Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
30-08-2022, 20:32
“Şaurma”nın sahibi “12-ci imam”a 173 min zəkat veribmiş


“Şaurma”nın sahibi “12-ci imam”a 173 min zəkat veribmiş

Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Butov.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Natiq Sadıqov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi 2004-cü ildən tanışlarının vasitəsilə tanıyır. Zərərçəkmiş deyib ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibidir: "Görürdüm ki, Aqilə hərə bir cür xidmət edirdi. Mən də onun imamlığını qəbul etdim. Bizə deyirdi ki, Allah məsləhət bildiyi vaxtda zühur edəcək. Evinin liftini təmir etdirdim. Daha sonra onun evi yandı, oranı da təmir etdirdim. Xocahəsəndə həyət evi tikdirdim, onu da Aqilə hədiyyə etdim, amma bəyənmədi. Evi mənə satdırdı, pulunu ona verdim. Özümə isə qiyməti 132 minmanat olan iki maşın aldım və birini ona hədiyyə etdim. Bunlara görə artıq valideynlərim məndən narazılıq etdilər. Bizə qayda-qanun qoymuşdu ki, zəkat vermək lazımdı. Aqil deyirdi ki, hər ay minimum 2 min manat zəkat verək. 2007-ci ildən zəkat verməyə başladım. Sonra mənə söylədi ki, "ev tikək kasıblara paylayaq". Daha sonra onun hicablı qadınlarla əxlaqsız hərəkətlərini eşitdik. Bundan çox sarsıntı keçirdim. Bu barədə Aqilə sual verdim. Ondan normal cavab ala bilmədim. Daha sonra Aqildən pulumu istədim. O, pulumu qəpiyinə kimi qaytarağını bildirdi. Ona 173 min manat zəkat vermişəm. Eyni zamanda Aqil mənə 170 min manat maddi ziyan vurub". Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib. Qeyd edək ki, Aqil Babayev 2 milyon 500 min manat miqdarından zərərçəkmişlərə ümumilikdə ziyan vurub. İttihama görə, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib. Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Qeyd edək ki, Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub. Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
30-08-2022, 20:27
Çin Kommunist Partiyasının qurultayı çağırıldı


Çin Kommunist Partiyasının qurultayı çağırıldı

Oktybarın 16-da Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayı keçiriləcək. Bu barədə Çinin dövlət mediası məlumat yayıb. Qurultaya Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinin sədrlik edəcəyi bildirilir. Qurultayın “Çin xüsusiyyətlərinə malik böyük sosializm bayrağı” altında, Mao Tszedunun ideyaları və Den Syaopinin nəzəriyyələri əsasında keçiriləcəyi qeyd edilir. Hazırda partiya strukturları konfransın təşkili ilə bağlı iş aparır. Si Cinpinin yenidən Cin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçiləcəyi gözlənilir.
30-08-2022, 20:22
DTX Gömrük Komitəsində əməliyyat keçirib? – Rəsmi açıqlama


DTX Gömrük Komitəsində əməliyyat keçirib? – Rəsmi açıqlama

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində əməliyyat keçirməsi ilə bağlı xəbəri təkzib edib. DTX-nin İctimai Əlaqələr Mərkəzindən bildirilib ki, qurum tərəfindən Gömrük Komitəsində antikorrupsiya əməliyyatı keçirilməyib. Qeyd olunub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bir neçə saat əvvəl Dövlət Gömrük Komitəsinin strukturlarında anti-korrupsiya əməliyyatı keçirilib. Butov.az xəbər verir ki, əməliyyat zamanı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini Məsumov Hüseyn Möhsün oğlu saxlanılıb. Xatırladaq ki, Hüseyn Məsumov bir ay əvvəl həbs edilən “Azərterminalkompleks” birliyinin direktoru gömrük general-mayoru Ehtiram Xəlilovu əvəzləmişdi.
30-08-2022, 20:19
Sahildə avtomobillərin hərəkəti məhdudlaşdırılır


Sahildə avtomobillərin hərəkəti məhdudlaşdırılır

Sabah saat 09:00-dan sentyabrın 2-si saat 20:00–a qədər Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin Məhərrəm Seyidov küçəsində (Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun girişindən çıxışına qədər olan hissəsində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Butov.az xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir. Qurum sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib, yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyib.
30-08-2022, 20:18
“Paşinyan sabah yeni ərazilər verəcək” – İrəvanda etiraz


