarını yenicə açırdılar, millət vəkili də bu işdə onlara kömək etdi. Hətta birlikdə həmin yerə gedib, baş verə biləcək yanğını ram etdilər. İş bitəndən sonra yanğınsöndürənlərlə xatirə fotosu da çəkildi.

Növbəti ünvan isə Pirəbədil, Sumaqova, Qorğan və Xəlfələr kəndləri oldu. Bu kəndlərdəki meşə massivlərində də ara sıra tüstülənməkdə olan obyektlərə rast gəlinirdi. Amma yerli mətbuatın yazdığı kimi Zöhramlı kənd camaatı təxliyə edilməmişdi, kənddə həyat davam edirdi.
Şabran Rayon İcra Hakimiyyətinin Qorğan kəndi üzrə nümayəndəsi Orxan Balabəyov bildirdi ki, iki gündür kənd camaatı ilə birlikdə yanğınla mübarizə aparıblar və yanğın tam söndürülüb.
Uzaqdan tüstüyə, alova bürünən min illik tariximiz olan qədim "Çıraqqala" abidəsi görünürdü. Günorta saat 3 olardı, S.Qurbanov nahara belə oturmadı, onu müşayət edənlərlə birlikdə "Çıraqqala" ya üz tutdu.

Eyniadlı kənd, sanatoriya və qalanın özü üçün də bir təhlükə vardı. Amma sanatoriyada istirahətə gələn yerli və əcnəbi turistlər heç də təşviş keçirmirdilər, qorxmurdular, həyat axarıncaydı. Hətta çoxu tüstü və xırda alovun ağuşunda olan əzəmətli qalanın foto və videolarını belə "maraqla" çəkirdilər. Burada da hadisə yerində FHN-nin qüvvələri vardı. Səmada isə helikopterlər görünürdü.
Millət vəkili buradan da canlı yayıma çıxdı. Hadisə,
söndürülməsi prosesi ilə bağlı ictimaiyyəti məlumatlandırdı. Eyni zamanda həm FHN əməkdaşları,
həm də istirahətə gələn turistlərlə görüşdü, söhbətləşdi. Hətta S.Qurbanov İTV-nin kameraları önünə çıxdı.

Onu da qeyd edək ki, S.Qurbanov elə hadisə yerindəcə təəssüratlarını müvafiq dövlət orqanları rəhbərləri, yerli icra hakimiyyəti başçıları ilə bölüşdü, müəyyən məqamlarla bağlı onları məlumatlandırdı, tövsiyələrini verdi.
Bütün kəndlərdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov millət vəkili ilə bir yerdə oldu.

Xatırladaq ki, bir neçə gündür Şabranın ucqar Dağ Bilici kəndində yanğın başlayıb. Dağlıq ərazidə biçilmiş əkin sahələrindən başlayan alov daha sonra meşə sahəsinə və kəndə, digər yaxın qonşu kəndlərin ərazilərinə yayılmağa başlayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin canlı qüvvəsi və texnikası, helikopterlər və hətta "Amfibiya" da cəlb olunub.

Xüsusi qeyd: "Qalaaltı" nda baş verən hadisə yerinə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov gəlsə də, Şabranda yanğın baş verən kəndlərin heç birində rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovu görmədik. Elə oradaca öyrəndik ki, başçı buralara çox az hallarda gəlir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!