Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
3-09-2022, 22:03
Lavrov iranlı həmkarı ilə telefon danışığı apardı


Lavrov iranlı həmkarı ilə telefon danışığı apardı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər cari ilin avqustun 31-də Moskvada keçirilmiş danışıqların yekunları üzrə razılaşmaların hazırlanmasında ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edib. XİN başçıları yüksək və yuxarı səviyyələrdə qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Bundan əlavə, nazirlər beynəlxalq və regional məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.
3-09-2022, 21:55
"Bir gecə qəfil gələrik" -  yunanlara xəbərdarlıq


"Bir gecə qəfil gələrik" - Ərdoğandan yunanlara xəbərdarlıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edib. Butov.az xəbər verir ki, ölkə lideri bu barədə Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında danışıb. “Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana deyəcək bir cümləmiz var: İzmiri unutma! Adaları işğal etməyiniz bizi saxlamaz. Vaxtı gələndə lazım olanı edəcəyik. Bir gecə qəfil gələ bilərik”, - deyə Ərdoğan bildirib.
3-09-2022, 21:48
Psixoloqun döydüyü azyaşlının anası danışdı


Psixoloqun döydüyü azyaşlının anası danışdı

Bakıda loqopedik mərkəzdə azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Butov.az xəbər verir ki, yayılan görüntülərin metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alındığı bildirilir. Azyaşlının anası Səbinə Qasımova mediaya açıqlamasında qeyd edib ki, övladının bədəninin müxtəlif nahiyələrində yaralar olduğunu görüb. Oğlundan səbəbini soruşanda isə məlum olub ki, azyaşlıya mərkəzin psixoloqu tərəfindən şiddət göstərilib. Azyaşlının valideyni videodakı psixoloqun kimliyinə də aydınlıq gətirib. Daha ətraflı Baku TV-nin süjetində:


3-09-2022, 21:42
Uşaqlara işgəncə verənləri 5 ilədək həbs gözləyir


Uşaqlara işgəncə verənləri 5 ilədək həbs gözləyir

Bakıda qanunsuz fəaliyyət göstərən özəl loqoped mərkəzində uşaqların işgəncələrə məruz qalması cəmiyyətdə hiddət doğurub. Paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" loqoped mərkəzində qeydə alınan hadisə ilə əlaqədar dövlət qurumları dərhal hərəkətə keçib və qısa müddət ərzində azyaşlılara amansız işgəncə verən şəxslərin kimliyi müəyyən edilib. Adıçəkilən mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir. Sosial şəbəkələrdə gedən müzakirələrdə uşaqlara işgəncə verən Aytac Kazımlı və Səbinə Əliyarbəylinin ən ağır cəzaya məhkum edilməsi tələb olunur. Bəs, onların ittiham olunduğu 133-cü maddədə hansı cəza nəzərdə tutulur? Butov.az xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, əzab vermə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə, eyni zamanda işgəncə verməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Bundan əlavə, həmin maddənin birinci bəndi üzrə, yəni qəsdən sağlamlığa ağır zərər vurma faktı müəyyən edilmədikdə, ittiham olunan şəxs iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
3-09-2022, 21:38
Yevlaxda 51 min manatlıq qoyun oğurlandı


Yevlaxda 51 min manatlıq qoyun oğurlandı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində silsilə şəkildə xırdabuynuzlu heyvanlar oğurlayan şəxslər müəyyən edilrərək məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bir qrup rayon sakini RPŞ-yə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumatlar veriblər. Daxil olmuş məlumatlar əsasında keçirilən tədbirlər nəticəsində rayonun müxtəlif kəndlərinin ərazisində yerləşən ferma və fərdi yaşayış evlərindən xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən rayonun Tanrıqulular kənd sakini Tural Bayramov saxlanılıb. Araşdırmalarla T.Bayramovun oğurluqları yetkinlik yaşına çatmayan qardaşı və həmkəndlisi Pərviz Balakişiyevlə birgə törətdiyi müəyyən edilib. Keçirilmiş tədbirlərlə onun qardaşı və həmkəndlisi də polis əməkdaşları tərəfindən saxlanılıb. Ümumilikdə isə T.Bayramovun 234 ədəd xırdabuynuzlu heyvanı oğurlayaraq vətəndaşlara 51 000 manata yaxın ziyan vurduğu məlum olub. O, oğurladığı heyvanları dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Həmçinin keçirilmiş tədbirlərlə 38 ədəd heyvan maddi sübut kimi aşkar edilərək götürülüb.


