"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
5-09-2022, 19:45
MAQATE-nin iki əməkdaşı Zaporojyedə daimi qalacaq


MAQATE-nin iki əməkdaşı Zaporojyedə daimi qalacaq

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) dörd nümayəndəsi sentyabrın 5-də Zaporojye atom elektrik stansiyasını tərk edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, təşkilatın iki mütəxəssisi obyektdə daimi yerləşəcək və orada işləyəcək. Qeyd edək ki, MAQATE-nin missiyası sentyabrın 1-dən Zaporojyeyə gəlib. Həmin gün missiyanın böyük hissəsi atom elektrik stansiyasının ərazisini tərk edib. Xatırladaq ki, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye martın 4-dən rus əsgərlərinin nəzarətindədir.
5-09-2022, 19:43
Consonun baş nazir kimi Zelenski ilə son söhbəti


Consonun baş nazir kimi Zelenski ilə son söhbəti

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. O qeyd edib ki, Consonla hazırkı vəzifəsində sonuncu dəfə söhbət edib. "Bütün Ukrayna xalqının adından ona şəxsi cəsarətinə, prinsiplərinə və Rusiyanın təcavüzünə qarşı mübarizədə böyük töhfəsinə görə təşəkkür etdim. Ukraynanın böyük dostu ilə yeni statusda əməkdaşlığı səbirsizliklə gözləyirəm", - deyə Zelenski yazıb. Qeyd edək ki, Böyük Britaniyanın yeni Baş naziri Liz Trass seçilib.
5-09-2022, 19:40
Rusiya hərbi texnikalarını Bakıda nümayiş etdirəcək


Rusiya hərbi texnikalarını Bakıda nümayiş etdirəcək

“Rostex” dövlət korporasiyasına daxil olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti sentyabrın 6-8-də Bakıda keçiriləcək “ADEX-2022” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Rusiyanın birləşmiş ekspozisiyasını təşkil edir. Bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib. “Rosoboroneksport” – “ADEX” sərgisinin ənənəvi iştirakçısıdır. Biz Bakıda uzunmüddətli qonşuluq münasibətlərinin birləşdirdiyi Xəzəryanı regionu ölkələri üçün Rusiyanın aparıcı müəssisələrinin müdafiə sənayesi məhsullarını nümayiş etdiririk. 2022-ci ildə Rusiya ekspozisiyasını silahlı qüvvələrin və qoşunların bütün növləri, xüsusi və polis bölmələri üçün 500-ə yaxın nümunə təqdim edəcək, mülki məhsulların geniş çeşidini sərgiləyəcəyik. “Rosoboroneksport” tərəfindən irəli çəkilən atıcı silahlara, terrorizm əleyhinə sistemlərə və kibertəhlükəsizlik üzrə layihələrə böyük diqqət ayrılacağını gözləyirik”, - deyə qurumun rəhbəri vurğulayıb. Onun sözlərinə görə, “Rosoboroneksport” sərgidə müasir texnika nümunələrini nümayiş etdirəcək. “ADEX-2022”də ümumilikdə Rusiya ekspozisiyasında 20-dən artıq sənaye müəssisəsi iştirak edir, onlardan 6-sı məhsullarını öz stendlərində təqdim edəcək. “ADEX-2022”də Rusiya nümayəndə heyətinin nüfuzlu tərkibi və ekspozisiya “Rosoboroneksport”a öz tərəfdaşları ilə region üçün hər cür aktual cari və perspektiv layihələri, eləcə də dünya bazarının yeni şərtləri çərçivəsində qarşılıqlı fəaliyyət formatlarını müzakirə etməyə imkan verəcək. Biz sənaye tərəfdaşlığı çərçivəsində təkliflərimiz, birgə layihələrin işlənib hazırlanması, silah-sursat və hərbi texnikanın istehsalı, daha əvvəl tədarük olunan məhsulun modernləşdirilməsi, personalın təlimi imkanları barədə söhbət açacağıq” , - Aleksandr Mixeyev daha deyib. Qeyd edilib ki, Rusiyada hərbi və ikili təyinatlı məhsulların, xidmətlərin və texnologiyaların bütün spektrinin ixrac/idxalı ilə məşğul olan yeganə dövlət təşkilatı olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti “Rostex” dövlət korporasiyasına daxildir. Dünya silah-sursat bazarının liderlərindən biri sayılan “Rosoboroneksport”un payına Rusiyanın silah və hərbi texnikası ixracatının 85 faizdən çoxu düşür. “Rostex” dövlət konserni Rusiyanın ən iri sənaye şirkətidir. 2022-ci ildə özünün 15 illiyini qeyd edən şirkət ölkənin 60 regionunda 700-ə yaxın elmi və istehsal təşkilatlarını birləşdirir, fəaliyyətinin əsas istiqamətləri təyyarəqayırma, radioelektronika, tibbi texnologiya, innovasiyalı materiallar və digərləridir.