“Paşinyan sabah yeni ərazilər verəcək” – İrəvanda etiraz

İrəvanda 44 günlük ikinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin yaxınları yenidən etiraz aksiyası keçirib. Onlar Baş Prokurorluqdan baş nazir Nikol Paşinyanın dərhal həbs olunması tələb ediblər. Butov.az xəbər verir ki, erməni valideynlər övladlarının ölümündə şəxsən Baş naziri günahkar hesab edirlər. "Paşinyan sabah görüş üçün Brüsselə gedəcək. Amma o, erməni xalqını təmsil etməməlidir, buna haqqı yoxdur. Sabah Baş nazir başqa bir sənəd imzalayacaq, nəticədə yeni ərazilər itirəcəyik” - aksiya iştirakçıları bildiriblər. Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü avqustun 31-də Brüsseldə baş tutacaq.
30-08-2022, 17:28
Bu ölkələr Bakı və İrəvan arasında sülhü əngəlləyir


Bu ölkələr Bakı və İrəvan arasında sülhü əngəlləyir

ABŞ və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etməsi ondan xəbər verir ki, bu ölkələr Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəmir. Bunu açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq forumda iştirak etməmələri, həmin ölkələrin regionda sülhün olmasını istəmədiklərini açıq şəkildə göstərir. Buna baxmayaraq, Amerikanın regionda sülhü hamıdan çox istəməsi ilə bağlı verdiyi bəyanat əsassız və gülüncdür. Politoloqun sözlərinə görə, ABŞ və Fransa bölgədə sülh istəsəydi, sülhyaratma prosesində yaxından iştirak edərdilər: “Həqiqətən regionda sülhün olmasını istəsəydilər, dəfn edilmiş Minsk Qrupunun yenidən dirçəldilməsi barədə təkliflər irəli sürməzdilər, eləcə də Qarabağdakı ermənilərə hansısa statusun verilməsi barədə cəfəng fikirlər səsləndirməzdirlər. Sadaladığım bu faktlar beynəlxalq hüquqa ziddir”. Qabil Hüseynlinin fikrincə, Azərbaycan öz ərazilərini beynəlxalq hüquq normalarına uyğun şəkildə azad etdikdən sonra ABŞ və Fransa kimi ölkələr sülhyaratma prosesinə əngəl olmağa çalışırlar. "Xüsusilə də, Amerika və Fransa müxtəlif bəhanələrlə siyasi problemlər yaradıb, bölgədə xristian təsirini yaymaq üçün imkanlardan geniş istifadə edirdilər. Ancaq bu plan baş tutmayıb və bundan sonra da baş tutmayacaq. Sonda özləri çox pis vəziyyətdə qalacaqlar”. Qeyd edək ki, avqustun 27-də Şuşada beynəlxalq konfrans keçirilib. Konfrans işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub. Tədbirdə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edib. Nədənsə belə mötəbər tədbirdə ABŞ və Fransanın ölkəmizdəki səfirləri gözə dəyməyib. Məlum olub ki, hər iki ölkənin Bakıdakı səfirlərinə konfransda iştirakla bağlı dəvət göndərilsə də, onlar Şuşaya getməkdən imtina ediblər.

30-08-2022, 17:24
Son sutkanın vaksinasiya mənzərəsi


Son sutkanın vaksinasiya mənzərəsi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1677 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 890, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 155 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 858 788, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 806, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 363 343, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 066 nəfər təşkil edir.



30-08-2022, 17:21
Yoluxanların sayı yenidən artdı


Yoluxanların sayı yenidən artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 812 816 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 799 479 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 532 nəfərdir. Ölkədə son sutka ərzində 4 028, hazırkı dövrədək isə 7 151 214 test aparılıb.



30-08-2022, 17:18
Zaqatalada yanğın davam edir - 2 helikopter göndərildi


Zaqatalada yanğın davam edir - 2 helikopter göndərildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Aşağı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-dən bildirilib ki, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
30-08-2022, 17:04
Mişel İlham Əliyevdən sonra Paşinyanla danışdı


Mişel İlham Əliyevdən sonra Paşinyanla danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığında Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də Brüsseldə keçiriləcək görüşü müzakirə olunub. Bundan əlavə, tərəflər dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib və danışıqların səmərəli olacağına ümidvar olduqlarını bildiriblər. Bundan öncə, Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə də telefon əlaqəsi saxlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!