3-09-2022, 21:34
Bu saziş qüvvədən düşdü


Bu saziş qüvvədən düşdü

Prezident İlham Əliyev “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş"in qüvvədən düşməsi barədə” Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb. Butov.az xəbər verir ki, sənədə əsasən, “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokol təsdiqlənib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.
3-09-2022, 21:29
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam


Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncamla 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
3-09-2022, 19:07
QHT yeni  layihənin icrasına başlayıb

QHT yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Türk dünyasının birliyində azərbaycançılıq ideyasının rolu” adlı layihənin icrasına start verilib.
“Türk Dünyası İnfo” İctimai Birliyindən bildiriblər ki, 2 ay müddətinə icra olunacaq layihə çərçivəsində azərbaycançılıq ideyasının bugünün və sabahın ən əsas dövlətçilik ideologiyalarından biri olmaqla, xalqın milli ruhuna, ədəbiyyatına, dilinə, adət-ənənəsinə, vətənpərvərlik duyğularına təsirləri, Türk dünyasının birliyinə töhfələri araşdırılacaq. Layihənin əsas məqsədi Dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən V qurultayında qaldırılan taleyüklü məsələlər timsalında azərbaycanlıların, ümumən türklərin ölkəmizdə və eləcə də dünyada milli birlik, mədəniyyət, vətənpərvərlik sahəsində fəaliyyətlərinə nəzərən Türk dünyası ədəbiyyatının, mədəniyyətinin təbliği, milli maraqlarımızın qorunması istiqamətində dövlətimizin apardığı davamlı və sistemli siyasətin həyata keçirilməsində ictimai birlik olaraq iştirak etməkdir. Layihə üzrə nəzərdə tutulan işlər Bakı şəhərində həyata keçiriləcəkdir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin aktulallığı və ictimai əhəmiyyəti barədə bildirib ki, azərbaycançılıq ideyasının həyatda gerçək nəticələri Dünya azərbaycanlılarının ilk qurultayından başlamış, 2022-ci ildə Şuşa şəhərində keçirilən Zəfər Qurultayında böyük çoşqu ilə qeyd edilmişdir. Azərbaycançılıq ideyasının daimi aktual olan tələbi ondan ibarətdir ki, hər bir azərbaycanlının ictimai əhəmiyyətli məsələlərin, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən ədəbi-mədəni nümunələrimizin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə bu gün də ehtiyac vardır. Azərbaycan, istərsə də bütün Türk dünyasının birliyi istiqamətində görülən böyük miqyaslı işlərin, ədəbiyyata, mədəniyyətə qayğısının gənc nəslə, ümumən ictimaiyyətə çatdırılması daim aktual olan ictimai təlabatdır. Bu mənada, layihə Azərbaycan xalqının və Türk dünyasının birliyində, ümumən dünya azərbaycanlılarının taleyində mühüm əhəmiyyət daşıyan Azərbaycançılıq ideyasının xalqımızın şüurunda, həmrəyliyində, ədəbi düşüncəsində möhkəm yer tutması, dövlət ideologiyasına çevrilməsi prosesinin öyrənilməsi, araşdırılması və ədəbiyyat vasitəsilə təbliği məsələlərinə həsr olunmuşdur.
Məlum olduğu kimi Türk dünyası ədəbiyyatında Azərbaycana, Qarabağa, eləcə də türkçülüyə, xalqlarımızın qardaşlığına, milli-mənəvi dəyərlərinə xeyli əsərlər yazılmışdır. Bu layihə çərçivəsində o əsərlərin də ortaq ədəbiyyatımızın nümunələri kimi toplayaraq “Türk Dünyasında Azərbaycan” adlı poeziya antologiyası nəşr etməyi və təqdimat mərasimi keçirməyi nəzərdə tutmuşuq. Antologiyanın təqdimatı vasitəsi ilə yazarlarla oxucular arasında faydalı tanıtım səpkili əməkdaşlıq qurulacaq, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndələrinin təbliği işi sistemli xarakter almış olacaq. Nəticə olaraq müasir yazarlara, kitabxana və elmi dairələrə maarifləndirici təbliğat məqsədi ilə azərbaycançılıq, türkçülük, mlli həmrəylik mövzusunda 1 kitabda toplanmış baza xarakterli seçmə şeirlər təqdim ediləcək.

“Türk Dünyası İnfo” İB
3-09-2022, 15:55
Putin İlham Əliyevə zəng edib


Putin İlham Əliyevə zəng edib


Sentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Cənubi Qafqazda cari vəziyyət hərtərəfli müzakirə edilib. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin nizamlanması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli əsas üçtərəfli razılaşmalarının ardıcıl olaraq reallaşdırılması əzmi təsdiq edilib. Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib. Telefon danışığı əsnasında ikitərəfli gündəliyin bəzi praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, energetika və humanitar sahələrə aid məsələlər də nəzərdən keçirilib. Təmasların davam etdiriləcəyi qeyd olunub.
3-09-2022, 15:52
Loqoped mərkəzində uşaqlara işgəncə verənlər saxlanıldı


Loqoped mərkəzində uşaqlara
işgəncə verənlər saxlanıldı


Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyytlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. E.Hacıyev qeyd edib ki, faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. "Hazırda istintaq hərəkətləri davam etdirilir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!