5-09-2022, 01:43
Britaniyada böhran xəbərdarlığı - Fabriklərin 60%-i bağlana bilərElektrik enerjisinin qiyməti həddindən artıq qalxdığı üçün Böyük Britaniyada fabriklərin 60%-dən çoxu bağlana bilər. Bu barədə "Bloomberg" agentliyi "Make UK" şirkətinin araşdırmasına istinadən məlumat yayıb. Ölkədə elektrik enerjisi qiyməti 100 faizdən çox artdığı üçün istehsalçıların yarısı çətinliklə üzləşib. “Mövcud böhran istehsalçıları seçim qarşısında qoyur. Dövlət kömək etməsə, onlar istehsal ya azaldacaq, ya da tamamilə dayandıracaq", - deyə agentlik bildirib. Araşdırmada Britaniyanın yeni hökumətinin təcili tədbirlər görülməsinə çağırış edilir. Xatırladaq ki, Britaniyada 2022-ci ildə oktyabrın 1-dən qazın bahalaşması ilə əlaqədar olaraq elektrik enerjisinin qiyməti 80% artacaq.
5-09-2022, 01:41
İsrail “Boeing 747”lərin uçuşuna qadağa qoyduİsrail hökuməti hava çirkliliyini azaltmaq üçün “Boeing 747” və buna bənzər dörd mühərrikli təyyarələri qadağan etmək qərarına gəlib. Bu barədə "Reuters" məlumat yayıb. Uçuş qadağasının 31 mart 2023-cü ildə qüvvəyə minəcəyi gözlənilir. Dörd mühərrikli təyyarələrin istismarına müstəsna hallarda icazə veriləcək. İsrailin milli hava yolu şirkəti artıq "Boeing 747" təyyarələrini istismardan çıxarıb və uzun məsafəli marşrutlarda ikimühərrikli "Boeing 777" və "Boeing 787"lərdən istifadə edir.
5-09-2022, 01:39
Lerikdəki qəzada ölən qadınların fotoları
Xəbər verdiyimiz kimi, bu gün Lerik rayonunun Günəşli kəndində turist avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Dəhşətli qəzada ölən şəxslər rayonun Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı və Tahirova Zərintac İslam qızıdır. Məlum hadisə nəticəsində daha 8 nəfər isə yaralanıb. Sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən palataya köçürülüb. Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da, stabilləşməyə doğru gedir.
Butov.az qəzada həlak olan şəxslərdən ikisinin fotosunu təqdim edir:
(Ağayeva Təcrübə Ağababa qızı)(Tahirova Zərnitac İslam qızı)
5-09-2022, 01:35
Rusiya BMT qərargahının ABŞ-dan köçürülməsini tələb edirBMT-nin mənzil-qərargahının Nyu-Yorkdan köçürülməsi məsələsi müzakirə olunur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Xarici Siyasət Planlaması Departamentinin direktoru Aleksey Drobinin “Beynəlxalq Əlaqələr” jurnalına bildirib. Onun sözlərinə görə, BMT-nin Nyu-Yorkda keçirilən iclaslarında təkcə Rusiya deyil, həm də digər səbəblərdən ABŞ-ın etirazına səbəb olmuş ölkələr də iştirak edə bilmir. "Bu ölkələrin sayı artır və artmaqda davam edəcək”, - Drobinin vurğulayıb. Rusiya XİN rəsmisi xatırladıb ki, BMT-nin mənzil-qərargahının Nyu-Yorkda yerləşməsi qərara alınarkən Birləşmiş Ştatlar BMT Katibliyi ilə razılaşma əldə edib. Drobinin fikrincə, ABŞ bu sazişin müddəalarına əməl etmir. 2019-cu ildə ABŞ Rusiya nümayəndə heyətinin bütün üzvlərini BMT Baş Assambleyasına buraxmayıb. Kreml Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib, Dövlət Duması isə BMT-nin baş qərargahının ABŞ-dan köçürülməsinə çağırıb.
5-09-2022, 01:33
Avropa İttifaqı Rusiyaya yeni səfir göndərir Avropa İttifaqı (Aİ) Moskvadakı diplomatik missiyasının rəhbərini dəyişməyi planlaşdırır. Bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilir ki, almaniyalı səfir Markus Ederer diplomatik missiyasını başa vurub. Onun yerini Fransadan olan Rolan Qalyaraq tutacaq. “Avropa İttifaqının Moskvadakı missiyasının rəhbərinin dəyişdirilməsi planlaşdırılır. Markus Ederer Rusiyanı tərk edib və yaxın gələcəkdə bu vəzifəni Fransanın Malayziyadakı keçmiş səfiri Rolan Qalyaraq tutacaq. Onun bu vəzifəyə təyinatı iyun ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tərəfindən təsdiqlənib”, - TASS-ın Brüsseldəki diplomatik mənbəsi bildirib.
5-09-2022, 01:31
Ərdoğan Yunanıstanla bağlı təcili iclas çağırdıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bazar ertəsi hökumətin iclası keçirəcək. Bu barədə TRT kanalı məlumat yayıb. İclas zamanı Yunanıstana qarşı mümkün tədbirlər müzakirə ediləcək. Məlumatda qeyd olunub ki, cari ilin əvvəlindən Yunanıstan Hərbi Hava Qüvvələri Türkiyəyə qarşı 1123 dəfə təxribat törədib.
5-09-2022, 01:30
Rusiyaya qarşı 8-ci sanksiyalar paketi hazırlanırUkrayna Prezident Volodimir Zelenski və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. Telefon danışığı zamanı Avropa İttifaqının Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi müzakirə edilib. "Biz Rusiya vətəndaşlarına vizaların verilməsinə qadağa da daxil olmaqla səkkizinci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik”, - Zelenski deyib. Bundan əlavə, müzakirə zamanı Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlərin məhdudlaşdırılması məsələsinə də toxunulub.
5-09-2022, 01:26
FHN yanğınlarla bağlı son vəziyyəti açıqladıFövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində İsmayıllı rayonunun Bəhliyan kəndi istiqamətində baş vermiş yanğın söndürülüb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində təxminən 30 hektar sahədə kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub. Bununla yanaşı, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğınla əlaqədar hazırda tüstü mənbələrinin tam söndürülməsi üzrə tədbirlər davam etdirilir.
5-09-2022, 01:22
Lerikdəki qəzada xəsarət alanların vəziyyəti ağırdır
Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb. Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir. Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.
5-09-2022, 01:20
Paşinyan Rusiyaya gedirSentyabrın 7-də Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclası keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. İclada Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, digər dövlət və hökumət başçıları iştirak edəcək. Gün ərzində Vladimir Putinin konfransa dəvət olunmuş xarici liderlərlə ikitərəfli görüşləri də nəzərdə tutulub. İkitərəfli və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Məlumata görə, telekonfrans vasitəsilə Myanma, Monqolustan, Çin, Hindistan və Malayziya liderləri də sessiyada iştirak edəcək.