5-09-2022, 19:31
Putin Paşinyanla Azərbaycanı müzakirə edəcək


Putin Paşinyanla Azərbaycanı müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Tərəflər üç ölkə liderinin imzaladığı üçtərəfli bəyanatlar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə edəcək. Qeyd edək ki, Putinlə Paşinyan 5-8 sentyabr tarixində keçiriləcək Vladivostok İqtisadi Forumu çərçivəsində görüşəcəklər.
5-09-2022, 19:29
Rusiya ABŞ vətəndaşlarına sanksiya tətbiq etdi


Rusiya ABŞ vətəndaşlarına sanksiya tətbiq etdi

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın 25 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə nazirlikdən bildirilib. Qeyd olunub ki, bu addım Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarına cavabdır.
5-09-2022, 19:27
Bakıda restoranda yanğın


Bakıda restoranda yanğın

Bakıda restoranda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 150 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) bir otağında 1 ədəd kondisioner, 1 ədəd televizor qismən və elektrik otağında 2 ədəd sayğac, 1 ədəd tənzimləyici və 2 ədəd qoruyucu açar yanıb. Obyektin qalan hissəsi və bina yanğından müafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
5-09-2022, 19:21
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi


Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi

Sentyabr 5-də Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ölkəmizə səfər edib. MN-dən verilən məlumata görə, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
5-09-2022, 19:19
Conson da yeni Baş naziri təbrik etdi


Conson da yeni Baş naziri təbrik etdi

Boris Conson yeni Baş nazir Liz Trassı təbrik edib. Bu barədə o, özünün “Twitter“ səhifəsində yazıb. “Yeni Baş nazir yaşayış böhranı ilə bağlı problemləri həll edə biləcək, partiyamızı və ölkəmizi birləşdirmək üçün düzgün plan quracaq. İndi bütün mühafizəkarlar onun arxasınca getməlidir”. Qeyd edək ki, Boris Conson son üç il ərzində Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri olub.
5-09-2022, 19:17
Liz Trass planlarını açıqladı


Liz Trass planlarını açıqladı

Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını edib. Butov.az xəbər verir ki, Trass Mühafizəkarlar Partiyasının lideri seçilməyin şərəfli olduğunu deyib. Yeni Baş nazir çıxışında COVID pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcəyini açıqlayıb. Liz Trass, həmçinin, keçmiş Baş nazir Boris Consona təşəkkür edərək onun Brexiti həyata keçirdiyini, koronavirus vaksinlərinin yayılmasında mühüm rol oynadığını və Vladimir Putinə qarşı durduğunu əlavə edib.
5-09-2022, 19:14
Polşa və Türkiyə müdafiə nazirləri görüşüb


Polşa və Türkiyə müdafiə nazirləri görüşüb

Türkiyə müdafiə naziri Hulusi Akar Polşa müdafiə naziri Mariuş Blaşzak ilə görüşüb. Bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, danışıqların mövzusu ikitərəfli hərbi əməkdaşlıq və modernləşmə çərçivəsində tərəfdaşlıq olub. Qeyd edək ki, görüş türkiyəli nazirin Polşaya səfəri çərçivəsində baş tutub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!