"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
5-09-2022, 18:40
Ukrayna Rusiyanın son itkilərini açıqladı


Ukrayna Rusiyanın son itkilərini açıqladı

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində 300 rus hərbçisini məhv edib. Bununla da indiyə qədər məhv edilən rus əsgərlərinin sayı 49 800-ə çatıb. Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində yayıb. Həmçinin,düşmənin məhv edilən texnikasının siyahısı aşağıdakı kimidir:
2068 (+19) tank;
4459 (+29) zirehli döyüş maşını;
1157 (+10) artilleriya sistemi;
294 (+0) MLRS;
156 (+0) hava hücumundan müdafiə sistemini;
236 (+0) təyyarə;
vertolyotlar - 206 (+0);
operativ-taktiki PUA - 867 (+3);
qanadlı raketlər - 205 (+2);
gəmilər / qayıqlar - 15 (+0);
avtomobil texnikası və yük maşınları - 3 286 (+10);
xüsusi texnika - 107 (+1).

5-09-2022, 18:37
Şahin Bağırov narkotik istifadə edən gömrükçüləri işdən çıxardı


Şahin Bağırov narkotik istifadə edən gömrükçüləri işdən çıxardı

Dövlət Gömrük Komitəsinin (DGK) sədr əvəzi, general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxarıb. Butov.az xəbər verir ki,əldə etdiyi məlumata görə, sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib. Belə ki, Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb. Bundan sonra Şahin Bağırov onları işdən azad edib.
5-09-2022, 18:34
Ucarda özünü yandıran qazi vəfat etdi


Ucarda özünü yandıran qazi vəfat etdi

Sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov intihar edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib. Qeyd edilib ki, N.Həsənov yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölüb. Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, sosial şəbəkərlərdə onun 1-ci Qarabağ müharibəsi qazisi oldugu bildirilir.
5-09-2022, 18:32
Hacıqabulda şəhidin xatirəsi anılıb


Hacıqabulda şəhidin xatirəsi anılıb

Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Yaqubov Hümbət Mərhəmət oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb. Butov.az xəbər verir ki, xatirə tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak edib. Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb. Yaqubov Hümbət Mərhəmət oğlu 30.10.2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Sonda Şəhidlərin ruhuna dualar oxunub.





5-09-2022, 18:27
50 min hektardan çox ərazi minalardan təmizlənib


50 min hektardan çox ərazi minalardan təmizlənib

Vətən müharibəsindən sonra 50 min hektardan artıq ərazi minalardan təmizlənib. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimat mərasimində qurumun İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O bildirib ki, mina axtarışına ANAMA ilə yanaşı Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: “İkinci Qarabağ müharibəsindən sonra ANAMA-nın qarşısında yeni vəzifələr durur. İşğal dövründə Ermənistan tərəfindən Qarabağda çoxlu sayda mina sahələri yaradılıb. İndiyə qədər 67 min mina və partladılmamış silah-sursat təmizlənib. Bu istiqamətdə işlər davam etdirilir. Bu gün ANAMA inkişaf edir, maddi-texniki bazası genişləndirilir: "Azad edilən ərazilərdə minaların təmizlənməsinə ən innovativ avadanlıqlar cəlb olunub”.
5-09-2022, 18:25
Laçın minalardan təmizlənir - ANAMA


Laçın minalardan təmizlənir - ANAMA

“Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçib. Həmin gündən etibarən Müdafiə Nazirliyi ilə birgə həmin ərazilərdə mina axtarışına başlanılıb”. Bu sözləri Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. Sədr vurğulayıb ki, bu yaxınlarda Müdafiə Nazirliyi ilə birgə Laçında aparılan minatəmizləmə işləri ilə bağlı birgə məlumat yayıblar: “Həmin məlumatlarda yeni mina sahələrinin aşkarlanması öz əksini tapmışdı. Aşkar olunan minalar məlum olub ki, Ermənistan tərəfindən müharibədən sonra istehsal olunub. Bu da qarşı tərəfin məkrli siyasətini əks etdirir”. Qurum rəsmisi deyib ki, hazırda Laçında minatəmizləmə işləri davam etdirilir: “Müdafiə Nazirliyinin və ANAMA-nın əməkdaşları oradadırlar. Əhalinin ora tez bir zamanda qayıtması üçün minatəmizləmə işləri ilə məşğul olurlar”.
5-09-2022, 18:23
Qarabağdakı Rusiya sülhməramlılarının yoxlama prosesindən


Qarabağdakı Rusiya sülhməramlılarının yoxlama prosesindən

“Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarəti davam etdirir”. Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Qeyd edilir ki, “Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunmasına nəzarət və monitorinq üzrə tapşırıqları yerinə yetirməkdə davam edirlər. Onlar mülki avtomobillərin hərəkəti, sərhədyanı rayonların sakinlərinin gediş-gəlişi, eləcə də ərzaq və müxtəlif malların daşınması üçün gecə-gündüz təhlükəsizliyi təmin edirlər”.
5-09-2022, 18:18
Ermənilərin “köpünü” almaq üçün bu dəfə Ağdərə azad olunmalıdır...

