Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
3-09-2022, 15:07
“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib


“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinin
oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Klubunun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan çempionu gələn həftə start götürəcək turnirə 25 futbolçu sifariş edib. Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, doqquzu yarımmüdafiəçi və dördü hücumçudur. Baş məşqçi Qurban Qurbanovun tərtib etdiyi siyahıya qapıçılar - Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov, müdafiəçilər - Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilər - Qara Qarayev, Julio Romao, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borqes, hücumçular - Ovusu Kvabena, Musa Qurbanlı, Ramil Şeydayev və Nəriman Axundzadənin adı daxil edilib. Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin görüşləri sentyabrın 8-dən noyabrın 3-dək keçiriləcək. “Qarabağ” G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə qarşılaşacaq.

3-09-2022, 15:03
Quru sərhədləri payızda açılacaq?


Quru sərhədləri payızda açılacaq?

COVID-19 virusuna gündəlik yoluxma artsa da, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Rəsmilər qapanma və maska tələbinin qaytarılmasına lüzum görmürlər. Bununla belə, uzun müddətdir müzakirə edilən quru sərhədlərin açılması da reallaşmır. Yayda sərhədlərin açılması gözlənilsə də, bu, baş vermədi. Bəs, payıza doğru quru sərhədləri açıla bilərmi? Məsələ ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlı bildirib ki, quru sərhədlərinin nə vaxt açılacağı ilə bağlı konkret vaxt demək mümkün deyil. Deputat hesab edir ki, bununla bağlı Operativ Qərargah Azərbaycanda və qonşu ölkələrdəki epidemiolji vəziyyəti nəzərə almaqla qərar verəcək. Onun sözlərinə görə, quru sərhədlərinin açılması ilə bağlı qərar təkcə ölkədəki epidemioloji vəziyyətlə bağlı deyil: “Quru sərhədlərinin açılması ilə bağlı qərar verilərkən sadəcə Azərbaycanda yox, eyni zamanda bizimlə sərhəddə yerləşən ölkələrdəki epidemioloji vəziyyət də nəzərə alınır. Qeyd etmək lazımdır ki, son həftələr bölgədə, xüsusilə də, Rusiyada COVID-19-a yoluxmada artımlar müşahidə olunur. Buna görə də, sərhədlərin açılması COVID-19 virusuna yoluxma sayının necə dəyişməsindən asılı olacaq”. Deputat qeyd edib ki, quru sərhədlərinin açılması qonşu ölkələrdə COVID-19-a yoluxma halları kəskin azalacağı təqdirdə real görünür: “Çünki bütövlükdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və optimallaşdırılması Azərbaycan üçün prioritet olaraq qalmaqdadır”.



3-09-2022, 14:58
İllər sonra 29 cinayətin üstü açıldı


İllər sonra 29 cinayətin üstü açıldı

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
3-09-2022, 14:55
Türkiyədə azərbaycanlı qətlə yetirildi


Türkiyədə azərbaycanlı qətlə yetirildi

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində silahlı insident baş verib. Butov.az xəbər verir ki, dünən axşam saatlarında Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərov naməlum şəxslər tərəfindən güllələnib. Ağır güllə yarası alan azərbaycanlı dünyasını dəyişib. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar. Qətlin təfərrüatı məlum deyil. Polis araşdırmalara başlayıb. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, qətlə yetirilən Ceyhun Ələkbərov kriminal aləmə yaxın olub. O, Ceyhun Beyləqanlı adı ilə tanınıb. İddialara əsasən, onu güllələyən şəxs də azərbaycanlıdır. Hələlik həmin şəxsin kimliyi məlum deyil.
3-09-2022, 14:51
Ruslar Ukraynada 400-ə yaxın uşağı öldürüb


Ruslar Ukraynada 400-ə yaxın uşağı öldürüb

Rusiya ordusunun Ukraynaya silahlı təcavüzü nəticəsində 380 uşaq həlak olub, daha 737 uşaq isə yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, müharibə dövründə uşaqlar ən çox Donetsk vilayətində - 388, Xarkov vilayətində - 204, Kiyev vilayətində - 116, Çerniqov vilayətində - 68, Nikolayev vilayətində - 67, Luqansk vilayətində - 61, Xerson vilayətində - 55, Zaporojya vilayətində - 46 zərər çəkib. Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
3-09-2022, 14:48
Uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum oldu


Uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum oldu

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. DİN rəsmisi deyib ki, araşdırmalar davam etdirilir: "Əlavə məlumat veriləcək". Qeyd edək ki, sosial şəbəkələrdə reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" loqoped reabilitasiya mərkəzində baş verib.
3-09-2022, 14:45
Diaspor könüllüləri Şuşaya getdilər


Diaspor könüllüləri Şuşaya getdilər

Sentyabrın 3-də Azərbaycan Diaspor Könüllülərinin
mədəniyyət paytaxtımız Şuşaya səfəri təşkil edilib. Butov.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 50 könüllü və Komitə əməkdaşları iştirak edir. Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, güllələnmiş heykəllərin olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun heykəli, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidləri və digər görməli yerlərin ziyarəti daxildir. Diaspor könüllüləri postmüharibə dövründə mədəniyyət paytaxtımızda aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar. “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, səfərin əsas məqsədi gənclərin işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə də Şuşa şəhərində vaxtilə ermənilərin törətdikləri dağıntı və vandalizm aktlarını görmələridir. Səfər zamanı könüllülər sosial şəbəkələr vasitəsilə insani dəyərlərə zidd olan bu vəhşiliklərə diqqəti cəlb etmək niyyətindədirlər.


3-09-2022, 14:42
Füzulidə şəhid ailələri və qazilər işlə təmin olunub


Füzulidə şəhid ailələri və qazilər işlə təmin olunub

Şəhid ailələrinin, müharibə əlillərinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biridir. Füzuli rayonunda şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərilir, onların problemlərinin həll olunması, məşğulluqlarının təmin edilməsi daima diqqətdə saxlanılır. Butov.az xəbər verir ki, bu günlərdə Füzuli rayonunda fəaliyyət göstərən bir qrup sahibkar, iş adamı təşəbbüslə çıxış edərək şəhid ailələrinin, qazilərin işlə təmin olunmalarına, onların məşğulluğunun təmin edilməsinə öz töhfələrini vermək istəklərini bildiriblər. Rayonun iş adamları, sahibkarlar Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə bununla bağlı müraciət etmişlər. Şəhid ailələrinin, qazilərin könüllülük prinsipi əsasında işlə təmin olunmaları üçün Rayon İcra Hakimiyyətində görüş keçirilmiş, sakibkarlar, iş adamları ilə şəhid ailələri, qazilər arasında müvafiq müqavilələr imzalanıb. İmzalanan müqavilələr əsasında Füzuli rayonu ərazisində yaşayan 8 şəhid ailəsi və 14 Vətən müharibəsi qazisi işlə təmin olunmuşdur. Özəl sektorun nümayəndələri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün onlara yaradılan şəraitə, şəhid ailələri və qazilər isə onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






3-09-2022, 14:36
ABŞ Lavrova viza vermədi


ABŞ Lavrova viza vermədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun başçılıq etdiyi nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının illik sessiyası çərçivəsində Nyu-Yorka səfəri üçün ABŞ-dan 56 viza istənilib, lakin hələ də buna müsbət cavab verilməyib. Bu barədə Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya bildirib. BMT-nin baş katibi Antonio Quterreşə məktub yazan səfir şikayətlərini dilə gətirib. O, ABŞ-ın Rusiya nümayəndə heyətinə viza verməkdən imtina etdiyini diqqətə çatdırıb. Diplomat ABŞ tərəfindən Rusiyanın müraciətinə cavab verilmədiyini, hansı səbəbdən imtina edildiyinə aydınlıq gətirilmədiyini qeyd edib.
3-09-2022, 14:34
Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verildi


Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verildi

Bakıda özəl loqoped mərkəzində uşaqlara işgəncə verilib. Bununla bağlı görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb. Kadrlarda mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi görünür. K.Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" özəl loqoped mərkəzində qeydə alınıb. Faktla əlaqədar dövlət qurumlarına məlumat verilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə görüntülərlə bağlı araşdırma aparıldığı bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!