Ermənilərin “köpünü” almaq üçün bu dəfə Ağdərə azad olunmalıdır...


Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Haylar revanşist ideyalarını reallaşdırmaq üçün küylənərək yeni mərhələyə qədəm qoyduqlarını güman edirlər. Əlbəttə bu, əsassız deyil. Ermənilər çox yaxşı bilirlər ki, üçtərəfli bəyanatın 6-cı bəndindən irəli gələrək yeni yolun istifadəyə verilməsi, Laçının və ona məxsus Zabux, eləcə də Sus kəndlərinin azad olunmasının ardınca rəsmi Bakı 7-ci bəndin icrasının təhlükəsizliyi üçün 4-cü bəndə start verəcək. Bu isə separatçıların tərksilah edilməsi və azərbaycanlı məcburi köçkünlərin hələlik Rusiya “sülhməramlılarının” nəzarətində olan öz evlərinə - Xankəndiyə, həmçinin digər Azərbaycan ərazilərinə qayıtması deməkdir. Sözsüz ki, üçtərəfli bəyanatın 6-cı bəndinin icrasına zorla, hətta kötək gücünə razılaşan ermənilər indi 4-cü və 7-ci bənlərin icra olunmasına var gücləri ilə müqavimət göstərməyə cəhd edəcəklər. Onlara bu cəhdi etməyə stumul verən və ya küyləndirici amillər isə artıq göz qabağındadır. Baxın, Laçın şəhəri, Zabux və Sus kəndləri azad olunan kimi Rusiyaya məxsus “Duma TV”də hərbi tarixçi, politoloq Nikita Buranovun “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı təxribatçı açıqlamasının yayılması, Xankəndidə və İrəvanda anti-Rusiya mitinqlərinin keçirilməsi, ardınca “dqr” “parlament”inin fraksiya liderləri Rusiya “sülhməramlılarının” komandanı Aleksandr Volkovla görüşdən sonra minlərlə sakinin küçələrə çıxıb və 100 metrlik Rusiya bayrağı ilə yürüş etməsi, “Artsaxın müstəqillik günü” münasibətilə “Biz ölkənizi tam dəstəkləyirik”, deyə erməniyönlü ABŞ konqresmenlərinin mesajı, Amerika Konqresində separatçı “diplomat” David Babayanın sentyabrın 19-da nəzərdə tutulan görüşünün təşkili, radikal ermənilərin son mitinqlərdə Azərbaycana Qarabağla bağlı - “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir”, deyə üç “şərt” irəli sürmələri, yeni yolda “meydan sulayan” əli silahlı separatçı “polislər”, Paşinyanın “Artsaxın müstəqillik günü” münasibətilə separtçılara ünvanladığı məktubda “Dağlıq Qarabağ probleminin mahiyyəti Dağlıq Qarabağ ermənilərinin hüquqlarının qorunacağı təhlükəsiz şəraitdə yaşamağını təmin etməkdir. Artsax ermənilərinin təhlükəsizliyi və hüquqları təmin və Dağlıq Qarabağın statusu müəyyən olunmayana qədər problem həll olunmuş hesab edilə bilməz... Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin qarşısının alınması üçün səy göstərməyə borcludur”, deməsi və nəhayət, Moskvanın erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanı qəflətən yoxdan var edib Xankəndidə zühur etdirməyi erməniləri indi ruhlandırıb, daha doğrusu küyləndirib qoyub dağın başına. Bu arada, son Brüssel görüşündən bir gün əvvəl Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın erməni mediasında Qarabağla bağlı baş verənlərə öz mövqeyini ifadə edən “Fatalizm və cahillik: Ermənistanın keçmiş XİN başçısı hakimiyyətin Dağlıq Qarabağla bağlı səhvlərini izah edib” başlıqlı yeni analitik məqalə ilə çıxış etməsi də təsadüfi hesab edilə bilməz. Çünki bu yazıda keçmiş nazir Paşinyanın səhvlərini sadalamaqla yanaşı, hazırki məqamda ona mümkün çıxış yolunu da göstərir. Məsələn, Oskanyana görə Azərbaycanın Ermənistana ünvanladığı beş təklifə İrəvan cavab olaraq danışıqlar üçün, “Dağlıq Qarabağın gələcək statusu, Şuşa və Hadrutun Dağlıq Qarabağın ayrılmaz hissələri kimi taleyi, erməni vətəndaşlarının Azərbaycan əsirliyindən azad olunması, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi imkanı, sülhməramlı qüvvələrin Dağlıq Qarabağda mövcudluğunun vaxtı” və s. kimi məsələləri qaldırmalıdır. Oskanyan əminliklə bildirir ki, bu mövzularda diplomatik və ya hərbi qarşıdurmaya səbəb ola biləcək heç bir bənd yoxdur və Ermənistanın yanaşmaları vasitəçilər tərəfindən adekvat qəbul edilə bilər. Görünür elə həm də bunun nəticəsidir ki, Paşinyan Brüsseldən dönən kimi Ermənistan və Azərbaycan arasında münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdığı və Xarici İşlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşmək tapşırığı verildiyi halda, daha çox sülhə zidd olan fikirlər irəli sürmüş oldu. Ancaq Xankəndidəki separatçıbaşlara görə Vardanyan sadaladığımız bu küyləndirici amillərin sırasında məhz Moskvadan göndərildiyi üçün daha gözəçarpanı və ümidvericisidir. Ancaq Vardanyanın “dünya erməniliyinin mərkəzi” adlandırdığı “Artsax”a yardım üçün çağırış etdiyi dünya hayları yaxşı dərk etməlidirlər ki, “Artsax” adı ilə göndərəcəkləri vəsait daha çox Moskvaya olunan yardım olacaq. Kim bilir, bəlkə də elə Vardanyanı bu işə təhkim edən Moskva iqtisadiyyatının ağır durumda olması səbəbindən “sülhməramlıları” maddi baxımdan təmin etmək üçün bu varianta əl atıb. Vardanyanı Moskvanın göndərdiyini təsdiq edən digər bir detal isə onun Rusiya vətəndaşlığından çıxmasını bəyan etməsidir. Əlbəttə, əks təqdirdə onun bu addımı 22 fevral 2022-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 11-ci - “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”, bəndinə zidd olardı. Bütün son olanların fonunda ermənilərin “köpünü” almaq üçün Azərbaycan ordusu növbəti antiterror əməliyyatı keçirərək, bu dəfə ən azı Ağdərəni azad etməli və Azərbaycan torpağında qoca çinara söykənib “xoruzlanan” Vardanyanı kinorejissor Zakaryanın gününə salmalıdır...
5-09-2022, 01:46
Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan təmizləndi


Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan təmizləndi

Ukrayna ordusu üç yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gecə videomüraciətində bildirib. Məlumata görə, cənubda iki, şərqdə bir yaşayış məntəqəsi ruslardan təmizlənib. O, konkret hansı kəndlərin azad edildiyini deməyib. Zelenski bildirib ki, bazar günü keçirilən görüşdə hərbi komandirlər və kəşfiyyat rəhbərindən “yaxşı xəbərlər” alıb. Zelenski Donetsk vilayətinin şərqindəki yaşayış məntəqəsinin azad edilməsinə, Lisiçansk-Siversk istiqamətində “müəyyən yüksəkliklərin” alınmasına və iki cənub yaşayış məntəqəsinin azad edilməsinə görə Ukrayna ordusuna təşəkkür edib. Qeyd edək ki, Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko "Facebook" səhifəsində Xersonda bayraq qaldıran hərbçinin fotosunu yayımlayıb. O, fotonun Vısokopillya kəndində çəkildiyini bildirib.
5-09-2022, 01:44
Pakistanda yağış nəticəsində ölənlərin sayı 1300-ü keçib


Pakistanda yağış nəticəsində ölənlərin sayı 1300-ü keçib

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1314 nəfərə çatıb. Bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi məlumat yayıb. Ölənlərin 458-i uşaq, 262-si qadındır, 12703 nəfər isə yaralanıb. Daşqınlar ölkəyə 10-12,5 milyard dollar ziyan vurub. Yağışlar nəticəsində bir milyon 682 min 726 evə ziyan dəyib, onlardan 557 min 891-i tamamilə dağılıb. Ümumilikdə 5 min 735 kilometr yol, 246 körpü və 173 iş yeri dağıdılıb, 750 min 405 təsərrüfat heyvanı tələf olub. Yağışlardan 33,4 milyon insan zərər çəkib, 631 min 824 nəfər çadır şəhərciklərində yaşamaq məcburiyyətində qalıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!